Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
1   2   3   4   5   6   7   8   9   10   11

16 

 

 



İngilis dilində: 

Swift J. Guliver's travels. - Baku : GAPP-POLIGRAF, 2004. - 

328  p.  

 

Haqqında: 

Conatan  Svift  və  onun  “Qulliverin  səyahəti”  romanı  : 

“Qulliverin  səyahəti”  romanına  ön  söz  //  Svift  C.  Qulliverin 

səyahəti. – Bakı : Öndər, 2004. – S.3-18. 

Rus dilində: 

Джонатан Свифт // ru.wikipedia.org 

     

 

                                   Endrü Norton – 105 



 

       Fantastika  janrının  böyük  yazarı,  20-dən  çox  mükafatın 

laureatçısı  Endrü Norton 17 fevral  1912-ci ildə Klivlenddə, ştat 

Oqayoda  anadan  olmuşdur.  O,  məktəbdə  tez-tez  kitabxanalara 

baş çəkmiş, çox oxumuş,  məktəbdə divar qəzetinin redaktoru 

kimi  çalışmış  və  bu  qəzet  üçün  özünün  birinci  nağıllarını 

yazmışdır.  Endrü  Norton  1930-1932-ci  illərdə  Vestern 

universitetində 

təhsil 

almış,  20  il  Klivlend  ictimai 



kitabxanasında  işləmişdir.    O,  1950-1956-cı  illərdə  Cırtdan-

press  nəşriyyatının  redaktoru  kimi    fəaliyyət  göstərmişdir.    E. 

Norton birinci kitabını hərbi roman janrında 1934-cü ildə yazmış 

və  “Şahzadənin  əmri”  adı  ilə  çap  etmişdir.  O,  1947-ci  ildə 

əsərlərini  fantastik  janrda  yazmağa  başlamışdır.  Nortonun 

yaradıcılığında fantastik janrda yazılmış romanları içərisində ən 

məşhurları bunlardır: Kraterin insanları, Ulduzlar qapısı, Günəş 

kraliçası,  Cadügərlik  dünyası.  Yazıçı  cəmi  130  roman 

yazmışdır.  E. Norton  1984-cü ildə “Jül Vern”, 1997-ci ildə isə 

“Dünya fantastika” mükafatlarının qalibi olmuşdur. 




17 

 

      O,  17  mart  2005-ci  ildə  Amerikanın  Tennesi  ştatında 



Merfrisboro  şəhərindəki  evində  vəfat  etmişdir.  Onun  adına 

ölümündən sonra   Endrü Norton mükafatı təsis etmişdilər. 



Kitabxanada  yazıçının  xatirəsini  əziz  tutmaq  üçün  yubileyi  ilə 

əlaqədar  olaraq  onun  qələmə  aldığı  kitabların  sərgisini  təşkil 

etmək, sərgi ətrafında oxucularla söhbətlər keçirmək olar.  

 

Haqqında: 

Андре Нортон // ru.wikipedia.org 

Андре Нортон // fantlab.ru / autor 127 

         

 

                                Karlo Qoldoni – 310 



      

     Böyük  dramaturq  Karlo  Qoldoni  25  fevral  1707-ci  ildə 

Venesiyada  anadan  olmuşdur.  K.  Qoldoni  Peruciyada  yəhudi 

məktəbində  oxumuş,  daha  sonra  o,  hüquq  və  fəlsəfə  təhsilini 

Venesiyada  qurtarmışdır.  K.Qoldoni  atasının  istəyi  ilə  hüquq 

karyerasına 

başlamışdır. 

Yazıçı 

Kodjada 


kriminal 

məhkəməsində  kançlerin  katibi  olmuş,  1729-cu  ildən  etibarən 

isə Feltrada işləmişdi. K. Qoldoni hüquq elmindən başqa teatrla 

da  məşğul  olmuş,  çox  həvəslə  Plavta,  Terençiya,  Aristofan, 

Menandranı  oxumuş,  tez-tez  teatra  baş  çəkmiş,  əsas  vaxtını 

aktyor və aktrisalarla keçirtmişdir. Tələbəlik vaxtlarında yazıçı 

dramatik satirası “Kolos”u yazmışdır. Feltrada olarkən o, Pyetro 

Metastazionun tamaşasında aktyor kimi çıxış etmişdir. Sonra isə 

dramaturqun  “İki  yaxşı  ata”,  “Müğənni”  pyesləri  səhnəyə 

qoyulmuş və böyük uğur qazanmışdır.  

    1731-ci  ildə  Qoldoni  Venesiyada  vəkillik  karyerasına 

başlamış,  bununla  bərabər  o,  teatr  tamaşalarının  mətnlərini 

hazırlamış və Domenino Lallinin asistenti işləmişdir. Bu dövrdə 

onun  ilk  böyük  pyesləri  işıq  üzü  görmüşdür:  “Velizariy”, 




18 

 

“Rozamunda”  və  komediya  janrında  yazdığı  “Venesiyali 



qayıqçı”.  Amma  Qoldoninin  bu  pyesləri  elə  də  böyük  uğur 

qazanmamış  və  o,  1743-cü  ildə  Toskanaya  getməyə  məcbur 

olmuşdur.  Yalnız  1748-ci  ildə  dramaturq  birdəfəlik  hüquq 

sahəsini  tərk  edib,  həmişəlik  Venesiyada  qalaraq  ədəbiyyatla 

məşğul olmaq qərarına gəmişdir. Onun ən uğurlu komediyaları 

“Yalançı”  (1750),  “Qəhvə”  (1750),  “Traktorçu”  (1753) 

olmuşdur. 

Qoldoninin 

fransızca 

yazdığı 


komediya  

“Xeyriyyəçi”  (1771)  ona  dünya  şöhrəti  gətirmişdir.  O, 

yaradıcılığında 267 pyes yazmışdır.     

    1784-1787-ci  illərdə  “Karlo  Qoldoninin    xatirələri”    adlı 

kitabı çap olunmuşdur. Venesiyalı dramaturq 6 fevral 1793-cü 

ildə Versalda vəfat etmişdir. Onun ölümündən bir gün əvvəl kral 

XVI Lüdovik yazıçıya 1200 frank məbləğində ömürlük təqaüd 

təyin  etmişdi.  Bu  pulları  Qoldoni  öləndən  sonra  həyat  yoldaşı 

almışdır. 

Kitabxanada  oxucuların  Karlo  Qoldoninin  yaradıcılığı  ilə  nə 

qədər  məlumatlı  olduğunu  öyrənmək  üçün  onlara  “suallar” 

təqdim  edə bilərik: 

1)Karlo Qoldoni neçənci ildə və harada anadan olmuşdur? 

2)Karlo Qoldoni kimin tamaşasında aktyor kimi çıxış etmişdir? 

3)Dramaturqun hansı pyesləri səhnəyə qoyulmuşdur? 

4)Yazıçının ən uğurlu komediyaları hansılardır? 

5) Neçənci illərdə “Karlo Qoldoninin xatirələri” adlı kitabı çap 

olunmuşdur? 

Haqqında: 

Карло Голдони // ru.wikipedia.org 

Карло Голдони // 

www.aboutvenice.ru

  

                                



 

 

                              




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə