Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
1   2   3   4   5   6   7   8   9   10   11

34 

 

Düsseldorf  şəhərində  Avropanın  bir  çox  yerlərindən  fərqli 



olaraq, yəhudilərin başqa xalqlarla hüquq bərabərliyi haqqında 

qanun qüvvədə idi. Onun atası Henri Samson uğursuz tacir idi, 

övladlarının  tərbiyəsi  ilə  sıx  məşğul  ola  bilmirdi.  Uşaqların 

formalaşmasına  ailədə  hökmdar  olan  savadlı  anaları  Betti 

nəzarət  edirdi.  Balaca  Haynrixi  məhz  onun  israrı  ilə  yəhudi 

məktəbindən  çıxarıb  Fransiskanlar  monastrındakı  məktəbə, 

daha sonra isə fransız liseyinə qoymuşlar. 

     1815-ci  ildə  atası  Haynrixi  kommersiya  fəaliyyətinə  cəlb 

etmək üçün Frankfurt şəhərinə göndərmiş, lakin cavan oğlanın 

bu  sahədə  bütün  cəhdləri  uğursuz  olmuşdur.  Onun  ilk  lirik  

şeirləri  də  məhz  həmin  illərdə  qələmə  alınıb.  Gənc  şairin 

həyatına  ikinci  sərt  müdaxiləni  əmisi,  varlı  Hamburq  bankçısı 

Solomon etmişdir. O da qardaşı oğlunu vəkil görmək istəyirdi 

və bunun üçün hətta pul xərcləməyə belə razı idi.  

    1821-ci ildə Haynenin ilk şeirlər toplusu-“Gənclik iztirabları” 

işıq üzü gördü. Bu toplu sonradan “Lirik intermesso”, “Vətənə 

dönüş”,  “Şimal  dənizi”  adlandırdığı  silsilə  şeirlərlə  bir  yerdə 

“Nəğmələr  kitabı”  adı  altında  1827-ci  ildə  oxucuların 

istifadəsinə verildi.  

      Kitabda  şair  alman  lirikasındakı  romantik  ənənələrin 

davamçısı kimi çıxış etmişdir. Bu ənənələr kitaba daxil edilmiş 

ilk  silsilədə-“Gənclik  iztirabları”nda  özünü  xüsusilə  bariz 

şəkildə 

göstərmişdir. 

Gənc 

şair 


xalq 

nəğmələrinin 

motivlərindən,  ballada  üslubundan,  ispan  romanslarından 

istifadə etmişdir.  

     Şairin azadlıqsevər xarakteri Fransa inqilabının ideyalarına, 

Napoleona pərəstiş fonunda formalaşdığı üçün, sonralar Hayne 

Napoleonu məhz onun ideyalarını gerçəkləşdirən bir sima kimi 

yüksək  qiymətləndirirdi.  Onu  yaradıcılığı  daim  diqqət 

mərkəzində idi: hər yeni şeiri ədəbi mühitdə hadisəyə çevrilmiş, 

doğurduğu çılğın mübahisələr kəsilmək bilməmişdir. 




35 

 

      Böyük alman yazıçısı, məşhur Tomas Mannın böyük qardaşı 



Henrix 

Mann 


yazırdı: 

“Hayne 


keçmiş 

zəmanənin 

peyğəmbərcəsinə yaratdığı müasir insan obrazıdır”. Amma şair 

özünə “çıxdaş romantik” deyirdi. Onun bütün yaradıcılığından 

bayağılığı  romantik  inkar,  harmonik  idealların  xiffəti,  sənətin 

yüksək  missiyasına  inam  qırmızı  xətt  kimi  keçmişdir.  Amma 

bununla  yanaşı,  Haynrix  Hayne  son  dərəcə  müasir  idi  və 

zəmanəsində  cərəyan  edən  bütün  “qanlı  döyüşlər”in  bilavasitə 

iştirakçısı sayılırdı. 

      Özünün  acı  istehzalarını  ictimai-siyasi  həyatın  real 

problemlərinə  tuşlayan  Hayne  realizmlə  sıx  bağlı,  sənətdə 

ictimai həyatın oynadığı rola tənqidi münasibətlə fərqlənən, onu 

dəyərləndirməyə  can  atan  tam  yeni  bir  estetikanın  təməlini 

qururdu. 

     Öz zəmanəsinə tənqidi münasibəti Hayneni ictimai ideyalara 

gətirib  çıxarmışdı.  Otuzuncu  illərdə  o,  utopik  sosialistlərin 

görüşlərinə şərik çıxmış, qırxıncı illərin siyasi yüksəliş dövründə 

isə  mövcud  vəziyyəti  məhz  inqilabla  dəyişməyə  çağırmışdı. 

Sənətkarın görüşləri zaman-zaman ziddiyyətli olsa da, o, klassik 

alman  fəlsəfəsinin  inqilabi  mahiyyətini  açanlar  arasında  ilk 

qaranquşlardan  sayılmışdı.  Hayne  dünyanın  dəyişməsində 

zəhmətkeş  sinfin  rolunu  real  qiymətləndirmış,  sosial  ideyalar 

nəzəriyyəsinin  məhz  xalq  kütlələrinin  əməli  inqilabi  fəaliyyəti 

ilə birliyini zəruri saymışdı. 

     Düsseldorf  şəhərinin  yoxsul  yəhudi  ailələrindən  birində 

dünyaya  gəlmiş  Haynenin  uşaqlıq  təəssüratlarında  fransız 

qoşunlarının  Almaniyanın Reyn ətrafı əraziləri işğal etməsi əsas 

yer  tutmuşdur.  Yadellilər  bu  yerlərə  gurultusu  yenicə  kəsmiş 

inqilabın  havasını,  kəndlilərin  azadlığını  –  bir  sözlə,  alman 

torpaqlarının köhnə sakinləri üçün yeni qanunlar gətirmişdilər. 

Həmin  illər  gələcək  şairin  şüuruna  azadlığın  bütün  çalarlarını 

özündə  əks  etdirən  bir  dövr  kimi  yazılmışdı.  Və  bu  azadlıq 




36 

 

havası  az  sonra  bütün  Avropada  irtica  buludunda 



boğulduğundan Haynenin qəlbində ömrü boyu yaşadı. 

     Fransada  1830-cu  il  iyul  inqilabından  sonra  Almaniyada 

irticanın basqıları, senzuranın təqibi, azadlığını itirmək təhlükəsi 

Hayneni 1831-ci ildə ölkəni tərk etməyə məcbur etmişdir. Şair 

ömrünün sonuna kimi Parisdə yaşamış və bu arada cəmi iki dəfə 

(  1843  və  1844-cü  illərdə)  Hamburqa  səfər  etmişdir.  Fransada 

Hayne  görkəmli  yazıçılarla  yaxınlaşmış,  alman  radikallarını 

demokratik azadlıqlar uğrunda mübarizəyə səsləmiş, sosializm 

təlimi 

ilə, 


xüsusilə 

də 


sensimonçuluqla 

dərindən 

maraqlanmışdır. Həmin illərdə alman və fransız mətbuatındakı 

müntəzəm çıxışları ilə Hayne ümumavropa miqyaslı publisist və 

alman  felyetonunun  banilərindən  biri  kimi  ad  çıxarmışdır. 

Haynenin  məqalə  və  oçerkləri  kitab  şəklində  çap  olunmuşdur. 

Əsərlərinin  1835-ci  ildə  Ümumalman  İttifaq  Məclisi  (seym) 

tərəfindən  yasaqlanmasına  baxmayaraq,  Hayne  Fransa  ilə 

Almaniya arasında mədəniyyət və məfkurə mübadiləsində çox 

böyük  rol  oynamışdır.  Şairin  həmin  illərdəki  siyasi  poeziyası 

“Müasir şeirlər” (1843-44), “Atta Troll” (1843), Almaniya “Qış 

nağılı” (1844) acı satiradır. Hayne Prussiya hərbçilərini, alman 

millətçilərini,  boğazdan  yuxarı  inqilabçıların  saxtakarlığını, 

eqoistliyini, özündənrazı meşşanlığı lənətlə damğalamışdır. 

      Haynenin  siyasi  məfkurəsi  özünün  ən  parlaq  təcəssümünü 

“Almaniya Qış nağılı” (1844) poemasında tapmışdı.  Poemanın 

yaranması üçün zahiri bəhanə Haynenin 1843-cü ilin sonlarında 

vətəninə səfəri oldu. On üç illik ayrılıqdan sonra sənətkar yenə 

Almaniyada  idi,  onun  həqiqətlərini  gözləri  ilə  görürdü.  Səfər 

təəssüratlarını  bölüşərkən  seçdiyi  sərbəst  forma  ona  böyük 

ictimai-siyasi ümumiləşdirmələr etməyə imkan verirdi. Şairin iti 

gözündən müasir alman məişətinin bircə detalı belə yayınmırdı. 

Bu isə yol qeydlərinin uğuru üçün ilkin zəruri şərtdir. Lakin bu 

məişətin tərənnümü poemanın əsas məqsədi deyildi, Haynenin 




37 

 

öz düşüncələrini, öz ideyalarını səsləndirməsi üçün bir bəhanə 



idi.  Prussiya  əsgərlərinin  yeni  geyim  forması,  Köln  kilsəsinin 

inşasını  başa  çatdırmaq  üçün  təşviqat  kampaniyası,  Prussiya 

Gömrük  birliyi...Bütün  bunların  simasında  o,  alman 

cəmiyyətinin  cəhalətpərəstliyini,  monarxların  mərhəmətinə 

ümid  olan  dişsiz  liberallığı,  dinçi  qaragüruhun  “göylərdəki 

xoşbəxtlik” haqda əfsanələrini ifşa etmişdir. 

       Haynenin  sonuncu  iri  şeirlər  toplusu  “Romansero”  (1851) 

adlanmışdır.  Bu  toplunun  üzərində  ədəbiyyatşünaslar  şairin 

daxilindəki  ziddiyyətlərin  möhürünü  görmüşlər.  Topludakı 

şeirlərin  əksəriyyəti  kiçik  mənzum  hekayələrdir.  Müxtəlif 

xalqların nağıl və əfsanələrindən aldığı tarixi materiala müraciət 

edən  Hayne  əvvəlki  qəzəb  və  kinayəsi  ilə  özünün  daimi 

düşmənlərini:  monarxları,  zadəganları,  yalançı  dindarları,  hər 

cür  irticaçıları  qamçılamışdır.  Şeirlərin  əksəriyyətində  qüssə, 

kədər olsa da, ölüm  yatağında olan dahi  şair özünü “azadlığın 

sərhədində  durmuş  gözətçi”  kimi  hiss  etmişdir.  (“Enfant 

perdu”). 

 

                   Azadlıq keşiyində düşmənlərlə üz-üzə  



                   Otuz il ayrılmadım əsgər kimi növbədən. 

                   Bilirdim ki, burada bitəcək mənim ömrüm, 

                   Nə şöhrət, nə qələbə gözləmirdim əsla mən. 

 

                  Yer boş qaldı!..Bədənim taqətdən düşür daha... 



                  Vurulmuşun yerində bir döyüşçü duracaq! 

                  Yox, mən təslim olmuram!..Silahım sağ-salamat... 

                  Tab etməyən, tükənən yalnız ömrümdür ancaq!.. 

 

    



 

 



38 

 

  İkinci  Dünya  müharibəsindən  sonra  hər  iki  alman 



dövlətində Haynenin əsərləri, onun barəsində elmi araşdırmalar 

yenidən  çap  olunmuşdur.  1956-cı  ildə  Veymarda  şairin 

ölümünün  yüzilliyinə  həsr  olunmuş  beynəlxalq  konqres 

keçirilmiş,  1962-ci  ildən  etibarən  isə  onun  adı  ilə  bağlı  illik 

dərgilər  işıq  üzü  görməyə  başlamışdır.  1970-ci  ildə 

Düsseldorfda  Haynrix  Hayne  İnstitutu  və  şairin  muzeyi  təşkil 

olunmuşdur. 

      Haynenin  əsərləri dünyanın,  demək olar ki,  bütün  dillərinə 

tərcümə  edilib.  Onun  əsərlərini  rus  dilinə  Lermontov,  Tütçev, 

Blok,  Marşak  çevirib.  Azərbaycan  dilində  oxuculara  təqdim 

olunan    şeir  və  poemalar  isə  unudulmaz  Mikayıl  Rzaquluzadə 

tərəfindən tərcümə edilib.  

     Dahi  filosof  Karl  Marks  onu  öz  zamanının  ən  müdrik 

şəxsiyyəti  adlandırmışdı.  Həqiqətən  də,  Haynrix  Hayne  çox 

gəzmiş,  çox  görmüş,  çox  şeyi  anlamışdı.  O,  özünü  “alman 

inqilabçı  demokratlarının  tribunu”  saymış,  “inqilab  əsgəri” 

adlandırmışdı.  Amma  zaman-zaman  mübarizədən  bezmiş, 

həyatı  gözəlləşdirmək  borcundan  imtina  etmiş,  kimsənin 

boyunduruğu  altında  yaşamaq  istəməyərək,  adi  şair  olduğunu 

söyləmiş, azad nəğmələr oxumaq, azad olmağı arzulamışdı. 

     Sonralar,  yaşının  yetkin  çağında  Hayne  belə  yazmışdı: 

“...Bilmirəm,  tabutum  üzərinə  dəfnə  çələngi  qoyulmağa 

layiqəm,  yoxsa  yox...Ancaq  siz  mənim  tabutum  üzərinə  qılınc 

qoymalısınız, çünki əsl insanların azadlığı uğrunda mübarizədə 

cəsur bir əsgər olmuşam”. 

     Kitabxanaçı: Görkəmli şairin “Şimal dənizi” nə həsr etdiyi 

şeirlərini  oxuculara  çatdırmaq  məqsədilə  kitabxanada  şeir 

müsabiqəsi keçirilir. 

       

     İlk iştirakçı şeirini demək üçün səhnəyə dəvət olunur. 

  



39 

 

                  



                             Fırtına 

 

                     Fırtına coşur-daşır, 

                     Guruldaşır dalğalar... 

                     Dalğalar hiddətlənir, köpürərək qəzəblə, 

                     İnadla bir-birinin üstündən qalxır-aşır, 

                     Axışır yığın-yığın ağappaq canlı dağlar... 

                     Bir gəmicik tələsik, 

                     Çətinliklə dırmaşır onların üzərinə, 

                     Birdən qopub yerindən yuvarlanır aşağı, 

                     Suların qara, nəhəng bətninə düşür yenə... 

 

                     Ey dəniz! 



                     Ey köpükdən yaranmış gözəlliklər anası, 

                     Eşqin ulu nənəsi, mənə aman ver, aman! 

                     Bir bax, meyit qoxusu duyaraq dövrə vurur 

                     Bir ağ xəyalat kimi başım üstə qağayı!.. 

                     İtiləyir dorlara sürtərək dimdiyini, 

                     Acgözlüklə yeməyə bir ürək gözləyir, bax! 

                     Bir ürək ki nəğmələr deyir sənin qızına, 

                     Bir ürək ki, hiyləgər nəvən eyləmiş onu 

                     Özünə bir oyuncaq!.. 

 

                     Əbəsdir bu yalvarış! 



                     Batacaq nidalarım fırtınanın səsində, 

                     Küləyin nərəsində... 

                     Hər şey qaynayıb coşur, ulayır, nərildəyir 

                     Dəlixanaya bənzər bu səslər aləmində. 

                     Ancaq bütün bu qorxunc gurultular içindən 

                     Aydın eşidirəm mən  

                     Arfanın cazibəli şirin təranəsini



40 

 

                     Həzin coşqun bir qəlbin. 



                     Ürəyi parçalayan o zərif nəğməsini- 

                     Tanıyıram səsini... 

 

 Kitabxanaçı  “Dənizə  salam”  şeirini  demək  üçün  ikinci 



iştirakçını səhnəyə dəvət edir. 

 

                        Dənizə salam 



 

                      “Talatta! Talatta!..” 

                      Salamlar sənə, ey əbədi dəniz! 

                      Salamlar, salamlar, on min qat salam,- 

                      Sevinən qəlbdən,- 

                      Bir zaman kədərlə, fəlakətlərlə  

                      Döyüşən, 

                      Vətənçin canından keçən  

                      O on min mərd-igid insan qəlbindən  

                      Eşitmiş olduğun o salam kimi, 

                      Ürəkdən salam!.. 

 

                      Dalğalar ucalırdı, 



                      Ucalır, səs salırdı. 

                      Şux, çəhrayı bir işıq 

                      Saçırdı onların üstünə günəş. 

                      Qağayılar diksinib qaçırdı çığıraraq, 

                      Onlardan uzaq. 

                      Atlar eşirdi yeri, qalxanlar toqquşurdu, 

                      Uzaqlarda əks edən bir zəfər səsiydi bu: 

                      “Talatta! Talatta!..” 

                      Salamlar sənə, eyni əbədi dəniz! 

 

                       




41 

 

                      Vətən dili kimi xoşdur gurultun... 



                      Sənin o dalğalanan sinəni görəndə mən

                      Uşaqlıq röyalarım keçir nəzərlərimdən. 

                      Keçmiş yaddaşım mənə  

                      Bir-bir nəql edir yenə: 

                      İsti, əziz, sevimli, gözəl oyuncaqlardan, 

                      Parıldayan, bəzəkli bayram bəxşişlərindən. 

   

                      Qıpqırmızı budaqlı mərcan ağaclarından, 



                      Beli pul-pul qızıllı o qəşəng balıqlardan, 

                      Sapsarı incilərdən, rəngbərəng çınqıllardan... 

                      Bunları sən gizlədib saxlayırsan dərində, 

                      Öz saf büllar evində... 

 

       Kitabxanaçı  “Suallar”  şeirini  demək  üçün  üçüncü 

iştirakçını səhnəyə dəvət edir. 

 

                                                                                                                            



                                           Suallar  

                    Gecə yarı, dənizin tənha, boş sahilində 

                    Dayanmış yalqız bir gənc, sıxır onu iztirab. 

                    Sinəsi dərdlə dolu, başı da şübhələrlə, 

                    Kədərlə dalğalara belə eyləyir xitab: 

 

                    -Ah, açın, ey dalğalar, bu həyat sirlərini, 



                    Bu qədim, bu sıxıcı kainat sirlərini! 

                    Bu sirlərin üstündə xeyli baş sındırdılar: 

                    Üstündə heroqlifli, qalpaq geyimli başlar, 

                    Başlar: çalmalı başlar, qara beretli başlar, 

                    Parikli və minlərlə ən hərarətli başlar

 

                     




42 

 

                    Aciz, miskin, zavallı insanların başları... 



                    Dalğalar, insan nədir? Siz cavab verin barı! 

                    Kimdir, hardan gəlmişdir? Bəs indi hara gedir? 

                    O, göydə, ulduzlarda yaşayanlar kimlərdir?.. 

 

 



                    Dalğalar xışıldayır əbədi səslərilə; 

                    Külək əsir, buludlar qaçışır qalaq-qalaq... 

                    Parıldaşır uzaqda ulduzlar soyuq, laqeyd; 

                    Hələ sahildə durub cavab gözləyir axmaq... 

                                   

                                      



Əsərləri: 

Çay : hekayə // Alman ədəbiyyatı antologiyası. – Bakı : Şərq-

Qərb, 2009. – S. 60-61. 

Haqqında: 

Биография-Генрих Гейне //  

www.bukinistu.ru

  

 



 

 

 

 

 

 

 

 


43 

 

Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər 



                                    (metodik vəsait) 

 

 



 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 



E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 

 



F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 27 

Çapa imzalanmışdır:15.05.2017 

Tirajı:100 

Pulsuz 

 

 



 

                             

 

 

 



 

 

 



        

 

 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə