E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə68/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

 
213
c) qeyri- kondision (məsələn, duzlu sular arasında  şirin su 
linzaları) sularla təmasda olan kondision suların inkişaf sahələrinin 
sərhədləri üzrə; 
d) geoloji-hidrogeoloji sərhədlər olmadığı halda - şərti olaraq, 
ya sanitar-mühafizə zonasının (SMZ) II  və III qurşaqlarının 
sərhədləri üzrə, ya da sosial-iqtisadi və texniki-iqtisadi amillərin 
nəzərə alınması ilə sugötürücü qurğuların yerləşdirilməsi və SMZ-
nın yaradılması mümkün və məqsədə-uyğun olan sahələrin sərhədləri 
üzrə təyin edilə bilər. 
Bütün hallarda yatağın üst sərhədi - yer səthi, alt sərhədi isə 
təbii təsərrüfat içməli su mənbəyi üçün yararlı,  daha dərində yatan 
sulu horizontun dabanı qəbul edilir. 
Sugötürücü qurğunun istismarının təsir zonası  depressiya 
qıfının sahəsinə, yəni sugötürmənin təsiri altında yeraltı su 
səviyyəsinin (YSS) enməsi qeyd olunan sahəyə uyğun gəlir. Bu zona 
zaman keçdikcə genişlənə (xüsusilə təzyiqli horizontlarda) və kifayət 
qədər böyük ölçülərə çata bilər  (bu zonanın radiusu bir neçə 10 km 
təşkil edə bilər). Lakin  mövcud  təsir zonasının radiusu (hansı    ki,  
səviyyənin enməsi depressiyanın mərkəzində enmənin 10-20%- dən 
az olmayaraq  təşkil  edir)  adətən təzyiqli horizontlarda 10-20 km-i  
aşmır, təzyiqsiz horizontlarda isə ilkin  km-lə ölçülür. Eyni zamanda 
geniş sahələrdə yayılmış yeraltı suların istismarı zamanı qarşılıqlı 
təsirdə olan sugötürücülərin çoxlu sayında onların istismarının 
ümumi təsir zonası kifayət qədər böyük ölçülərə (100 km və daha 
çox) malik ola bilər. 
Belə hallarda təsir zonasının sərhədləri (obyekt monito-rinqi 
zonasının sərhədləri) hər bir yataq üçün sugötürücünün sahəsindən 
10-15 km radiusda qəbul edilir, qrup yataqların istismarının təsir 
zonasının qalan sahələrində  ərazi səviyyəsində (lokal) monitorinq 
keçirilir. 
Obyekt səviyyəli monitorinq sahəsinin sərhədləri, qeyd 
edildiyi kimi, monitorinq proqramının işlənib hazırlanması zamanı 
müəyyən olunur və geoloji mühitin monitorinqinin ərazi mərkəzi ilə 
razılaşdırılır. 
Yeraltı suların istismar ehtiyatının formalaşması zonası 
sugötürücünün, yatağın hüdüdlarında yeraltı suların formalaşdığı 


 
214
sahəsinə uyğun gəlir. Ehtiyatın formalaşma zonası istismarın təsir 
zonasına uyğun gəldiyi kimi, onu aşa da bilər. 
Sugötürücünün sahəsinin sərhədləri sugötürücü qurğunun 
yerləşdiyi sahəni  əhatə edir və adətən SMZ-nin I qurşağının 
sərhədlərinə uyğun gəlir. 
Təsərrüfat-içməli su təchizatının bütün sistemlərində hüdudları 
daxilində sugötürücünün yerləşdiyi rayonda sugötürü-cüyə  və sulu 
horizonta çirkləndirici maddələrin daxil olmasına imkan verməyən 
xüsusi tədbirlər həyata  keçirilən SMZ təşkil edilir.  
Qeyd edildiyi kimi, YSY-nın monitorinqi sistemində 
müşahidələr sugötürücü qurğunun təsir zonasını, ayrı-ayrı hallarda 
isə sonuncunun formalaşması zonasını əhatə etməlidir. 
İstismarın təsir zonası, yeraltı suların istismar ehtiyatının 
formalaşması zonası  və SMZ arasındakı münasibət hidrogeoloji 
şəraitlə, o cümlədən yeraltı suların çirklənmədən mühafizə 
dərəcəsilə, həmçinin sugötürmənin miqdarı ilə müəyyən olunur. 
Obyektlərin monitorinqin məzmununu və strukturunu təyin edən 
hidrogeoloji  şəraitinin xüsusiyyətləri  öz əksini yataqların tipində 
tapır. 
YSY-nın monitorinqinin ən mühüm məsələsinin onların 
vəziyyətinin qiymətləndirilməsindən ibarət olduğunu nəzərə alaraq, 
bu vəziyyətin yeraltı suların çıxarılması ilə  əlaqədar mümkün 
dəyişməsini qısa  şərh edək. Bu dəyişmə  əsas iki istiqamətdə baş 
verir:1) yeraltı axının strukturunun, yeraltı suların qidalanma və 
boşalma miqdarının dəyişməsi (balans) və  nəticədə onların yatım 
dərinliyinin (səviyyəsinin) aşağı düşməsi; 2) 
yeraltı suların 
keyfiyyətinin dəyişməsi.  
Yeraltı suların qidalanma və boşalma  şəraitinin dəyişməsi 
balansın gəlir və  çıxar elementləri arasındakı münasibətin 
dəyişməsinə səbəb olur ki, bu da öz əksini yeraltı suların rejimində, o 
cümlədən onların səviyyə səthində tapır. İstismar prosesində istismar 
olunan sulu horizontda yeraltı suların səviyyəsi (təzyiqi) aşağı düşür, 
sulu horizontları ayıran zəif sukeçiriciliyə malik kompleksdə təzyiq, 
aerasiya zonasında isə  nəmlik dəyişir. Qrunt suyu səthindən 
buxarlanmaya sərf olunan boşalma azalır və ya tamamilə  kəsilir, o 
cümlədən bulaqların sərfi minimuma enir, yeraltı və yerüstü suların 


 
215
qarşılıqlı  təsir  şəraiti dəyişir. Beləliklə, istismar prosesində sulu 
sistemin hidrodinamik strukturu yenidən qurulur. 
İstismar nəticəsində yeraltı suların keyfiyyətinin dəyişməsi, 
əsasən axının hidrodinamik strukturunun dəyişməsi ilə  əlaqə-dardır 
(baxmayaraq ki, antropogen çirklənmə mənbələri yaran-dıqda  yeraltı 
suların keyfiyyətinin dəyişməsi hətta hidrodinamik struktur 
dəyişmədikdə belə baş verə bilər). 
Yeraltı suların keyfiyyətinin dəyişməsi aşağıdakı  əsas 
səbəblərlə əlaqədar baş verir: 
-sugötürücü qurğulara istismarla əlaqədar olmayan antropogen 
çirklənmə mənbələrindən çirkləndirici maddələrin daxil olması; 
-qonşu sulu horizontlardan və ya yerüstü su hövzələrindən 
qeyri- kondision (normaya, standarta uyğun olmayan) suların yeraltı 
axını, o cümlədən duzlu dəniz sularının intruziyası; 
-məhsuldar sulu horizontun istismar  olunmayan zonasın-dan 
qeyri- kondision suların yeraltı axımı; 
-yeraltı sularda „su-süxur” sistemində fiziki-kimyəvi pro-
seslərin qarşılıqlı  təsiri nəticəsində yeni normalaşdıran kompo-
nentlərin  əmələ  gəlməsi və ya mövcud komponentlərin miqda-rının 
artması; 
-çirkləndirici maddələrin quyunun ağzı vasitəsilə  və ya 
bərkitmə borularının zədələnməsi nəticəsində daxil olması. 
Tədqiq olunan yataq hüdudlarında sugötürmədən  əlavə onun 
(yatağın) vəziyyətinə (yəni sugötürmə prosesində) həm də digər 
təsərrüfat fəaliyyəti növləri təsir göstərə bilər (tədqiq olunan yataqla 
qarşılıqlı  təsirdə olan yataqların və sugötürücünün istismarı; yeraltı 
suların çıxarılması ilə müşayiət olunan bərk faydalı qazıntı 
yataqlarının işlənilməsi; yeraltı  və yerüstü suların qarşılıqlı  əlaqə 
şəraitini dəyişən drenaj və hidrotexniki qurğuların tikilməsi; sənaye 
və mülki qurğuların, o cümlədən kommunal-məişət mənşəli axımlar, 
neft məhsulları  və s., boru kəmər-lərindən, kollektorlardan və digər 
kommunikasiya sistemlərindən itki ilə müşayiət olunan qurğuların 
tikilməsi və istismarı; ərazinin kənd təsərrüfatı üçün istifadəsi). 
Yeraltı suların istismarı hidrogeoloji və hidrokimyəvi şəraitin 
dəyişməsindən  əlavə  təbii mühitin digər komponent-lərinin 
dəyişməsinə və ekzogen geoloji proseslərin əmələ gəlmə-sinə gətirib 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə