Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
1   2   3   4   5   6   7   8   9   10   11

13 

 

     Çox  qəribə  fantastika  hələ  romanın  birinci  səhifələrindən, 



Qulliverin  gəmi  batdıqdan  sonra,  altı  düymə  boyda  xırdaca 

adamlara əsir düşməsi ilə başlanmışdı. 

     Romanın birinci hissəsində, Qulliverin nəhənglər ölkəsindəki 

macəraları  təsvir  edildikdə,  Svift  İngiltərənin  siyasi  və  ictimai 

həyatının  daha  ayrı-ayrı  nöqsanlarını  və  hökmdarlarını  deyil, 

bütünlüklə idarə sistemini və dövlət quruluşunu tənqid etmişdir. 

Qulliver  özü  indi  miskin  bir  liliputa  dönüb,  bu  nəhənglər 

aləmində bir çox əzab və əziyyətlər çəkmişdir. 

     II  İştirakçı:  “Səyahətin”  ikinci  hissəsində  mərkəzi  yeri, 

Qulliverin  nəhənglər  kralı  ilə  söhbəti  tutur  ki,  burada  Qulliver 

İngiltərənin  qanun  və  adətlərindən  ətraflı  danışmışdı. 

Liliputların  həyatı  Qulliverə  nə  qədər  miskin  görünürdüsə, 

nəhənglər  kralına  da  insanların  həyatı  o  qədər  miskin 

görünmüşdür. 

      Bu  ağıllı,  məlumatlı  padşahın  dililə  Svift  dövlət  və  siyasi 

xadimlərin 

satqınlığını,  mənfəətpərəstliyini  ifşa  etmiş; 

seçicilərin rəyini satın almaq və hər cür sui-istifadələr üçün geniş 

imkan  verən  ingilis  seçki  qanunlarını  pisləmiş;  onun  fikrincə, 

nöqsanlı olan İngiltərənin parlament quruluşunu tənqid etmişdir 

ki,  burada  palata  üzvləri  azad  seçki  yolu  ilə  deyil,  irsiyyət 

qaydasilə  təyin  edilmişlər;  məhkəmə  süründürüçülüyünü  və 

hoqqabazlıqlarını, ölkə üçün ağır  yük olan qanlı müharibələri, 

gənclərdə eqoist meyllər və pis adətlərin inkişafına geniş imkan 

verən tərbiyə, təlim üsullarını və sairəni qamçılamışdır. 

     I İştirakçı: Romanın üçüncü hissəsində Qulliverin cürbəcür 

uydurma 


ölkələrə-Laputaya, 

Balnibarbiyə, 

Laqqneqqə, 

Qlabbdobdribə,  eləcə  də  Yaponiyaya  səyahətini  təsvir  edən 

fəsillərdə  də  biz  həmin  fikirlərə  daha  kəskin  bir  şəkildə  rast 

gəlirik.  Qulliver  Balnibarbidə  olduğu  zaman,  yerli  filosoflarla 

görüşmüşdür.  Qulliver  söyləmişdi:  “Bədbəxtlər  elə  üsullar 

axtarır ki, onların vasitəsilə padşahları inandırsınlar, onlar da öz 




14 

 

nədimlərini ağıllı, qabiliyyətli və xeyirxah adamların içərisindən 



seçsinlər, nazirləri ümumi rifahın qayğısına qalmağa öyrətsinlər, 

yalnız  cəmiyyətə  görkəmli  xidmətlər  göstərən  adamları 

mükafatlandırsınlar;  padşahları  inandırsınlar  ki,  onların  həqiqi 

mənfəətləri ləyaqətli adamlara tapşırılmalıdır”. 

     Svift  bu  xəyalpərəstlərin  baş  tuta  bilməyəcək  planlarını 

kinayəli  bir  surətdə  saya-saya,  sətirlərarası  özünün  insan 

həyatının  və  dövlətin  qurulması  barədə  müsbət  görüşlərini 

söyləmişdir.  O  istəyirdi  ki,  vətəndaşlar  cəmiyyət  qarşısında 

boclarını  qorxu  və  zorla  deyil,  yüksək  şüurluluq  və  öz  yaxın 

adamlarına  qarşı  duyduqları  məsuliyyət  hissilə  yerinə 

yetirsinlər. 

     O, arzu  edirdi  ki,  insanın  ləyaqəti onun sərvəti və rütbəsilə 

deyil,  ağlı  və  mənəvi  keyfiyyətlərilə,  öz  fəaliyyəti  sayəsində 

insanlara verdiyi həqiqi fayda ilə ölçülsün. 

     Svift  bütün  kitab  boyu  mütləqiyyət  və  zorakılığın  cürbəcür 

təzahürlərini  ifşa  edə-edə  xəyalları  növbə  ilə  Qulliverin 

qarşısından  gəlib-keçən,  Roma  respublikası  qəhrəmanları 

haqqında heyranlıqla danışmışdır. “Mən hər şeydən artıq zalım 

və cəllad hökmdarları tələf etmiş, azadlığı və məzlum xalqların 

tapdanmış  hüququnu  bərpa  etmiş  adamların  simalarına 

baxmaqdan ləzzət alırdım”. Sviftin rəyinə görə, zəhmətkeş xalq-

nemətlər  yaradan  adamlar  ən  dərin  hörmətə  layiqdirlər:  “Eyni 

tarlada bir sünbül və ya bir ot əvəzinə ikisini bitirməyi bacaran 

hər  kəs  insanlığa  və  öz  vətəninə  bütün  siyasətçilərin  bir  yerdə 

etdiklərindən daha artıq xidmət etmiş olur”. 

     Öz  müasirlərindən  yüksəkdə  durmasına  və  onlardan  uzağı 

görməsinə  baxmayaraq,  Svift  dünyada  hökm  sürən  şəri  necə 

aradan qaldırmaq və ictimai adətləri necə yaxşılaşdırmaq sualına 

tam aydın bir cavab tapa bilməmişdir. 

     Xalqın iztirab və bədbəxtliklərində və öz mənfəətlərini güdən 

hökmdarları, 

saray 


adamlarını 

və 


acgöz 

varlıları 




15 

 

təqsirləndirmişdir.  “Hər  varlının  müqabilində  mindən  artıq 



yoxsul var. Açıq-aşkar söyləmək olar ki, bizim xalqın çox böyük 

əksəriyyəti  miskin  həyat  keçirir”.  Svift  Qulliverin  dililə 

məsləhət  görür  ki:  “padşahların  və  nazirlərin  köməyi  olmadan 

da keçinmək mümkün ikən, onlara etibar edilməməlidir”. 

     Conatan  Svift  yalnız  orta  əsr  alimlərinə,  dvoryanlıq  və 

ruhaniliyin tüfeyliliyinə, saray adamlarının padşahlar qarşısında 

pərəstişkarlığına,  sxolastik  saxta  elmə  istehza  etməklə 

kifayətlənməyib,  xalq  üçün  yeni  istismar  növləri  və  yeni 

məhrumiyyətlər,  iztirablar  və  fəlakətlər  gətirən  burjua 

münasibətinə  də  istehza  edirdi.  Svifti  xüsusən  mənfəətpərəst 

adamların  şərəfsizcəsinə  qazanc  güdmələri,  müstəmləkə 

qarətlərinin,  sənaye  və  ticarətin  onlar  üçün  yaratdığı  bütün 

imkanlardan 

pul 


çıxarmaq 

cəhdləri 

həddən 

çox 


qəzəbləndirmişdi. 

     II İştirakçı: Romanın dördüncü hissəsində qəhrəman xəyali 

quiqnmlar  ölkəsinə  düşmüşdür.  Qulliverin  atlar  ölkəsində 

olmasını  təsvir  edərək,  məyus  olmuş  və  yorulmuş  Svift  öz 

hazırcavablığına  tam  sərbəstlik  vermiş,  həmvətənlərinə  sübut 

etməyə  çalışırdı  ki,  onların  həyatı  qeyri-insani,  çox  pis,  çox 

haqsız və amansız qurulmuşdur. 

     Öz zamanındakı İngiltərənin bütün nöqsanlarını qorxmadan 

açıb  göstərən,  “qüdrətli  azadlığın  coşqun  mübarizi”,  ağlın, 

ədalətin tərəfdarı və parlaq satirik olan Conatan Svift qabaqcıl 

insanlıq üçün bu gün də əzizdir. Onun qəzəbli və coşqun kitabı, 

indi  də  milyonlarla  oxucuların  qəlbində  xalqa  zülm  edənlərə, 

zorakılığa və şərə qarşı qəzəb hissi oyadır. 

 

Əsərləri: 

Qulliverin səyahətləri. - Bakı : Altun Kitab, 2014. - 112 s. - 

(Məktəblinin kitabxanası. Dünya ədəbiyyatından seçmələr).  

Qulliverin səyahəti. – Bakı : Öndər, 2004. – 344 s. 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə