Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
1   2   3   4   5   6   7   8   9   10   11

22 

 

       Yalnız müharibədən sonra, 1947-ci ildə Fransaya qayıdan, 



fransızca yazmağına baxmayaraq, həmişə belçikalı olaraq qalan 

dramaturq iki ildən sonra vəfat etdi. 

     “Çağırılmamış qonaq”, “Korlar”, “Tentajilin ölümü” pyesləri 

melanxolik  ümidsizliklə  yazılmışsa,  sonrakı  əsərləri  “Beatris 

bacı”, “Monna Vanna”, “Göy quş”, təkcə nikbin həyatsevərlik 

və “sevgi və xoşbəxtlik” səltənətinin artıq qurulduğuna əminlik 

ifadə etmişdir. Onun bəzi əsərlərində qadın və kişilərin faciəvi 

şəkildə  məhv  olan  taleyi  göstərilsə  də,  obrazların  əzabları  və 

ölümləri  belə  heç  də  bədbinliyi  və  qaranlığı  deyil,  nikbinliyi, 

işığı və həyatsevərliyi özündə əks etdirmişdir. 

       “Müdrik  ol,  onda  hər  şeydən  əvvəl  xoşbəxt  olmağı 

öyrənəcəksən”-  Meterlinkin  bu  məşhur  deyimi  onun  bütün 

əsərlərinin  mahiyyətini  təşkil  etmişdir.  Nağıl  aləmindən 

bəhrələnən və simvollar üzərində qurulan pyeslərində birmənalı 

olaraq  cəmiyyətə  verdiyi  mesajların  da  arxasında  sevgi  və 

xoşbəxtlik dayanmışdır. 

       Meterlink şair-dramaturq olaraq məşhurdur, ancaq o həm də 

moralist,  filosof,  həyat  müəllimi  kimi  düşüncə  adamıdır.  O, 

özünə qədər olan bütün çərçivələri dağıtdı, arzu və xəyallardan 

kənarda, 

həyəcandan, 

qorxudan  aşağıda  xoşbəxtliyin 

mövcudluğunu göstərməyə çalışdı. 

       Müəllif    bir  çox  cəhətlərinə  və  fikirlərinə,  həm  də 

özünüifadə  tərzinə  görə  Şərq  təfəkkürünə  çox  yaxındır. 

“Xoşbəxtlik  –arzulamamaqdır”,  “inam  və  həyatı  olduğu  kimi 

qəbul  edib  sakit  yaşamaq  ruhi  rahatlıq  gətirir”  kimi  Şərq 

deyimlərini  bir  ayrı  formada  Meterlink  ifadəsində  görmək 

mümkündür.  Onun  simvolizmi  seçməsi,  nağıllar  aləmindən 

bəhrələnməsi  və  fikrini  əsərin  daxilində  bildirməsi  də  ədəbi 

vasitə kimi Şərq insanının düşüncə-duyum tərzinə uyğundur. 

Kitabxanada  keçirilən  psixologiya  saatında  yuxarı  sinif 

şagirdləri  ilə  M.Meterlinkin  məşhur  deyimi  “Müdrik  ol,  onda 



23 

 

hər  şeydən  əvvəl  xoşbəxt  olmağı  öyrənəcəksən”  mövzusu 



ətrafında müzakirə təşkil etmək olar. 

Əsərləri: 

Seçilmiş əsərləri. – Bakı :. Şərq- Qərb, 2013. – 448 s. 



Haqqında: 

 

Морис Метерлинк // ru.wikipedia.org 

Морис Метерлинк // livelib.ru  

 

                              Migel de Servantes – 470 



 

       İspan  yazıçısı,  şair  və  dramaturqu  Migel  de  Servantes  29 

sentyabr  1547-ci  ildə    Alkala  de  Enares  adlı  kiçik  Kastiliya 

şəhərciyində,  Rodriqo  de  Servantesin  ailəsində  dünyaya 

gəlmişdir.  Həyatının  ilk  illəri  haqqında  az  məlumat  vardır. 

Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. 1569-cu ildə 

Servantes İtaliyaya köçmüşdür. 1575-ci ildə quldurlar tərəfindən 

əsir  alınmışdır.  Sonralar  o,  Madridə  qayıtmışdır.  Onun 

Kastiliyanı tərketmə səbəbləri naməlumdur. 

       1585-ci  ildə  Servantes  “Qalateya”  adlı  pastoral  roman, 

1605-ci ildə “Don Kixot”un birinci hissəsini, sonralar müxtəlif 

hekayələrini  “Qaraçı  qız”,  “Qan  gücü”,  “Ledi  Korneliyanın 

romanı”,  “İtlərin  söhbəti”,  1615-ci  ildə  isə    “Don  Kixot”un 

ikinci hissəsini yazmışdır. “Don Kixot” Lamançlı Don Kixotun 

macəralarından  ibarət  iki  hissəli  roman  olmaqla,  ədibin  dünya 

şöhrəti  qazanmasında  əsas  yeri  tutmuşdur.  Bu  roman  klassik 

Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. 

Onun  bədii  üslubu  ispan  dilinin  inkişafında  mühüm  rol 

oynamışdır. 

      Servantes həm də lirik şeirlər müəllifidir. Lope de Veqadan 

əvvəl  onun  dramları  ispan  ədəbiyyatında  böyük  hadisə 

olmuşdur.  




24 

 

      Görkəmli  ədib  23  aprel  1616-cı  ildə  68  yaşında  Madriddə 



vəfat etmişdir. 

Kitabxanaçı:  Migel  de  Servantesin  əsərləri  çox  maraqlı, 

oxunaqlı olduğu üçün, onun kitablarının müzakirəsini keçirmək 

məqsədə  uyğundur.  Yazıçının  qələmə  aldığı  əsərlərdən  biri  də 

“Lamançlı Don Kixot” romanıdır.          

     I  Oxucu:  Bu  əsər  İspaniya  ədəbiyyatında  özünün  yumoru, 

bəzən  kəskin  satirası  ilə  seçilən  tam  orijinal  milli  romandır. 

Onun yenilikləri çoxdur.  

       Lamanç İspaniyada yer adıdır. Kixot adının əvvəlində gələn 

Don  kübarlıq  bildirir.  Don  Kixot  kübar  nəslindən  çıxmış 

hidalqodur  (əsil-nəcabətlidir).  Servantesin  romanına  görə,  bu 

hidalqo  cəngavərlik  romanları  xəstəsidir.  Sıxılıb  bərkidilmiş 

kağızdan  (  kartondan)  düzəltdiyi  niqabına,  əldəqayırma 

dəbilqəsinə,  zirehinə  və  qılıncına  güvənib  cəngavərsayağı 

seçdiyi səfər atı da özü kimi arıqdır. Cəngavərlərin ayıq-sayıq, 

sədaqətli və dözümlü yaraqçıları olduğunu bilən Don Kixot da 

özünə yaraqçı seçir. Amma bu, əlinin əməyi ilə özünü, ailəsini 

dolandıran bir kəndlidir, özü də çaxır içməyi çox sevir. Çaxıra 

olan  tamahının  da  nəsildəngəlmə  dəbi  varmış.  Sançonun 

babaları dequstator kimi çaxır çəlləklərinin dadına baxıb onları 

satışa  buraxmaq,  xarabdırsa,  töküb  axıtmaq  ixtiyarı  qazanmış 

bilicilərdən  olublar.  Hidalqo  belə  vərdiş  və  peşəyə  görə 

fərqlənən  əkinçi  Sançonu  tovlayıb  özü  ilə  səfərə  aparmış, 

Sançonun tamahkarlığını görüb, ona qubernatorluq vəd etmişdir. 

Beləliklə,  Sanço  qubernator  olmağa  şirniklənir;  hidalqo  Don 

Kixot  da  özünü  döyüşə  hazır,  yenilməz  cəngavər  xülyası  ilə 

ovudur.  O,  cəngavərlərdən  əlavə,  həm  də  divlərlə  də 

vuruşacağına inanır. Amma divin nə olduğunu bilmədiyinə görə 

ilk  hücuma  keçdiyi  “div”  onu  da,  Rosinantı  da  qaldırıb  yerə 

çırpır. Don Kixot yeldəyirmanı ilə vuruşduğunu bilmirmiş!  



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə