E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə70/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

 
219
dəyişməsinin proqnozu, sugötürmənin səmərələş-dirilməsi və yeraltı 
suların çirklənmə  və tükənmədən mühafizəsi üzrə  tədbirlərin 
işlənməsi ümumi halda özündə aşağıdakıları birləşdirir: 
-istismar prosesində yeraltı suların hidrodinamik və 
hidrokimyəvi rejiminin dəyişməsi qanunauyğunluqlarının müəyyən 
edilməsi; 
-yeraltı suların istismar ehtiyatının miqdarca qiymət-
ləndirilməsi və istismar prosesində onun dəyişməsinin proqnozu; 
-zaman etibarilə dəyişməsi daxil olmaqla sərhəd şərtlərinin və 
hesabi hidrogeoloji parametrlərin dəqiqləşdirilməsi; 
-yeraltı suların keyfiyyətinin dəyişməsi səbəblərinin və 
mənbələrinin dəqiqləşdirilməsi; 
-yeraltı  və yerüstü suların qarşılıqlı  təsiri qanunauy-
ğunluqlarının və istismar prosesində onların dəyişməsinin müəyyən 
edilməsi;  
-yeraltı suların istismarının təbii mühitin digər kompo-
nentlərinə təsirinin qiymətləndirilməsi; 
-yeraltı suların istismar ehtiyatının yenidən qiymətlən-
dirilməsi (gələcəkdə onların keyfiyyətinin mümkün dəyişməsinin 
proqnozu və sugötürücünün ətraf mühitə təsiri daxil olmaqla); təsdiq 
olunmamış ehtiyata malik sugötürücülərdə istismar ehtiya-tının 
qiymətləndirilməsi; 
-sugötürmənin miqdarının və rejiminin, o cümlədən sugö-
türücü qurğuların sxemlərinin optimallaşdırılması. 
İçməli  yeraltı    su    yataqlarının  və onların  sugötürücü  
sahələrinin  monitorinqi  haqqında  «Su  təchizatı    və  meliorativ  
hidrogeologiya»   (23)  kursunda  daha  ətraflı  məlumat  verilir. 
 
 
 
 
 
 
 
 
 


 
220
O  n     i  k  i  n  c  i      f   ə   s  i  l 
 
LABORATOR  HİDROGEOLOJİ  TƏDQİQATLAR 
 
12.1. Süxurların  sululuq-,  fiziki-  və  süzülmə  xassələrinin  
öyrənilməsinin  laborator  üsulları 
 
 
Laborator  hidrogeoloji  tədqiqatlarda  mürəkkəb  üçfazalı  
süxur - su - qaz  sistemi  tədqiq  olunur.  Bu  sistemin  göstəriciləri  
və  keyfiyyəti  onu  təşkil  edən  fazaların  bir – biri   ilə  qarşılıqlı  
münasibətindən  və    xarici    təbii  və    süni    amillərin  təsirindən  
asılıdır.  Öyrənilən  süxurların  tipindən  asılı  olaraq,  laborato-riya  
tədqiqatları  bütövlükdə  sistemin  və  onun  ayrı – ayrı  fazalarının   
keyfiyyətini  xarakterizə  edən  parametr  və  göstə-riciləri  kompleks  
öyrənməklə  bərabər,  həm  də  ayrı – ayrı  fazalarının   keyfiyyətini  
tədqiq  edə  bilər.  Məsələn,  tikinti  məqsədilə  bərk  süxurların  (sal 
və    yarımsal)  yayıldığı  rayonlarda  aparılan  tədqiqat  zamanı  
süxurların  fiziki – mexaniki  xüsusiyyətləri  (su - fiziki  və  süzülmə  
göstəriciləri  nəzərə  alınmadan),  yeraltı  su  yatağının  kəşfiyyatı  və  
geoloji – sənaye  baxımından  qiymətləndirilməsi  zamanı    isə   
sistemin  süzülmə    keyfiyyəti  (süxurların fiziki - mexaniki  
xüsusiyyətləri  nəzərə  alınmadan )  öyrənilir.  Əgər  əlaqəsiz  dənəli  
və  yum-  şaq,  əlaqəli  süxurlar  laborator  tədqiq  olunarsa,  onda  
tədqiqatın  məqsədindən  asılı  olmayaraq,  süxurların  fiziki - 
mexaniki  və  su - fiziki   xüsusiyyətləri,  o  cümlədən  sistemin  ayrı 
- ayrı    fazalarının  keyfiyyəti  və  göstəriciləri  (fiziki  xassələri,  
yeraltı  suların  kimyəvi  və  qaz  tərkibi,  bərk  faza-ların  fiziki – 
mexaniki xüsusiyyətləri  və  s.)  öyrənilməlidir. 
Beləliklə,  süxurların  fiziki - mexaniki  və  su - fiziki   
xüsusiyyətləri,  suların  və  onların  yerləşdiyi  süxurların  fiziki - 
kimyəvi  göstəriciləri  arasındakı    qarşılıqlı    əlaqə  su – süxur  
sisteminin kompleks  öyrənilməsini  tələb  edir. 
Süxurun  sululuq  və  süzülmə  xassələrinin  (nəmlik,  nəmlik  
tutumu,  suvericilik,  nəmlik  çatışmamazlığı,  kapillyar  qalxma,  
sukeçiricilik,  səviyyəkeçiricilik  və  s.)  laborator  tədqiqi  zamanı,  


 
221
eyni  zamanda,  onlarla  sıx  əlaqədə    olan    və  hidrogeoloji  
parametrlərin  hesablanmasında  istifadə  olunan  bəzi  digər  su – 
mexaniki  xüsusiyyətləri  (məsaməlik,  qranulo-metrik  tərkib,  sıxlıq,  
sıxılma  və  s.)  də  öyrənilir.   
Məsaməlik  və   qranulometrik  tərkib  süxurların  süzülmə  
xassəsini  xarakterizə  edən   əsas  göstəricilərdir. 
Məsaməlik  -  məsamələrin  həcminin   
V
m
  süxurun  ümumi  
həcminə  
0
V
    (
0
V
V
n
m
=
)        və  ya  onun  skeletinin   həcminə  
(gətirilmiş  məsaməlik  əmsalı  
n
n

=
1
ε
 )  olan  nisbəti  ilə  ifadə  
olunur.  Adətən  məsaməliyin  üç  növünü  ayırırlar:  ümumi  (
n)  ,  
açıq  (
n
0
)  və  fəal  (dinamik )  ( 
n
d
)  (5,  12,  29) . 
Ümumi  məsaməlik   süxurda  olan  bütün  boşluqların  həcmi,  
açıq  məsaməlik  -  öz   aralarında  bir - biri  ilə  birləşən  boşluqların  
həcmi,  
fəal  məsaməlik   - suyun  sərbəst  hərəkəti  baş    verən  
boşluqların  həcmidir. 
Laboratoriya  şəraitində    məsaməliyi  hesablama  üsulu  ilə  
(süxurların sıxlığı  
ρ
  və  həcm  kütələsinin 
γ
 təyininə  görə)  və  
nümunələr  üzərində  aparılan  xüsusi  təcrübələrlə    təyin  edirlər  
(12,  28,  29). 
 Hesablama  yolu  ilə  məsaməlik  əmsalı  aşağıdakı  düsturla  
təyin  olunur: 
 
ρ
γ
ρ
s
n

=
,                                        (40) 
 
və  ya  :   
)
1
(
)
1
(
n
n
W
W
n
+

+
=
ρ
γ
ρ
   ,                                   (41) 
 
burada:
  W
n
     və   
s
γ
  -  uyğun  olaraq,  süxurun  çəki  nəmliyi  və  
skeletin  həcm  kütləsidir.   
W
n
 ,
ρ
,  
γ
  və  
s
γ
    laboratoriya  üsulu  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə