Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zər nur ə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə13/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   9   10   11   12   13   14   15   16   ...   134

Ənvər M ete Həmidov, Zər nur ə Həmidova
ruyub saxlamalıyıq! Və yalnız birgə saxlaya bilərik!»
Ekofonda  dünya  dövlətlərinin  nümayəndələri  nəzarət  et­
məli, bütün vəsait yalnız ekoloji amillərin sağlamlaşdırılmasına 
yönəldilməlidir.  Ü D ET-in  ayrı-ayrı  dövlətləri,  fərdləri  m üka­
fatlandırm aq  və cərimə  etmək  hüququ  olmalıdır.  Böyük,  bey­
nəlxalq  əhəmiyyətli  ekoloji  layihələrin  işlənməsi,  maliyyələşdi­
rilməsi və həlli də Ü DET-in çox vacib və irimiqyaslı vəzifəsi ol­
malıdır.  Ü D ET-in  sərhədlərdən  sərbəst  keçən,  bütün  xalqlara 
fayda gətirən, III minilliyin yeni təşkilatı olmasına tam  əminik.
Kəlamların  qüdrəti  hər  zam an  kəsərli  olmuşdur.  Qüdrətli 
kəlamlar yaşadığımız Yer planetində intellektual ekologiyamn 
sağlamlaşmasma səbəb olan ən vacib bir amildir.
Qədim  Çin  filosofu  K onfutsi  (e.ə.  551-479)  dövlətin  m öh­
kəmlənməsi üçün üç  amil göstərib:  çörək,  ordu və  mənəviyyat. 
Bunların  içərisində  ən  əsası,  dövlətin  əsas  dayağı  olan  mənə­
viyyatdır.  İnsan  mənəviyyatını  necə  tərbiyələndirmək  olar? 
Yalnız inanc,  elm və kəlamlarla.  Şərq filosofu,  ensiklopediyaçı 
alim Fərabi  (870-950)  «Elmlərin  siyahıya  alınması»  traktatın­
da  dövrünün  bilik  sahələrini  5  bölməyə,  onları  da  müxtəlif 
qismlərə ayırmışdır:  1) dilçilik;  2) məntiq;  3) riyaziyyat (hesab, 
həndəsə,  optika,  ulduzlar  haqqında  elm,  mexanika);  4)  fizika 
və  metafizika;  5)  idarəetmə  haqqında  elm,  hüquqşünaslıq  və 
kəlam.  Kəlam ın  qüdrəti  haqqında  sonrakı  bölmələrdə  məlu­
m at  veriləcəkdir.  Kəlam lar  müsbət  və  mənfi  intellektual  eko­
logiyamn  yaranm asının  bazisidir.  Planetimizi  şüurlu  insanlar 
'tərəfindən  qəbul  edilən,  müsbət  ekoloji  faktorları  yaradan, 
mütərəqqi,  mənəviyyatlı,  şəfqətli  fikirləri  əks  etdirən  kəlamlar 
xilas edəcəkdir.  Buna canlı misal Tanrı tərəfindən göndərilən  5 
səmavi  kitab,  onlarda  əksini  tapan  kəlamlar  və  bəşəriyyətin 
inancıdır.  III  minillikdə  intellektual  ekologiya  elmi  elə  form a­
laşmalıdır ki,  inancından,  irqindən,  millətindən,  dilindən,  sosi­
al vəziyyətindən asılı olmayaraq,  Yer planetinin bütün sakinlə­
ri  tərəfindən  «Amin»  ifadəsi  ilə  qəbul  edilsin.  Necə  ki,  bütün 
dinlərdə  insanların  inandıqlarına  etdikləri  dua  «Amin»lə  ye­
kunlaşır.  İntellektual  ekologiyanın  bəşəriyyət  tərəfindən  qəbul
50
İntellektual ekologiya
edilən  bir əlifbası və bir no tu  olmalıdır. Necə ki, bütün millətlə­
rin həm oxuyub,  həm dinləyib başa düşdükləri bir dil var:  m u­
siqi  dili.  Hansı  ki,  bu  dilin  əlifbası  olan  notun  ilk  əsaslarını 
X III əsrdə Səfiəddin Əbdül M ömin  ibn Y usif ibn Fakir əl-Ur- 
məvi qoymuşdur.
Beləliklə, bütün  araşdırm alardan və hörmətli oxuculara tə­
qdim  etdiyimiz  mülahizələrdən  sonra  belə  qərara  gəlmək  olar 
ki,  III  minillikdə Yer planetini fəlakətdən insan,  onun əqli, in­
tellekti,  vicdanı,  qəlbi,  müdrikliyi,  əxlaqı,  mərhəməti,  özünü 
dərk etməsi, mənəviyyatı, elmi və nəhayət, inancı xilas edəcək­
dir. Çünki başqa yol yoxdur.
Son  bir  neçə  tarixi  faktı  yada  salaq.  Təsəvvür  edin  ki, 
dünya  vahid bir orqanizm dir,  millətlər,  xalqlar isə bu  orqaniz­
min  əzaları.  Yaşadığımız dünya  bu  gün  belə bir  vücud  form a­
sındadır.  Görünür,  buna d a səbəb qloballaşm adır  ki,  artıq  nə­
inki millətlər, xalqlar, eyni zam anda dinlər və sivilizasiyalar da 
ayrılıqda  formalaşa  və  inkişaf  edə  bilmir,  çünki  bir-birinə 
bağlıdır.  Bunu deyərkən,  1998-ci ildə Bakıda «İslam sivilizasiy­
ası  Qafqazda»  mövzusunda  keçirilmiş  beynəlxalq  simpozium 
və  2002-ci il oktyabrın  10-da ATƏT-in D em okratik Təsisatlar 
və İnsan Hüquqları B ürosunun «Demokratik cəmiyyətdə dinin 
və əqidənin rolu:  terrorizm  və ekstremizmə qarşı mübarizə yol­
larının  araşdırılması»  mövzusunda  yenə  də  Bakıda  keçirilən 
beynəlxalq  konfrans  yada  düşür.  Bu  konfranslar  dünyanı  ter­
rorizm  bəlasından  qurtarm ağa  və  cəmiyyətin  mənəvi  saflığını 
qorum aq  üçün  dinin  rolunu  gücləndirməyə  çağırmışdır.  Son 
hadisələr  göstərir  ki,  cəmiyyətin  mənəvi  saflığının  qorunub 
saxlanmasında dini dəyərlərin rolu əvəzedilməzdir.
Bu,  bir  həqiqətdir  ki,  Azərbaycan  müxtəlif millətlərə,  din­
lərə,  etnik  qruplara  mənsub  insanlar  arasında  nifaq  yaradan 
səbəblərin  aradan  qaldırılmasına xidmət  edən  tolerantlığı  dəs­
təkləyir.  2002-ci il  mayın  22-23-də  Bakıda rəsmi səfərdə olmuş 
Roma  katolik  kilsəsinin  başçısı  II  İoann  Pavel  də  bunu  etiraf 
etmişdir.  Almaniyanın  Azərbaycandakı  sabiq  səfiri  Klaus 
Qrevlix həmin tədbirdəki çıxışında bu məsələni xüsusi vurğula-
51


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
mışdır:  «Bu  gün  Azərbaycanda  dinlər  arasında  müşahidə  olu­
nan dözümlülük və  tolerantlıq münasibətləri hamı üçün, bütün 
ölkələr üçün  nümunə  ola bilər.  Azərbaycan  təkcə  neftini  deyil, 
tolerantlıq d a ixıac edə bilər».  Bəli, Azərbaycan mövqeyinə, et­
nik və dini mənzərəsinə görə nəinki Qafqazın,  eləcə də  dünya­
nın nadir diyarlarmdandır.  M əhz burada, A vropa ilə Asiyamn 
qovuşağmda,  Böyük  İpək Y olunun üstündə qədim dini  inanc­
lar öz izlərini  qoymuş,  İslam,  Xristian  və  Yəhudi dinləri əsrlər 
boyu  dialoq  və  qarşılıqlı  anlaşm a  şəraitində  dinc yanaşı yaşa­
mış, indi də yaşamaqdadır.
26-27  aprel  2010-cu  ildə  Bakıda  dünya  dini  liderlərinin 
«Qloballaşma,  din,  ənənəvi  dəyərlər»  mövzusunda  ikigünlük 
sammiti keçirilmiş, yekun Bəyannamə qəbul edilmişdir.
Sammitin iştirakçıları -   33  ölkədən  olan müsəlman,  xristi­
an,  yəhudi,  buddist və induist dinlərinin rəhbərləri və təmsilçi­
ləri dövrümüzün  aktual mövzularım,  o cümlədən  qloballaşma­
nın  dinə  və  ənənəvi  dəyərlərə  təsiri  məsələsini  müzakirə  etmək 
üçün Azərbaycana toplaşmışdılar.
Dini  liderlər  bildirmişlər  ki,  iqtisadiyyat,  siyasət,  hüquq və 
mədəniyyətin  qloballaşması  birmənalı  proses  deyil.  Bu,  isteh­
salın,  ticarətin,  elmin,  təhsilin  inkişafına,  təhlükəsizlik  və  ətraf 
mühitin  mühafizəsi  sahələrində  ümumi  çağırışlara cavab  veril­
məsində  heç  də  az  səmərə  verməmişdir.  Beynəlxalq  əlaqələr 
möminlərə  müasir  çoxmillətli  və  çoxdinli  cəmiyyətlərdə  öz 
hüquqlarım  qorum ağa  imkan  verir.  Lakin  qlobal  proseslərin 
din sahəsinə təsiri bir çoxları tərəfindən tənqidlə qarşılanır.
Qəbul olunmuş Bəyannamədə deyilir ki,  qloballaşma döv­
lətlərin, xalqların və fərdlərin təhlükəsizliyi üçün təhdidləri ara­
dan qaldırmamışdır.  M üasir  dünyam ızda ötən əsrlərdən miras 
qalan  aclıq,  sosial  qeyri-bərabərlik,  ə tra f mühitin  çirklənməsi, 
milli-dini zəmində silahlı  münaqişələr  kimi problemlər  hələ də 
həllini  tapmamış,  əksinə,  bu  problemlərə  yeniləri  əlavə  olun­
muşdur.
Sənədi imzalayan dini liderlər hesab edirlər ki, əvvəllər  ay­
rı-ayrı regionları təhdid edən terrorizm  artıq beynəlxalq xarak-
52
intellektual ekologiya
tcr  almaqdadır və  onunla  mübarizə  xeyli çətinləşmişdir.  Buna 
görə  də  nasist  ideyalar  kimi,  dinc  insanlara  qarşı  zorakılığa 
haqq  qazandıran  dini-siyasi  doktrinalar  da  qadağan edilməli­
dir.
Sammitin iştirakçıları  tərəfindən xüsusi vurğulanmışdır ki, 
bu  gün  dünya üçün  ən böyük  təhlükələrdən  biri  hər il  milyon­
larla  insamn  həyatına  son  qoyan  narkom aniya  problemidir. 
Terrorçuluqda olduğu kimi, narkotik maddələr ticarətinə qarşı 
da  mübarizə  ardıcıl,  am ansız  xarakter  daşımalı  və  dünya  icti­
maiyyətinin gücü ilə aparılmalıdır.
Dünya dini liderləri sənəddə işğalçılıq probleminə də toxu­
naraq  qeyd etmişlər ki,  hər  bir ölkənin ərazi  bütövlüyü qorun­
malı,  eyni zam anda hər  bir  xalq azad  şəkildə inkişaf etməlidir. 
Xalqların  öz  taleyi  ilə  bağlı  bütün  beynəlxalq  qərarların  qəbu­
lunda  iştirakları  vacib  olmalıdır.  M eydana  çıxan  münaqişələr 
ədalətli,  beynəlxalq  norm a  və  prinsiplər  çərçivəsində öz  həllini 
tapmalıdır.
Bəyannamədə bildirilir ki, sülhə və səbrə səsləyən dinin po­
tensialı barışıq  qüvvəsi olmalıdır.  Mübahisəli məsələlərin hərbi 
yolla həllinə yol verməmək həyati əhəmiyyət kəsb edir.
Dünyamızın  gələcəyi  nam inə  ümumi  dil  taparaq  ekstre­
mizmə,  terrorizmə,  təcavüzkar  separatçılığa  dəstək  verən  şər 
qüvvələrin  əməllərinə  son  qoymağın  yeganə  yolu  budur:  pro­
blemə  yalnız H aqqın  və  İlahi  ədalətin  gözü ilə baxılsın,  insan­
lar dininə, irqinə və milliyyətinə görə dəyərləndirilməsin.
Hörmətli oxucu, insam n fitrətən can atdığı şeylərdən ən şi­
rini səadət, xoşbəxtlik və sağlamlıqdır.  N orm al şüura malik in­
san heç  vaxt bədbəxtliyə can atmaz,  əzab-əziyyət  ardınca qaç­
maz.  Bütün  bəşəriyyət  səadət,  xoşbəxtlik,  sağlamlıq,  rahatlıq, 
sakitlik  sorağmdadır.  Deyilənlərin  hamısı  bəşər  intellektinin 
müsbət ekoloji amilləridir ki, bunları inancın, elmin, ağlın  say­
əsində bərqərar etmək müm kün olacaqdır.  Vaxt gələcək,  bəşər 
özü  gündəlik  yaşayışında  b u   amillərin  həm  icraçısı  və  həm  də 
keşikçisi olacaqdır.
53


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə