«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə87/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   83   84   85   86   87   88   89   90   ...   122

 
185 
siya  olunanlar  Azərbaycanın
 
batı
 
bölgələrinə
 
yerləĢdirilirdi. Doğu bölgə-
lərdə  isə  yalnız
 
Sasanilər
 
çağında  Xəzərboyu  Dərbəndə  gedən  yol  üzə-
rində bəzi
 
mühafizə
 
qarnizonlarını
 
təĢkil
 
etmək
 
üçün
 
kiçik
 
sayda
 
irandilli
 
boylar, ərəb istilası çağında isə ərəbdilli tayfalar
  
yerləĢdirilmiĢdir.  
Mada  ölkəsinin  asur  iĢğalına  məruz  qalan  batı  bölgələrində  yerli 
əhalinin uzaq ölkələrə köçürülməsi, onların yerini isə baĢqadilli əhali ilə 
doldurulması bu ərazilərin etnik tərkibi və dilinin dəyiĢməsi ilə nəticələ-
nirdi. Artıq m.ö.
700
-cü ilə qədər Madanın batı bölgələri  «xeyli dərəcədə 
öz yerli əhalisindən məhrum olmuĢ, Suriya, Fələstin, Babil və digər böl-
gələrdən gətirilən əsirlərlə doldurulmuĢdu».
16
 
Bu köçlərdən Bibliyada da 
bəhs olunur: «HoĢeanın doqquzuncu ilində Asur kralı Samiriyəni aldı və 
Ġsraili Asura sürdü və onları Xalaxda və Quzan irmağı olan Xaburda və 
Medlərin (Madaların) Ģəhərlərində oturtdu» (II. Çarlar,
 
17). Ona görə, bu 
bölgələrdə
 
aramey
 
dili  bir  müddət
 
əsas ünsiyət vasitəsinə çevrilmiĢdi. 
Azərbaycan daxilinə deportasiyalar olduğu kimi, Azərbaycandan kənara 
da  belə  deportasiyalar
 
olmuĢdur.  Asurlar  Mada
 
bölgələrindən  Fələstinə 
qədər batı ölkələrə qarqar, budi, sanqi və baĢqa türk boylarından xeyli 
əhali köçürmüĢdü. Atayurddan belə uzaq ölkələrə köçürmələr həmin böl-
gələrdə türkcə  yer-yurd adlarının yaranmasına səbəb olsa da, köçənlərin 
yerlilər arasında əriyib dilini itirməsi ilə nəticələnirdi. 
Müharibələrlə
 
bağlı ortaya  çıxan köçlər təkcə deportasiya və iĢğal 
olunan məskənlərdə
 
əhalinin
 
dəyiĢməsi Ģəklində deyil, həm də müharibə 
qorxusundan qaçanların köçü Ģəklində özünü göstərir. Məsələn,
 
VI əsrdə 
Göytürklərin
 
hücumundan qorxub batıya qaçan
 
120-150
 minlik avar boyu 
Xəzərin  quzey-batısından  Karpatın  batısına  qədər  uzun  yol  keçmiĢdir.
17
 
Bu
 
tip köçlər türk boyları üçün daha xarakterikdir. Belə ki, ardıcıl düzülən 
türk  bölgələrinin  birində  hərəkətə  gələn  boy  qonĢu  bölgələrdəki  türkləri 
də hərəkətə gətirir, sanki türk boyları baĢqa etnoslardan yox, yalnız türk 
soydaĢlarından qorxub yurdunu dəyiĢir. Herodot Azaq dənizi yaxasındakı 
qamər
 
(kimmer)
 
boylarının  m.ö.VIII  əsrdə  Güney  Qafqaz  üzərindən 
Anadoluya  köçməsi  səbəbini  belə  izah  edir  ki,  Asiyada  massagetlərin 
təzyiqi ilə yerindən çıxan saqa (skit) boyları Azaq yaxasına gələndə müha-
ribədən  çəkinən  qamərlər  yurdlarını  tərk  etməli  oldular.
18
 
Belə  olaylar 
saqa-qamər  köçlərindən  üzübəri  Ġslama  qədər  dəfələrlə  təkrar  olunmuĢdur.
 
                                                 
16
 Дьяконов, 1956, 226. 
17
 Гумилев, 1990, 83. 
18
 Геродот, IV. 11. 


 
186 
Özəlliklə
 
Ġtil  və  Don  arasındakı  Qıpçaq  çöllərində  zaman-zaman  bir-
birini əvəz edən saqa, hun, bulqar,
 
suvar, xəzər,
 
peçeneq, kuman, qıpçaq 
boylarının lokal
 
yerdəyiĢmələri bu durumu aydın əks etdirir. 
Demoqrafiyanın doğal qanunları tarix boyu təkrar olunur və yeni 
çalarlar kəsb edir.  Ġqtisadi durumu və  yaĢam Ģəraiti  yaxĢı olan bölgələrə 
insan axını daima olmuĢdur və bu axınlar çox vaxt qaçqınlar tərəfindən 
gerçəkləĢmiĢdir.  Məsələn,  Küveytdə  həyat  Ģəraitinin  yaxĢı  olması  ətraf 
bölgələrdən
 
1980-ci
 
ilə
 
qədər
 
bura
 
köçənlərin
 
sayını
 
xeyli artırmıĢ,
 
burada 
əhalinin
 
sayı
 
otuz
 
il
 
ərzində
 
70
 
mindən
 
1
 
milyona
 
çatmıĢdır.
19
 
Vaxtilə
 
Asur 

 
Urartu dövlətləri arasında yerləĢən firavan yaĢamlı Subar bəyliyi qonĢu
 
ölkələrdəki
 
despotizmdən qaçanların sığınacağına çevrilmiĢdi.
20
  
Köç  səbəblərindən  biri  də  əhalinin  artımı  ilə  bağlıdır.  Ön  Asiyada 
insanların  artması  əkinçilik  kulturunun  yaranmasından  sonra  sürətləndi. 
Taxıl əkini Fələstin, Anadolu və Batı Azərbaycanda m.ö. X-VIII minillər 
arasında, Güney Türkmənistanda isə m.ö.VI minildə baĢlanmıĢdı.
21
 
Əkin 
üçün  yararlı  olan  axarsu  yaxalarına  lokal  köçlər  yeni  məskənlərin  salın-
ması  ilə  nəticələnirdi.  Məhsul  artımı  yaxĢı  güzərana,  bu  isə  demoqrafik 
sıxlığa, bu da yeni lokal köçlərə səbəb olurdu. Neolit çağında mal-heyvan 
sürülərinin  çoxalması  və  heyvandarlıq  təsərrüfatının  yeni  otlaqlara  tələ-
batı  da  köçlərin  artması  ilə  nəticələnirdi.  Əhalisi  ovçuluq  və  yığıcılıqla 
dolanan  bölgələrə  də 
heyvandarlıq  və  əkin-
çiliyin
 
Ön
 
Asiyadan, o 
cümlədən,
 
Azərbay-
candan və Azərbaycan 
üzərindən  aparılması 
B.A. Andrianovun tər-
tib  etdiyi  sxemdə  ay-
dın əks olunmuĢdur:
22
 
                                                 
19
 Брук, 1981, 473;  Məncə, yenicə daxil olduğumuz III minilliyin ən böyük demoqrafik 
problemi  səfalət  içində  yaĢayan  ölkələrdən,  özəlliklə,  Asiyanın  müxtəlif  bölgələrindən 
həyat  tərzi  yüksək  olan  Avropa  ölkələrinə  miqrasiyalar  artacaqdır.  Artıq  bu  olayın  ilk 
görüntüləri qabarmaqdadır və Avropa Birliyi kütləvi miqrasiyaların qarĢısını almaq üçün 
indidən yollar axtarmaq üçün emiqrantlara qoyulacaq kvota qanunları üzərində iĢləyir. 
20
 Azər xalqı, 132. 
21
 ИДМ, I, 1982, 28. 
22
 Андрианов, 1985, 11. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə