Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   38

16 

 

Hesablanma qaydasına görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlandırılır: 



1) nominal - gömrük tarifində göstərilən tarif dərəcələridir. Bu tarif dərəcələri ölkənin idxal və ixraxının 

məruz qaldığı gömrük ödənişlərinin səviyyəsi haqqında ancaq ümumi təsəvvür yaradır; 

2) səmərəli (effektiv) - son məhsula, rüsumların səviyyəsi nəzərə alınmaqla hesablanmış gömrük 

rüsumlarının real səviyyəsi. 

Gömrük rüsumlarının dərəcələri malların mənşə ölkəsindən asılı olaraq, differensial şəkildə  tətbiq 

olunur. MDB dövlət başçıları Şurasının 30 noyabr 2000-ci il tarixli qərarı ilə təsdiq olunmuş Qaydalara görə, 

malın mənşə ölkəsi dedikdə, malın tamamilə  həmin ölkədə istehsal olunması  və ya kifayət qədər istehsal 

olunması (emala məruz qalması) başa düşülür. 

Malın kifayət qədər emal edilmə meyarları aşağıdakılardır: 

1) Azərbaycan Respublikası Xarici İqtisadi fəaliyyətin Əmtəə nomenklaturasına (XİF MN) görə təsnifat 

kodunun ilk dörd rəqəm səviyyəsində dəyişməsi - mal mövqeyinin dəyişməsi; 

2) malın həmin ölkədə istehsal olunması üçün kifayət edən istehsal və ya texnoloji əməliyyatlara (əmək 

tutumlu, uzunmüddətli və s.) məruz qalması; 

3) advolar hissə qaydası - istifadə olunmuş materialların faiz dəyərinin və ya əlavə edilmiş  dəyərin 

göndərilən malın qiymətinin müəyyən hissəsinə çatdığı  səviyyədə  dəyişməsidir. Təcrübədə bu dəyər malın 

qiymətinin 30%-ni təşkil etdikdə qəbul edilir (elektron və mürəkkəb texnikaya aid edilən mallarda isə 15%-lən 

az olmayaraq qəbul edilir). 

Kifayət qədər emal meyarlarına cavab verməyənlər aşağıdakılar hesab olunur: 

- malların saxlanması və ya daşınması zamanı onların qorunmasını təmin edən əməliyyatlar; 

- malların satışa və daşınmaya hazırlanması  əməliyyatları (dəstlərə ayrılması, çeşidlənməsi, yenidən 

qablaşdırılması, göndərişlərin formalaşdırılması); 

- sadə yığma əməliyyatları; 

- ilkin mallardan seçilməyən dərəcədə malların xassələrini dəyişdirən qarışdırma əməliyyatları. 

Mənşə ölkəsindən asılı olaraq aşağıdakı gömrük rüsum dərəcələri tətbiq oluna bilər: 

1) baza; 

2) preferensial (güzəştli); 

3) maksimal. 

Baza dərəcələri dedikdə, Azərbaycan Respublikasının digər dövlətlərə ticarət-siyasi münasibətlərdə 

daha əlverişli şərait rejimi zamanı istifadə etdiyi gömrük rüsumlarının dərəcələri başa düşülür. Bir qayda olaraq, 

bu dərəcələr ikitərəfli beynəlxalq müqavilələrlə  və sazişlərlə müəyyənləşdirilir. Başqa sözlə, baza dərəcələri 

gömrük rüsum dərəcələrinin 100 faizinə bərabərdir. 

Güzəştli (preferensial) dərəcələr, Azərbaycan Respublikasının milli güzəştlər sisteminə daxil olan 

gömrük rüsumlarının güzəşt dərəcələri hesab olunur. Hazırda güzəşt dərəcələrinin miqdarı, gömrük 

rüsumlarının baza dərəcələrinin 75%-i həcmindədir. Göstərilən güzəşt dərəcələri Azərbaycan Respublikasının 

güzəşt tətbiq etdiyi ölkələrdən gətirilən mallara tətbiq olunur. 

Azərbaycan Hökuməti müstəsna hal kimi tarif dərəcələrini aşağı salmağa, habelə  aşağıdakı malları 

gömrük rüsumlarından tamamilə azad etmək hüququna malikdir (“Gömrük tarifi haqqında” AR Qanununun 35-

37-ci maddələrinə əsasən): 

1) Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən olunmuş gömrük rejimləri daxilində 

ölkənin gömrük ərazisinə gətirilən mallar; 

2) Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən xarici sərmayəli müəssisələrin qoyduğu 

vəsaitlər; 

3) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

Maksimal dərəcələr gömrük rüsumlarının baza dərəcələrinin iki dəfə artması deməkdir. Maksimal 

dərəcələr aşağıdakı hallarda nəzərdə tutulur: 

1) ölkənin güzəştli ticarət siyahısına daxil olmayan ölkələrdən gətirilən mallara; 

2) gömrük rəsmiləşdirilməsi zamanı mənşə ölkəsi müəyyənləşdirilə bilməyən mallara. 

 

 



Əlavə dəyər vergisi (ƏDV) 

 

Azərbaycan Respublikasının “Vergi Məcəlləsi”nin 153-cü maddəsinə görə, “Malların, işlərin, 



xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə köçürülən dəyər artımının bir hissəsinin 

büdcəyə alınması forması  əlavə  dəyər vergisidir”. Əlavə  dəyər vergisi mahiyyət etibarı ilə dolayı vergidir. 

Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən mallar ƏDV-nin vergiqoyma obyektidir. Ölkənin 

gömrük ərazisindən aparılan mallar əlavə dəyər vergisinə cəlb olunmadığı üsün vergitutmanın obyekti sayılmır. 




17 

 

ƏDV-nin miqdarı vergi bazasından vergi dərəcəsinin faizi ilə müəyyənləşdirilir. Sxematik şəkildə bu 



formula aşağıdakı kimi ifadə oluna bilər: 

=x 


Ümumi qaydaya görə, Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən mallar üçün ƏDV 

hesablanarkən vergi bazası gömrük rüsumlarına və aksizlərə (aksizli mallar və aksizli mineral xammallar) 

məruz qalan malların gömrük dəyərinin cəmi kimi götürülür. Yalnız gömrük ərazisindən kənarda emal gömrük 

rejiminə uyğun olaraq aparılmış mallar ölkənin gömrük ərazisinə  gətirilərkən vergi bazası kimi, emal 

dərəcələrinin dəyərinə görə əlavə dəyər vergisi hesablanır. 

Ölkənin gömrük ərazisinə gətirilən hər bir mal qrupunun adına, növünə və markasına görə ayrıca vergi 

bazası müəyyən olunur.  

Əgər ölkənin gömrük ərazisinə  gətirilən mal dəstinin (partiyasının) tərkibində  həm aksizli, həm də 

aksizsiz mallar olarsa, onda göstərilən hər mal qrupu üçün ayrıca vergi bazası müəyyənləşdirilir. Ölkə ərazisinə 

gətirilən malların içərisində, əvvəllər gömrük ərazisindən kənarda gömrük rejiminə uyğun olaraq emal olunmuş 

mallar varsa, eyni qayda ilə onlar üçün də ayrı-ayrılıqda vergi bazası təyin olunur.  

Əlavə  dəyər vergisinin ümumi miqdarı, ayrı-ayrı vergi bazaları üzrə hesablanmış  ƏDV-in cəmi 

götürülür. 

Əlavə dəyər vergisinin dərəcəsi Azərbaycan Respublikası “Vergi Məcəlləsi”nin 173-cü maddəsinə görə 

18% götürülür. 

Azərbaycan Respublikasının  ərazisinə  gətirilən və  əlavə  dəyər vergisindən azad olunan mallar 

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Hal-hazırda AR Nazirlər 

Kabinetinin 13 iyul 2000-ci il tarixli 124 saylı qərarı ilə qəbul edilmiş və 22 dekabr 2003-cü ildə 161 saylı qərar 

ilə əlavələr və dəyişikliklər edilmiş “Azərbaycan Respublikası ərazisinə gətirilən əlavə dəyər vergisindən azad 

olunan malların siyahısı haqqında” Qərar qüvvədədir. Bu qərara görə aşağıdakı mallar əlavə dəyər vergisindən 

azad olunur: 

1) birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici 

investora məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak; 

2) xarici investisiyalı müəssisələrin  əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına 

gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla); 

3) Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, 

həmçinin Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki 

şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar; 

4) texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin 

və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar; 

5) damazlıq heyvanlar, damazlıq quşlar, damazlıq yumurtalar, bioloji preparatlar, əkin üçün gətirilmiş 

cins toxumlar; 

6) südəmər uşaqlar üçün qablaşdırılmış süd, qablaşdırılmış uşaq yeməkləri

7) qeyri-üzvi kimya məhsulları, üzvi kimya birləşmələri, başqa kimyəvi məhsullar; 

8) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna 

olmaqla fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası  ərazisinə  gətirilən, istehsal və kommersiya 

məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan artıq 

olmayan mallar; 

9) fövqəladə halların qarşısının alınması  və bu halların nəticələrinin aradan qaldırılması  məqsədilə 

maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin 

yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün AR-ın Fövqəladə Hallar Nazirliyinin təsdiqedici 

sənədi  əsasında idxal olunan xüsusi texniki vəsaitlər, avadanlıqlar, cihazlar, alətlər, kompleksləşdirici 

məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar; 

10) Azərbaycan Respublikası  vətəndaşlarının pasportları  və  şəxsiyyət vəsiqələri blankları, onların 

fərdiləşdirilməsi “Giriş-çıxış” avtomatlaşdırılmış  məlumat-axtarış sisteminin yaradılması  və  tətbiqi,  əl-barmaq 

izlərinin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar; 

11) qanunvericiliyə uyğun olaraq dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş 

müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehslın təşkili üçün nəzərdə tutulmuş mallar. 

Qərara görə,  ƏDV-dən azad olunan idxal olunan mallar təyinatı üzrə istifadə olunmadıqda, həmin 

mallar yenidən bəyan olunmalı  və 10 gün müddətində  ƏDV ödənilməlidir.  Əgər buna əməl olunmazsa, onda 

mal sahiblərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcəkdir. 

Vergi güzəştlərinə düşən məhsulların kodlarını Azərbaycan Respublikası  XİF MN-ə görə Nazirlər 

Kabineti müəyyən edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 

2003-cü il tarixli 161 saylı  qərarına  əsasən “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş 

Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə