İllıanı Əliyev
1823-cü i! məlumatına görə, Qarabağ vilayətinin
(keçmiş Qarabağ xanlığının ərazisi) 20 minə ya-
xın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təş-
kil edirdi. Köçürmədən sonra əhalinin etnik tər-
kibi kəskin şəkildə dəyişir. 1832-ci ildə azərbay-
canlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər
isə 34,8% təşkil etmişdir. Rusiya bu siyasəti
rnəqsədyönlü şəkildə dəyişməklə davam et-
dirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa
qəzasında əhalinin milli tərkibində azərbaycan-
lılar 41,5%, erməniiər isə 58,2% oldu. Rusiyada
əhalinin 1897-ci il siyahıya alınmasına görə bu
rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və
52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənis-
tan Respublikasının törətdiyi azərbaycanlı qır-
ğınları Qarabağı da əhatə etmişdi. 1923-cü ildə
isə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil
edərkən tarixi ədalətsizliyə yol verildi, Qaraba-
ğın dağlıq və aran hissəsi süni şəkildə bir-birin-
dən ayrıldı, erməni əhalisinin konsolidasiyası
üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların
demoqrafik mövqeyinə ciddi zərbə vuruldu. XX
əsrin 20-60-cı illərində yəni, 1926, 1959, 1970,
1979-cu illərdə keçirilmiş siyahıya almalara görə
DQMV-nin azərbaycanlı və erməni əhalisi mü-
vafiq olaraq 10,1 və 89,1%»; 13,8 və 84,4%;
18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur. Dağlıq
Qarabağ erməniləri 1978-ci ildə köçürülmələ-
120
Qafqazda imperiyalar və erm ənihrin Azərbaycan ərazilərinə köçürülməsi
rinin 150 illiyini qeyd etmiş, bu münasibətlə
Mardakert - Ağdarə rayonunun Marağaşen -
Leninavan kəndində xüsusi abidə qoymuşdular.
Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm
Rusiyanın, həm də Ermənistanın siyasi məna-
feləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki
dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qur-
banı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan
məsələlərdə çox pərgar olan ermənilər bu siyasi
oyunların acınacaqlı nəticələrindən dərs ala bil-
məmiş, Rusiya və Ermənistan liderlərinin onlar
üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu hə-
mişə canla-başla və amansızlıqla yerinə ye-
tirmiş, hər dəfə də bu əməllərin qanunauyğun
nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar
olmuşlar. Bu fitnəkarlığın başlıca obyekti olan
Türkiyə və Azərbaycan müəyyən çətinliklərə
baxmayaraq həmişə bu imtahandan uğurla çıx-
mışdır. Tariximizin diqqətçəkən səhifələrindən
biri də ermənilərin Naxçıvana köçürülməsi siya-
səti ilə bağlıdır. Çar Rusiyası siyasətində ermə-
nilərin Şimali Azərbaycana köçürmə siyasətində
Naxçıvan bölgəsinə də xüsusi yer ayrılmışdır.
Rusiyada bu siyasətə haqq qazandırmaq üçün
İrəvan və Naxçıvan kimi tarixi Azərbaycan əra-
zilərini erməni torpağı kimi qələmə verməkdə
davam edirdi.