Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

63 

 

həmçinin, Azərbaycan Respublikası gömrük orqanının icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ 



vardır. 

 

 




64 

 

Mövzu 15. 



 

Fiziki şəxslərin tərəfindən keçirilən, istehsal və kommersiya fəaliyyəti  

üçün nəzərdə tutulmayan malların  

gömrük rəsmiləşdirilməsinin əsas  

xüsusiyyətləri 

 

 



Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 107-ci maddəsinə uyğun olaraq, fiziki şəxslər 

tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən 

keçirilməsi qaydalarını. Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Hazırda AR Nazirlər 

Kabinetinin 31 may 2001-ci il tarixində 105 saylı Qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslər tərəfindən istehsal və 

kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən 

keçirilməsi Qaydaları” qüvvədir.  

Fiziki şəxsin səfərinin bütün formaları nəzərə alınmaqla, fiziki şəxs və ya onun ailə üzvləri tərəfindən 

gömrük sərhədindən keçirilən malların şəxsi istifadə və istehsal məqsədləri üçün keçirildiyini yəqinləşdirmək, 

onların xarakterini və miqdarını, habelə sərhəddən keçirilməsi tezliyini gömrük orqanları müəyyənləşdirir.  

Fiziki şəxslər istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları (nəqliyyat vasitələri 

və aksizli mallar istisna olmaqla) sadələşdirilmiş qaydada bəyan etməklə, (Əlavə 10) aşağıdakı hallarda 

qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişləri ödəmədən ölkəmizin gömrük sərhədindən keçirə bilərlər:  

1) fiziki şəxs ölkənin gömrük sərhədini keçməklə ümumi dəyəri 1000 ABŞ dollarına barəbar və ya 

çəkisi 50 kq-dan artıq olmayan malları gətirdikdə və yaxud da apardıqda;  

2) beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına bərabər və ya çəkisi 20 kq-

dan artıq olmayan malları aldıqda və ya göndərdikdə;  

3) fiziki şəxslər,  şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən çox xarici ölkədə yaşadığı barədə 

lazımi qeydlər olduğu halda, daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələrkən və ya köçüb 

gedərkən 20 min ABŞ dollar dəyərində ailə üçün zəruri olan məişət əşyalarını, özü gömrük sərhədindən keçəcək 

gömrük orqanlarına bəyan etməkdə müşayət olunan və ya müşayət olunmayan baqajla gətirdikdə  və ya 

apardıqda;  

4) Azərbaycanda daimi yaşayan və xarici ölkələrdə müvəqqəti yaşama müddəti bir ili keçən vətəndaşlar 

Azərbaycan qayıdan zaman 10 min ABŞ dollarına bərabər dəyər həcmində ailə üçün zəruri olan məişət 

əşyalarını gətirdikdə;  

5) zəruri ehtiyacların ödənilməsi üçün şəxsi  əşyaları gömrük qaydalarına  əməl etməklə müvəqqəti 

olaraq gətirdikdə və ya apardıqda;  

6) açılmış  vərəsəlik hüquqi əsasında  əldə edilmiş  əşyaları (gətirilməsi və aparılması qadağan edilmiş 

əşyalardan başqa) ölkənin gömrük sərhədindən keçdikdə.   

Fiziki şəxslər tərəfindən ölkənin gömrük sərhədindən keçirilən istehsal və kommursiya məqsədləri üçün 

mal vahidinin və  dəstinin (komplekt) dəyəri (avtonəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla) 1000 

ABŞ dollarını ötdükdə, həmin malların gömrük rəsmiləşdirilməsi xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif 

tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada aparılır.  

Gömrük sərhədindən müşayiət olunmayan baqaja, habelə müəyyən edilmiş miqdar və dəyər hədlərindən 

artıq gətirilən (aparılan) malların gömrük rəsmiləşdirilməsi xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif 

tənzimlənməsinə uyğun olaraq gömrük ödənişləri olunmaqla aparılır.  

Ölkənin gömrük sərhədindən müşayiət olunmayan baqajla fiziki şəxslər tərəfindən sadələşdirilmiş  və 

güzəştli qaydada keçirilən mallardan gömrük rəsmiləşdirilməsinə görə mövcud qanunvericiliyə uyğun aparılır.  

Fiziki  şəxslər tərəfindən ov silahları, onların sursatları ölkənin gömrük sərhədindən AR Daxili İşlər 

Nazirliyinin icazəsi təqdim edildikdə keçirilə bilər.  

Fiziki  şəxslər tərəfindən heyvanlar, baytarlıq təbabətində  tətbiq olunan dərman, bioloji preparatlar və 

baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal Azərbaycan Respublikasının gömrük 

sərhədindən baytarlıq orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının icazəsi olduqda keçirilə 

bilər.  

Fiziki şəxslər tərəfindən yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri Azərbaycan 

Respublikasının gömrük sərhədindən keçirilə bilər.  

Fiziki şəxslər tərəfindən 600 qrama qədər balıq kürüsü gömrük ərazisindən aparıla bilər.  

Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən fərdi istehlak üçün 3 litr alkoqollu içki, 

3 blok siqaret və avtomobilin bakında texniki pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacaq keçirə bilərlər.  

Bədii, tarixi, elmi və digər mədəni  əşyalar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük 

ödənişləri ödənilmədən məhdudiyyətsiz miqdarda gətirilə bilər.  




65 

 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş  və Azərbaycan Respublikasının 



Mədəniyyət Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri xüsusi rejim əsasında 

verilmiş mühafizə  dərəcəsinə müvafiq surətdə Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin ixracın 

mümkünlüyü barədə verdiyi şəhadətnamə Azərbaycan Respublikasının gömrük orqanlarına təqdim etdiyi və 

komissiyon dəyərinin 100 faizi məbləğində gömrük rüsumu ödənildikdən sonra, mühafizə dərəcəsi verilməmiş 

mədəniyyət sərvətləri isə sərbəst surətdə Azərbaycan Respublikasının gömrük ərazisindən aparıla bilər.  

Fiziki  şəxslər tərəfindən xarici valyuta sərvətlərinin və milli valyutanın (manatın) ölkənin gömrük 

buraxılış məntəqələrindən keçirilməsi qaydaları qüvvədə olan qanunvericiliklə tənzimlənir.  

Fiziki  şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, XİF-in Mal 

Nomenklaturasının yalnız 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri aşağıdakı hallarda güzəştli və ya 

sadələşdirilmiş qaydada ölkənin gömrük sərhədindən keçirilə bilər:  

1) iki təqvim ilindən yuxarı xarici ölkələrdə yaşamış fiziki şəxslər daimi yaşayış məqsədilə Azərbaycana 

köçüb gəldikdə, habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa 

rəsmi dövlət, hökümətlərarası beynəlxalq təşkilatlarda 1 ildən almamaq şərti ilə işləmiş Azərbaycan vətəndaşları 

xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıtdıqda, istehsal - buraxılış tarixindən, yürüş kilometrindən, 

gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq ailə üçün bir avtonəqliyyat vasitəsini ölkənin gömrük 

ərazisinə qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərinin ödəmədən gətirə bilərlər:  

2) ölkəmizdən daimi yaşayış məqsədilə xarici ölkələrə köçüb gedən fiziki şəxslərə onların sahibliyində 

olan avtonəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən ölkənin gömrük 

ərazisindən aparmağa icazə verilir;  

3) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini 

keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqiyyat vasitələri gətirilərkən yürüş kilometrindən, 

gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub santimetrinə görə 0,4 

ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları  və qanunvericiliklə müəyyən edilmiş miqdarda digər 

gömrük ödənişləri alınır;  

4) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə bu ölkənin gömrük sərhədini 

keçənədək istehsal-buraxılış tarixindən 1 ildən çox ötmüş avtonəqliyyat vasitələri gətirilərkən yürüş 

kilometrindən, gömrük dəyərindən və  mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub 

santimetrinə görə 0,7 ABŞ dollarına eksvalent məbləğdə gömrük rüsumları  və qanunvericiliklə müəyyən 

edilmiş miqdarda digər gömrük ödənişləri alınır.  

Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş qaydada 

keçirilən mallardan və mal qismində nəqliyyat vasitələrindən gömrük ödənişləri gömrük müdaxil orderi tətbiq 

olunmaqla alınır.  

Xarici dövlətlərdə daimi qeydiyyatda olan bütün növ avtonəqliyyat vasitələrinin rezident, xarici iqtisadi 

fəaliyyətin  əmtəə nomenklaturasının 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri istisna olunmaqla 

digər avtonəqliyyat vasitələrinin isə qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük 

ərazisinə müvəqqəti olaraq gətirilməsinə  sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük 

ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində depozitə qoyulmaqla icazə verilir.  

Xarici dövlətlərdə daimi qeydiyyatda olan, xarici iqtisadi fəaliyyətin  əmtəə nomenklaturasının yalnız 

8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələrinin qeyri-rezident fiziki şəxslərin bilavasitə özləri 

tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə gömrük qaydalarına 

əməl edilməklə 30 günədək müddətə, bu müddətin azaldılmasına görə isə  sərbəst dövriyyə üçün buraxılış 

rejiminə uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış  məntəqələrində 

depozitə qoyulmaqla icazə verilir.  

Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan (və ya qeydiyyatdan çıxarılmış) avtonəqliyyat 

vasitələrinin rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə 

müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.  

Əlillər üçün xüsusi olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük 

ərazisinə daxil olmasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici 

sənədi olduğu təqdirdə gömrük ödənişləri alınmadan icazə verilir.  

Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Milli Bankı 

tərəfindən müəyyən edilən məzənnəyə görə manatla alınır.  

Fiziki şəxslər tərəfindən bu Qaydalarla müəyyən edilmiş dəyər və miqdar məhdudiyyətlərindən yuxarı 

sayda və  məbləğdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və mal qismində 

nəqliyyat vasitələri xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq ümumi 

qaydalarla gömrük rəsmiləşdirilməsindən keçirilir.  



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə