Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

39 

 

- çatdırılma müddəti müəyyən edilir. Çatdırılma tarixi BYD kitabçasının hər iki kəsilən vərəqinin 20-ci 



qrafasında göstərilir

- komplektin hər iki kəsilən vərəqinin 18-23-cü qrafaları  və komplektin 1 nömrəli kötüyü doldurulur 

(komplektin doldurulmuş 1 nömrəli kötüyü gömrükxananın möhürü ilə BYD kitabçasında qalır); 

- komplektin 1 nömrəli (ağ) vərəqi ayrılır; 

BYD kitabçası xüsusi jurnalda qeydiyyata alınır. Rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya qaytarılır; 

Nəqliyyat vasitəsini gömrük nəzarəti zonasından çıxmasına nömrəli kəsilən vərəqin 23-cü qrafasında və 

1 nömrəli kötüyün 6-cı qrafasında sənədli nəzarət üçün məsul vəzifəli şəxsin şəxsi nömrəli ştampı vurulması, 

imzası və tarix qoyulması yolu ilə icazə verilir.  

Komplektin 1 nömrəli vərəqi giriş gömrükxanasında nəzarətə götürülür və ayrıca qovluqda saxlanılır.  

Nəqliyyat vasitəsi və konteyner gəlib çıxdıqdan sonra təyinat gömrükxanasına aşağıdakı  sənədlər 

təqdim olunmalıdır: giriş gömrükxanasının qeydləri olan BYD kitabçası; malların rəsmiləşdirilməsi üçün zəruri 

olan yük və müşayiət edən sənədlər.  

Gömrük xidmətlərinin vəzifəli  şəxsləri BYD kitabçalarının doldurulmasının müəyyən olunmuş 

qaydalara uyğunluğunu və BYD kitabçalarında giriş gömrükxanasının ştamplarının olmasını yoxlayırlar.  

Təyinat gömrükxanalır: nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinin texniki 

vəziyyətini, nəqliyyat vasitələrinin və ya konteynerlərin yük bölmələrinə gömrük möhürlərinin və plomblarının 

vəziyyətini yoxlayır, nəqliyyat vasitələrindən, yaxud konteynerlərdən malların boşaldılmasına nəzarət edirlər. 

BYD prosedurasına  əməl edilməklə malların daşınması zamanı Azərbaycan Respublikası 

Qanunvericiliyinin hər hansı bir pozulması halı aşkar edildikdə, təyinat gömrükxanası BYD kitabçasını yuxarıda 

müəyyn edilmiş qaydada qeyd-şərtlərlə rəsmiləşdirməlidir. 

Sənədli və faktiki nəzarət nəticəsində Azərbaycan Respublikası Qanunvericiliyinin pozulması halları 

aşkar edilmədikdə: 

- komplektin 2 nömrəli kəsilən vərəqinin 24, 25, 26, 27, 28-ci qrafaları və komplektin 2 nömrəli kötüyü 

doldurulur; 

BYD kitabçasının 2 nömrəli kəsilən vərəqinin 28-ci qrafasında və kötüyün 6-cı qrafasında tarix, gömrük 

orqanının vəzifəli şəxslərinin şəxsi nömrəli möhürləri, imzaları və tarix qoyulur (kötük kitabçada qalır); 

- komplektin 2 nömrəli kəsilən vərəqi ayrılır; 

- rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya qaytarılır. 

 

Azərbaycan Respublikasının ərazisindən  



malların aparılması zamanı gömrük 

rəsmiləşdirilməsi qaydası  

 

BYD prosedurasına  əməl edilməklə malların daşınmasının rəsmiləşdirilməsi üçün doldurulmuş BYD 



kitabçası, nəqliyyat vasitəsinin gömrük möhür və plombları altında malların daşınmasına, buraxılmasına dair 

şəhadətnamə göndərilmə gömrükxanasına təqdim olunur.  

Gömrük orqanları BYD kitabçasının doldurulmasının müəyyən olunmuş qaydalara uyğunluğunu 

yoxlayırlar. Bu zaman BYD kitabçasının üz qabığının birinci səhifəsində möhür və imzaların olmasına, BYD 

kitabçası sahibinin üz qabığının birinci səhifəsində, kəsilməyən vərəqdə, kəsilən vərəqlərin hamısında 

imzalarının uyğunluğuna, BYD kitabçasının etibarlılıq müddətinə xüsusi diqqət yetirilir. Göndərilmə 

gömrükxanasının vəzifəli  şəxsləri BYD kitabçasının oğurlanmış kimi nəzarətdə olmadığına və malların 

daşınması üçün BYD kitabçasının kəsilməyən vərəqinin 4-cü və üz qabığının 3-cü qrafasında göstərilən  şəxs 

tərəfindən həyata keçirildiyinə əmin olmalıdırlar.  

Göndərilmə gömrükxanaları  nəqliyyat vasitələrinin yük bölmələrinin və konteynerlərin texniki 

vəziyyətini, konteynerlərdə buraxılma (icazə) şəhadətnamələrinin və buraxılma (icazə) lövhəciklərinin olmasını 

yoxlayır, malların nəqliyyat vasitəsinə və konteynerə yüklənməsinə nəzarət edirlər. Nəqliyyat vasitələrinin yük 

bölmələrinə və konteynerlərə gömrük möhürləri və plombları vurulur.  

Rəsmiləşdirmə zamanı  hər hansı bir qayda pozuntusu aşkar edildiyi halda, göndərilmə gömrükxanası 

həmin pozuntular aradan qaldırılanalək malların BYD prosedurasına uyğun olaraq daşınmasına icazə verməyə 

bilər.  


Əgər sənədli və faktiki nəzarət nəticəsində BYD prosedurası tətbiqinin bütün şərtlərinə əməl olunduğu 

müəyyən edilmişsə, aşağıdakılar doldurulur:  

- BYD kitabçasının kəsilən vərəqlərinin hamısında 16-cı qrafa;  

- 1 nömrəli kəsilən vərəqin “Xidməti istifadə üçün” qrafasında və 1 nömrəli kötüyün 5-ci qrafasında 

digər məlumatlar içərisində malların Azərbaycan Respublikasından aparılmasının müvafiq gömrük rejiminin 

kodu və malların faktiki aparılamasına nəzarət həyata keçirilirsə “Nəzarət” sözü də göstərilir;  

- komplektin kəsilən vərəqinin 1 nömrəli kötüyü;  



40 

 

- komplektin hər iki kəsilən vərəqinin 18-23 qrafaları;  



- 1 nömrəli kəsilən vərəqin 23-cü qrafasında və 1 nömrəli kötüyün 6-cı qrafasında gömrük orqanının 

vəzifəli şəxsinin nömrəli möhürü vurulur, imzası və tarix qoyulur.  

Komplektin 1 nömrəli vərəqi BYD kitabçasından ayrılır və lazım gəldikdə  nəzarətə götürülür. 

Rəsmiləşdirilmiş BYD kitabçası xüsusi jurnalda qeydiyyata alınır. Rəsmiləşdirilmiş BYD kitabçası daşıyıcıya 

qaytarılır.  

Mallar təkrar ixrac gömrük rejimi altına qoyulduqda, həmçinin aşağıda göstərilən gömrük rejimləri 

altında yerləşdirildikdə, onların Azərbaycan Respublikası  ərazisində faktiki aparılmasına nəzarət göndərilmə 

gömrükxanası tərəfindən həyata keçirilir: 

- müvəqqəti gətirilmə (idxal) (kod 31);  

- gömrük anbarı (kod 74);  

- gömrük nəzarəti altında emal (kod 52);  

- malların azad iqtisadi zonalara idxalı (gətirilməsi) (kod 74);  

- rüsumsuz ticarət mağazası (kod 72). 

Bu halda göndərilmə gömrükxanası  tərəfindən komplektin 1 nömrəli vərəqəsinin 20-ci qrafasında 

malların çatdırılma müddəti göstərilir. Göstərilən vərəqlərdə “Xidməti istifadə üçün” qrafasında daşınan 

malların gömrük dəyəri, 10-cu qrafada isə onların XİFMN kodları göstərilməklə müfəssəl təsviri göstərilir. Əgər 

bütün məlumatların daxil edilməsi üçün 10 qrafa yetmirsə, iki nüsxədən ibarət qoşma vərəqlərdən istifadə 

olunmasına yol verilir. Qoşma vərəqlərdə, həmçinin, BYD kitabçasının nömrəsi, sahibinin adı  və ünvanı da 

göstərilir. Qoşma vərəqlər gömrük orqanının vəzifəli  şəxslərinin şəxsi nömrəli möhürü ilə  təsdiqlənir. Bu cür 

vərəqlərin olması barədə komplektin hər iki kəsilən vərəqinin 8-ci qrafasında qeydiyyatlar aparılır. Komplektin 

1 nömrəli vərəqi nəzarətə alınır və ayrıca qovluqda saxlanılır.  

BYD kitabçası və göndərilmə gömrükxanasının qeydləri olan yük və malı müşayiət edən sənədlər çıxış 

gömrükxanasına təqdim edilir.  

Gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçasının doldurulmasıeıe müəyyən olunmuş qaydalara 

uyğunluğunu, komplektin 1 nömrəli kötüyündə göndərilmə gömrükxanasının  ştamplarının olmasını, eləcə  də 

həmin kötükdə göstərilmiş gömrük kodunu, nəqliyyat vasitələrinin yük bölmələrinin və ya konteynerlərin 

texniki vəziyyətini, nəqliyyat vasitələrinin yük bölmələrində və ya konteynerlərdə gömrük möhür və plombların 

vəziyyətini yoxlayır, müstəsna hallarda nəqliyyat vasitələrinin yük bölmələrinə  və ya konteynerlərə baxış 

keçirirlər. (Əlavə 3). 

BYD kitabçasına  əməl edilməklə malların daşınması zamanı, Azərbaycan Respublikası 

Qanunvericiliyinin hər hansı bir pozulması halı aşkar edildikdə, çıxış gömrükxanası BYD kitabçasını nəzərdə 

tutulmuş qaydada qeyd-şərtlərlə rəsmiləşdirilir. (Əlavə 4). 

Sənədli və faktiki nəzarət nəticəsində Azərbaycan Respublikası Qanunvericiliyinin pozulması faktları 

aşkar edilmədikdə 2 nömrəli kəsilən vərəqin 24,25,26,27,28-ci qrafaları və 2 nömrəli kəsilən kötük doldurulur, 

komplektin 2 nömrəli kəsilən vərəqi ayrılır, BYD kitabçası jurnalda qeydiyyata alınır, rəsmiləşdirilmiş BYD 

kitabçası daşıyıcıya qaytarılır. Kəsilən 2 nömrəli vərəqin 28-ci qrafasında və 2 nömrəli kötüyün 6-cı qrafasında 

şəxsi nömrəli möhür vurulmaqla, imza və tarix qoyulmaqla gömrük nəzarəti zonasından çıxmağa icazə verilir. 

Malların Azərbaycan Respublikası  ərazisindən tranzit zamanı gömrük rəsmiləşdirilməsi giriş  və  çıxış 

gömrükxanalarında analoji qaydada aparılır.  

 

 



Malların bir neçə göndərilmə və təyinat  

gömrükxanasından daşınması zamanı 

gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri 

 

Mallar Azərbaycan Respublikasından aparılarkən onların BYD prosedurası üzrə daşınması bir neçə 



göndərilmə gömrükxanasından və ya mallar Azərbaycan Respublikasına gətirilərkən bir neçə  təyinat 

gömrükxanasında həyata keçirilə bilər. Hər bir göndərilmə  və ya təyinat gömrükxanası üçün əlavə  kəsilən 

vərəqlər komplekti (dəsti) tələb olunur. 

Göndərilmə gömrük xidmətində  və ya təyinat gömrük xidmətində müvafiq olaraq aşağıdakılar həyata 

keçirilir: 

- Azərbaycan Respublikasından aparılarkən malların qismən yüklənib-tamlanması; 

- Azərbaycan Respublikasına gətirilərkən malların qismən boşaldılması. 

Malların qismən yüklənib-tamlanması  həyata keçirilən gömrük xidməti bu bənddə göstərilən 

xüsusiyyətlər nəzərə alınmaqla,  əsasnamə ilə  nəzərdə tutulmuş qaydada malların daşınmasının 

rəsmiləşdirilməsini həyata keçirir. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə