Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 4,61 Kb.
Pdf görüntüsü
səhifə29/54
tarix19.11.2017
ölçüsü4,61 Kb.
#11109
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

 
153
formalin əlavə edilir. 
 
İşin gedişi: Barmaqdan qanı melanjerin 0,5 böl-
güsünə  qədər çəkib və 101 bölgüsünədək durulaşdırıcı 
məhlulu çəkirik. Melanjeri I və III barmaqlar arasında sıx-
araq möhkəm çalxalayırlar. Trombositlərin yaxşı bo-
yanması üçün melanjer 10 – 15 dəqiqə  hərəkətsiz sax-
lanılır. Sonra melanjerdəki qarışıq təkrar çalxalanır və 
qarışığın 2 – 3 damcısı  kənara atılır, sonrakı damla isə 
örtük  şüşəsi ilə örtülmüş say kamerasının üzərinə damız-
dırılır. Eritrositlərin arasında bərabər səpələnmiş 
trombositlər mavi rəngə boyanmış  şəkildə görünür. 
Trombositlər 25 böyük kvadratda sayılır. 1 mm
3
 qanda 
trombositləri saymaq üçün aşağıdakı düsturdan istifadə 
edilir: 
16
25
200
4000



=
x
T
 və ya 
2000

x
T
 
 
T – 1 mm
3
 qanda trombositlərin sayı; 
 
X – 25 böyük kvadratdakı trombositlərin sayı; 
 1/4000 
 kiçik kvadratın həcmi, 
 200 
– 
durulaşdırma dərəcəsi. 
 
Tutaq ki, 400 kiçik kvadratda sayılan trombositlərin 
sayı 100 – 200 arasında dəyişir. Deməli, x=100,200.   x-in 
qiymətini düsturda yerinə qoyub trombositlərin sayının 200 
min və ya 400 min olduğunu tapırıq. 
 
 
44 saylı iş. Qanın laxtalanma müddətinin təyini 
 
 Qanın laxtalanması orqanizmin müdafiə 
vasitələrindən olub, həyat üçün təhlükəli olan qanitirmənin 
qarşısını almaqla böyük rol oynayır. 
Qanın laxtalanması bioloji, fermentativ proseslərlə 
 
154
əlaqədardır. 
 Qan 
damarı zəiflədikdə və ya kəsildikdə damardan 
axan qan bir neçə dəqiqədən sonra laxtalanır. Əmələ gələn 
laxta kəsilmiş yeri tutaraq qanaxamanın qarşısını alır. 
 Müxtəlif heyvanlarda qan müxtəlif vaxtlarda laxta-
lanır:  ən tez quşların,  ən gec isə soyuqqanlı heyvanların 
qanı laxtalanır. İnsanın qanı normada 4 – 6 dəqiqəyə laxta-
lanır. 
 Müasir 
məlumata görə qanın laxtalanmasının 
əsasını plazmada olan fibrinogen zülalının fiziki və 
kimyəvi xassələrinin dəyişilməsi təşkil edir. 
 Plazmadakı laxtalanma amilləri bunlardır: I – fi-
brinogen; II – protrombin; III – tromboplastin; IV – kal-
sium ionları; V-proakselerin; VI – akselerin; VII – 
prokonvertin, VIII – antihimofil A qlobulin; IX – anti-
hemofil B qlobulin; X-trombotropin; XI – tromboplastinə 
başlanğıc olan qlobulin; XII – Hageman amili. 
 Plazma 
amillərindən başqa qanın laxtalanmasında 
digər amillər də  iştirak edir ki, bunlar trombositlərin və 
toxumaların zədələnməsi zamanı meydana çıxır. 
 Laxtalanmanın ilk mərhələsi qan və toxuma trom-
boplastininin  əmələ  gəlməsidir. Cərəyan edən qanda 
adətən tromboplastin olmur. Lakin tromosit parçalandıqda, 
ondan ayrılan amilin V,VIII, IX, X, XI, XII amillərlə  və 
kalsium ionları ilə qarşılıqlı  təsiri nəticəsində trom-
boplastin əmələ gəlir. Toxuma tromboplastini isə, toxuma 
şirəsinin V, VII, X amillərlə  və kalsium ionları  və qar-
şılıqlı təsiri nəticəsində yaranır. 
 II 
mərhələ VI, X amillərin və kalsium ionlarının 
iştirakı ilə tromboplastinin təsirindən protrombinin 
trombinə çevrilməsindən ibarət olur. 
 III 
mərhələdə isə qan lövhəciklərindəki iki amilin 


 
155
və kalsium ionlarının iştirakı ilə trombin plazmadakı 
fibrinogenə təsir göstərib, onu həll olmayan hala – fibrinə 
çevrir, yəni qan laxtası (tromb) əmələ gəlir. Yuxarıda ad-
ları  çəkilən amillərdən hər hansı biri çatışmadıqda qanın 
laxtalanma qabiliyyəti itmiş olur.  
 Qanın laxtalanması, qanın plazmasında həll olmuş 
fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsi 
ilə əlaqədardır.  
Fibrinogenin fibrinə çevrilməsinə  təsir göstərən 
amillərin bir hissəsi plazmada, digər hissəsi qan 
hüceyrələrində yerləşir. 
Beləliklə, məlum olmuşdur ki, qanın laxtalanması 
zamanı trombositlər, leykositlər və eritrositlərdə trom-
boplastin adlı ferment var. Qanın damarı  zədələndikdə 
digər qan hüceyrələrinə nisbətən daha incə  və  zərif 
trombositlər hamar olmayan kəsilmiş qan damarının di-
varına toxunduqda və eləcə də hamar olmayan səthdə axıt-
dıqda partlayırlar. Trombositlərdən ayrılan tromoplastin 
plazmaya qarışır, plazmada olan qeyri-fəal protrombin fəal 
trombinə çevrilir. Bu çevrilmədə CaCl
2
 duzlarının da 
əhəmiyyəti böyükdür. Əmələ  gələn trombin fibrinogenə 
təsir edərək onu fibrin tellərinə çevrilir. Fibrin tellərinin 
üzərinə qanın formalı elementləri toplanaraq qan laxta-
lanmağa başlayır. 
Laxtalanmış qanın duru hissəsinə  zərdab deyilir. 
Fibrini çıxarılmış qana defibrinə edilmiş qan deyilir. 
Qanda CaCl
2
 duzlarının natrium sistrat məhlulu ilə 
çökdürülməsi zamanı qan laxtalanmır; bu cür qan 
dekalsinə olunmuş qan adlanır. 
Müalicə vasitə kimi xəstələrə defbrinə  və ya 
dekalsinə olunmuş qanı köçürmək olar. 
Müxtəlif amillər qanın laxtalanmasına təsir edə 
 
156
bilər: 
Yüksək hərarət qanın laxtalanmasını sürətləndirir, 
aşağı hərarət isə ləngidir. 
Qara ciyər və ağ ciyərlərdə sintez olunan heparin, ağız 
suyundakı hirudin qanın laxtalanmasının qarşısını alır. 
«K» vitamini laxtalanmanı sürətləndirir. 
Lazım olan material və avadanlıqlar: su hamamı, 
su termometiri, Sali pipetkası, skarifikator, üzərinə parafin 
çəkilmiş saat şüşəsi, ucu qarmaqşəkilli  şüşə çubuq və ya 
metal qarmaq, vazilin yağı, distillə su, spirt, yod, efir, 
pambıq, saniyəölçən. 
İşin gedişi:  
a. Miloni üsulu qanın laxtalanma müddəti qan 
damlası deformasiyasının kəsilməsinə əsaslanır. 
Qan damcısının qurumasının qarşısını almaq üçün 
yüksək nəmliyə malik kameradan istifadə edilir. Kamera 
daxilində yerləşmiş, isladılmış  tənzifin üzərinə 6 ədəd 
təmiz əşya şüşəsi qoyulur. Hər bir şüşə üzərinə barmaqdan 
bir damla qan damızdırılır. Altı damla qan 20 – 30 saniyə 
ərzində götürülməlidir. Qan damcısı olan əşya  şüşələri 
Petri kasası ilə örtülür.  
2 dəqiqədən sonra 1-ci şüşəni, 4 dəqiqədən sonra 2-
ci, 6 dəqiqədən sonra 3-cü, 8 dəqiqədən sonra 4-cü və s. 
götürüb  əyməklə damcının deformasiyası izlənilir. 
Hansında damcı öz formasını  dəyişmirsə  həmin an laxta-
lanmanı göstərir. 
b. Masa və Maqro üsulu. Əvvəlcə parafinləşmiş 
saat  şüşəsi üzərinə bir damcı vazilen yağı damızdırılır. 
Kapilyar pipetlə vazilen yağını çəkib geri üfürməklə onun 
daxili səthi hamar vəziyyətə  gətirilir. Sonra barmaqdan 
xaric olan qanı kapilyar pipetə  çəkir və saat şüşəsi 
üzərindəki vazilen yağı damcısı içərisinə üfürülür. 


Yüklə 4,61 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə