126
buxardan mayeyə qayıdan zərrəciklərin sayını artırır. Nəticədə müəyyən
müddətdən sonra eyni vaxtda mayeni tərk edən zərrəciklərin sayı qədər mayeyə
qayıdan zərrəcik olur. Bu halda deyilir ki, buxar öz mayesi ilə dinamik tarazlığa
gəlir (şəkil 151).
Öz mayesi ilə dinamik tarazlıqda olan buxar doymuş buxar adlanır.
Doymuş buxarın doymamış buxardan (ideal qazdan) fərqini
aydınlaşdıraq. Bunun üçün doymuş buxarın təzyiqinin onun həcmindən və
temperaturundan hansı formada asılı olduğunu müəyyənləşdirək.
Bildiyimiz kimi, doymamış buxarın təzyiqi sabit temperaturda həcmlə
tərs mütənasib olur, yəni doymamış buxarın həcmi artdıqca, onun
konsentrasiyası azalır və nəticədə qazın təzyiqi kiçilir. Buna oxşar olaraq, doymuş
buxarın həcmini azaltsaq, ani olaraq onun konsentrasiyası (deməli həm də
təzyiqi) artar, lakin bu artma qısa müddətli olur və tez bir zamanda
konsentrasiyanın və təzyiqin əvvəlki qiymətləri bərpa olur.
Bu onunla izah olunur ki, doymamış buxar halında olduğu kimi,
doymuş buxarı sıxanda da konsentrasiyanın artması hesabına
qazın təzyiqi artır, lakin dinamik tarazlığın pozulması
hesabına, buxardan mayeyə qayıdan zərrəciklərin sayı çoxalır
və nəticədə ani artmış konsentrasiyanın və təzyiqin əvvəlki
qiymətləri bərpa olunur.
Buxarın həcminin artması zamanı isə qazın təzyiqi və
Konsentrasiyası ani olaraq azalır və dinamik tarazlığın Şəkil 151.
pozulması hesabına onların əvvvəlki qiymətləri bərpa olunur. Belə çıxır ki, ideal
qazdan (doymamış buxardan) fərqli olaraq, doymuş buxarın konsentrasiyası və
təzyiqi onun həcmindən asılı olmur ( şərti ödəndikdə)(şəkil 152).
n p n p
V V V V
İdeal qaz (doymamış buxar) Doymuş buxar
Şəkil 152.
127
İndi də doymuş buxarın təzyiqinin temperaturdan asılılığını
müəyyənləşdirək (şəkil 153). İdeal qaz
üçün bu asılılıq, bildiyimiz kimi,
p
qazın həcmi sabit qaldıqda, xətti
asılılıq idi. Belə ki, temperaturun
artması zərrəciklərin xaotitk V=const
hərəkətinin sürətinin artmasına səbəb
olurdu ki, nəticədə zərrəciklərin qabın T
divarlarına vurduqları zərbələr Şəkil 153.
güclənirdi və qazın təzyiqi artırdı.
Doymuş buxar halında da temperaturun artması ilə, ideal qazda olduğu
kimi, zərrəciklərin nizamsız hərəkətinin sürəti artmalı, nəticədə zərbələr
güclənməli və təzyiq artmalıdır, lakin bu halda təzyiq təkcə zərbələrin güclənməsi
hesabına yox, həm də buxar zərrəciklərinin sayının artması hesabına artmalıdır.
Belə ki, qabın qızdırılması təkcə doymuş buxarın yox, həm də onunla dinamik
tarazlıqda olan mayenin qızmasına səbəb olur. Bu isə mayenin buxarlanma
sürətinin artması və doymuş buxara yeni zərrəciklərin daxil olması ilə nəticələnir.
Dediklərimizdən aydın olur ki,
ideal qazdan fərqli olaraq, doymuş buxarın
təzyiqi həm zərrəciklərin sürətlərinin, həm də onların sayının artması hesabına
artır. Ona görə də eyni bir temperaturda doymuş buxarın təzyiqi ideal qazın
təzyiqindən böyük olur. p
Deməli, doymuş buxarın təzyiqi xətti
asılılıqla müqayisədə temperaturdan daha V=const
güclü asılı olur (şəkil 154).
Aydındır ki, maye tamamilə buxara
çevrildikdən sonra buxar özünü ideal qaz
kimi aparmalıdır, yəni bu andan başlayaraq T
təzyiq temperaturdan xətti asılı olmalıdır. Şəkil 154.
Böhran temperature.
Aydındır ki, ağzı bağlı qabda mayenin qızdırılması onun üzərindəki buxarın
sıxlığının müntəzəm artmasına, mayenin sıxlığının isə azalmasına səbəb
olmalıdır və elə bir an gəlib çatmalıdır ki, maye və buxarın sıxlıqları
Dostları ilə paylaş: |