Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

mək  üçün  hərbi,  siyasi  hazırlıqiara  başlamışdır. 
Bunun  da  nəticəsində  Pənahəli  xan  İrəvan, 
Gəncə,  Naxçıvan  və  Ərdəbili  Qarabağ  xanlığına 
birləşdirə  bilmişdir.  Təbii  ki,  Qarabağın  ərazi- 
sinin  genişiənməsi  fonunda  xanlığın  güclənməsi 
İran  şahını  ciddi  narahat  etmişdir.  Məhz  bu 
rıarahatçılığı  aradan  qaldırmaq  və  xanlığı  məhv 
etmək  üçün  1757-ci  ildə  Məhəmmədhəsən  xan 
Qacar  Qarabağa  hücum  etmişdir.  Tarixdə  "Xa- 
tın  arxı"  kimi  adı  qeyd  olunan  ərazidə  gedən  dö- 
yüşlərdə  Pənahəli  xan  böyük  iştəha  və  iddia- 
larla  xanlığa  hücum  etmiş  Məhəmməd  xan  Qa- 
carı  məğlub  etmişdir.  Bu  döyüşdə  Pənahəli 
xan  şəxsi  şücaət,  yüksək  döyüş  nümunəsi  gös- 
tərmişdir.  Darmadağın  edilən  İran  qoşununun 
tör-töküntüləri  qaçarkən  o  dövr  üçün  çox  əhə- 
miyyətli  hesab  olunan  150-yə  yaxın  tüfəngi,  5 
ədəd  isə  topu  döyüş  meydanında  qoyub  qaç- 
mışlar.  Bu  biabırçı  məğlubiyyətdən  sonra  İran 
şahı  Qarabağ  xanını  açıq  döyüşdə  məğlub  et- 
məyin  mümkün  olmadığını  başa  düşdüyündən 
Pənahəli  xanı  hiyləgərlik  yolu  ilə  sıradan  çıxart- 
mağa  cəhd  göstərmiş  və  istəyinə  də nail  olmuş- 
dur.  Belə  ki,  Məhəmmədhəsən  xan  Qacardan 
sonra  hakimiyyətə  gələn  Kərim  xan  Zənd  Ur- 
miyyə  qalibiyyətini  zəfər  günü  kimi  qeyd  etmək 
üçün  "Şiraz  qonaqlığfna  dəvət  edir.  Bu  qonaq- 
lıqda  Pənahəli  xan  girov  götürülür.  Pənahəli 
-------------------------------108
------------------------------------------------------------------------------------------------------—
İUuım Əliyev
_______ _
Qafqazdajmperiyalar və erım nilərin Azərbaycan ərazihrins k ö çiirü ln m i
xanın  İran  şahının  hiyləgərliyinin  qurbanı  olma- 
sından  sonra  Qarabağda  hakimiyyət  uğrunda 
mübarizə  başlayır.  Bu  mübarizə  daha  çox  İbra- 
himxəlil  xan  və  Mehrəlibəy  arasında  gedir. 
Amansız  döyüş  İbrahim  xanın  Mehrəli  bəyin 
üzərində  qalibiyyəti  ilə  başa  çatır.  İbrahimxəül 
xanın  hakimiyyətdə  olduğu  1763-1806-cı  illəri 
Qarabağın  inkişaf  tərəqqi  dövrü  hesab  etmək 
olar.  Amma  Qarabağın  hərbi  iqtisadi  qüdrəti 
gürcü  çarları  ilə yanaşı,  Rusiyaya  ilan  zəhəri  ve- 
rən  erməni  məliklərini  də  ciddi  narahat etmişdir. 
Ona  görə  də,  bu  qüvvələr  Qarabağa  hücum 
təşkil  etmək  üçün  birgə  iş  planı  qururlar.  Amma 
1787-1795-ci  illərdə  Rusiya  ilə  Osmanlı  imperi- 
yası arasında  müharibənin  başlanması  birləşmiş 
qüvvələrin  Qarabağa  planlaşdırılan  hücumla- 
rının  qarşısını  almışdır.  Bununla  da  Qarabağ 
xanlığı  inkişafını  və  hərbi  qüdrətini  artırmaqda 
davam etdirmişdir.
Amma  bir həqiqət var ki,  məkrli  düşmən  heç 
zaman  yatmır.  Düşmən  hər  zaman  bölgənin 
aparıcı  xanlıqlardan  olan  ərazini  işğal  etmək, 
insanları  isə  məhv etmək üçün  fürsət gəzir.  Bax, 
bu  fürsəti  əldə  edən  Rusiya,  Gürcüstan  və  er- 
məni  məlikləri  1806-cı  ilin  iyunda  İran  şahının 
Şuşaya  hücum  etməsindən  istifadə  edərək  Qa- 
rabağın  ərazilərini  işğal  etməyə  başladılar.  Hət- 
ta  Şuşadakı  rus  qarnizonunun  rəisi  mayor  Lisa-
---------------------------------------   109_______________________


İllta n ı  Ə/iyev
noviç  Cıdır  düzündə  ailəsi  ilə  yaşayan  İbrahim- 
xəlil  xanı  xaincəsinə  qətlə  yetirir.  Bununla  da 
Qarabağ  Rusiya  imperiyasının  işğal  zonasına 
çevrilir.
ŞAH İSMA YIL XƏTAİ RƏVAN XANI 
NİYƏ EŞİTMƏDİ ?
Bir  faktı  qeyd  etmək  lazımdır  ki,  XVI  əsrin 
əvvəlində  Rəvan  xan  Səfəvi  şahı  Şah  İsmayıl 
Xətaiyə 
məktub  göndərir.  Həmin  məktubda 
göstərilir  ki,  İran  ərazisindən  bu  ərazilərə 
köçürülən  ermənilərin  sayının  çoxalması  bizə 
çoxlu  sayda  problem  yaradacaq.  Təəssüf  ki, 
Şah  İsmayıl  Xətai  Rəvan  xanın  xəbərdarlığını 
nəzərə  almadı.  Hətta  1507-ci  ildə  Osmanlı  tor- 
paqlarından  və  digər  xarici  ölkələrdən  daha
10.000  erməninin  İrəvan,  Qarabağ  daxil  olmaq- 
la  Azərbaycanın  digər ərazilərində yerləşməsinə 
izn verdi.
Qafqazda imperiyalar v? em w nilərin Azərbaycan ərazilərinə köçürülnwsi
Baş  verən  proseslər  onu  göstərdi  ki,  5  əsr 
bundan  əvvəl  Rəvan  xanın  söylədiyi  həmin  xə- 
bərdarlıqdan  sonralar  da  nəticə  çıxarılmadığın- 
dan  Azərbaycan  xalqı  çox  ciddi  bəlalarla 
üzləşməli  oldu.  1918-ci  ilə  qədər  zaman-zaman 
ermənilər  dövlət  yaratmaq  iddialarını  reallaşdır- 
maq  üçün  səylər  göstərdilər.  Nəhayət,  ermə- 
nilər  Rusiyanın  himayəsi  və  dəstəyi  ilə  İrəvan 
xanlığı  ərazisində  Ermənistan  dövləti  yaratdılar. 
İstəsək də və  istəməsək də  reallıq  ondan  ibarət- 
dir  ki,  İrəvanın  ermənilərə  verilməsində  1918-ci 
ildə yaradılan Azərbaycan Xalq  Cümhuriyyətinin 
ciddi  səhvləri  rol  oynamışdır.  Bunu  sonrakı  mər- 
hələlərdə  cümhuriyyət  qurucuları  da  qeyd  edib- 
lər.  1919-ci  il  dekabr  ayının  1-də  (Azərbaycan 
Xalq  Cümhuriyyəti  dövründə)  Fətəli  xan  Xoyski


İllıam  Əliyev
Nəsib  bəy  Yusifbəyliyə  bir  teleqram  ünvanlayır. 
Həmin  teleqramda  göstərilir ki,  İrəvanı  Ermənis- 
tana  verməklə  biz  sərhəd  məsələsini  həll  etmiş 
olduq  və  ermənilərlə  bizim  daha  heç  bir  proble- 
mimiz  olmayacaq.  1919-cü  ildə  İrəvan  torpaqla- 
rının  arxasınca  Dərələyəz,  daha  sonra  isə 
Göyçə  ermənilərə  verildi.  Bir  məsələni  də  xatır- 
latmaq  lazımıdır ki,  1918-ci  ilin  may ayının  28-də 
Azərbaycan  Xalq  Cümhuriyyəti  elan  olunanda 
Azərbaycanın  ərazisi  114  min  kv.km  idi.  Amma 
1920-ci  il  aprel  ayında  Azərbaycan  ərazisi  86 
min  kv.km  oldu.  Çox  təəssüflər  olsun  ki,  1918-
1920-ci  illərdə ADC-nin  bu  cüır buraxdığı  səhvlər
1992-1993-cü  illərdə AXC  hakimiyyəti  dövründə 
də  təkrar  olundu.  XX  əsrin  sonlarında  Azərbay- 
canın  aran  Qarabağ  ərazisi  ermənilər tərəfindən 
işğal  olundu.  Qeyd  etmək  lazımdır  ki,  erməni- 
lərin  aran  Qarabağı  işğal  etmək  niyyəti  olmayıb. 
AXC  hakimiyyətinin  prosesləri  düzgün  qiymət- 
ləndirib,  ondan  düzgün  nəticə  çıxarmaması  er- 
mənilərin  Dağlıq  Qarabağı,  daha  sonra  isə  aran 
Qarabağı  işğal  etmələrinə  gətirib  çıxarmışdır. 
Yəni  bütün  hallarda  AXC-nin  səhv,  düşünülmə- 
miş  siyasəti  Azərbaycan  xalqının  başına  bəla 
oldu.
Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi
Tarixdə  baş  verən 
bir  faktı  yada  salaq: 
Rus-türk  müharibəsi  zamanı,  1696-ci  ildə  Odes- 
sa  ətrafında  gedən  döyüşlərdə  I  Pyotor türk  əs- 
gərləri  tərəfindən  əsr  götürülür.  1  Yekaterina 
türk  generalına  bir boyunbağı  verərək,  I  Pyoturu 
azad  etdirir.  Bunu  bilən  Osmanlı  sultanı  boun- 
bağını  əridərək  həmin  qızılı  Yekaterinadan  alan 
generalın  boğazına  tökdürür.  I  Pyotorun  azad 
olunması  türklərin  başına  bəla  oldu.  XVIII  əsr- 
dən  XX  əsrə  (1920-ci  ilə  qədər)  qədər  türklərlə 
ruslar  arasında  10  müharibə  olur.  I  Pyotr  əsir 
götürülənə  qədər,  yəni  dörd  döyüşdə  türklər 
ruslara  qalib  gəlir.  Amma  ondan  sonra  baş  ve- 
rən  altı  müharibədə  türklər  məğlub  olurlar.  Yəni 
buraxılmış  bir səhv Türkiyəyə  baha  başa  gəldi.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə