«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə10/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   6   7   8   9   10   11   12   13   ...   122

 
26 
«Qoyun
 
yolu»
 
deyiminə üstünlük
 
vermiĢlər,
 
uqorlarla sıx təmasda
 
olanlar 
da «QuĢ yolu» ifadəsini iĢlətmiĢlər. Bu fərqlər bəzən eyni xalqın müxtəlif 
dialektləri  üzrə  diferensiallaĢmıĢdır.  Azər  türkləri  də  Samanyolu  ilə  ya-
naĢı bəzi dialektlərdə Ağyol, Avropa təsiri ilə elmi ədəbiyatda Südyolu və 
farsca Kəhkəşan deyimlərini iĢlədirlər. Lakin bu deyimlər içində  yuxarıda 
verilən xəritədən göründüyü kimi, yayılmada əsas yeri Samanyolu tutur. 
Gəlib Azərbaycana yerləĢən
 
haylar da Samanyolu deyiminə keçmiĢ-
lər.
 
Hətta
 
VII əsr müəllifi Anani ġirakatsi yazır ki,
 
bu yolda tökülən saman 
hayların ulu babası Vahanın asurların ulu babası BarĢamdan oğurladığı 
samandır.
47
 
Göründüyü
 
kimi,
 
kosmonimiya
 
elementlərindən təkcə
 
Saman-
yolu tarixi demoqrafiya üçün xeyli bilgi verir. Bu sıraya digər səma cisim-
lərilə
 
bağlı
 
yaranmıĢ deyimlərin etnolinqvistik
 
açımlarını,
 
ulduz falı,
 
qədim 
qamçılıq terminologiyasını da əlavə edəndə azər türklərinin tarixi coğrafi-
yası üçün böyük qaynaq əldə olunur. Saman yolu ilə bağlı deyilənlər bir 
daha Urmu teoriyasının Ön Asiyanı prototürk yurdu saymasını doğrulayır. 
Çin qaynaqlarına görə, hunlar mühüm iĢ görmək istəyndə Ayın və 
ulduzların  durumuna  baxardılar,  xaqan  isə  hər  səhər  çadırdan  çıxaraq 
GünəĢə,  gecələr  Aya  ibadət  edərdi.  GünəĢə  and  içmə  Altay  və  miĢar 
boylarında  da  vardı,  saxalar  böyük  bahadırların  GünəĢ-Ay  himayəsində 
olduğuna
 
inanar,
 
Abakan qamları
 
Solbon
 
(Çoban)
 
ulduzuna
 
tapınardılar.
48
 
Əbu Düləf bəzi
 
türk boylarının hansı ulduza tapındığını qeyd etmiĢ
,
 
lakin 
ulduz  adlarını  ərəbcə  vermiĢdir.
49
 
Zöhrə (Venera) ulduzunun sevgi sim-
volu
 
qədim türk mənbələrində SevütSevüq adlanması,
 
uyğurca bu ulduz 
adının  Erkliq  olması,  Mahmud  KaĢğarinin  isə  onu  «iĢıqlı»  anlamında 
Yaruq yıldız adlandırması maraqlı tədqiqat obyekti olsa da, mövzumuzdan 
kənar olduğundan yalnız bunu qeyd edək ki,
 
latınlar bu ulduzda (Lucifer) 
eĢq  və  Ģeytan məfhumu  gördükləri  kimi,  qədim  türklər də  onu  bu iki 
simvolla  tanımıĢlar.
50
 
Belə  paralellik,
 
əlbəttə,
 
etrusk-latın  və  ya  daha 
qədim batı türk boyları ilə Avropa xalqlarının təması nəticəsində yarana 
bilərdi. 
                                                 
47
 Ширакаци, 1962, 68-69. 
48
 Ġnan, 1972, 2-3, 29. 
49
 Əbu
 
Düləf
  
toqquz-oğuz
 
boyunun
 
Göy
 
qurşağı
 
(kavs-i
 
kuzeh)
 
görünəndə
 
Ģənlik etdiyini, 
qırğızların Zühal və Zöhrə ulduzunu uğurlu, Mərrix ulduzunu isə uğursuz saydıqlarını, 
çigil boyunun Süheyl, Zühal, Ekizlər, Böyük Ayı, Kiçik Ayı və Oğlaq bürcü ulduzlarına 
tapınıb, Çoban ulduzuna «tanrıların tanrısı» dediklərini yazmıĢdır (Ebü Dülef, 84, 88). 
50
 Nemet, 1971. 


 
27 
Yupiterin
 
Onq-ay

Qara-quş

Ekizlərin
 
Eren-tür/
 
Eren-tiz,  Mərrixin 
(Marsın)  Kürüd  adlanması  maraqlıdır.
51
 
Oxun  ucuna  metal  taxılması 
anlamında Mars planetinə Dəmir-soqum yox, Baqır-soqum / Bakır-sokum 
deyilməsi  tunc  (bakır)  çağının əlamətidir,  çünki  Karvanqıran adı  kimi, 
Dəmir-qazıq deyimi də sonrakı çağa aiddir. Türk dillərində
 
Yağız-sığın, 
İki bozat, Ak ayğır, Ox bürcü, Yeti-kan
 
/
 
Yeddi qardaş kimi astroloji ter-
minlər də iĢlənir, lakin bu adlar boydan-boya dəyiĢsə  də, bəzi qıpçaq 
boylarında  Ürger  Ģəklində  iĢlənən  Ülkər  ulduzunun  adı  əksər  dillərdə 
ilkin mənasını qorumuĢdur.
52
 
«Qutadğu bilig» üzrə dəyərli tədqiqat əsəri 
yazan Ramiz Əskərin tərtib etdiyi aĢağıdakı cədvəl planet və bürc (ükək) 
adlarının türkcə deyimi baxımından diqqəti çəkir:
53
 
 
«Qutadğu bilig»  azərcə 
ərəbcə 
farsca 
YaĢık 
Yalçık 
Kürüd 
Arzutilək 
Sevit 
Onqay 
Səkəntir 
Kozı 
Ud 
Ərəntir 
Kuçık 
Arslan 
BuğdaybaĢı 
Ülgü 
Çadan (Çayan) 
Ya (Yay) 
Oğlak 
Könək 
Balık 
GünəĢ 
Ay 
Mars 
Merkuri 
Venera 
Yupiter 
Saturn 
Qoç 
Buğa 
Ekizlər 
Xərçəng 
ġir 
Qız (BaĢaq) 
Tərəzi 
Əqrəb 
Oxatan (Yay) 
Oğlaq (ÇəpiĢ) 
Dolça 
Balıqlar 
ġəms 
Qəmər 
Mərrix 
Ütarid 
Zöhrə 
MüĢtəri 
Zühəl 
Həməl 
Sur 
Cövza 
Sərətan 
Əsəd 
Sünbülə 
Mizan 
Əqrəb 
Qövs 
Cədi 
Dəlv 
Hut 
Afitab 
Mah 
Bəhram 
Mehr 
Nihad 
Bərcis 
Keyvan 
Bərre 
Gav 
Dopeykər 
Xərçəng 
ġir 
XoĢe 
Tərəzi 
Kejdom 
Kaman 
Bozqale 
Dul 
Mahi 
                                                 
51
  Riyaziyatçı  alim  Valeh  Mirzəyevin  dediyinə  görə,  Dilican  dərəsinin  Poladlı  kəndində 
yaĢayan  babası  danıĢardı  ki,  ot  çalmaq  üçün  Göycə  gölü  yaxasındakı  biçənəyə  göydə 
Karvanqıran ulduzun ən parlaq göründüyü vaxtda çıxardılar. Bu Ulduzun  Karvanqıran 
adlanması isə keçmiĢdə onun gecəyarıda aldadıcı parıltısını Dan ulduzu hesab edib, yola 
çıxanların vaxtı səhv saldıqları üçün səhrada qırılması ilə bağlı yaranmıĢdır.  
52
 Nemet, 1971. 
53
 Əskər, 88-89; Yazar bu abidədə Karakuş (Yupiter), Yıldırak (Önçü, Kiçik Köpək ul-
duzu  topasının  alfa  ulduzu),  Ayğır  (Ağulduz  -  Böyük  Köpək  topasının  alfa  ulduzu), 
Yitikən (Yeddi qardaĢ bürcü, Böyük Ayı bürcü) adlarının keçdiyini də qeyd edir. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə