Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
1   2   3   4   5   6   7   8   9   10   11

19 

 

                                  Alan Marşal – 115 



 

     Alan Marşal 2 may 1902-ci ildə Viktoriya ştatında  anadan                              

olmuşdur.  O,  altı  yaşında  poliomielit  keçirtmiş  və  bu  xəstəlik 

onu iflic etmiş,  gələcəkdə onun həyatına və ədəbi  karyerasına 

təsir  göstərmişdir.  A.Marşal  1920-ci  ildə  ədəbi  yaradıcılığa 

başlamış,  1930-cu  ildə  novellalar  yazmışdır.  O,  II  dünya 

müharibəsi  illərində cəbhə qəzetinin  müxbiri işləmişdir. Onun 

ən  məşhur  kitabı  avtobioqrafik  səciyyə  daşımış  və  kitab  üç 

hissədən  ibarət  olmuşdur.  Birinci  hissə  “Mən  gölməçələr 

üzərindən  tullanmağı  bacarıram”,  (1955),  ikinci  hissə  “Hər 

yerdə böyüyən otlar” (1962), üçüncü hissə “Qəlbimdə” (1963) 

adlanmışdır. Avstraliyalı  şair və yazıçı Xal Porter 1965-ci ildə 

A.Marşal haqqında yazmışdı: A. Marşal insana xas olan ən yaxşı 

keyfiyyətləri-sadəliyi,  səmimiliyi,  qəhrəmanlığı  asanlıqla 

özündə birləşdirən gözəl bir yazıçı olmuşdur. A. Marşal 1984-

cü il yanvarın 21-də vəfat etmişdir. 



A.Marşal  yaradıcılığını  məktəblilərə  tanıtmaq  üçün  yazıçının 

kitablarından  ibarət  sərgi  təşkil  olunur,  bu  sərgidə  dövrü 

mətbuatda  çap  olunmuş  materiallar,  məqalələr  də  öz  əksini 

tapır.  Həmçinin  kitabxanaya  yaxın  məktəblərdə  yazıçının 

qələmə aldığı kitabların müzakirəsini, biblioqraqfiq icmalını da 

təşkil etmək olar.  

 

Haqqında: 

Алан Маршалл // ru.wikipedia.org 

Алан Маршалл // fantlab.ru   

 

 

 



 


20 

 

Moris Meterlink – 155 

       Şair-dramaturq,  esseçi,  filosof,  Nobel  mükafatı  laureatı 

Moris Polidor Mari Bernar Meterlink Belçikada, imkanlı ailədə 

1862-ci  il  avqustun  29-da  anadan  olmuşdur.  Ailə  ənənəsinə 

əsasən,  hüquqşünas  olmağı  qərarlaşdıran  Meterlink  Gent 

Universitetinin hüquq fakültəsini bitirdi, ancaq təcrübə keçmək 

üçün  bir  müddət  yaşadığı,  Paris  mühiti,  orada  Stefan  Mal  və 

Vilye    de    Lil-Adanla  tanışlıq  onun  həyatını  dəyişdi  və  ədəbi 

taleyini  müəyyənləşdirdi.  Bu  şairlər  hələ  uşaq  yaşlarında 

yaradıcılığa  meyilli  olan  və  ailənin  fransızca  danışması 

səbəbindən  özünü  bu  dildə  ifadə  edən  Meterlinkə  ciddi  təsir 

göstərdilər.  O,  Gentə  qayıtdıqdan  sonra  atasının  notariat 

kontorunda işləməyə başlasa da, artıq öz taleyini vəkilliklə deyil, 

ədəbiyyatla bağlamaqda israrlı idi.  

     Çox  nadir  hallarda  yaradıcı  insanlara  “Meterlink  uğuru” 

nəsib  olmuşdur.  Cəmi  27  yaşında  ikən  ilk  dram  əsəri  olan 

“Şahzadə  Malen”i  oxuculara  təqdim  edən  Meterlink 

mübahisəsiz  olaraq  fransız  ədəbi  ictimaiyyətində  “böyük 

istedad” kimi qəbul olundu.  

     Dövrünün tanınmış yazıçısı və tərifləməkdə heç də səxavətli 

olmayan  Oktav  Mirbonun  1889-cu  ildə  nüfuzlu  “Fiqaro”  da 

“Şahzadə  Malenlə”lə  bağlı  dərc  etdiyi  məqalə  və  gənc 

dramaturqu  Şekspirlə  müqayisə  etməsi  Meterlinkin  ədəbi 

karyerasının  əsasını  qoydu.  Bu  məqalədən  sonra  “Belçikalı 

Şekspir”  adıyla  məşhurlaşan  və  əsərləri  heç  vaxt  ciddi  tənqid 

olunmayan Meterlink notariat kontorundan uzaqlaşdı və özünü 

bütövlükdə yaradıcılığa həsr etdi. 

      Əsərləri  mədəniyyət  mərkəzində,  Parisdə  çap  olunsa  da, 

gələcək Nobel mükafatı laureatı Gentdə yaşayırdı və burada da 

“Çağırılmamış  qonaq”  və  “Korlar”  (1890),  “Yeddi  şahzadə” 

(1891) və s. pyeslərini yazdı. 1905-ci ildə isə simvolist üslubda 




21 

 

yazdığı  “Göy  quş”  pyesini  təqdim  etməsi  ilə  Meterlink 



yaradıcılığının ikinci və əbədi şöhrət zirvəsinə yüksəldi. 1911-ci 

ildə müəllif  “Təxəyyül zənginliyi və poetik fantaziyanın qüdrəti 

ilə  diqqətçəkən  pyeslərinə  görə”  Nobel  mükafatına  layiq 

görüldü.  İsveç  Akademiyası  həm  də  şair-dramaturqun 

“çoxcəhətli ədəbi fəaliyyətini” əsas götürmüşdü. 

     I  Dünya  müharibəsində  Almaniyanın  Belçikanı  işğal 

etməsindən  sonra  Meterlink  Fransa  legionuna  qoşulmaq  üçün 

ərizə ilə müraciət etmişdir. Vətənpərvər yazar, dünyaca məşhur 

Nobel  mükafatı  laureatı  işğalçıya  qarşı  əlində  silah  vuruşmaq 

niyyətinə  düşmüşdür.  Ancaq  səhhəti,  yaşı  və  ədəbi  nüfuzuna 

görə onun ərizəsi qəbul olunmadı. Bundan sonra isə Meterlink 

ABŞ  və  Avropada  müharibə  və  işğal  əleyhinə  mühazirələr 

oxumaqla ölkəsinə və bəşəriyyətə yardım etməyə başladı. 

      Meterlinki  bir  insan  olaraq  xarakterizə  edən  başlıca 

hadisələrdən biri onun Fransa Akademiyasına üzvlükdən imtina 

etməsi  olmuşdur.  Açıq,  xoşbəxtliyini  ifadə  edən,  publikanın 

çağırışına və jurnalistlərlə münasibətlərə əhəmiyyət verməyən, 

mərasimlərə  rəhbərlik  etməyi  qətiyyən  sevməyən,  haradasa 

özünə vurğun kimi tanınan Meterlinki ictimaiyyət olduğu kimi 

qəbul  etmişdir.  Amma  Meterlink  qapalı  deyildi,  kütləviliyi 

qəbul  etmirdi  və  müharibənin  nəticəsi  olaraq  meydana  çıxan 

kommunizmə  rəğbət  bəsləmirdi.  Müharibədən  sonra  yazdığı 

“Termitlərin  həyatı”  pyesi  insanları  düşüncəsiz,  ruhsuz 

məxluqa-termitə çevirən kommunizm ideologiyası əleyhinə ilk 

ən məşhur əsərlərdən sayılır. 

       II  Dünya  müharibəsinin  yaxınlaşması  ilə  Hitlerdən 

uzaqlaşmaq  istəyən  Meterlink  Portuqaliya  diktatoru  Salazarın 

dəvəti ilə  Lissabona köçdü. Almanlar Portuqaliya sərhədlərinə 

yaxınlaşanda  isə  faşizmə  qarşı  kəskin  mövqeyi  ilə  seçilən 

dramaturq  ABŞ-a  mühacirət  etmək  məcburiyyətində  qaldı  və 

orada “Janna d Ark” (1945) faciəsini yazdı. 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə