Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
1   2   3   4   5   6   7   8   9   10   11

10 

 

Universitetdə  keçilən  bütün  fənlərdən  o,  ən  çox şeir  və  tarixlə 



maraqlanmış,  əsas  fənn  olan  din  dərslərindən  isə  “səliqəsiz” 

qiyməti almışdır. 

     1688-ci  ildə  Svift,  universiteti  qurtarmağa  imkanı 

olmadığından,  İngiltərəyə  getmişdir.  Svift  xeyli  əlləşdikdən 

sonra axırda nüfuzlu bir əyan olan ser Vilyam Templin yanında 

katiblik vəzifəsinə qəbul olunmuşdur. 

     1692-ci  ildə  Svift  magistr  elmi  dərəcəsinə  dissertasiya 

müdafiə etmiş və bu, ona kilsədə vəzifə sahibi olmaq hüququ 

vermişdir. 

   1704-cü  ildə  Svift  imzasız  olaraq  “İnsan  cinsinin  ümumi 

təkmilləşməsi  üçün  yazılmış  çəllək  nağılı”  adlı    kitabını  nəşr 

etdirdi. 

   “Çəllək nağılı”- ingilis  xalq ifadəsi  olub,  mənası  boş-boşuna 

danışmaq, çərənçilik etmək deməkdir. 

    Svift  bu  kitabda  insan  axmaqlığının  cürbəcür  şəkillərini 

amansızcasına lağa qoymuş, bu axmaqlıqlar içərisinə o, birinci 

növbədə səmərəsiz dini mübahisələri, istedadsız yazıçıların və 

satqın  tənqidçilərin  əsərlərini,  nüfuzlu  və  qüdrətli  adamların 

qarşısında yaltaqlığı və sairəni daxil etmişdir. 

     Amma  “Çəllək  nağılı”  nın  başlıca  mövzusu  İngiltərədə  ən 

çox  yayılmış  olan  hər  üç  dini  cərəyanın:  anqlikan,  katolik  və 

protestant  kilsələrinin  kəskin  satira  atəşinə  tutulmasından 

ibarətdir. 

    1715-ci  ildən  1723-cü  ilə  qədər  Svift,  demək  olar  ki,  əsla 

ayrılmadan  Dublində  qaldı.  1724-cü  ildə,  əlli  səkkiz  yaşında 

ikən, o yenidən siyasi mübarizənin mərkəzində durdu. Bu dəfə 

Svift özünün bütün qüvvəsini, bu illər ərzində çox yaxınlaşmış 

olduğu İrlandiya xalqının müdafiəsinə sərf etdi. 

     Sviftin ömrünün son illəri ağır və iztirablı xəstəliklə fasiləsiz 

mübarizədə  keçmişdir.  Onu,  hələ  gənc  yaşlarından  incidən 

başgicəllənməsi  və  başağrıları  tez-tez  tuturdu.  Ömrünün 



11 

 

axırlarına  doğru  o,  xüsusilə  qaraqabaq  və  yovuşmaz  olub, 



günlərini tənhalıq içərisində keçirmiş, ən yaxın adamlarını belə 

qəbul etməmişdir. O, huşsuz və yaddaşsız olmağa başlamışdır. 

Yaddaşı o qədər zəifləmişdi ki, hətta kitab da oxuya bilmirdi. Bir 

dəfə  gəzinti vaxtı Svift bir qarağacın qurumaqda olan  təpəsinə 

baxıb,  yanındakına  demişdi:  “Bax,  mən  də  bu  cür  –  başdan 

öləcəyəm”. 

     Svift 1745-ci ildə, yetmiş səkkiz yaşında vəfat etdi. Qoyduğu 

vəsiyyatnaməyə  görə,  o,  Dublin  kilsəsində  dəfn  edildi. 

Qəbirdaşında  özünün  yazıb  qoyduğu  bu  sözlər  həkk  edildi: 

“Burada, həmin kafedral kilsənin dekanı Conatan Sviftin cəsədi 

dəfn edilmişdir. Amansız qəzəb daha onun qəlbini  parçalamır. 

Keç,  ey  yolçu, bacarsan, qüdrətli  azadlığın  coşqun mübarizini 

təqlid et”. 

     Kitabxanada  keçirilən  maraqlı    tədbirlərdən  biri  də 



“yazıçının  əsərinin  təhlili”dir.  Conatan  Sviftin  “Qulliverin 

səyahəti” romanını təhlil etmək üçün iştirakçılar səhnəyə dəvət 

olunur. 

     I İştirakçı: XVIII əsrin böyük ingilis yazıçısı Conatan Svift  

öz satirik romanı olan “Qulliverin səyahəti” ilə bütün dünyada 

şöhrət qazanmışdır. 

     Bu qəzəbli və coşqun əsərində yazıçı öz zamanındakı burjua-

dvoryan İngiltərənin dövlət quruluşunu, ictimai qaydalarını və 

adətlərini amansız bir surətdə lağa qoymuş və qamçılamışdı. O, 

hakim  siniflərin  parazitliyini  və  varlıların  riyakarlığını, 

amansızlığını,  öz  mənfəətlərini,  güdmələrini,  eqoizmini  ifşa 

etmişdi. 



    II  İştirakçı:  Sviftin  xəyal  və  icad  qüdrəti,  doğrudan  da, 

tükənməzdir. Onun Qulliverinin başına nələr gəlmir! Ömrü boyu 

nə  cür  əngəllərlə  qarşılaşmır!  Amma  hər  bir  vəziyyətdə  istər 

gülünc, istərsə də acınacaqlı olsun, o, XVIII əsr orta hallı ingilis 

üçün tipik keyfiyyətlər olan mühakimə və soyuqqanlılığını heç 



12 

 

bir  zaman  itirməmişdir.  Ancaq  Qulliverin  bəzən  sakit  və 



təmkinli  danışıqlarında  məzəli  yumor  qığılcımları  parıldamış, 

bu zaman biz Sviftin özünün istehzalı səsini eşitmişik; sanki o, 

macal tapıb, öz sadədil qəhrəmanının arxasından boylanmışdır. 

Hərdən  isə,  Svift  öz  qəzəbini  saxlaya  bilməyib,  Qulliveri 

tamamilə  yaddan  çıxarmış  və  zəhərli  kinayə,  acı  sarkazm 

silahını mükəmməl işlədən amansız bir hakimə çevrilmişdir. 

     Müəllif öz romanını yazarkən, xalq nağıllarında cırtdanlarla 

nəhənglər barədə, axmaqlar və  yalançılar haqda olan motiv və 

surətlərdən, eləcə də XVIII əsr İngiltərəsində çox geniş yayılmış 

olan  həqiqi  və  uydurma  səyahətnamələrdən  istifadə  etmişdir. 

Bütün bunlar Sviftin əsərini o dərəcədə maraqlı və əyləndirici 

etmişdir  ki,  satirik  fəlsəfi  roman-son  dərəcə  dərin  mənalı  və 

ciddi bir roman olan bu əsər, eyni zamanda ən şən, sevimli və 

geniş yayılmış bir uşaq kitabı olmuşdur. 



    I  İştirakçı:  Sviftin  bütün  başqa  əsərləri  kimi,  bu  kitab  da 

imzasız nəşr edilmişdi. Hətta 1726-cı ildə romanın əlyazmasını 

“naməlum şəxsdən” almış olan naşir özü də bunun müəllifinin 

kim olduğunu bilməmişdir. 

    “Qulliver”  oxucuları  hər  şeydən  əvvəl  öz  qeyri-adi  süjetilə, 

qəhrəmanın  liliputlar  və  nəhənglər,  laputalılar  və  quiqnqnmlar 

arasında olduğu zaman aldığı təəssüratın heyrətverici dərəcədə 

dürüst  düşünülmüş  təsvirlərilə  cəlb  etmişdir.  Bir  çoxları 

“Qulliveri”  əyləncəli,  gülməli  bir  nağıl  kimi  başa  düşüb,  bu 

fantastik əhvalatda dərin bir məna olduğunu, İngiltərənin qayda-

qanunlarının  adət  və  siyasətinin  amansız  satira  atəşinə 

tutulduğunu dərk etməmişlər. 

     Sviftinin  yaşının  keçmiş  olduğu  bir  vaxtda  yaratdığı 

“Qulliverin  səyahəti”  yazıçının  həyatı  haqda  uzun  illər  boyu 

düşüncələrinin məhsuludur. 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə