E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə73/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   77

 
228
tərkibi  haqqında  daha  tam təsəvvür  əldə    etmək  üçün  analizin  
nəticələrinin  mq.ekv    və  %.ekv   formalarından  istifadə  olunur  
(12,  19,  25). 
Yeraltı  suların  bakterioloji  tərkibi.    Suyun  bakterioloji  
tədqiqatları    su    təchizatı    mənbələrinin  sanitariya  cəhətdən  
qiymətləndirilməsi  və  bir  sıra  spesifik  məsələlərin  (neft  və qazın   
bakterial  kəşfiyyyatı,  biokimyəvi  proseslərin  intensivli-yinin  
qiymətləndirilməsi  və  s.)  həlli  məqsədilə  aparılır. 
Suyun  sanitar  vəziyyəti  onun  ümumi  bakterioloji  
çirklənmə    dərəcəsinə    (1 
ml    tədqiq  olunan  suda  bakteriyaların  
ümumi  miqdarına  görə  təyin  olunur)  və suda  bağırsaq  çöpləri  
bakteriya  qrupunun  (1 
 suda  bağırsaq  çöplərinin  miqdarına  görə  
təyin  olunur)  miqlarına  görə    qiymətləndirilir.  Dövlət  
Standartlarına  görə,  təsərrüfat  - içməli  təyinatlı  suda  bakte-
riayaların  ümumi  miqdarı    1   
ml    durulaşmamış  suda  100 - dən  
çox  olmamalıdır  (28). 
 
 
12.3. Laborator  tədqiqatlar  üçün  su  nümunələrinin   
götürülməsi  metodikası 
 
Su  nümunələrinin  götürülməsi  metodikasının  zəruri  mə-
sələlərindən  biri  onların  təmsiledicilik  xüsusiyyətlərini  təmin  
etməkdir.  Müəyyən  dərəcədə    hər  bir  nümunənin  ayrılıqda  və  
birgə    təmsiledicilik  xüsusiyyəti      su    və  qaz  nümunələrinin  
götürülmə  qaydasına  riayət  edilməsindən,  həmçinin  təmin  
olunmasından,  nümunələrin  konservasiya  şəraitinin  təşkilin-dən,  
onların  daşınması  və  saxlanılmasından  asılıdır. 
Su  nümunələrinin  götürülməsi  zamanı    təsadüfi  element-
lərin  təsirini  kənarlaşdıran  şərait  yaradılmalıdır:  nümunə  
yerləşdirilən  qab  kimyəvi  cəhətdən  təmiz  olmalı;  suyun  təbii  
qaz  və  duz  tərkibi  qorunub  saxlanılmalı;  nümunənin  götürülməsi  
zamanı  onun  çirklənməsinə  yol  verilməməli;  nümunələr  lazımi  
həcmdə  götürülməli (çöl-  və  qısa  analizlər  üçün  0,5 – 1,0 
 su ;   
tam  və  xüsusi  analiz  üçün  1 – 2 
l su) ;  müxtəlif  sulu  
horizontların  suyunun  qarışmasına  yol  verilməməli;  nümunələrin  


 
229
müvafiq  konservasiyası    və  qeydiyyatı    olmalıdır  və    s.    Bütün  
analizlər  nümunələrin  götürülməsindən  sonra  çox   qısa  vaxt  
ərzində    və  ya  imkan  olduqda  dərhal,  nümunənin  götürüldüyü  
yerdə  aparılmalıdır. 
Dərinliyi  çox  olmayan  quyulardan,  açıq  su  hövzələ-rindən  
su  nümunələri  hər  cür  ehtiyatı    gözləməklə    şüşə  butıl-kalarla  
götürülür.  12 - 15 
m    dərinlikli  su  mənbələrindən  nümunələrin  
götürülməsi  üçün  isə  müxtəlif  cihazlardan  (Simonov   cihazı  və  
s.)   istifadə  edilir. 
Suyun  kimyəvi  və  bakterioloji tərkibinin  dəyişməsini  
öyrənmək  üçün  dövrü  olaraq  müşahidələr  aparmaq  lazımdır.  
Bunun  üçün  nümunələrin  götürülməsi  tezliyi  öyrənilən  obyek-tin  
konkret  şəraitindən  asılı  olaraq  müəyyən  edilir. 
 
 
12.4. Yeraltı  suların  keyfiyyətinin  qiymətləndirilməsi 
 
Xalq  təsərrüfatında  istifadə  üçün  nəzərdə  tutulan  yeraltı  
suların  keyfiyyətinin  qiymətləndirilməsi  istehlakçıların  suyun  
keyfiyyətinə    qarşı    irəli  sürdüyü  təlabatların  və    yeraltı suların  
laborator  öyrənilməsinin  nəticələrinin  müqayisəsi  əsasında  həyata  
keçirilir.  Təlabatlar  yeraltı  suların  fiziki  xassələrinə,  kimyəvi  və   
bakğterioloji  tərkibinə    qarşı    irəli  sürülür  və  suyun  xalq  
təsərrüfatında  istifadəsinin  xarakterindən,  isteh-lakçı  müəssisələrin  
texnologiyasından,  su  təchizatı   şəraitindən  və   digər  amillərdən  
asılı  olur. 
Yeraltı  suların  keyfiyyətinin  qiymətləndirilməsi  üçün  hər  
bir  konkret  məsələnin  həllində  Dövlət  Standartına  uyğun  
təlabatlar  əsas  götürülür  (28). 
Dövlət  Standartına müvafiq  olaraq,  suyun  fiziki  xassələrinə  
qarşı  aşağıdakı  təlabatlar  irəli  sürülür:  iyi  (20
0
S   temperaturda  
və    60
0
S  temperatura  qədər  qızdırıldıqda)   2  baldan  çox  
olmamaqla;  dadı  -  20
0
S   temperaturda  2  baldan  çox  olmamaqla;  
parlaqlığı  şkala  üzrə  20
0
S – dən  çox  olmamaqla;  bulanıqlığı  -  
standart  şkala  üzrə  1,5  mq/l – dən  çox  olmamaqla  (müstəsna  
hallarda  1500  mq/l  - ə    qədər);  pH  göstəricisi  -  6,5 -  8,5  ;  


 
230
ümumi  codluğu  7  mq.ekv/l  (müstəsna  hallarda  10  mq.ekv/l  ) 
Suyun  tərkibində    zəhərli  elementlərin  miqdarı  (mq/l - ə):  
berillium  (Be
2+
) -  0,002;  molibden (Mo
2+
)  -  0,5;  arsen  (As
3+ 
 , 
As
5+
)  -  0,05 ;  nitratlar  (N  üzrə)  -  100 ; qurğuşun  (Pb
2+
) –     0,1  ;  
selenium  (Se
6+
)  - 0,001 ;  stronsium  (Sr
2+
) – 2,0 ;  ftor (F
-
) -  0,7 – 
1,5  ;  təbii  uran  (U)  və  (
238
U)  -  1,7 ,     radium   226  - nın  (
226
Ra)  
və  stronsium  90 – nın  (
90
Sr)  miqdar  həddi,  uyğun  
olaraq,    
10
10
2
,
1


  
   və      
10
10
4


  Ku/ l – dən  (Kyuri/l)    artıq   
olmamalıdır. 
Bundan  əlavə,  suyun  tərkibində:  xloridlər  350  ;  sulfatlar  -  
500 ;   dəmir  (Fe
2-
  ,  Fe
3+
)  -  0,3   ;    manqan  (Mn
2+
) -  0,1 ;  mis  
(Cu
2+
 ) - 1,0  ;  sink  (Zn
2+
)  - 5  ;  qalıq  alüminium  (Al
3+
)  -  0,5  ;  
heksametafosfat  (PO
4
)  -  3,5  və  tripolifosfat  (PO
4
)   -  3,5  mq/l  
qəbul  olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə