Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə33/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

 
171
üsulu ilə, yəni 38
0
C qızdırılmış və oksigenlə doydurulmuş 
Ringer-Lokk məhlulu buraxdıqda belə ürəyin uzun müddət 
işlədiyini görmək olar. 
Avtomatizm haqqında müxtəlif nəzəriyyələr vardır. 
Bir sıra alimlər avtomatizmin ürək  əzələsilə  əlaqədar 
olduğunu göstərirlər. Ona görə bu tərəfdarlara 
miogenistlər, digərləri isə ürəyin avtomatizmini ürəyin 
daxilində yerləşən sinir düyünlər ilə  əlaqədar olduğunu 
qeyd edirlər ki, bunları neyrogenistlər adlandırırlar. 
Ürək avtomatizminın sinir düyünlərindən nə 
dərəcədə asılı olduğunu qurbağanın işləyən ürəyindən 
liqatura keçirməklə, istiqanlı heyvanların ürəyinin sinir 
düyünlərini termod vasitəsilə soyudub-qızdırmaqla sübut 
edilmişdir. 
Aparılmış  təcrübələrdən aydın olmuşdur ki, 
soyuqqanlı heyvanların (qurbağanın) venoz cibinin arxa 
divarında yerləşən Remak düyünü, istiqanlı heyvanlarda 
və insanda bu düyünə müvafiq Kis-Flyak düyünü ürək 
avtomatizmi üçün daha yüksək oyanmalar yaradır. Bu 
düyünlə  əlaqədar olan qurbağada atrioventrikulyar və ya 
Bidder düyününün, istiqanlı heyvanlarda və insanda 
Aşoff-Tavar düyünü nisbətən zəif olub, I düyündən 
impulsları alırlar, Hiss dəstəsi vasitəsilə  mədəcik və 
qulaqcıqlara verirlər, nəticədə ürəyin uzun müddət öz-
özünə işləməsinə səbəb olur. 
Lazım olan material və avadanlıqlar: qurbağa, 
mantar lövhə, pinset, qayçı, sancaqlar, fizioloji və ya 
Ringer məhlulu, pipet, liqatura, saat şüşəsi, termometr, 
saniyəölçən, isti su, buz, termod, pambıq, içərisində 100 
ml su olan 4 kimyəvi stəkan, kardioqraf, kimoqraf. 
İşin gedişi
1. Stannius liqaturaları. Qurbağanın onurğa beyn-
 
172
ini pozmaqla, hərəkətsizləşdirir, döş boşluğunu açıb, ürəyi 
kisədən azad edirlər. Aortadan ayrılan  şaxələr və boş ve-
nalar, liqaturaya alınaraq bağlanır. Sonra ürəyi qaldıraraq 
ürək yüyəni kəsilir. Bu zaman venoz cib salamat saxlanıl-
malıdır.  Əgər  əməliyyat düzgün aparılıbsa ürək  şöbələri 
müəyyən ardıcıllıqla təqəllüs edəcək.  Əvvəlcə bir dəqiqə 
ərzində ürəyin təqəllüsləri sayılır. Sonra venoz cibin altın-
dan sap keçirib, venoz ciblə qulaqcıqlar arasında ilgək 
əmələ  gətirməklə möhkəm bağlayırlar. Buna stanniusun 
birinci liqaturası deyilir (şəkil 101). Həmin liqatura qoyul-
duqdan sonra qulaqcıqlar və  mədəcik fəaliyyətindən 
qaldığı halda venoz cib əvvəlki ritmdə öz təqəllüslərini 
davam etdirir. Birinci liqatura göstərir ki, sinus düyünündə 
yaranan impulslar blokadaya alındığından bunlar atrioven-
trikulyar düyünə keçə bilmir. Bunun nəticəsində qu-
laqcıqlar və mədəciklər fəaliyyətdən qalır. 
Fəaliyyətdən qalmış ürəyin qulaqcıqlarla mədəciyi 
arasında  ikinci liqatura qoyulur. Bu zaman ürək 
avtomatik fəaliyyətini yenidən bərpa edir. Bunun səbəbi 
liqaturanın mexaniki təsirindən atrioventrikulyar və ya 
Bidder düyünün oyanması ilə izah edilir  ürəyin 
qulaqcıqları və mədəciyinin fəaliyyəti bu liqaturanın necə 
düşməsindən asılı olur. Belə ki, əgər liqatura tam ortaya 
düşərsə  həm qulaqcıqlar, həm də  mədəciyin fəaliyyəti 
bərpa olunur. Liqatura mədəciyə doğru düşərsə qulaqcıqlar 
təqəllüs etdiyi halda, mədəcik təqəllüs etmir. Əksinə 
liqatura azacıq qulaqcıqlara doğru düşərsə, onda mədəcik 
təqəllüs edir, qulaqcıqlar isə fəaliyyətdən qalır. 
Üçüncü liqatura ürəyin zirvəsinə yaxın qoyulur. Bu 
zaman təqəllüs edən mədəciyin zirvə nahiyəsi fəaliyyətdən 
qalır. Səbəb atrioventrikulyar və ya Bidder düyündən 
gələn impulsların zirvəyə çatmamasıdır. 


 
173
 
Şəkil 101. Stannius liqaturasının sxemi: 1-birinci liqatura; 2-1-ci 
və 2-ci liqatura; 3-1-ci, 2-ci və 3-cü liqatura; liqatura qoyulduqdan 
sonra ürəyin təqəllüs etdiyi hissələr tünd rəngə boyanıb. 
 
 
1.
 
2.Ürək fəaliyyətinə hərarətin təsiri. Bu məqsədlə 
ürəkdən müəyyən dərəcəyə  qədər qızdırılmış  və ya 
soyudulmuş Ringer məhlulu buraxdıqda ürək fəaliyyətinin 
dəyişdiyini müşahidə etmək olar. 
Hərarət ürəyin ayrı-ayrı nahiyələrinin fəaliyyətinə 
eyni dərəcədə təsir göstərmir. 
Sinus düyünü nahiyəsinə  təsir etdikdə ürəyin ritmi 
və qüvvəsində baş verən dəyişikliklər daha yaxşı müşahidə 
olunur. Belə ki, istinin təsirindən ürəyin ritmi sıxlaşır, 
qüvvəsi artır. Soyuğun təsirindən ritm seyrəkləşir, qüvvəsi 
azalır. 
İşin gedişi: Hərəkətsizləşdirilmiş qurbağanı arxası 
üstə mantar lövhəyə bərkidib, qayçı ilə döş boşluğunu açıb 
ürəyi ürək kisəsindən ayırırıq.  
İzolə edilmiş qurbağa ürəyi saat şüşəsi üzərinə 
 
174
qoyulur. Otaq hərarətində bir dəqiqə  ərzində ürəyin 
təqəllüsləri sayılır. Sonra saat şüşəsi içərisindəki isti su 
olan (t

-38
0
C) stəkanın üzərinə qoyur və yenidən 
təqəllüslərin sayı hesablanır. Saat şüşəsini götürüb kənara 
qoyur və soyuması gözlənilir. Sonra saat şüşəsini 
içərisində buz və ya qar olan stəkanın üzərinə qoyulur, 
ürək təqəllüsləri sayılır. Alınan nəticələr müqayisə edilir. 
Sonra yerli qızdırılma və soyudulmanın ürəyin işinə 
təsiri öyrənilir. Bunun üçün termoddan (şüşə və ya metalik 
konus) istifadə olunur. Termoda termometr birləşdirilir 
(şəkil 102). 
 
Şəkil 102. Haskell təcrübəsinin qoyulma sxemi: 
1-ürək; 2- termod; 3-Engelman lingi. 
 
 Konusdan 
müəyyən hərarətdə su buraxılır. Ürəyin 
müxtəlif  şöbələrinə konusun toxundurulması yerli hərarət 
qıcıqlarının aparılmasına imkanı yaradır. 
 Termod 
olmadıqda adi preparaedici iynədən istifadə 
edilir.  İynəni isti (40-60
0
) suda qızdırıb venoz sinusa 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə