Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

59 

 

Mövzu 14. 



 

Bəyanetmə 

 

Gömrük qanunvericiliyində bəyanetmə dedikdə, gömrük rəsmiləşdirilməsi icraatı və gömrük nəzarətinin 



həyata keçirilməsi məqsədləri ilə mal və nəqliyyat vasitələri barədə səhih məlumatların müəyyən edilmiş (şifahi, 

yazılı, digər) formada gömrük orqanlarına elan edilməsi başa düşülür. 

Bir qayda olaraq bəyanetmə aşağıdakı əsas hallarda tələb olunur: 

1) mal və nəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə; 

2) malların yerləşdirildiyi gömrük rejimi bu və ya digər səbəbdən Gömrük Məcəlləsinin 27-ci 

maddəsinə müvafiq olaraq dəyişdirildikdə; 

3) Azərbaycan Respublikası Qanunvericiliyi ilə  nəzərdə tutulmuş digər hallarda (məsələn, rüsumsuz 

ticarət mağazası, yaxud sərbəst anbar rejimi altında yerləşdirilmiş mallar, verilmiş lisenziya geri alındıqda, 

yaxud ləğv edildikdə yenidən bəyan edilməlidir). 

Mal və nəqliyyat vasitələrinin bəyan edilməsinin nəticələri gömrük orqanının vəzifəli şəxsləri tərəfindən 

aşağıdakı məqsədlər üçün istifadə edilə bilər: 

- hüquq-mühafizə (qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə); 

- vergi; 

- xarici iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi (kvotalaşdırma, lisenziyalaşdırma); 

- gömrük sərhədində digər dövlət nəzarəti növlərinin təşkili (baytarlıq, fitosanitar, ekoloji və s.); 

- xarici ticarət statistikasının aparılması və s. 

Bəyanetmə gömrük-tarif tənzimlənməsi mexanizmi üçün birinci dərəcəli  əhəmiyyət kəsb edir. İlkin 

gömrük tarif münasibətlərində (mal və nəqliyyat vasitələri bilavasitə gömrük sərhədindən keçirilərkən) gömrük 

vergi və rüsumlarının ödənilməsi ilə bağlı öhdəliklər gömrük orqanının vəzifəli  şəxsi tərəfindən gömrük 

bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır. 

Gömrük bəyanetməsi prinsipini açıqlarkən qeyd etmək lazımdır ki, gömrük qanunvericiliyi gömrük 

rüsumlarının və vergilərinin ödənilməsi öhdəliyini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətindən keçirilən 

mal və  nəqliyyat vasitələri barədə  məlumatı özündə  cəmləşdirən hər hansı  sənədin deyil, yalnız xarici ticarət 

göndərişi barədə son məlumatları özündə  əks etdirən gömrük bəyannaməsinin təqdim edilməsidir. Çünki 

deklarant bəyannamədə göstərilən məlumatların dəqiqliyinə görə mövcud qanunvericiliklə məsuliyyət daşıyır. 

Gömrük bəyanetmə prinsipi o deməkdir ki, ödənilməsi gərəkən gömrük ödənişlərinin hesablanması 

üçün lazım olan məlumatları malları gömrük sərhədindən keçirən şəxsin özü və ya gömrük brokeri verməlidir. 

Bəyanetmədən istifadə gömrük orqanlarına mal və  nəqliyyat vasitələrinə seçmə  nəzarət tətbiq etməyə 

imkan verir və çox mürəkkəb rəsmiləşdirilmə  və  nəzarət prosesini sadələşdirir.  Əks halda mallar 

gömrükxanalarda yığılıb qalmış olar və iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən xarici ticarət 

mübadiləsinə ləngidici, neqativ təsir göstərilmiş olardı. 

Gömrük bəyanetmə prinsipinə alternativ kimi gömrük rüsumları miqdarının, mal və  nəqliyyat 

vasitələrinin keyfiyyət və  kəmiyyət xarakteristikalarının müəyyən edilməsinin inzibati üsulundan da istifadə 

edilə bilər. Lakin bu zaman gömrük orqanları deklarantın bəyan etdiyi məlumatları gömrük nəzarətinin 

nəticələri ilə müqayisə etmək imkanından məhrum olar, bu da gömrük nəzarətinin səmərəliliyinin azalmasına 

gətirib çıxarırdı. Bundan başqa gömrük bəyannaməsindən istifadə edilməməsi meydana çıxan mübahisəli 

məsələlərin həllini çətinləşdirər, məhkəmə və inzibati araşdırma hallarının çoxalmasına səbəb olardı. Məhkmədə 

əsas sübut rolunu oynayan yazılı bəyannamə olmadan belə mübahisələrin həlli çox çətin, hətta qeyri-mümkün 

olardı. 

 

 



14.1. Bəyanetmə formaları 

 

Bəyanetmənin forma və qaydaları Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir. Əsas bəyanetmə 



formaları yazılı və şifahi formalar olaraq qəbul edilir. Qanunvericilik digər bəyanetmə formalarına da yol verir - 

bunlar məlumatların elektron ötürülməsi və konklyudent1 hərəkətlər hesab olunur. Müasir gömrük təcrübəsi 

konklyudent hərəkətlər vasitəsi ilə  bəyanetmədən beynəlxalq hava limanlarında “yaşıl” və “qırmızı” dəhlizlər 

metodu tətbiq edilməklə istifadə olunmasını məqbul sayır. 

Sərnişin yazılı  bəyannamə  təqdim etmədən, “yaşıl dəhliz” seçmə faktının özü ilə  gətirilməsi, yaxud 

aparılması qadağan edilmiş, həmçinin, vergitutma obyekti olan mallara bu anda sahib olmadığını elan etmiş 

olur. 



60 

 

Bir qayda olaraq sərnişinin  əl yükü və  şəxsi baqajınıngömrük rəsmiləşdirilməsi zamanı  bəyannamə 



tətbiq edilir.  

 

 



Yük Gömrük Bəyannamələrinin 

doldurulması qaydaları 

 

Bu qaydalar malların ixrac və  sərbəst dövriyyə üçün buraxılış gömrük rejimləri üzrə yük gömrük 



bəyannaməsinin (əvvəldə var idi) doldurulma qaydalarını müəyyən edir. Qaydalar Dövlət Gömrük Komitəsinin 

17.06.1998-ci il tarixli 027 saylı əmri ilə təsdiq edilmişdir (bax əlavələrə).  

YGB dəsti dörd dəstləşdirilmiş  əsas vərəqdən, bu qaydalarda nəzərdə tutulan hallarda isə  əlavə 

vərəqlərdən ibarətdir. (Əlavə 8.9). Barter əməliyyatlarının rəsmiləşdirilməsi zamanı YGB dəsti beş nüsxədən 

ibarət olmalıdır. 

Qrafalarının adlarının rus dilində yazıldığı, həmçinin informasiya şəbəkəsi xaricində  əlavə qeydlərin 

olduğu blanklardan da istifadə olunmasına yol verilir. 

YGB-nin əsas vərəqi eyni bir gömrük rejimi tətbiq olunan eyniadlı mallar (XİF MN üzrə mal mövqeyi 

10-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur. 

Bir neçə adda olan malların bəyan olunması zamanı  əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə 

vərəqlərdən istifadə edilir. Əlavə vərəqlərin hər biri üç adda malı bəyan etməyə imkan verir. 

Bir YGB-də 100-ə qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəqə 33-dən artıq əlavə vərəq 

əlavə oluna bilməz) məlumat bəyan oluna bilər.  Əlavə  vərəqlərin doldurma qaydaları,  əlavə  vərəqdə 

bəyannaməçi tərəfindən doldurulmayan A qrafası istisna olunmaqla, YGB-nin əsas vərəqlərinin uyğun 

qrafalarının doldurulması qaydaları kimidir. 

YGB-də pozub-düzəltmə  və qaralama olmamalıdır. Düzəlişlər yanlış  məlumatların üzərindən xətt 

çəkilməklə, düzgün məlumatları yazı makinası və ya əl ilə yazmaqla edilir. 

Hər bir düzəliş səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq edilir. 

YGB (Gömrük İttifaqının üzvü olan ölkələr üçün) kompüterdə  və ya yazı makinasında Azərbaycan 

dilində (bəzi hallarda rus dilində) doldurulur. Ayrı-ayrı hallarda əgər dəyər göstəriciləri (faktura və gömrük 

dəyəri) 10 işarədən çox ədədlə ifadə edilərsə, onları əl ilə doldurmaq olar. 

Keyfiyyətsiz  şəkildə doldurulmuş YGB-lərə gömrük orqanları  tərəfindən gömrük bəyannaməsi kimi 

baxılmır. 

YGB-nin hər hansı bir qrafasınlakı  mətn məlumatı,  əvvəl doldurulmuş qrafanın mətn məlumatının 

təkrarı olarsa, bu halda həmin qrafada əvvəl doldurulmuş qrafaya - “bax, qrafa N- ____” şəkildə istinad edilir. 

Kodlara münasibətdə belə istinadlar edilə bilməz. 

YGB-nin hər hansı qrafasında lazımi məlumatların bəyan edilməsi üçün (müəssisənin adı, vaqonun, 

konteynerin nömrəsi və s.) yer olmadıqda, bu məlumatların bəyannamənin arxa tərəfində yazılmasına icazə 

verilir. Bu yazı bəyannaməçinin imzası və möhürü ilə təsdiq olunur. 

Kodlara münasibətdə belə istisnalar tətbiq olunmur. 

YGB-nin  əsas vərəqinin arxa tərəfindən digər nəzarət orqanlarının  ştamplar vurması  və qeydlər 

aparması üçün icazə verilir. 

Bəyannaməçilərə bu qaydalarda nəzərdə tutulmayan məlumatların YGB blanklarında istifadəsinə icazə 

verilmir. 

Gömrük orqanı YGB-nin əsas vərəqəsinin 7-ci qrafasında və  hər bir A qrafasının aşağı hissəsinə 

qeydiyyat nömrəsi, YGB-nin qəbul tarixini yazmaqla, bəyannamə və əlavə vərəqləri qeydiyyatdan keçirir. 

YGB-nin vərəqləri aşağıdakı qaydada bölüşdürülür: 

- birinci vərəq - gömrük orqanında və xüsusi arxivdə saxlanılır; 

- ikinci vərəq (statistik) - gömrük statistikası şöbəsində (bölməsində) qalır; 

- üçüncü vərəq - bəyannaməçiyə qaytarılır; 

- dördüncü vərəq: 

a) malların ixracı zamanı bəyannaməçiyə - yük göndərənə qaytarılaraq, mal müşayiət sənədlərinə əlavə 

olunur və mallarla birlikdə  sərhəd gömrük buraxılış  məntəqəsinin fəaliyyət bölgəsində yerləşən gömrük 

orqanına göndərilir; 

b) malların idxalı zamanı - gömrük rəsmiləşdirilməsini həyata keçirən bəyannaməçidə - malı alanda 

qalır. 


Burada istifadə olunan əsas anlayışlar aşağıdakıları bildirir: 

- “nəqliyyat sənədi” - gömrük sərhədinə  qədər (malların ixracı zamanı), gömrük sərhədindən təyinat 

yerinə (malların idxalı zamanı), daşımalar üzrə müşayiət sənədləri də daxil olmaqla malların beynəlxalq 

daşımalarını həyata keçirmək üçün uyğun sənəddir; 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə