E. A. MƏMMƏdova


O  n      ü  ç  ü  n  c  ü      f  ə  s  i  l



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə74/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   77

 
231
O  n      ü  ç  ü  n  c  ü      f  ə  s  i  l 
 
YERALTI  SULARIN  SÜZÜLMƏSİNİN  
MODELLƏŞDİRİLMƏSİ 
 
13.1. Modelləşdirmə  hidrogeoloji  tədqiqat  üsulu  kimi 
 
 
Hidrogeologiyada  modelləşdirmə  dedikdə,  müxtəlif  
hidrogeoloji  məsələlərin  səmərəli  həllinin  təmini  üçün  yeraltı  
suların  süzülməsi  və  onunla  bağlı  proseslərin  müxtəlif  
modellərdə  süni  əks  etdirilməsi  nəzərdə  tutulur. 
Hidrogeoloji tədqiqatlarda  fiziki  mənasına  görə  müxtəlif  
olan,  lakin  eyni  differensial  tənliklərlə  ifadə  olunan  proseslərin  
riyazi  analogiyasından  istifadəyə  əsaslanan  riyazi  modelləşdirmə  
geniş    tətbiq  olunur.  Bu  modeldə  yeraltı    suların  süzülməsi  
prosesinə  eyni  differensial  tənliyə    tabe    olan    digər  bir  proses  
kimi  baxılır.  Riyazi  modelləşdirmədən  fərqli  olaraq,  fiziki  
modelləşdirmə  (modeldə  süzülmənin  fiziki  təbiətinin  saxlanılması  
ilə)   az  tətbiq  olunur. 
Modelləşdirmədə  hidrogeoloji  obyektlərin  öyrənilməsin-də  
və  mühəndisi  proqnozların  tərtibində    təbii  şəraiti  hərtərəfli  
nəzərə    almağa,  müxtəlif  amillərin  və  proseslərin  təsirini  
qiymətləndirməyə,  tədqiqat  zamanı alınan  informasiyaların  
keyfiyyətini  və    dəqiqliyini  artırmağa,  mühəndisi  qurğuların  iş  
şəraitinin  daha  əsaslandırılmış  proqnozlarının  verilməsinə,  digər  
hesabi  üsulların  dəqiqliyinin  təyin  edilməsinə  imkan  verir  (13,  
19) . 
Hazırda  modelləşdirmənin,  kifayət  qədər  iri  obyektlər-də,  
xüsusilə, sugötürücü  və  drenaj  qurğularının,  iri  suvarma   və  
qurutma  sisitemlərinin  layihəsinin  əsaslandırılmasında,  yeraltı  
suların  istismar  ehtiyatının  və  rejiminin  qiymətlən-dirilməsi  
məqsədilə    ərazinin  regional  öyrənilməsində,    yeraltı    suların  
səmərəli  istifadəsi  və  mühafizəsi  üzrə  tədbirlərin  hazırlanmasında  
və  s.  məsələlərin  həllində  tətbiqi  böyük  əhəmiyyət  kəsb  edir. 
Hidrogeoloji məsələlərin  modelləşdirmə  üsulu  ilə    həlli  


 
232
prosesi  aşağıdakı  mərhələləri  özündə  birləşdirir: 
1) Təbii  şəraitin  və  ilkin  (əsas) materialların  analizi,  
onların  sxemləşdirilməsi,  süzülmə  zonasının  təbii  hidrogeoloji  
sxeminin  tərtibi; 
2) Süzülmə  modelinin  əsaslandırılması və  tərtibi; 
3) Tərtib  edilmiş  modelin  və  proqnoz  amillərinin  dəqiq-
liyinin  əsaslandırılması; 
4) Alınan  nəticələrin  işlənilməsi. 
Modelləşdirmənin  hidrogeoloji  tədqiqatların  müasir  üsulu  
kimi   tətbiqinin  əsas  istiqamətləri  aşağıdakılardır: 
1) Yeraltı  suların istismar  ehtiyatnın  regional  qiymətlən-
dirilməsi,  onların  xalq  təsərrüfatında  istifadəsinin,  çirklənmə-dən  
və    tükənmədən  mühafizəsinin  əsaslandırılması daxil  ol-maqla,  
tədqiqat  və    axtarış  materialları    əsasında  ərazinin  müasir  
hidrogeoloji  şəraitinin  öyrənilməsi
2)  İri  mühəndisi  qurğuların  (sugötürücülərin,  suvarma-,  
qurutma-  və  drenaj  sistemlərinin,  su  anbarlarının,  kanalların  və  
s.)  axtarışı    və    layihələndirilməsinin  müxtəlif  mərhələlərində  
mürəkkəb  hidrogeoloji  şəraitlərdə   mühəndisi  proqnozların  tərtibi; 
3)  Mürəkkəb  təzyiqli  su  sistemlərinin  və  yeraltı    su 
yataqlarının  formalaşması  şəraitinin  öyrənilməsi; 
4) Mürəkkəb hidrogeoloji  şəraitlərdə          mühəndisi  qurğu-
ların  layihələndirilməsinin  əsaslandırılmasında  optimallaşdırma  
məsələlərinin  həlli; 
5)  Mürəkkəb hidrogeoloji  proseslərin  inkişaf  xüsusiyyəti  və  
qanunauyğunluqlarının  öyrənilməsi; 
6)  Hesabi  hidrogeoloji  parametrlərin,  su  balansı  ele-
mentlərinin  və  süzülmə  sxemlərinin  təyini  və  dəqiqləşdirilmə-si,  
aparılan  tədqiqat  prosesində  alınan   hidrogeoloji  informa-siyaların  
işlənilməsi. 
 
 
 


 
233
13.2. Modelləşdirmənin  tətbiqi  ilə  həll  olunan   
hidrogeoloji  məsələlərin  tipləri 
 
Modelləşdirmənin  köməyi  ilə  yeraltı  suların  süzülmə-sinin  
birbaşa-,  əksinə-  və  ümumiləşdirilmiş  məsələləri  həll  olunur. 
Birbaşa  məsələlərin    həlli  konkret  başlanğıc  və    sərhəd  
şərtlərində    və  modeldə    təbii  və  mühəndisi  qurğuların  təsiri  
nəzərə    alındığı    şəraitlərdə    axının  ayrı – ayrı  hidrodinamik  
elementlərinin  (təzyiq,  sərf,  hərəkət  sürəti)  təyininə    əsaslanır.  
Əksər  hallarda  bu  məsələlər  konkret  obyektlərin  (su  anbarları  
rayonlarında  və  suvarma  massivlərində    su    səviy-yəsinin  
qalxmasının,  drenaj  sisteminin  işinin səmərəsinin  pro-qnozu  və  
s.)  layihələndirilməsində  süzülmə    şəraitinin  pro-qnozu  ilə  
əlaqədar  olur  və  hidrogeoloji  şəraitin  mürək-       kəbliyindən  asılı  
olaraq,  onlar  birölçülü,  ikiölçülü  və  bəzi  hallarda  fəzavi  olur. 
Əksinə    məsələlərin    həlli  axının  süzülmə  xarakterinin və  
sərhəd  şərtlərinin  onların  təzyiq  və    sərfinin  paylanması  
haqqındakı    məlumatlara  görə    təyinindən  və    dəqiqləşdirilmə-
sindən  ibarətdir.  Bu  üsulla  süzülmə-,  təzyiq-  və    səviyyəke-
çiricilik  əmsalları  təyin  olunur,  infiltrasiya  qidalanması,  yeraltı    
və  yerüstü  suların  hidravlik  əlaqəsinin  xarakteri  və    digər  
göstəricilər  qiymətləndirilir. 
Bu  üsulla  qurulmuş  modelin  dəqiqliyinin  əsaslandırıl-ması  
aşağıdakılarla  izah  olunur:  1)  süzülmə  mühitinin  parametrlərinin  
təyini,  dəqiqləşdirilməsi  və    səhihliyinin  əsas-landırılması;  2)  
öyrənilən  obyektin  süzülmə  sxeminin  xüsusiy-yətlərinin  və  
quruluşunun  dəqiqləşdirilməsi;  3)  sərhədlərinin  və    sərhəd  
şərtlərinin  hidrodinamik  rolunun  dəqiqləşdirilməsi;  4)  su  balansı  
elementlərinin  təyini  və    dəqiqləşdirilməsi;                      5)    süzülmə  
modelinin  qurulması    və    səhihliyinin  əsaslan-dırılması;  6) 
qurulmuş  modelin  və    onda    aparılan  pro-qnozların  dəqiqliyinin  
kəmiyyətcə  qiymətləndirilməsi. 
Ümumiləşdirilmiş    məsələlər      hər  hansı  bir  süzülmə  
prosesinin  ümumi  xarakteristikasını  ya  ölçüsüz  parametrlərin  
istifadəsi  ilə,    ya    da    öyrənilən  proses  üçün  xarakter  olan  
parametrlərin  bütün  mümkün kəmiyyətlərinin   (qiymətlərinin)  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə