Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

İlham   Əliyev
qişə  həll  edilərsə  Azərbaycan  regionun  lider 
dövlətinə  çevriləcək.  Ona  görə  də  Qarabağ 
rnəsələsinin  həll  olunmamasında  bəzən  RF  ilə 
ABŞ-ın  maraqları  üst-üstə  düşür.  Burada  xris- 
tian  sevgisi  də  var.  İranla  Fransanın  (baxma- 
yaraq  ki,  bunlar  biri-birinə  düşmən  dövlətiərdir) 
Azərbaycana  qarşı  sərgilədikləri  mövqe  də 
eynidir.  Qarabağ  probleminin  yaranması  ictimai- 
siyasi  baxımdan 
araşdırılanda,  aydın  olur  ki, 
Qarabağ  siyasi  qurbandır.  Bu  siyasi  qurbanın 
ilkin  ssenarisi  ABŞ-da  hazırlanmışdırsa,  sonrakı 
davam  ssenarisi  Moskvada  həyata  keçirildi.  Bu 
günə  qədər  də  həmin  ssenarinin  əks  istiqamət- 
də  aparılmaması  üçün  adlarını  çəkdiyimiz  döv- 
lətlər icazə vermir.  Hər iki  dövlət ATƏT-in  Minsk 
Qurupunun  həmsədr  dövlətidir.  Minsk  Quru- 
punun  digər  həmsədr  dövləti  oian  Fransa  gah 
Azərbaycanın  yanında,  gah  da  işğalçı  Ermənis- 
tanın  yanında olmaqla  öz  maraqlarını  təmin  edir. 
Yenə də  qayıdaraq  o  məsələyə.  Vurğulamaq  la- 
zımdır  ki,  Azərbaycan  Xalq  Cəbhəsi  hakimiyy- 
ətinin  Dağlıq  Qarabağ  münaqişəsini  beynəl- 
rniləlləşdirməsi  yanlış  idi.  O zaman  ideya və se- 
çim  ondan  ibarət  olmuşdur  ki,  münaqişəni  bey- 
nəlmiləlləşdirməklə  Ermənistanı  diz  cökməyə 
məcbur  etmək  olar.  Bunun  üçün  hətta  Kəlbəcə- 
rin  müdafiəsinin  zəif  təşkil  olunmasına  da  ma- 
raq  göstərildi.  Nəticədə,  Kəlbəcər  işğal  edildi.
128
Qafqazda inıperiyalar və erm ənihrin Azərbaycan əraziterinə köçürülməsi
Amma  real  fakt  ondan  ibarətdir  ki,  Kəlbəcəri  və 
digər  ərazilərimizi  erməni  dövləti  işğal  edib 
(1993-cü  il  aprel  ayının  30-da  Kəlbəcərin  işğalı 
ilə  bağlı  BMT  Təhlükəsizlik  Şurası  822  saylı 
qətnamə  qəbul  edib).  İşğalı  Rusiyanın  yardımı 
ilə  Ermənistan  həyata  keçirib.  Bu,  həqiqətdir.  O 
da  həqiqətdir ki,  Kəlbəcərin  işğal  edilməsi  Azər- 
baycandakı  hakimiyyətin  səriştəsizliyinin  nəti- 
cəsi  idi.  O zaman AXC  hakimiyyətinin  prosesləri 
proqnozlaşdırıb,  ondan  nəticə  çıxara  bilməməsi, 
xüsusilə  də,  təhlükəsizlik  sahəsində  cavabdeh 
olan  şəxslərin  siyasi  səriştəsizliyi  Kəlbəcərin 
işğalına  gətirib  çıxartdı.  Onların  beynəlxalq  siya- 
sətdə  buraxdıqları  kobud  səhvləri  Azərbaycanın 
faciəylə  üzləşməsinə  səbəb  olub.  Belə  ki,  Rusi- 
yanı  düşmən  elan  etmək,  Cənubla  Şimali  Azər- 
baycanı  birləşdirmək,  Çinə  bayraq  sancacaqları 
barədə  anormal  fakir  səsləndirmək,  Özbəkistan 
rəhbərliyini  türkçülüyə  bağlılığı  olmamaqda  gü- 
nahlandırmaq  və  bu  kimi  qeyri-ciddi  bəyanatlar 
vermələri,  nəhayətdə,  dünyanı  "Azərbaycanın 
atom  bombası  var"  deyə  hədələmələri  Azərbay- 
canın  regionda  izolyasiya  olunmasına  gətirib  çı- 
xartdı.  Bir  yandan  Ermənistan  torpaqlarımızı  iş- 
ğal  etmək  üçün  hücuma  keçir,  o  biri  tərəfdən 
Rusiya,  Özbəkistan  və  digər  dövlətlərlə  düş- 
mənçilik  münasibətləri  yaranır.  Bir  sözlə,  AXC 
hakimiyyəti  Azərbaycanı  arzuolunmaz  problem-
129


Ilham  Əliyev
lərlə  üz-üzə  qoymuşdu.  Bütün  bunların  fonunda 
Dağlıq  Qarabağ  münaqişəsini  beynəlmiləlləşdir- 
mək,  demək  olar  ki,  Azərbaycanın  torpaqlarının 
daha  geniş  ərazidə  işğalına  gətirib  çıxartdı.  Ona 
görə  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli 
ATƏT-in  Minsk  Qrupuna  həvalə  olunmaqla 
problem  üçpilləli  problemə  çevrildi.  Yəni  artıq 
onun  həlli,  lokal  və  regional  deyil,  qlobal  müna- 
qişəyə  çevrildi.  Bu  halda  isə  problemin  həllinə 
nail  olmaq  üçün  Rusiya,  İran,  Türkiyə,  Fransa, 
ABŞ,  Avropa  Birliyi  və  NATO-nun  maraqları 
əhatə  olunmalıdır.  Fikir  verin,  nə  qədər  möv- 
qelər  və  maraqlar  üst-üstə  düşməlidir  ki,  Dağlıq 
Qarabağ  problemi  həllini tapsın.  Halbuki  1992-ci 
ildə  bu  problem  daha  dar  çərçivədə  həll  oluna 
bilərdi.  Necə  ki,  sonrakı  mərhələlərdə  yaranan 
və  heç  də  Dağlıq  Qarabağ  problemindən  ağrılı 
olmayan  problemləri  daxili  məsələ  olaraq  həll 
edildi.
1993-cü  ildə  Şimalda  “Sadval”,  Cənubda  isə 
qondarma  “Talış-Muğan  Respublikası”  məsələsi 
meydana  gələndə,  Ulu  Öndər  Heydər  Əliyev 
çox  böyük  ustalıqla  bu  məsələni  həll  etdi.  Lakin 
Dağlıq  Qarabağ  separatçılarına  qarşı  Elçibəy 
hakimiyyəti  bu  cür  addım  atmadı.  Elçibəy  ha- 
kimiyyətinin  ən  böyük günahı  o  oldu  ki,  onlar  bu 
məsələni  beynəlmiləlləşdirdilər.  Bu  da  onların 
siyasi  səriştəsizliyinin  nəticəsi  idi.  Dağlıq  Qara- 
------------------------------ -  130------ —
-----------------------------
Qafqazda imperiyalar
 va 
ermznilərin Azərbayctm m ızilərinə köçüriilnıəsi
bağ  məsələsini  beynəlmiləlləşdirmək  böyük 
səhv  idi.  Azərbaycan  ordusu  Xankəndinin  15 
km  yaxınlığında  idi  və  Kəlbəcərə  yol  açılmışdır.
1993-cü  ilin  yanvar  ayının  15-nə  qədər  ərazi- 
lərimiz  işğaldan  azad  olunurdu.  Həmin  zaman 
orada  hətta  rus  qoşunları  da  vardı.  Lakin  Rusi- 
yanın  vəziyyəti  ağır olduğundan,  ermənilərə  heç 
bir köməklik göstərə  bilmirdi.  Fevral  ayında Xalq 
Cəbhəsi  bəyanat  verdi  və  həmin  bəyanatdan 
sonra  onlar  ordunu  geri  çəkdilər.  Bütün  bu 
məsələlərin  üstündən  20  il  vaxt  keçir.  Niyə  bu 
məsələlərə aydınlıq  gətirilmir?  Niyə tarixçilərimiz 
susur?  Bütün  bunlar  onu  deməyə  əsas  verir  ki, 
o  zamankı  AXC-Müsavat  hakimiyyəti  bununia 
millətə  ziyan  vurmuş  oldu  və  bu,  bağışlanmaz- 
dır.  Müharibə  bir  dövlətin  başqa  dövlətə  elan 
etdiyi  rəsmi  hüquqi  aktdır.  Azərbaycanın  Dağlıq 
Qarabağ  ərazisində  separatçılıq  baş  qaldırmışdı 
və  bu  məsələni  daxili  məsələ  olaraq  asanlıqla 
aradan  qaldırmaq  olardı.  Əgər  həmin  zaman 
hakimiyyətdə  olanlar  Ulu  Öndər  Heydər  Əliyevi 
hakimiyyətə  dəvət  etsəydilər,  bu  problemlər baş 
verməyəcəkdi.  Amma  AXC  hakimiyyəti  belə  bir 
addım  atmadı.
Yenə  qayıdaraq  o  ağrılı  məsələyə.  Yəni, 
Dağlıq  Qarabağ  münaqişəsini  beynəlmiləlləş- 
dirmələri  AXC  hakimiyyətinin  səriştəsizliyinin 
nəticəsi  idi.  Onları  həm  də  aldanılıqlarını  düşü-
131


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə