Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

İlh a m   Əliy’ev
tünə  salışdırmaqla  məhv  etməyə  əl  atmaqdan 
belə  çəkinmirdi.
1922-  ci  il  SSRİ-nin  yaradılmasından  sonra 
Zaqafqaziya  Ölkə  Komitəsinin  tələbləri  daha 
sərt  şəkil  aidı.  1923-cü  ilin  mayında  Qarabağ 
Komitəsinin  məruzəsi  Zaqafqaziya  Ölkə  Komi- 
təsi  plenumunun  gündəliyinə  daxil  edildi.  İyunun 
1-də Azərbaycan  Kommunist  (bolşevkilər)  Parti- 
yası  Mərkəzi  Komitəsi  Rəyasət  Heyəti  muxtariy- 
yətin  dekretləşdirilməsi  və  onun  layihəsinin  üç 
gün  ərzində  Mərkəzi  Komitəyə  təqdim  olunması 
barədə  qərar qəbul  etdi.  Dağlıq  Qarabağ  Muxtar 
Vilayəti  haqqında  Əsasnamə  isə  26  noyabr 
1924-cü  ildə  çap  olundu.  Beləliklə,  Azərbayca- 
nın  ayrılmaz  tərkib  hissəsi  olan  Qarabağ  süni 
şəkildə  aran  və  dağlıq  hissələrinə  parçalanmış 
və  Azərbaycan  rəhbərliyi  Qarabağın  dağlıq 
hissəsində  sonradan  məskunlaşmış  ermənilərə 
muxtariyyət statusu  verməyə  məcbur edilmişlər. 
Dağlıq  Qarabağa  muxtariyyət  verildikdən  sonra 
ermənilər  separatçılıq  fəaliyyətlərini  dayandır- 
madılar.  Separatçı-terrorçu  erməni  vəhşilikləri- 
nin  baş  alıb  getdiyi  bu  dövrdə  Sovet  İttifaqı 
Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  və  sovet 
hökumətinin  vəziyyətin  real  qiymətləndirilməsin- 
də  maraqlı  olmaması  da  aydın  şəkildə  üzə çıxdı. 
"1988-1995-ci  illərdə  Azərbaycan  SSR-in  Dağ- 
lıq  Qarabağ  Muxtar  Vilayətinin  sosial-iqtisadi 
------------------------------ 9 2
-------------------- -- ----------------------
Qafqazda imperiyalar va e rm m ih rin  Azərbaycaıı əraziterinə k ö ç iirü ln m i
inkişafını  sürətləndirmək  tədbirləri  haqq\nda" 
1988-ci  il  24  mart  tarixli  qərar  bilərəkdən  məsə- 
lənin  separatçılıq  aktı  olmasını  ört-basdır  etmə- 
yə  yönəlmişdi.  Belə  bir  dəstək  erməni  separat- 
çılarını  daha  da  ruhlandırdı  və  onların  təca- 
vüzkarlığını  daha  da  artırdı.  Moskva  qarşısında 
mütilik nümayiş  etdirən  Ə.Vəzirov  başda olmaq- 
la  Azərbaycan  rəhbərliyi  öz  xalqına  xəyanət,  tə- 
cavüzkara  isə  güzəşt  mövqeyi  tuturdu.  Nəha- 
yət,  Moskva  Dağlıq  Qarabağ  Muxtar  Vilayətini 
Azərbaycan  SSR-in  tərkibindən  çıxarmaq  istiqa- 
mətində  daha  bir  addım  atdı:  SSRİ  Ali  Soveti 
Rəyasət  Heyəti  1989-cu  il  yanvarın  12-də 
"Azərbaycan  SSRİ-in  Dağlıq  Qarabağ  Muxtar 
Vilayətində  xüsusi  idarəçilik  formasınm  tətbiqi 
haqqında"  qərar  qəbul  etdi.  Məqsəd  aydın  idi: 
Dağlıq  Qarabağ  Muxtar  Vilayətində  yaradılmış 
Xüsusi  İdarə  Komitəsi  muxtar  vilayətin  Azər- 
baycandan  alınıb  Ermənistana  verilməsini  təmin 
etməli  idi.  Lakin  bunu  başa  düşən  Azərbaycan 
xalqının  demokratik 
mübarizəsi 
nəticəsində 
noyabrın  28-də  Xüsusi  İdarə  Komitəsi  ləğv  edil- 
di.  Ancaq  bunun  əvəzində  yeni  bir qurum - Təş- 
kilat  Komitəsi  yaradıldı.  Ermənistan  SSR  bu 
vəziyyətdən  istifadə  edərək  dekabrın  1-də  Dağ- 
lıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  haq- 
qında  antikonstitusion  qərar  qəbul  etdi.  Bu,  Er- 
mənistan  tərəfindən  Azərbaycan  SSR-in  ərazi
-------------------------------------------------------------  
9 3
-------------------------------------------------------------


İllıa m  Əliyev
bütövlüyünə  qarşı  açıq  hüquqi  müdaxilə  aktı  idi. 
Moskva,  gözlənildiyi  kimi,  bu  kobud  müdaxilə 
faktına  da  göz yumdu.  Dağlıq  Qarabağın  erməni 
separatçıları  1991-ci  ilin  sentyabrında  "Dağlıq 
Qarabağ  Respublikası"  adlanan  oyuncaq  quru- 
mun  yaradıldığını  elan  etdilər.  Azərbaycan  Res- 
publikası  həmin  qurumu  tanımaqdan  imtina  etdi, 
noyabr ayının  26-da  isə  Dağlıq  Qarabağ  Muxtar 
Vilayətinin  statusu  ləğv olundu.
1991-ci  il  sentyabrın  2-də  ermənilər  sepa- 
ratçılıq  və  terrorçuluq  meyillərini  gücləndirərək 
DQMV  və  Şaumyan  rayonu  Xalq  Deputatları 
Sovetləri  birgə  sessiya  keçirərək,  "Dağlıq  Qara- 
bağ  Respubliakı"  adlı  saxta  qurum  yaradırlar. 
Ardınca  Dağlıq  Qarabağda  azərbaycanlıların 
total  etnik  təmizlənməsi  -  qanlı  müharibə  baş- 
layır.  1991-ci  il  noyabrın  20-də  Martuninin  azər- 
baycaniılar  yaşayan  kəndlərinə  uçan  nümayən- 
də  heyətini  aparan  vertolyot  Qarəkənd  üzərində 
ermənilər  tərəfindən  terrora  məruz  qalır.  Azər- 
baycanın  dövlət  katibi  Tofiq  İsmayılov,  baş  na- 
zirin  müavini  Zülfü  Hacıyev,  dövlət  müşaviri  Mə- 
həmməd  Əsədov,  baş  prokuror  İsmət  Qayıbov, 
prezidentin  mətbuat  katibi  Osman  Mirzəyev, 
dövlət-hökumət  xadimləri  Vaqif  Cəfərov,  Vəli 
Məmmədov,  Qurban  Namazəliyev,  DQMV  hü- 
quq-mühafizə,  təhlükəsizlik  orqanlarına  başçılıq
Qaf^azdajmperiyalar və erm ənihrin Azərbaycan ərazilərinə köçürülməsi
edən  rusiyalı  generallar  daxil  olmaqla  20  nəfər- 
dən  çox adam  həlak olur.
Noyabrın  26-da  Azərbaycan  parlamenti  DQ 
MV-ni  milli  ərazi  qurumu  kimi  ləğv  edir,  "Dağlıq 
Qarabağ  Muxtar  Vilayətinin  yaradılması  haq- 
qında"  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitə- 
sinin  1923-cü  il  7  iyul  dekreti  və  "Dağlıq  Qara- 
bağ  Muxtar  Vilayəti  haqqında"  Azərbaycan 
SSR-in  1981-ci  il  16  iyun  qanununu  qüvvədən 
düşmüş  sayır.  Stepanakert,  Mardakert,  Martuni 
şəhərlərinin  tarixi  adları  qaytarılaraq  Stepana- 
kert  Xankəndi,  Mardakert  Ağdərə,  Marturıi
-------------------------------------------------------------
95
 
_____________________________________________________________________________


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə