Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə30/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

 
157
Nəhayət, qanı kapilyar pipetə  çəkmək mümkün olmur ki
bu an qanın laxtalandığını göstərir. Bu üsulla qanın laxta-
lanma müdəti 15 – 20
0
C hərarəti olan otaqda 8 – 12 
dəqiqəyə bərabər olur. 
c. Li və Uayt üsulu. Barmaqdan xaric olan qan 
damlası əşya şüşəsi üzərinə yerləşdirilir. Hər 10 saniyədən 
bir  əşya  şüşəsini  əyməklə qan damlasının axmasına fikir 
verilir.  Şüşəni  əyərkən qan damlasının formasının 
dəyişmədiyi an qanın laxtalanmasının başlanğıcını gös-
tərir. 
Müxtəlif amillərin qanın laxtalanmasına təsirini 
öyrənmək üçün heyvanlar üzərində  təcrübə aparılır. Bu 
məqsədlə dovşan, pişik və ya itin məlum olan üsulla yuxu 
arteriyasına kanyulə keçirilir və ya şpris vasitəsilə qan 
alınır, sınaq borusuna tökülür. Qanın hərarətini saxlamaq 
üçün onun 37
0
C su hamamında yerləşdirirlər.  
Sitrat məhlulu ilə qarışdırılmış qan laxtalanmır; 
fizioloji məhlul ilə qarışdırılmış qan bir müddətdən sonra 
laxtalanır. 
Laxtalanma zamanı fibrin tellərini müşahidə etmək 
üçün kimyəvi stəkana alınmış qanı süpürgə çöpləri ilə 
qarışdırdıqda qan tez laxtalanır və fibrin telləri süpürgə 
çöplərinə ilişir; süpürgə çöplərini axar su altında sax-
ladıqda fibrin telləri formalı elementlərdən təmizləndikləri 
üçün şəffaf telləri aydın görünür. 
 
Yoxlama üçün suallar 
 
1.
 
Qan lövhəcikləri. Onların miqdarı  və qanaxmanın 
kəsilməsində əhəmiyyəti. 
2.
 
Qanın laxtalanmasının  əhəmiyyəti. Laxtalanmanın 
fazaları. 
 
158
3.
 
Laxtalanmanın I fazası. Tromboplastinin əmələ 
gəlməsi. 
4.
 
Laxtalanmanın II və III fazaları. Trombun əmələ 
gəlməsi. Laxtanın lizisi və refraksiyası. 
5.
 
Qanın laxtalanma müddəti və qanaxma müddəti. 
Təyin etmə üsulları. 
6.
 
Qanın laxtalanmasını  ləngidən fiziki və kimyəvi 
amillər.  
7.
 
Qanın əks laxtalanma sistemi. 
8.
 
Ontogenezin ilk dövrlərində qanın laxtalanma sis-
teminin inkişafı. 
 
45 saylı iş. Qan qruplarının təyini və köçürülməsi 
 
 Anemiya 
və ya bir sıra başqa xəstəliklər zamanı qan 
köçürmədən müalicə vasitəsi kimi istifadə olunur. Qan 
qrupları  məlum olmadan qanköçürmə mümkün deyil. 
Damar daxilində uyğun olmayan qanın formalı elementləri 
bir-birinə yapışaraq çöküntü əmələ  gətirir; bu hadisəyə 
aqlütinasiya deyilir. Bu da qanda olan aqlütinogen və 
aqlütininlərin təsiri ilə əmələ gəlir. 
 Qanda 
aqlütenin 
və aqlütinogenin müxtəlif  şəkildə 
birləşməsi ilə əlaqədar olaraq qan qrupları əmələ gəlir. 
 
İnsanlardakı kimi bəzi heyvanların da (atın, donu-
zun, inəyin, qoyunun) qan qrupları  məlumdur. Qan qru-
pları dəyişməz qalıb, həyat boyu sabit qalır. 
 
Məlum olmuşdur ki, eritrositlərin A və B 
aqlütinogenlər, plazmada isə 
α
  və  β  aqlütininlər olur. 
Qanda bu və ya digər hissəciklərin olmasından asılı olaraq, 
4 qan qrupu ayırd edilir; I qrup qanın plazmasında 
aqlütinin  β
α  olur, II qrup qan A( β ), III qrup qan B (
α
), 


 
159
IV qrup qan AB. 
 
Cədvəl 7 
Qan qrupları 
Yanskiya 
görə 
Beynəlxalq 
təsnifata görə 
Aqlütininlər 
plazmada 
Aqlütinogenlər 
eritrositlərdə 
I O 
β
α
 

II A 
β
 

III B 
α
 

IV AB  O 
AB 
 
 
Qan verən  şəxs donor, I qrup qan verən  şəxs uni-
versal donor, qan alan şəxs isə resipient adlanır. Donorun 
və resipientin qanını qarışdıqda aqlütinasiya reaksiyası o 
vaxt baş verir ki, eyniadlı aqlütinin və aqlütinogen (A və 
α
, B və  β ) qarşılaşmış olsun. Aqlütinasiyanın baş 
verməsi müsbət (+), antiaqlütinasiya isə (-) işarəsi ilə qeyd 
olunur. Qanköçürmə zamanı resipientin plazması, donorun 
isə eritrositləri nəzərə alınır. 
 
Cədvəl 8 
Eritrositlərin aqlütinogenlər 
Plazma aqlütinləri 
I O 
II A 
III B 
IV AB 

β
α
 
- +  + 

II 
β
 
- -  +  + 
III 
α
 - 



IV O 




 
160
 
Qan qruplarının köçürmə sxemi. 
 
 
Sxemdən görünür ki, I qrup qana mənsub olan 
şəxslər bütün qruplara qan verir. IV qrupa mənsub olan 
şəxslər bütün qruplardan qan ala bilər. 
 Lazım olan material və avadanlıqlar: I, II və III 
qrup standart qan zərdabları, 3 ədəd pipet, 3 şüşə çubuq, 
əşya şüşəsi, skarifikator, spirt, efir, yod, pambıq. 
 
İşin gedişi: Qan qruplarını təyin etmək üçün I, II və 
III qrup qan zərdabından hazırlanmış standart zərdabdan 
istifadə edilir. Belə  zərdablar ağzı bağlı üzərində etiketi 
olan ampulada olub, soyuq və qaranlıq yerdə saxlanılır. 
 
Barmaqdan qan almazdan əvvəl təmizlənmiş  əşya 
şüşəsi üzərində qan qruplarını qarışıq salmamaq üçün 
qrupun qarşısında şüşə yazanla zərdabların nömrələri qeyd 
olunur. Sonra şüşələrin müvafiq nahiyələrinə I, II və III 
qrup qan zərdablarından I damcı əlavə olunur. Barmaqdan 
alınan qan şüşə çubuqla zərdabla qarışdırılır və bir qədər 
(5 dəqiqə) gözləyirlər. Qeyd etmək lazımdır ki, hər 
zərdaba müvafiq şüşə çubuq götürülməlidir. Zərdab ilə 
qarışdırılmış qanın aqlütinasiya verib-verməməsi 
prinsipinə əsasən qan qruplarını təyin edirlər. Əgər hər üç 
qrup qan zərdabında aqlütinasiya baş vermirsə təyin edilən 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə