Dürüstlüyə bağlılıq



Yüklə 212,15 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix20.10.2017
ölçüsü212,15 Kb.
#5699
1   2   3   4   5   6   7   8

1.2 Müxtəliflik, ədalətlilik və hörmət

90 ölkədə milyonlarla müştəriyə xidmət edən 115 000-dən çox əməkdaşı olan LafargeHolcim 

mükəmməl müxtəlif işçi qüvvəsi toplamağa can atır.

Biz bir-birimizə ləyaqətli davranmaq, 

yəni, cins, din, irq və ya seksual 

orientasiyadan asılı olmayaraq 

fərqliliyi qəbul etmək kimi vəzifəmizin 

olduğuna inanırıq.  Fərqlər dünyanın 

müxtəlif perspektivlərini işıqlandırır 

ki, bu da LafargeHolcim şirkətinin 

dünya perspektivini genişləndirir və 

bizə yaxşıların yaxşısı olmağa imkan 

verir.  Beləliklə biz ədalətli və bütün 

əməkdaşlarımız, müştərilərimiz və 

biznes ortaqlarımızın bir-birinə hörmət 

etməsinə kömək edən iş şəraitini 

qiymətləndirir və təşviq edirik.

Biz hamımız şəxsi ləyaqətin, məxfiliyin, 

azaldığın, kollektiv danışıqların və 

şəxsi hüquqlar və hər kəsin fərdi 

təhlükəsizliyinin gündəlik işin bir 

hissəsi olduğu bir mühit yaratmağa 

çalışırıq. Biz inanırıq ki, iş yerində 

hörmət iş göstəriciləri və işə cəlbetmə 

üçün vacibdir.

Vəzifəsindən asılı olmayaraq bütün 

əməkdaşlarla təşviqat, təlim, işə qəbul, 

kompensasiya və iş müqaviləsinə xitam 

verilməsi zamanı ədalətli davranılacaq. 

Təhdidlərə və ya zorakılığa 

yolverilməzlik

İş mühitində pozuntu, təhqiredici 

davranış və ya hədə-qorxu 

yaranmaması üçün bütün əməkdaşlar 

nəzakətli və hörmətcil olmalıdır 

və bu, yalnız LafargeHolcim 

mülkiyyətinə qarşı deyil, eyni zamanda 

LafargeHolcim biznes fəaliyyəti 

zamanı, yəni, müştəri ilə görüşlər, 

LafargeHolcim maşınlarının idarə 

edilməsi və yerli icma ilə əlaqələr 

zamanı da tətbiq edilməlidir.  Həmişə 

peşəkar davranmalıyıq.

Müvafiq LafargeHolcim Siyasəti

•  İnsan Resursları Siyasəti



Ayrıseçkilik 

Biz müxtəlif etnik qrupa

mədəniyyətə, dinə, yaşa, 

sağlamlıq vəziyyətinə, tibbi 

problemlərə, irqə, seksual 

eyniliyə, cinsə, dünya görüşünə, 

müxtəlif siyasi təşkilatlar və 

ya azlıqlara aid olan insanlarla 

birgə işləyirik. Bizim bir-birimizə 

hörmətimiz və işlədiyimiz bir 

sıra ölkələrin əmək qanunlarına 

əsasən biz bu xüsusiyyətlərə görə 

heç kimi diskriminasiya etmirik 

və ya hər hansı digər təhqiredici 

davranış göstərmirik.  Bu 

prinsiplər, təlim, qiymətləndirmə, 

təşviqat və mükafat daxil 

olmaqla bütün işçi-işəgötürən 

münasibətlərinə aid edilir.

Təcavüz

"Təcavüz" xoşagəlməz 

davranışdan ibarət ayrıseçkilik 

formasıdır və təhqiredici, 

narahatedici və ya zorakı iş 

mühiti yaratmaq məqsədi daşıyır.  

Təcavüz bir çox formada ola bilər, 

məsələn, fiziki əməllər, şifahi 

və ya yazılı qeydlər və ya vizual 

təsvirlər.  İş yerində düşmənçilik 

və ya narazılığın yaranmasına 

səbəb olan seksual təcavüz, 

xoşagəlməz seksual hərəkətlər, 

seksual hərəkət tələbi və ya 

digər şifahi və ya fiziki seksual 

davranış. LafargeHolcim əməkdaş 

və ya əməkdaş olmayan şəxslər 

tərəfindən edilən bütün növ 

təcavüzü qəti qadağan edir.

12

LafargeHolcim Biznes Davranış Kodeksi




Bu mənim üçün nə deməkdir?

Həmkarlarınızdan biri mütəmadi olaraq qarşı masadakı həmkarı ilə zarafat edir. 

İdarədə hər kəs bu zarafatları və onların şərhlərini eşidir.  Bəzən bu zarafatlar 

bəzi insanların xoşuna gəlir, lakin xoşlarına gəlməyən və ya təhqiredici hesab 

edilən zarafatlar da olur.  İnsanların seksual orientasiyası üzərində edilən 

zarafatlar bir şəxsi xüsusilə narahat edir.  Bu zaman nə etməlisiniz?

Zavoda iş səfəri zamanı divarda çılpaq qadınların şəkli olan təqvim asıldığını 

görürsünüz.  Bundan xoşunuz gəlməsə də buna reaksiya vermək istəmirsiniz, 

çünki sonda bu zavodun ərazisində heç qadın əməkdaş yoxdur.

Siz satış departamentinə işə qəbul etmək üçün satış meneceri axtarırsınız.  Siz 

inanırsınız ki, satış biznesi "kişi işidir" və bu vəzifə üçün yalnız kişi namizədləri 

nəzərdən keçirə bilərsiniz.



Siz həmkarınızla danışmalı və zarafatın gülməli olmasına baxmayaraq, 

idarədə hər kəs tərəfindən qəbul edilmədiyini və bəzilərinin təhqiredici 

olduğunu söyləməlisiniz.  O, bunu anlamadıqda bu məsələni rəhbəriniz və 

ya İnsan Resursları departamentinin nümayəndəsinə çatdırmalısınız.

Bu barədə məsələni qaldırmaq lazımdr. Seksual xarakterli şəkil və ya 

rəsmlərin LafargeHolcim idarələrində mövcud olması vizual təcavüz 

hesab edilir və xüsusilə qadağan edilmişdir.  Siz gördükləriniz və təqvimin 

divardan çıxarılması barədə rəhbəriniz və ya zavodun rəhbəri ilə 

danışmalısınız.

Sizə yalnız kişi namizədlər arasından seçim etmək icazəsi verilmir 

və Siz qadın namizədlərin ərizələrini rədd edə bilməzsiniz. Bu, cinsi 

mənsubiyyətlə bağlı ayrıseçkilik hesab edilə bilər.  Sizin axtarışınız 

namizədlərin ixtisasına, bilikləri, təcrübəsinə və vəzifəyə nə qədər uyğun 

olmalarına əsaslanmalıdır.

 

13

LafargeHolcim Biznes Davranış Kodeksi



1.3 Şirkətn aktivlərinin qorunması

Bütün əməkdaşlar maddi və əqli mülkiyyətin, eləcə də maliyyə aktivlərinin zədələnməməsi, 

oğurlanmaması, sui-istifadə edilməməsi və ya tullanmamasını təmin etmək üçün şirkətimizin 

aktivlərini qorumaq və düzgün mühakimə yeritmək üçün məsuliyyət daşıyırlar.



Maddi aktivlərin qorunması

LafargeHolcim-in avadanlıqlar, 

materiallar və binalar kimi fiziki 

aktivləri gündəlik işin icra edilməsi 

üçün vacibdir.  Bu aktivlər bütün dünya 

üzrə insanların ağır işi nəticəsində 

əldə edilmişdir.  LafargeHolcim üçün 

işləməklə bizim hər birimiz bu aktivlərlə 

bağlı məsuliyyətli davranmalı və 

onların oğurlanması, itirilməsi, sui-

istufadə edilməsi və tullanmasına yol 

verməməliyik.  Bundan əlavə biz bütün 

resursların müvafiq biznes məqsədləri 

üçün istifadə edilməsini təmin 

etməliyik. 

Əqli mülkiyyətin qorunması

LafargeHolcim-də biz mütəmadi 

olaraq dəyərli, qeyri-ictimai ideyalar, 

strategiyalar və başqa növ biznes 

məlumatı yaradırıq ki, eyni zamanda 

da bunların sahibi olur və onları 

intellektual mülkiyyət kimi qorumalı 

oluruq.  Bu cür məlumat bizə rəqabət 

üstünlükləri verən mühüm məqamdır.  

Bu cür məlumatın qeyri-müvafiq 

şəkildə açıqlanması qadağan edilir və 

biz məxfi məlumatın qeyri-müvafiq 

açıqlanması risklərindən ehtiyyatlı 

olmalıyıq. 

 

İşçilərin və üçüncü tərəflərin məxfi 

məlumatı

Gələcək, cari və ya keçmiş işçilərlə 

bağlı və şəxsi məlumatına, eləcə də 

iş göstəricilərinin qiymətləndirilməsi, 

əmək haqqı, təqaüd və bonusları 

barədə məlumata çıxış icazəsi yalnız 

səlahiyyətli şəxslərə məxsusdur və 

məlumatın məxfiliyi qanunvericiliyinə 

əsasən verilir.  Bundan əlavə, biz 

müştərilər, təchizatçılar və başqa 

biznes ortaqlarımız tərəfindən bizə 

etibar edilən məxfi məlumatın özümüzə 

aid məxfi məlumat kimi qorunması 

üçün məsuliyyət daşıyırıq. 

Adi biznes fəaliyyəti əsnasında başqa şirkətlər, eləcə də müştərilər, 

təchizatçılar və rəqiblər barədə məlumat əldə edilir.  Lakin rəqiblər barədə 

məlumatın əldə edilməsində də hüquqi və əxlaqi məhdudiyyətlər vardır:

•  Biz rüşvət və ya rəqiblərin güdülməsi kimi qeyri-müvafiq yollarla 

məlumatı əldə etməməliyik.

•  Biz ümumilikdə qeyri-ictimai mənbələrdən rəqiblər barədə məlumatı 

əldə və ya tələb etməməliyik.  Hər hansı xüsusi vəziyyətdə "qeyri-ictimai" 

məlumat sözünün nə demək olduğunu aydınlaşdırmaq üçün yerli 

komplayens mütəxəssisi ilə əlaqə saxlayın.

•  Biz məxfi məlumatın əldə edilməsi üçün rəqibin əməkdaşını işə qəbul 

etməməli və ya rəqibin əməkdaşından keçmiş işəgötürəni barədə məxfi 

məlumatı açıqlamasını tələb etməməliyik.

•  Biz rəqib tərəfindən təklif edilmiş məxfi ola bilən məlumatı qəbul 

etməməliyik.  Siz bu məlumatın məxfi olub-olmadığını, necə əldə 

edildiyini və material "gizli", "məxfi", "məxfi mülkiyyət" və ya "yalnız sizin 

üçün" sözləri ilə təsnifləşdirilmiş olub-olmadığını öyrənməlisiniz.



14

LafargeHolcim Biznes Davranış Kodeksi




Yüklə 212,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə