Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

33 

 

             



Mövzu 7. 

 

Alqı-satqı müqavilələrində mal  

Göndərişinin bazis şərtləri və 

Beynəlxalq Konvensiyalar  

 

Beynəlxalq təcrübədə alqı-satqı əməliyyatları müxtəlif kommersiya şərtlərində həyata keçirilir. Alıcı və 



satıcı arasında mal göndərişləri zamanı götürülən öhdəliklərin  əsasını “Ticarət terminləri izahının beynəlxalq 

qaydaları” (“İnkoterms”) təşkil edir. İlk dəfə “İnkoterms” 1936-cı ildə işlənib, hazırlanmşdır. Hazırda istifadə 

olunan sonuncu redaksiya isə 2000-ci ilin təkmilləşdirilmiş nəşridir.  

“İnkoterms” terminlərinə yenidən baxılma işi ilə  əlaqədar olaraq Beynəlxalq Ticarət Palatasının işçi 

qrupu tərəfindən ticarət terminlərinin asan oxunması  və başa düşülməsi məqsədilə başqa ardıcıllığın təqdim 

edilməsi təklifi irəli sürülmüşdür. Bu terminlər dörd müxtəlif bazis kateqoriyalarına görə qruplaşdırılmışdır 

(Cədvəl 2): 

“E” qrupu EXW şərtlərini özündə cəmləşdirir, bu şərtə görə alıcı göndərilməyə hazır olan malı anbarda 

qəbul edir (satıcının müəssisəsində);  

“F” qrupunun şərtlərinə satıcının mütləq qaydada malları alıcının göstərdiyi nəqliyyat vasitəsinə qədər 

çatdırılması daxildir (FSA, FAS, FOB şərtləri);  

“C” qrupu şərti daxilində  nəzərdə tutulur ki, satıcı daşınma müqaviləsini bağlamalıdır, ancaq o malın 

yüklənib yola salınmasından sonra və daşınma müddətində baş verəcək hadisələrlə bağlı, - malların itməsi, 

zədələnməsi və əlavə xərclərə görə risk (mümkün olan xətər) daşımır (CFR, CİF, CRT, CİP);  

“D” qrupu şərtinə görə, satıcı malın təyinat məntəqəsinə çatdırılmasına qədər bütün mümkün ola bilən 

risk və xərcləri daşıyır (DAF, DES, DEQ, DDU və DDP). 

 

 

Cədvəl 2 



 

Uyğun şərtlər 10 bəndə bölünmüş öhdəçilikdə izah edilmişdir ki, burada da eyni suallar üzrə satıcının 

hər hansı öhdəçiliyinə uyğun olaraq alıcının da öhdəçiliyi öz əksini tapmışdır. Məsələn, satıcının öhdəçiliyi izah 

edilən A-3 bəndinə uyğun olaraq satıcı daşınmanı təşkil etməli və ödənilməsini yerinə yetirməlidirsə, alıcının 

öhədçiliyini təyin edən B.3 bəndində alıcının “öhdəçiliyi yoxdur” sözləri qeyd olunmuşdur.  

Bütün bunlar o demək deyildir ki, alıcı malın daşınmasına görə öhdəçilik götürə bilməz, ancaq şərtə 

görə onun qarşısında belə bir “öhdəçiliyi” yoxdur. 

“İnkoterms” tərəflər arasında vergilərin, rüsumların, digər rəsmi yığımların, habelə gömrük 

rəsmiləşdirilməsinə çəkilən xərclərin bölüşdürülməsi bölməsində tərəflər arasında çəkilən xərclərin hansı ölçüdə 

bölünməsini izah edir, hərçənd ki, satıcı malın satışından sonra onu alıcı tərəfindən neçə istifadə olunmasında 

maraqlı olmaya bilər. Və əksinə, bəzi şərtlərə görə, məsələn, “D” tipinə görə, təyin edilmiş məntəqəyədək malın 

daşınmasına görə satıcı tərəfindən çəkilən xərclər alıcını maraqlandırmır.  

Yaxşı olardı ki, malların gömrük təmizlənməsi öz ölkələrində müqavilə iştirakçıları tərəfindən və ya bu 

işlərə vəkil edilmiş şəxslər tərəfindən təşkil edilsin. Beləliklə, ixracatçı ixraca görə, idxalatçı isə öz növbəsində 

idxala görə gömrük təmizlənmələrini təşkil etməlidirlər. Ancaq, bir sıra ticarət  şərtlərinə uyğun olaraq, alıcı 

məcburdur ki, gömrük təmizlənməsini satıcının ölkəsində həyata keçirsin (EXW, FAS və i.a.) və əksinə, satıcı - 

gömrük təmizlənməsini alıcının ölkəsində yerinə yetirsin (DEQ və DDP). Aydındır ki, belə hallarda alıcı  və 

satıcı müəyyən malların aparılması  və  gətirilməsi üçün qadağalarla  əlaqədar mümkün hər hansı riski öz 

üzərlərinə götürürlər. 

Onlar, həmçinin, uyğun ölkə tərəfindən həmin ölkənin vətəndaşı olmayan şəxsin gömrük təmizlənməsi 

əməliyyatı aparmasına icazə verilməsini müəyyən etməlidirlər (məsələn, Rusiyanın gömrük qanunvericiliyi 

buna yol vermir). 

Ola bilər ki, alıcı EXW şərtinə uyğun olaraq malı anbar meydançasından qəbul edilməsini arzu etsin və 

ya “FAS” şərtinə görə yükü gəmi bortu boyunca qəbul etsin və eyni zamanda istəyər ki, malın ixracına görə 

gömrük təmizlənməsi satıcı tərəfindən yerinə yetirilsin.  

Belə olan halda “ixraca görə gömrük təmizlənməsi daxil olmaqla” ifadəsi müəyyən ticarət terminindən 

sonra  əlavə edilir. Əksinə, elə hallar da olur ki, satıcı “DEQ” və ya “DDP” şərtlərinə uyğun olaraq malın 

çatdırılmasına hazırdır, lakin idxal üçün nəzərdə tutulan rüsum və rəsmi yığımların ödənilməsi üçün öz üzərinə 

tam və ya qismən öhdəçilik götürmür. Bu hal üçün onda DEQ şərtinə “rüsum ödənilmişdir” ifadəsi  əlavə 

edilməlidir və ya satıcı  tərəfindən konkret hansı vergi və  yığımların ödənilməsini istəmədiyi göstərilməlidir. 

Məsələn, DEQ və ya DDP VAT unrald (əlavə edilmiş dəyərin vergisi ödənilməmişdir). 



34 

 

Nəzərə alınmalıdır ki, xarici şirkətlər üçün bir çox ölkələrdə nəinki idxal lisenziyalarının alınması, hətta 



əlavə olunmuş dərəyə görə rüsum və vergilərin ödənilməsi müəyyən çətinliklərlə qarşılanır. Belə halda ən çox 

qəbul edilən şərt “DDU”dür (rüsum ödənilmədən daşınma). 

Ancaq bir neçə halda elə olur ki, idxal olunacaq malın idxalatçının ölkəsindəki anbarlarına qədər 

çatdırılmasını (göndərişini) öz öhdəsinə götürmüş satıcı istəyər ki, gömrük rəsmiləşdirilməsini rüsumu 

ödəmədən həyata keçirsin. Onda “DDU” şərtindən sonra “gömrük təmizlənməsi daxil olmaqla” ifadəsi  əlavə 

edilməlidir. Həmçinin D tipli terminlərinə  də digər uyğun  əlavələr edilə bilər. Məsələn, DDP, əlavə olunan 

dəyərin vergisi istisna olmaqla, DEQ, rüsum ödənilmədən və i.a.  

Bir çox hallarda tərəflər arzu edirlər ki, malın təyinat yerinə  qədər təhlükəsmz daşınması üçün hansı 

qablaşdırmadan istifadə olunması müəyyən edilsin.  

Ancaq, daşınmanın müddətindən və növündən asılı olaraq satıcı  tərəfindən götürülən öhdəçilik də 

müxtəlif olur ki, buna görə də satış kontraktının bağlanmasına qədər satıcı qablaşdırmanın şərtlərindən xəbərdar 

olmalı  və yerinə yetirməlidir. Bu müddəa malların beynəlxalq ticarətinə dair kontraktlar haqqında BMT-nin 

1980-ci il Konvensiyasının 35.1 və 35.2.6 maddələrində öz əksini tapmışdır.  

Bir çox hallarda alıcı tərəfindən malların keyfiyyətinin yoxlanılmasının təşkili malın satıcıdan alınana 

qədər və ya daşınmaya qəbul edilənədək həyata keçirilməsi məqsədyönlü hesab edilir (yüklənməyə  qədər 

yoxlanılma - PSI rre-shirment insrektion). Əgər kontraktda başqa hal nəzərdə tutulmursa, alıcı marağına uyğun 

təşkil etdiyi belə yoxlamanın dəyərini özü ödəyir. Amma yoxlama yalnız lisenziya alınması məqsədilə satıcının 

ölkəsində aparılarsa, onda malın yoxlanılması üçün çəkilən xərci o özü ödəyir.  

 

 

Daşıyıcının yanında sərbəst (FSA) 



 

Qeyd olunduğu kimi, FSA termini o vaxt işlədilir ki, satıcı daşınma üzrə öz öhdəçiliyinə əməl etsin və 

malı alıcının təyin etdiyi daşıyıcıya təhvil versin. Bunun dəniz nəqliyyatında da istifadə olunması bu şərtlə 

gözlənilir ki, yük ənənəvi üsulla gəmiyə yüklənə bilməsin.  Ənənəvi FOB şərtinin burada istifadəsi münasib 

deyil, çünki satıcı gəminin gəlməsinə qədər malı yük terminalına təhvil vermək məcburiyyətindədir və əgər belə 

olmasa, o malın nəzarəti və saxlanması üçün müəyyən riskə və əlavə xərclərə yol verməlidir.  

Qeyd etmək lazımdır ki, “F” tipli şərtə görə satıcı mütləq alıcının təlimatı üzrə malları daşımaq üçün 

təhvil verir, çünki yalnız alıcı malların daşınmasına dair, daşıyıcını göstərməklə, müqavilə bağlayır.  

CFR, CİF CRT və CİP tipli şərtlər  

 

“C”  şərtinə müvafiq olaraq, satıcı öz hesabına adi şərtlər daxilində  nəqliyyat vasitələri ilə müqavilə 



bağlamaladır. Buna görə də daşınmanın dəyəri hansı məntəqəyə qədər ödənilirsə bu məntəqənin adı uyğun “C” 

terminindən sonra mütləq yazılmalıdır.  

“CİF” və “CİP”  şərtlərinə müvafiq olaraq satıcı, həmçinin, malı  sığorta etməli və  sığorta üçün xərc 

çəkməlidir.  

Satıcı  və alıcı arasında xərclərin ayrılma məntəqəsi, adətən, təyinat ölkəsinə aid edilir və  bəzən “C” 

şərtini səhvən “D” tipli şərtə aid edirlər, ancaq bu şərtlər arasında əsaslı fərq vardır:  

“C” tipli şərtə görə satıcı daşınma prosesində hər cür riskdən azaddır, “D” tipli şərtə görə isə satıcı malın 

razılaşdırılmış  təyinat məntəqəsinə  qədər mümkün olan hər cür risk və  xərclərə görə  məsuliyyət daşıyır. 

Bununla əlaqədar, qeyd etmək lazımdır ki, “C” tipli şərt “F” tipli şərtə yaxındır, belə ki, satıcı ölkədə yükləmə 

və yola salma üçün konkret öhdəçiliyi yerinə yetirir.  

Beləliklə, “C” və “F” tipli şərtlərlə bağlanmış satış kontraktları yükləmə kateqoriyalı kontraktlara aiddir. 

Bu kontraktlardakı qaydalara görə satışının payına malın razılaşdırılmış təyinat yerinə qədər daşınması üçün adi 

nəqliyyat xərcləri, alıcının payına isə malın daşınması üçün təhvil verildiyi andan etibarən onun məhv edilməsi

xarab olma riski və əlavə xərclər düşür. Məsələn, “C” tipli şərt bütün şərtlərdən fərqli olaraq iki kritik nöqtəyə 

malikdir: birincisi, xərclərin bölünməsi sahəsində, digəri isə risklərin bölüşdürülməsi sahəsində. Bu səbəbdən 

“C” tipli şərt daxilində satıcıya əlavə öhdəçiliklər verən zaman həddən artıq diqqətli olmaq lazımdır. Başlıcası 

odur ki, bütün bunlar vaxt etibarı ilə riskin alıcıdan satıcıya keçmə anına qədər həyata keçirilsin. “C” tipli şərtin 

əsas mahiyyəti, satıcı kontrakta əsasən daşınma üçün müqavilə bağladıqdan və malı “CİF” və “CİP” şərtlərinə 

uyğun sığortaya təqdim etdikdən sonra onun gələcəkdə bütün mümkün riskdən və  xərclərdən azad 

olunmasından ibarətdir. Satıcıya imkan yaradılmalıdır ki, yük sənədlərini banka təqdim etmək yolu ilə 

ödəmələri alıcı ilə razılaşdırsın.  

Aydındır ki, satıcı adətən, daşınma üçün çəkilən bütün xərcləri ödəməlidir; fərqi yoxdur, ödəniş fraxtın 

(Fraxt - (ingiliscə - freight) dəniz və ya hava yolu ilə yükün daşınması  xərcləridir. Daşıma müqaviləsi 

iştirakçılarının razılığı və ya tariflərlə fraxtı müəyyən edirlər) qabaqcadan mal yükləndikdən dərhal sonra (rre-

raid uron shirment) və yaxud hesablaşma təyinat yerində olsun (freight collect). 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə