Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə32/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

 
165
IV FƏSİL 
 
QAN DÖVRANI 
 
Ürəyin fiziologiyası: Qan insanda və heyvanlarda 
ürəyin fəaliyyəti nəticəsində ürək-damar sistemində 
fasiləsiz hərəkət edərək öz funksiyalarını yerinə yetirir. 
Ürək döş  qəfəsində  ağciyərlərin arasında soldan sağa 
assimmetrik vəziyyətdə yerləşir. Ürək daxili qişa – 
endokard, orta – miokard, xarici – epikarddan təşkil olub, 
ürək kisəsi-perikardın içərisində yerləşir. Perikardın 
daxilində ürək mayesi yerləşir. Bu maye ürəyi sürtünmə və 
zədələrdən qoruyur. 
Ürəyin  əzələ qişası onun hər yerində  bərabər 
qalınlıqda olmur. 
Məməli heyvanlar və insan ürəyi 4 kameralı olub, 2 
qulaqcıq və 2 mədəcikdən ibarətdir. Sağ qulaqcıqla sağ 
mədəcik arasında üç, sol qulaqcıqla sol mədəcik arasında 
isə iki taylı qapaqlar yerləşir.  
Aypara qapaqlar sol mədəciklə aorta arasında və 
sağ  mədəciklə  ağciyərlər arasında yerləşirlər. Onlar 
damarlara tərəf açılırlar. Qapaqlar qanın bir istiqamətdə 
axmasına şərait yaradır.  
Ürəyin daxilində onun aparıcı sistemi yerləşir. Sağ 
qulaqcığın arxa divarında sinir və  əzələ hüceyrələrindən 
əmələ  gəlmiş Sinus düyünü yerləşir. Bu düyünlə  əlaqəsi 
olan ikinci düyün sağ qulaqcıqla mədəcik arasında yerləşir 
ki, buna atrioventrikulyar və ya Aşoff-Tavar düyünü 
deyilir. Bu düyündən qulaqcıqlarla mədəciklərarası 
arakəsmədə yerləşən və  mədəciklərin  əzələ qişasını  əhatə 
edən Purkina liflərini əmələ gətirən Hiss dəstəsi vardır.  
Ürək yığıldığı zaman təzyiq yaradır, ürəyin yığıl-
 
166
masına sistola, boşalmasına isə diastola deyilir. Normal 
fəaliyyət zamanı ürək dəqiqədə 70-75 dəfə döyünür. 
Ürəyin bir döyünməsi 0,8 saniyə, o cümlədən qu-
laqcıqların sistolası 0,5 saniyə, mədəciklərin sistolası 0,3 
saniyə və pauza 0,4 saniyə davam edir.  
 
Şəkil 97. Böyük və kiçik qan dövranı. 
 
Fizioloji təcrübələrin obyekti kimi qurbağa istifadə 
olunur. Ürəyin fiziologiyası qurbağa ürəyi üzərində 
öyrənilir. Qurbağa ürəyi üç kameralı olub, iki qulaqcıq və 
bir mədəcikdən ibarətdir. Qan damarları ürəkdən çıxır və 
ürəkdə qurtarır. Mədəcikdən çıxan qan damarlarına 
arteriya, ürəyə gələn qan damarlarına vena deyilir.  
Qan dövranı iki cür olur: böyük və kiçik. Böyük 
qan dövranı sol mədəcikdən aorta ilə başlayıb, bədənin hər 
tərəfinə yayılır. 
Maddələr və qazlar mübadiləsindən sonra hüceyrə 
və toxumalarda arterial qan venoz qana çevrildikdən sonra 


 
167
aşağı  və yuxarı boş venalar vasitəsilə  əvvəlcə ürəyin sağ 
qulaqcığına, oradan isə sağ  mədəciyə dolur. Buradan 
ağciyər arteriyası ilə kiçik qan dövranı başlayaraq 
ağciyərlərə daxil olur. 
Ağciyərlərdə qazlar mübadiləsi zamanı CO
2
 xaricə 
verilir, qan isə oksigenlə  zənginləşir, nəticədə venoz qan 
arterial qana çevrilir və dörd ağciyər venası vasitəsilə sol 
qulaqcığa tökülür. 
Qan damarlarındakı  təzyiqlər fərqi sayəsində qan 
arteriyalardan venalara doğru fasiləsiz axır. 
 
 
47 saylı  iş. Qurbağa ürəyi fəaliyyətinin müşahidəsi və 
qrafik qeydi 
 
 Ürək fəaliyyətli üzvlərdən olub, yuxarıda qeyd 
olunduğu kimi mühüm vəzifə daşıyır. Ürək fəaliyyətini 
müşahidə etmək və qeydə almaq (kardioqrafiya) üçün 
adətən qurbağa üzərində təcrübə aparılır. Qurbağanın ürəyi 
2 qulaqcıqdan, bir mədəcikdən və venoz cibdən ibarətdir. 
Buna müvafiq olaraq, qurbağa ürəyi döyünməsinə 
qulaqcıqların sistola və diastolası, mədəciyin sistola və 
diastolası  və pauzadan əlavə, venoz cibin sistola və 
diastolası aid edilir.  
 Qurbağanın döş  qəfəsini açdıqda, ürək fəaliyyətini 
adi gözlə də görmək mümkündür. Lakin ürək fəaliyyətinin 
ayrı-ayrı fazalarını müşahidə etmək üçün ürək fəaliyyətini 
yazmaq üsulundan istifadə edilir. Bu zaman ürəyi ürək 
fəaliyyətini yazan kardioqrafla birləşdirib, kimoqraf 
vasitəsilə kağız üzərində yazılır. Alınan yazını 
kardioqramma, yazmaq prosesinə isə kardioqrafiya deyilir. 
 
168
 
Şəkil 98. Qurbağanın ürək fəaliyyətinin qrafik qeydi: 
1-rıçaq; 2-serfin. 
 
Şəkil 99. Qurbağada kardioqrafiya. Kimoqraf:  
1-Engelman lingi; 2-yazı qələmi; 3-baraban;  
4-elektromaqnilt vaxt qeydedicisi; 5-kimoqraf;  
6-saat mexanizmi; 7-disk; 8-serfin. 
 
 Lazım olan material və avadanlıqlar: qurbağa, man-
tar lövhə, pinset, qayçı, sancaqlar, iynə, sap, soyuqqanlılar 
üçün fizioloji məhlul, kimoqraf, kadiroqraf, pambıq. 


 
169
 
İşin gedişi: Qurbağa ürəyinin fəaliyyətini yazmaq 
üçün döş 
qəfəsini açmazdan əvvəl onu 
hərəkətsizləşdirirlər. Bunun üçün efir, xloroform və s. 
maddələrdən və ya mərkəzi sinir sisteminin pozulması 
üsulundan istifadə edirlər. 
 Qurbağanı  hərəkətsizləşdirmək üçün xloroform və 
ya efirlə isladılmış pambığı içərisində qurbağa olan 
kalpakın içərisinə qoyurlar. Bir neçə  dəqiqədən sonra 
qurbağa hərəkətsizləşmiş olur. 
 
Mərkəzi sinir sistemini pozmaqdan ötrü sol ələ 
alınmış qurbağanın başını  sərbəst buraxıb, sağ  əllə  ənsə 
dəliyinə iynə batırıb,  əvvəl baş, sonra isə onurğa beyni 
pozulur. Belə qurbağanı  cərrahi stola bərkidib, cərrahi 
pinset ilə döş nahiyəsinin dərisini yuxarı qaldırıb iti qayçı 
vasitəsilə  kəsib atırlar. Sonra pinsetlə döş sümüyünün 
xəncərvarı  çıxıntısından tutub qaldırmaqla üçbucaq 
şəklində  həmin nahiyənin sümük və  əzələlərini kəsirlər. 
Ürəyi ürək kisəsindən ayırmaq üçün, kisəni ürəyin zirvəsi 
tərəfdən pinsetlə tutulur, bir qədər qaldırıb kəsilir və ürək 
kisədən azad edilir. Bu zaman ürəyin fəaliyyəti aydın 
nəzərə çarpır. Ürək fəaliyyətini qeyd etmək üçün 
Engelmanın kardioqrafından istifadə edilir. Bu cihaz metal 
ştativdən və ona keçirilmiş ikiqollu lingdən ibarətdir. Ling 
öz oxu ətrafında hərəkət edir. Lingin uzun qoluna xüsusi 
elastik yazıcı birləşdirilir. Yazıcı 45
0
 bucaq altında 
kimoqrafın silindirinə toxundurulur.  
 Lingin 
qısa qoluna keçirilmiş  və sapla bağlanmış 
serfini diastola zamanı ürəyin zirvəsinə keçirilir və 
kimoqraf üzərində izlər buraxır.  
 
 
 
170
 
 
Şəkil 100. Qurbağa ürəyinin kardioqramması: 
a-qulaqcıqların sistolası; b-mədəciyin sistolası; 
 d-mədəciyin diastolası; v-ümumi pauza. 
 
 
Qeyd etdiyimiz kimi, kimoqrafın hisli kağızı 
üzərində alınan 
əyriyə kardioqramma deyilir. 
Kardioqrammada kiçik və böyük dişlər görünür. Kiçik 
dişlər qulaqcıqların, böyük dişlər mədəciklərin fəaliyyətini 
əks etdirir.  
 
 
48 saylı iş. Ürək fəaliyyətinin avtomatizmi 
 
Bədəndən ayrılmış  və sinir əlaqəsi kəsilmiş ürəyin 
xaricdən heç bir təsir olmadan öz-özünə təqəllüs etməsinə 
ürək avtomatizmi (yunanca autos-özü) deyilir. Başqa 
hüceyrə  və toxumalara nisbətən ürək  əzələlərində bu 
hadisə daha yüksək dərəcədə inkişaf etmişdir. Bədəndən 
ayrılmış qurbağa ürəyini Ringer məhlulunda saxladıqda, o 
bədəndən xaricdə saatlarla işləyir. Bu məqsədlə bədəndən 
ayrılmış qurbağa ürəyini  Ştraube üsulu ilə, yəni aortasın-
dan mədəciyə doğru kanyula keçirib, kanyuladan Ringer 
məhlulu buraxdıqda o fəaliyyətini davam etdirir. İstiqanlı 
heyvanların bədənindən ayrılmış ürəyindən Langerdorf 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə