Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

21 

 

Bir qayda olaraq gömrük ödənişlərinin ödənilməsi üçün vaxt verilmir. Əgər müstəsna hallarda ödəyiciyə 



verilərsə  və ya vaxt uzadılarsa, bu ancaq hüquqi şəxslərə  şamil oluna bilər. Çünki fiziki şəxslər üçün 

qanunvericilikdə güzəştlər nəzərdə tutulmamışdır. 

Ödəyicinin sərbəst formada tərtib etdiyi yazılı  ərizəsinə  əsasən gömrük rəsmiləşdirilməsini aparan 

gömrük orqanının rəisi, gömrük ödənişlərini ödəmək üçün ona möhlət verilməsi və ya vaxtın uzadılması barədə 

qərar verə bilər. Həmin ərizə YGB ilə eyni vaxtda gömrük orqanına təqdim edilir. 

Ödənişlərin ödənilməsi üçün möhlətin verilməsi və ya vaxtın uzadılması müddəti, gömrük 

bəyannaməsinin təqdim edildiyi gündən hesablanmaqla iki aydan çox ola bilməz. Mövcud qanunvericiliyə görə 

möhlətin verilməsi və vaxtın uzadılmasına görə, Azərbaycan Respublikasının verdiyi kreditlər üzrə  həmin 

bankın verdiyi dərəcələrə uyğun olaraq faizlər alınır və dövlət büdcəsinə köçürülür. Milli Bankın verdiyi 

kreditlərə görə müəyyənləşdirdiyi dərəcələr haqqında məlumat DGK tərəfindən yerli gömrük orqanlarına 

çatdırılır. Qeyd etmək lazımdır ki, gömrük ödənişlərinin ödənilməsində vaxtın uzadılması  və ya möhlət 

verilməsinə görə hesablanmış faizlər, ödəyici tərəfindən gömrük ödəmələrinin məbləğinin ödənişi ilə eyni 

vaxtda ödənilir. 

Ödənişlərin ödənilməsinə möhlət verilərkən və ya vaxt uzadılarkən ödəyici uzadılmış vaxtın sonuncu 

günündən gec olmayaraq, borcunu və faizləri ödəməlidir. Bu zaman pul vəsaitinin köçürülmə tarixi bank 

əməliyyatlarının həyata keçirilməsi haqqında ödəmə sənədindəki bankın qeyd tarixi sayılır.  

Möhlət verilən və ya vaxtı uzadılan ödəmələrin ödənişini təsdiq edən ödəmə  sənədlərinin surəti 

müəyyən edilmiş müddətlərdə gömrük orqanlarına təqdim edilmədiyi hallarda, ödəniş günü pul vəsaitinin 

gömrük orqanının hesabına faktiki daxilolma tarixi sayılır.  

Gömrük ödənişlərinə möhlət verilməsi və ya vaxtın uzadılması  aşağıdakı hallarda mütləq həyata 

keçirilməlidir: 

1) əgər ödəyiciyə təbii fəlakət, texnoloji qəza və ya digər qarşısıalınmaz güclər tərəfindən ziyan dəyərsə;  

2) əgər ödəyici dövlət sifarişini yerinə yetirirsə

3) əgər gətirilən mallar tez xarab olan mallardırsa; 

4) əgər ödəyici hökumətlərarası sazişlər üzrə mal göndərirsə. 

Aşağıdakı hallarda isə gömrük ödənişlərinə möhlət verilməsi və ya vaxtın uzadılmasına icazə verilə 

bilməz: 

1) Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə görə gömrük hüquq pozuntusu ilə  əlaqədar 

cinayət işi qaldırılmış şəxslərə. Qüvvədə olan Cinayət Məcəlləsinə görə bu cür cinayətlər bunlardır: 

- Qaçaqmalçılıq (206 maddə); 

- Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları 

Azərbaycan Respublikasına qaytarmama (207 maddə): 

- xarici valyuta vəsaitlərini xaricdən qaytarmama (208 maddə); 

- gömrük ödənişlərinin ödənilməsindən yayınma (209 maddə); 

2) iflas (bankrot) olması ilə bağlı iddia qaldırılan şəxsə. 

Əgər möhlət verildikdən və ya vaxt uzadıldıqdan sonra belə hallar baş verərsə, onda gömrük orqanı 

verdiyi qərarı ləğv etməlidir.  

Gömrük ödənişlərinin ödənilməsi üçün verilən möhlət üzrə faizlərə görə ödəmə  aşağıdakı düsturla 

hesablana bilər: 

 

Mf = C+G+S/365x100, burada 



 

Mf - gömrük ödənişlərinin ödənilməsinə verilən möhlət faizi

C - gömrük bəyannaməsinin qəbul olunduğu gün Azərbaycan Respublikasının Milli Bankının 

müəyyənləşdirdiyi valyuta məzənnəsi üzrə möhlət müddətinə görə hesablanmış gömrük ödənişlərinin cəmi; 

G - gömrük ödənişləri üçün möhlət verilmiş günlərin faktiki miqdarı; 

S - möhlət müddətində bankın maliyyələşdirmə stavkası; 

365 - təqvim ilindəki günlərin sayı. 

Verilən möhlət üzrə faizləri əyani misalla hesablayaq: 

C=11564 600 man; G=15; S=35. 

Mf=(11564 600x15x35):(365x100)=166 340, 2 man. 

 

Deməli, verilən möhlət bitdikdən sonra ödəniləcək məbləğin miqdarı aşağıdakı kimi olacaqdır: 



11 564 600 man+166 340.20 man=11 730 940.2 man. 

Ayrı-ayrı gömrük ödənişləri üzrə də verilən möhlətə görə hesablamalar eyni qayda ilə aparılır. 

Gömrük ödənişlərinin ödənilməsi üçün verilmiş vaxtın uzadılması üzrə faizlərə görə ödəmə  aşağıdakı 

düsturla hesablana bilər: 




22 

 

 



Vf = C+G+S/365x100, burada  

 

Vf - gömrük ödənişlərinin ödənilməsinə verilən vaxt faizi; 



C - vaxtın uzadılmasına görə hesablanmış gömrük ödənişlərinin cəmi; 

G - gömrük ödənişləri üçün vaxtın uzadılmasına verilmiş günlərin faktiki sayı; 

S - vaxtın uzadıldığı müddətdə bankın maliyyələşdirmə stavkası. 

Gömrük ödənişlərinin ödənilməsi üçün vaxt uzadılarkən ödəmə qrafiki tərtib olunur. Vaxtın uzadılması 

üzrə faktiki istifadə faizləri, gömrük ödənişləri ödənmiş  hər bir müddət üçün ayrıca hesablandıqdan sonra 

toplanır. Bu zaman ayrı-ayrı vaxtlarda ödənilmiş ödənişlər ümumi cəmdən çıxılır. Məsələn, “Gilan” firmasına 

miqdarı 6 000 000 manat olan, idxal gömrük rüsumlarını ödəmək üçün 21 gün vaxt verilmişdir. Vaxtın 

uzadılması üzrə faizlər, gömrük orqanı  və xarici iqtisadi fəaliyyətlə  məşğul olan iştirakçı ilə birlikdə  tərtib 

olunmuş qrafikə  əsasən hər həftədən bir olmaq şərti ilə, daha doğrusu 7 gündən bir 2 000 000 manat 

ödənilməlidir. Vaxtın uzadılması üzrə faizlər gömrük ödənişləri ilə eyni vaxtda ödənilir. Bu müddət  ərzində 

bank tərəfindən maliyyələşdirmə faizini 45 qəbul etsək, onda “Gilan” firması hər həftə aşağıdakı qədər vəsait 

ödəyəcəkdir: 

Vf1=(6 000 000x7x45):(365x100)=51 780.80 ma. 

 

Burada C ümumi gömrük ödənişlərinin cəmidir, çünki məhz bu məbləğə vaxt uzadılmışdır (7 gün). 



Beləliklə, vaxtın uzadılması üçün birinci ödəmə aşağıdakı qədər olacaqdır: 

 

2 000 000 + 51 780.80 = 2051780.8 m. 



 

İkinci həftə üçün isə aşağıdakı məbləğ ödəniləcəkdir: 

 

Vf2=(4 000 000x7x45):(365x100)=34 520.5 man. 



 

Burada ona görə 4 mil. 

 manat götürülür ki, birinci ödəmədə artıq 2 mln. manat ödənilmişdir.  İkinci həftə üçün ödənilən məbləğ 

aşağıdakı kimi olacaqdır: 

 

2 000 000+34520.5 m.=2 034 520.5 man. 



 

Üçüncü həftə üçün ödəniləcək məbləğ Vf3 = (2 000 000 x 7 x 45) : (365x100) = 17 260.3 man; 2 000 

000 + 17260.3 m. = 2017 260.3 man. olacaqdır. 

Deməli, “Gilan” firması vaxtın uzadılması üçün ümumilikdə 

6 000 000 + 51780.8 + 34520.5 + 17260.3 man. = 6 103 561.6 manat pul ödəyəcəkdir. 

 

Gömrük rəsmiləşdirilməsinə 



görə gömrük yığımları  

 

Mal qismində ölkənin gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin, habelə müşayiət 



olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən, kommersiya məqsədləri üçün nəzərdə 

tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə 

qanunvericiliklə müəyyən olunmuş miqdarda gömrük yığımları alınır.  

Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımları, gömrük sisteminin xidməti xərcləri kimi 

qiymətləndirilməlidir. Bu gömrük yığımları birbaşa büdcə vəsaiti hesab olunur.  

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları mal və sənədlər gömrük rəsmiləşdirilməsinə təqdim 

olunana qədər və ya həmin vaxt həyata keçirilir. Bu gömrük yığımları ödənməsinin özünəməxsusluğu 

aşağıdakılardır:  

1) gömrük yığımlarının ödənilməsi üçün heç bir vaxt alma və ya vaxt uzatma nəzərdə tutulmayıb;  

2) gömrük rəsmiləşdirilməsinə görə alınmış gömrük yığımları geri qaytarılmır.  

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 112-ci maddəsinə görə gömrük rəsmiləşdirilməsi üçün 

yığımların miqdarını qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti, yəni Azərbaycan Respublikası 

Nazirlər Kabineti müəyyənləşdirir.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 saylı  qərarı ilə gömrük 

rəsmiləşdirilməsinə görə aşağıdakı gömrük yığımlarının miqdarı müəyyən edilmişdir:  



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə