Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 327,39 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix23.09.2017
ölçüsü327,39 Kb.
#1333
1   2   3   4   5   6   7   8   9   ...   19

www.achiq.info 

Avstralopiteklə heyvanlar aləminin təkamülü bitir. Təkamülün növbəti pilləsi ən qədim insanın - 



pitekantropun (meymun-insanın) meydana gəlməsinə səbəb oldu. Adətən, insanın təkamülünə həsr edilmiş 

əsərlərdə insanın pitekantrop dövrünü arxsoantroi, paleoantrop, qiqantopitek və meqantrop yarımdövrlərinə 

bölürlər, bəzi əsərlərdə isə insanın təkamülünü pitekantrop (buraya xüsusi pitekantrop dövründən başqa 

sinantrop və Heydelberq adamı dövrlərini də aid edirlər) və neandertal (qədim adam) dövrlərinə bölürlər. 

Çox vaxt yarım-dövrlər daha kiçik mərhələlərə bölünür; məsələn, paleoantrop yaxud neandertal yarımdövrü: 

1) cənub (Rodeziya tipi), 2) klassik (şapel tipi), 3) presapiyent (şteynkeym - eringsdorf tipi) və 4) keçid 

(Fələstin tipi) mərhələlərinə bölünür. 

Çox vaxt elmi ədəbiyyatda insanın təkamülünü beynin həcmi ilə də əlaqələndirirlər. Beynin həcminin 

insana-bənzər meymundan insana qədər keçdiyi təkamülü nəzərdən keçirək: oranqutanq-443 kub sm, 

şimpanze -410 kub sm, qorilla-510 (415-685) kub sm, avstralopitek-650 kub sm, parantrop-650 (490-815) 

kub sm, sinantrop 1000-1100 kub sm. neandertal adamı-1100-1600 (çox vaxt orta rəqəm 1600 götürülür) 

kub sm, müasir adam-1200-1700 (çox vaxt orta rəqəm 1400 götürülür) kub sm. 

Kəllə tağının hündürlüyü: şimpanzedə-42.5 mm, pitekantrop və sinantropda 62,9 mm, Cəbəllütariqdə» 

tanınmış neandertal adamında 81,1 mm, müasir insanda 89 mm. 

Gətirilən rəqəmlər göstərir ki, neandertal adamının beyninin orta həcmi müasir insanın beyininin orta 

həcmindən daha böyükdür. Belə çıxır ki, neandertal adamı müasir insandan daha çox inkişaf etməli idi. 

Lakin həyatda belə olmamışdır. Bunun səbəbini beyin hissələri arasındakı tənasübün dəyişməsində görürlər: 

neandertal adamının beyninin ön hissəsi müasir adama nisbətən daha az olmuşdur. Beyin həcmləri 

arasındakı nəhəng fərqə baxmayaraq, neandertal adamının kəlləsinin forması pitekantropun kəlləsinin 

formasından o qədər də fərqlənmir. Bunu onların və müasir insanın alınlarının formasında görmək olar: 

sinantropun alnının enmə bucağı 60,5, neandertal adamının alnının enmə bucağı 63, müasir insanın alnının 

enmə bucağı təxminən 90 dərəcədir. Bununla belə neandertal adamının kəlləsi ilə pitekantropun kəlləsi 

arasında müəyyən fərq vardır: neandertal adamının alnı pitekantropun alnından enlidir, kəlləsinin yuxarı 

hissəsi genişdir. Daha bir məsələni də qeyd etmək lazımdır: avstralopitek kimi, pitekantrop da əmək aləti 

hazırlamamışdır, əmək aləti hazırlamağı bacarmamışdır; o vaxtadək daşdan parçalar qoparmışdır ki, bu daş 

işlətmək üçün yararlı olmuşdur. Bir sıra mütəxəssislər iddia edirlər ki, bu dövrdə insanın (pitekantropun) 

əməyi (hərəkəti) şüurlu olmuş, əl və təfəkkür insan tələbatına bilavasitə xidmət etmişdir. Lakin bu dövrdə 

əməyin şüurlu olmasından, əmək prsosesində təfəkkürün iştirakından danışmaq olmaz. Bu dövrdə əmək 

alətləri hazırlanması hərəkət komplekslərinin avtomatik imitasiyası yolu ilə baş verir. Heyvanların bu növ 

həyat fəaliyyətini adlandırmaqda dialektik fəlsəfə instinktiv heyvan əməyi məfhumundan istifadə etmişdir. 

Elm belə hesab edir ki, bioloji mənada əmək insanın heyvan əcdadında nitqdən çox min illər əvvəl, cəmiyyət 

isə nitqdən xeyli sonra yaranmışdır. Məlumdur ki, klassiklərdən bir nəfər Bencamin Franklinin 




www.achiq.info 

10 


instrumentalizminə istehza etmiş, onun məşhur «insan alətdüzəldən heyvandır» (a tool making animal) 

aforizmini yankilər əsri üçün səciyyəvi hesab etmişdir. Materializm əmək dedikdə nəyi nəzərdə tutur? Biz 

əməyi ancaq insana məxsus olduğu formada nəzərdə tuturuq. Hörumcək toxucunun əməliyyatını xatırladan 

bir əməliyyat icra edir, bal arısı da mumdan şan qayırması ilə bəzi memar adamları utandırır. Lakin ən pis 

memar da ən yaxşı bal arısından lap əvvəldən bununla fərqlənir ki, memar hələ mumdan şan qayırmazdan 

əvvəl bunu öz beynində qayırıb hazırlamış olur. Əmək prosesinin sonunda alınan nəticə artıq bu prosesin 

əvvəlində insanın təsəvvüründə, yəni ideal surətdə mövcud olur. İnsan nəinki təbiətin verdiyi şeyin 

formasını dəyişdirir; təbiətin verdiyi şeydə o öz şüurlu məqsədini həyata keçirir. Bu məqsəd bir qanun olaraq 

insan fəaliyyətinin üsulunu və xarakterini müəyyən edir və insan öz iradəsini bu məqsədə tabe etməli olur. 

Həm də insanın öz iradəsini bu məqsədə tabe etməsi tək bir hal deyildir. Əməyi icra edən əzaları 

gərginləşdirilməsindən əlavə, əməyin sərf edildiyi bütün müddət ərzində müəyyən məqsəd güdən iradə də 

zəruridir ki, bu da işə dinət verməklə ifadə olunur, həm də əməyin məzmunu və onun icra üsulu fəhləni nə 

qədər az maraqlandırırsa, deməli, fəhlə öz fiziki və əqli qüvvələrinin hərəkətindən ibarət olan əməkdən nə 

qədər az zövq alarsa, həmin iradə bir o qədər artıq dərəcədə zəruridir. Qeyd etmək lazımdır ki, məqsədə, 

iradəyə tabe edilmiş fəaliyyət şüura xas xüsusiyyətdir, şüur isə, Marksın dediyi kimi, lap əvvəldən ictimai 

məhsul olmuş və ümumiyyətlə insanlar mövcud olduqca elə də qalacaqdır. 

Artıq sübut edilmişdir ki, əməklə məşqul olmasına baxmayaraq avstralopitek, pitekantrop və 

neandertal adamı nitqə malik olmamışdır; burası da məlumdur ki, müasir insanın hər üç əcdadı sürü halında 

yaşamış, deməli, ictimai varlıq olmuşdur. Avstralopitek, pitekantrop və neandertal adamının nitqə malik 

olmamasını mütəxəssislər onların alnının yastı (alnın enmə bucağının az olması) və ensiz olması ilə izah 

edirlər. Nevropsixologiya elmi sübut etmişdir ki, müasir insanın beynində nitq məzrkəzi alın və alın-gicgah 

nahiyəsində, görmə və eşitmə mərkəzləri isə beynin arxa hissəsində yerləşir. Nəinki avstralopitek və 

pitekantropun, hətta neandertal adamının da beyninin alın hissəsi zəif, arxa hissəsi isə güclü inkişaf etmişdir; 

müasir, insanın isə beyninin alın hissəsi güclü inkişaf etmiş,, beynin arxa hissəsi zəif inkişaf etmişdir. 

Nevropsixologiya sübut edir ki, təkamülün neoantrop dövründə baş beynin (beyin yarımkürələrinin) 

morfologiyasında əsaslı dəyişikliklər baş verir: beynin arxa hissəsinin kəskin surətdə azalması hesabına 

beyin qabığının alın hissəsinin, xüsusən onun yuxarı hissəsinin prefrontal bölməsi Homo sapyens-də sürətlə 

inkişaf edir. Təkamülün məhz bu mərhələsində paleoantropun kiçik bucaqlı alnı və alçaq kəllə tağı əvəzinə 

bizim, az qala, dik alnımız və kəlləmizin yüksək tağı meydana gəlir. Bütün bu amillər sözün insan 

davranışını idarə edən faktor kimi yarandığını göstərir. Deməli, insanın ilk əcdadları nitqə malik olmamış, 

əvəzində həssas eşitmə və hətta qaranlıqda belə görmə qabiliyyətinə malik olmuşdur. İnsanın hələ nitq 

qabiliyyətinə malik olmayan ulu əcdadlarının sürü halında yaşadıqlarını, deməli, cəmiyyət halında 

birləşdiklərini nəzərə alaraq, onların bir-birilə ünsiyyət saxladıqlarını qəbul etməliyik. Bəs insanın ulu 

əcdadları hansı vasitələrlə ünsiyyət saxlamışlar? «Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir», 




Yüklə 327,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə