Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə27/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

 
143
məhluldan çıxarmamaq  şərti ilə). O vaxta qədər ki, orta 
borudakı qanın rəngi standart borulardakı  məhlulun rəngi 
ilə uyğunlaşsın. Rənglər uyğunlaşan zaman Hb-nin faizini 
və ya miqdarını təyin edirlər. 
 
Şəkil 92. Sali hemometri: 
1-ştativ borular ilə; 2- qanı almaq üçün borulu pipet; 3-distillə 
edilmiş su üçün pipet; 4-qarışdırmaq üçün şüşə çubuq. 
 
 
Rəngin uyğunlaşması 14,0 bölgüsündə baş veribsə, 
deməli, qanda HB-nin miqdarı 140 q/l-dir və ya 14x6=84 
vahiddir.  
 Yaşlı adamların qanında Hb-nin miqdarı 75 – 85 
vahiddir və ya 125 – 140 q/l-dir. 
 Yeni 
doğulmuş  uşaqların qanında Hb-nin miqdarı 
100 – 120 vahid və ya 170 – 200 q/l-dir.  
 Dağ rayonlarında yaşayan yaşlı adamların qanında 
Hb-nin miqdarı yüksək olur. 
 
39 saylı iş. Qanın rəng göstəricisinin hesablanması 
 
144
 
 
Qanda Hb-nin miqdarı ilə eritrositlərin sayı 
arasındakı nisbət rəng göstəricisi adlanır və eritrositlərin 
Hb-in ilə nə dərəcədə doymasını göstərir.  
 
Normada 1ml qanda 167 q/l və ya 167x10
6
 Hbin 
olur.  
 Eritrositlərin nisbi sayını tapmaq üçün 1 ml qanda 
olan eritrositlərin sayını yaşlı adamın eritrositlərinin sayına 
bölür və 100-ə vururlar: 
%
84
0
,
5
100
2
,
4
=

=
E
 
Təcrübədə rəng göstəricisini hesablamaq üçün Hb-nin 
nisbi miqdarını eritrositlərin nisbi sayına bölürlər: 
83
,
0
84
70 =
=
=
E
Hb
RG
 
Yaşlı adamda və  uşaqlarda RG 0,75 – 0,85-ə 
bərabərdir. 
Rəng göstəricisini aşağıdakı düsturla hesablayırlar: 
H
H
E
E
Hb
Hb
J
F
:
.
.
=
 
Hb
H
 hemoqlobinin E
H
-eritrositlərin normal miqdarı. 
Hb və E müvafiq olaraq hemoqlobinin və eritrositlərin 
müayinə olunan qandakı miqdarıdır. Düsturda hemoqlo-
binin normal miqdarı 100%, eritrositlərin normal sayı 
5.000.000 hesab olunur. 
 
Əgər tədqiq olunan qanda hemoqlobinin miqdarı 
90%, eritrositlərin sayı 4.500.000 olmuşsa, düstura əsasən 
tapırıq: 
 Farbe index
1
000
500
4
100
000
000
5
90
.
.
=
=
=
x
x
J
F
 
 Anemiya 
zamanı bu rəqəm qalxıb enə bilər və bu 


 
145
hiper-, hipoxromiya adlanır. 
 Hal-hazırda eritrositdə olan Hb-nin miqarı piko-
qram ilə ölçülür. 1 pikoqram (PQ)=10
-12 
q. Orta hesabla bir 
eritrositdə normada 33,2 PQ Hb-in olur.  
 
40 saylı iş. Hemoqlobinin spektral təyini 
 
 
Hemoqlobin bir çox qazlarla (O
2
, CO
2
, hidrogen 
peroksid, azot oksidi və başqaları) möhkəm olmayan tez 
parçalanan birləşmələr əmələ gətirir. 
 Hemoqlobinin 
əhəmiyyəti onun oksigenlə 
birləşərək orqanizmin oksigenə olan ehtiyacını təmin edir. 
Atmosfer havasındakı oksigen ağciyər alveollarından 
kapilyarlara keçdikdə eritrositlərdəki hemoqlobinlə 
birləşərək oksihemoqlobin (HbO
2
)  əmələ  gətirir, toxuma 
və hüceyrələri oksigenlə təmin edir. Bir molekula Hb dörd 
molekula oksigenlə birləşməyə qadirdir. 1q Hb özünə 1,34 
ml O
2
 birləşdirə bilər. Oksihemoqlobin alqırmızı  rəngdə 
olub, davamsız birləşmədir. Periferik kapilyarlarda O
2
 ay-
rılaraq toxumalara keçir və oksidləşmə proseslərində  işti-
rak edir. Oksigeni itirmiş Hb reduksiya olunmuş Hb ad-
lanır və karbon qazı ilə birləşərək karbohemoqlobini 
(HbCO
2
)  əmələ  gətirir. Karbohemoqlobin ağciyər 
kapilyarlarında parçalanır, karbon qazı (CO
2
) xaric olur. 
Bu cür Hb tünd qırmızı rəngdə olur. 
 Hemoqlobinin 
dəm qazı ilə (CO) birləşməsi kar-
boksihemoqlobin (HbCO) əmələ  gətirir. Hemoqlobin, 
oksigenə nisbətən, dəm qazı ilə daha tez (150 dəfə) birləşir 
və möhkəm olur. Atmofser havasında dəm qazının miqdarı 
0,07% olduqda hemoqlobinin 50%-i karboksihemoqlobinə 
çevrilir.  
  
Karboksihemoqlobinin  parçalanması oksihemo-
 
146
qlobinə nisbətən 300 dəfə  zəif olur. Dəm qazı ilə 
zəhərlənmiş şəxsə ilk yardım təmiz havaya çıxmaqdır. 
Bəzi duzlarla, məsələn, kalium, xlor, kalium per-
manqanat, qırmızı qan duzu, bertole duzu və s. 
oksidləşdiricilərlə  zəhərləndikdə Hb-nin yeni törəməsi 
methemoqlobin (HbOH) əmələ gəlir. Belə qanın rəngi tünd 
şokalad rəngində olur. Bu birləşmədə hemoqlobinin 
tərkibində olan ikivalentli dəmir üçvalentli dəmirə çevrilir və 
möhkəm, parçalanmayan sabit birləşmə əmələ gətirir. Qanda 
methomoqlobinin toplanması ölümə səbəb olur. 
Hemoqlobin və onun birləşmələrinin hər biri özünə 
məxsus işığı udma spektrinə malikdir. 
Klinikada və tibbi eksperitizada hemoqlobinin 
spektral təhlili böyük əhəmiyyətə malikdir. Bu zaman 
qanın tərkibində olan bu və ya digər piqmentlərin varlığı 
aşkar edilir.  
Spektral analiz spektroskop cihazı ilə aparılır (şəkil 93). 
 
Şəkil 93. 1-spektroskop; 2-ştativ; 3-sınaq şüşəsi; 
4-işıq mənbəyi. 
 
Lazım olan material və avadanlıqlar: 
spektroskop, defibrinə olunmuş qan, işıq mənbəyi,  ştativ, 


 
147
sınaq  şüşələri, qırmızı qan duzunun doymuş  məhlulu, 
Stoks məhlulu, natrium hiposulfit kristalları, ammonium 
sulfit kristalları,  şüşə çubuqları, küvet, (Stoks məhlulu 
hazırlamaq üçün 1 hissə  dəmir kuporosu, 2 hissə tartarat 
turşusu, 15 hissə distillə olunmuş suda həll edilir (ana 
məhlul)).  İstifadə üçün bu məhlulun üzərinə yaşıl rəng 
alınana qədər ammonyak əlavə edilir. 
İşin gedişi: Spektroskopda adi işığın spektrini 
müşahidə edib, küvetə 100 – 200 dəfə durulaşdırılmış di-
fibrinə qan töküb spektroskopla işıq mənbəyi arasında 
yerləşdirilir. 
a) Oksihemoqlobinin (HbO
2
) spektral təhlili. 
Spektroskopa təxminən baxıb ağ spektr rəngini 
çəkmək lazımdır. Xüsusi sınaq borusuna bir damla 
defibrinə olunmuş qan əlavə edib, 3 – 4 ml distillə olun-
muş su ilə durulaşdırdıqdan sonra onu işıq mənbəyi ilə 
spektroskop arasında yerləşdirib qanı duzlaşdırdıqca spek-
tri izləyirlər. Spektrin yaşıl-sarı hissəsində 2 qara zolaq 
görünməyə başlayacaqdır. Durulaşdırmanı davam etdikdə 
isə həmin zolaqlar itməyə başlayacaq. 
 
 
148
Şəkil 94. Hemoqlobin və onun birləşmələrinin spektrləri: 
1-işıq spektri; 2-oksi hemoqlobin; 3-reduksiya olunmuş  
hemoqlobin; 4-methemoqlobin; 5-karboksihemoqlobin. 
 
 b) 
Bərpa olunmuş hemoqlobinin spektral təhlili
Bərpa olunmuş Hb-ni almaq üçün oksihemoqlobin məh-
luluna bərpaedici maddələrdən (ammonium sulfat, hipo-
sulfit natrium, Stoks məhlulu və s.) bir neçə damla və ya 
kristal əlavə olunur 3 – 4 dəqiqədən sonra spektrin yaşıl-
sarı hissəsində enli bir zolaq əmələ  gəlir. Bu zaman 
məhlulun rəngi açıq-qırmızı  rəngdən göyümtül-qırmızı 
rəngə çevrilir. 
 
c) Methemoqlobinin (Met Hb, HbOH) spektral 
təhlili. Difibrinə olunmuş qanı beş dəfə distillə su ilə duru-
laşdırıb, üzərinə bir neçə damcı  qırmızı qan duzu əlavə 
edib qarışdırırlar. Bu zaman məhlulun rəngi tünd-qırmızı 
rəngə çevrilir. Spektrdə üç zolaq: bir qımızı hissədə, biri 
qırmızı-narıncı  sərhəddə, digəri isə yaşıl-sarı hissədə 
əmələ gəlir. 
 
d) Karboksihemoqlobinin (HbCO) spektral 
təhlili. Karboksihemoqlobin almaq üçün difbrinə olunmuş 
qandan dəm qazı keçirilir. Dəm qazını almaq üçün sulfat 
turşusunun qarışqa turşusuna təsiri lazımdır. Karboksi-
hemoqlobinin spektrdə  qırmızı-narıncı  sərhəddə görünən 
iki zolaqdan ibarətdir və bu zolaqlar bir qədər bənövşəyi 
uca yaxın yerləşir, həmçinin bərpaedici maddələrin 
təsirindən itmir.  
 
41 saylı iş. Fotoelektrokalorimetrin köməyilə hemoqlo-
binin miqdarının təyini (ekspres metod) 
  
Fotoelektrokalorimetr gərginlik stabilizato-rundan


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə