Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

47 

 

Mövzu 9. 



 

Dəmir yolu ilə daşınan yüklərin  

gömrük rəsmiləşdirilməsi qaydaları 

 

Yük dedikdə - marşrutla, vaqonla, konteynerlərlə  və kiçik həcmlərdə  dəmir yolu ilə daşınan və ya 



daşınması nəzərdə tutulan mallar nəzərdə tutulur. 

Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən və oradan aparılan bütün yüklər gömrük 

rəsmiləşdirilməsindən keçməlidirlər. 

Gömrük rəsmiləşdirilməsi qaydası DGK-nın normativ sənədləri ilə müəyyən olunur. Gömrük 

orqanlarının və dəmir yolunun qarşılıqlı münasibətləri qaydası hüquqi-normativ aktlarla müəyyən edilir.  

Yüklərin gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsində  nəzərdə tutulmuş müddətlərdə icra olunur. 

Yüklərin gömrük rəsmiləşdirilməsi gömrük orqanlarının razılığı ilə yüklərin müvəqqəti saxlanc anbarlarında 

yerləşdirilməsi və ya faktiki yerləşdirilməsi (müəssisələrin keçid yollarında yerləşdirilməsi) ilə  Dəmir yolu 

şöbələri tərəfindən təsis edilmiş müvəqqəti saxlanc anbarları DGK-nın tələblərinə müvafiq təchiz 

olunmalıdırlar. 

Dəmir yolu müəssisələri tərəfindən təsis edilən müvəqqəti saxlanc anbarlarında gömrük orqanlarının 

razılığı ilə müvəqqəti saxlanc haqqında  Əsasnamədə (müvəqqəti saxlanc anbarlarında) nəzərdə tutulan 

qeydiyyat (uçot) sistemindən yayınmalara yol verilə bilər. Dəmir yolu ilə yük daşımalarının təkmilləşdirilməsi 

məqsədilə DGK və  Nəqliyyat Nazirliyinin Dəmir Yolu İdarəsi ilə DYİ birgə avtomatlaşdırılmış  nəzarət və 

idarəetmə sistemləri tətbiq edə bilərlər. 

Gömrük rəsmiləşdirilməsi başa çatmamış yüklərin iki gömrük orqanı arasında daşınması gömrük 

nəzarəti altında, daşınmanı icra edən dəmir yollarının məsuliyyəti ilə həyata keçirilir. Gömrük nəzarəti altında 

daşınan yüklər haqqında gömrük orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri qərarın 

icrası dəmir yolunun işçiləri üçün vacibdir. 

Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarəti altında daşınması yüklərin daşınması qaydalarına, 

beynəlxalq yük daşımaları haqqında müvafiq razılaşmalara uyğun olaraq Gömrük Məcəlləsinə riayət olunmaqla 

həyata keçirilir. Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarəti altında nəqli texniki vəziyyəti yüklərin 

saxlanmasını təmin edən vaqonlarda və konteynerlərdə (bundan sonra daşıma vasitələri) həyata keçirilir. 

Göndərən gömrük orqanı adi daşıma müddətlərinə əsaslanaraq, dəmir yolunun nəzərdə tutulan marşrut 

imkanlarını və başqa şərtləri nəzərə alaraq, yükün təyinat gömrük orqanına çatma müddətini təyin edir. Dəmir 

yolu normal daşınma və saxlanma şəraitində  təbii aşınma və ya azalma istisna olunmaqla, qablaşdırma 

materiallarını və malları dəyişməmiş vəziyyətdə təyinat stansiyasına çatdırmağa və yükün çatdırılması haqqında 

müvafiq gömrük orqanına məlumat verməyə borcludur. 

Dəmir yolu ilə yüklərin gömrük nəzarəti altında daşınması zamanı gömrük ödənişlərinin ödənilməsinin 

təmin olunması  tələb olunmur. Ancaq dəmir yolu işçiləri gömrük nəzarəti altında daşınan yüklərin gömrük 

orqanlarının razılığı olmadan sahiblərinə vermə hüququ yoxdur. Bu halda dəmir yolu Gömrük Məcəlləsinə 

müvafiq olaraq məsuliyyət daşıyır. 

9.1. Yüklərin gömrük ərazisinə 

 gətirilməsi zamanı gömrük 

 rəsmiləşdirilməsi qaydası 

 

Azərbaycan Respublikasının gömrük ərazisinə yüklərin gətirilməsi zamanı gömrük rəsmiləşdirilməsi, 



sərhəd stansiyasının işçiləri tərəfindən gömrük orqanının vəzifəli  şəxslərinin yükün xaricdən daxil olması 

haqqında məlumatlandırılması ilə başlayır. Məlumatlandırma iki nüsxədə ötürmə cədvəllərinin (peredatoçnaya 

vedomostm), həmçinin, daşınma və müşayiət etmə sənədlərinin gömrük orqanına verilməsindən ibarətdir (əlavə 

6). 


Gömrük orqanının vəzifəli şəxsi ötürmə cədvəllərinin hər iki nüsxəsinin yuxarı sağ küncündə aşağıdakı 

formada ştamp vurur: 

“Sənədlər gömrük tərəfindən qəbul edilib ____ saat_____dəq. dəmir yol stansiyasına 

qaytarılıb_____saat_____dəq. gömrük orqanının vəzifəli şəxsinin imzası____________dəmir yolu stansiyasının 

işçisinin imzası ______________” ştamp 

Ötürmə cədvəlinin bir nüsxəsi gömrük məqsədləri üçün nəzərdə tutulmuş malı müşayiət edən sənədlərin 

əlavə nüsxələri ilə birlikdə (əgər belə nüsxələr varsa) gömrük orqanında qalır, digər nüsxəsi isə ötürmə cədvəli 

ilə birlikdə təqdim edilmiş bütün sənədlərlə stansiyanın əməkdaşına qaytarılır. 

Gömrük orqanının vəzifəli  şəxsləri ötürmə stansiyasının  əməkdaşları ilə birlikdə stansiyanın 

fəaliyyətinin texnoloji prosesində  nəzərdə tutulmuş müddətlərdə daşıma vasitələrinin sayını, nömrələrini, 




48 

 

plombların vəziyyətini, açıq hərəkət tərkibində yükün vəziyyətini və s. yoxlayırlar. Stansiyasının  əməkdaşları 



tərəfindən bütün aşkar olunmuş uyğunsuzluqlar haqqında ümumi formada akt və yük daşımaları Qaydalarında 

nəzərdə tutulmuş hallarda kommersiya aktları  tərtib edilir. Yoxlamada iştirak etmiş  sərhəd gömrük orqanının 

vəzifəli şəxsinin soyadının tərtib edilmiş aktlarda göstərilməsi zəruridir. Tərtib edilmiş aktların surəti gömrük 

orqanlarının tələbi ilə onlara verilir. 

Sərhəd gömrük orqanının vəzifəli şəxsi yuxarıda göstərilən, idxal olunan yüklərin sənədlərini yoxlayır, 

onları qeydiyyata alır və aşağıdakı qərarlardan birini qəbul edir: 

a) yükün tam gömrük rəsmiləşdirilməsi haqqında; 

b) yükün və sənədlərin alınması və ya təkrar yoxlama aparılması haqqında; 

c) yükün gömrük nəzarəti altında təyinat gömrük orqanına göndərilməsi haqqında. 

DGK-nin müəyyən etdiyi hallarda, daxili gömrük orqanlarında tam gömrük rəsmiləşdirilməsi üçün 

nəzərdə tutulmuş qaydada və müddətlərdə tam gömrük rəsmiləşdirilməsi sərhəd gömrük orqanında aparıla bilər. 

Yükün geri qaytarılması haqqında qərar dəmir yolu qaiməsində yükün adının altında səbəbi 

göstərilməklə “Geri qaytarılmalıdır”  ştampı ilə  və ya analoji yazı ilə göstərilir.  Ştamp və ya yazı gömrük 

orqanının vəzifəli  şəxsinin nömrəli  şəxsi möhürü ilə  təsdiq edilir. Texniki, kommersiya və başqa xarakterli 

daşımaların  şərtlərilə bağlı yüklərin geri qaytarılması zamanı daşınma sənədlərinə ümumi formada akt əlavə 

edilir. 


Yükün və onun sənədlərinin alınması  və ya yükün təkrar yoxlanılması haqqında qərar daşınma 

sənədlərində  səbəbi göstərilməklə “Buraxılması qadağandır”  ştampı ilə göstərilir.  Ştamp və yazı gömrük 

orqanının vəzifəli şəxsinin nömrəli şəxsi möhürü ilə təsdiq edilir. Bu halda stansiyanın işçiləri ümumi formada 

akt tərtib edir, yükün çatdırılma müddəti isə saxlanma dövrünə müvafiq artırılır. 

Sərhəd gömrük orqanı tərəfindən gömrük rəsmiləşdirilməsi (tam gömrük rəsmiləşdirilməsindən başqa) 

və yüklərə  nəzarət sərhəd keçid stansiyasının işinin texnoloji prosesi ilə müəyyən olunan və gömrük 

rəsmiləşdirilməsi məqsədilə gömrük orqanları ilə razılaşdırılmış müddətlərdə aparılır. 

Xaricdən gəlmiş gömrük yükləri təyinat stansiyalarında ümumi istifadə yerlərində olan müvəqqəti 

saxlanc anbarlarında yerləşdirilir və ya müvəqqəti saxlanc anbarı olan müəssisələrin keçid yollarına verilir. 

Müvəqqəti saxlanc anbarları olmayan müəssisələr gömrük orqanlarına aşağıdakı öhdəlikləri verərlərsə 

yüklərin bu müəssisələrin keçid yollarına verilməsinə icazə verilir: 

- gömrük orqanlarının icazəsi olmadan yüklərlə heç bir əməliyyat aparmamaq; 

- yük keçid yoluna daxil olduqdan sonra səkkiz saatlıq, üç iş günü ərzində və ya gömrük orqanı fasiləsiz 

iş rejimində  işlədiyi hallarda, bir sutka ərzində gömrük rəsmiləşdirilməsini başa çatdırmaq. Bu şərtləri yerinə 

yetirən müəssisələrin siyahısı gömrük orqanları tərəfindən müvafiq dəmir yolu stansiyalarına verilir. 

Yük təyinat stansiyasına çatdıqdan sonra stansiyanın işçiləri təyinat gömrük orqanına və yük alana 

xəbər verməlidirlər. 

Gömrük orqanının vəzifəli  şəxsi yükün daxil olması haqqında məlumatı qeydə alır və gömrük 

rəsmiləşdirilməsinin vaxtı haqqında qərar qəbul edir. 

Yük alan, stansiyadan məlumat aldıqdan sonra, gömrük nəzarəti və rəsmiləşdirilməsi üçün lazım olan 

sənədləri və  məlumatları gömrük orqanına təqdim edir. Ərazisində gömrük orqanlarının struktur bölmələri 

yerləşən dəmir yolu stansiyalarında daşınma sənədləri gömrük orqanlarının vəzifəli  şəxslərinə bilavasitə 

stansiyanın işçiləri tərəfindən verilir və bu fakt xüsusi kitabda rəsmiləşdirilir. Bu stansiyalarda daşınma 

sənədlərinin gömrük orqanının vəzifəli şəxsinə təqdim etmədən yük alana verilməsi qadağan olunur. 

Gömrük orqanının vəzifəli  şəxsləri təqdim olunmuş  sənədləri yoxlayır və müəyyən olunmuş qaydada 

gömrük rəsmiləşdirilməsini həyata keçirirlər. Gömrük rəsmiləşdirilməsinin nəticələrinə görə təyinat stansiyası 

üçün nəzərdə tutulmuş beynəlxalq dəmir yolu qaiməsinin müvafiq qrafasında “Buraxılmağa icazə verilib” və ya 

səbəbi göstərilməklə “Buraxılması qadağandır”  ştampı vurulur və  sənədlər stansiyanın işçilərinə qaytarılır. 

Gömrük rəsmiləşdirilməsi başa çatanadək gömrük orqanının “Buraxılmağa icazə verilib” ştampı vurulana qədər 

yüklərin müvəqqəti saxlanc anbarlarından verilməsi və ya keçid yollarına verilmiş yüklərə sərəncam verilməsi 

qadağandır. 

 

 



9.2. Yüklərin Azərbaycan Respublikasından  

 kənara aparılması zamanı gömrük 

 rəsmiləşdirilməsi qaydası 

 

Yüklərin Azərbaycan Respublikasından kənara aparılmasına gömrük rəsiləşdirilməsi başa çatdıqdan 



sonra icazə verilir. Yüklərin dəmir yolu ilə daşınmasına təhvil verilməsindən əvvəl yük göndərən planlaşdırılan 

yükləmə gününə kimə əvvəlcədən aşağıdakı sənədləri gömrük orqanlarına təhvil verməlidir: 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə