Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   47   48   49   50   51   52   53   54   ...   112

 
128 
 
bərabərləşməlidir. Başqa sözlə desək, maye və qazın fiziki xassələri arasındakı 
fərq  itməlidir. Bu  hal, böhran halı, maye  və  qazın         
 
          
fiziki   xassələri  arasında   fərqin  yox  olduğu  ana                              maye 
uyğun temperatur isə  böhran temperaturu adlanır 
(şəkil 155).                              
                        Qrafikdən   göründüyü   kimi,   böhran                              buxar                          
temperaturundan  aşağı  temperaturda   maye  və                                T
b    
 T                                                   
qaz qarşılıqlı surətdə  bir – birinə  çevrilə bilir. Bu o              Şəkil 155.                
deməkdir  ki,  yalnız  böhran  temperaturundan  aşağı  temperaturda  qazı  sıxmaqla 
mayeyə  çevirmək  olar.  Böhran  temperaturundan  yuxarı  temperaturda  isə  qazı 
heç bir təzyiqdə sıxmaqla mayeyə çevirmək olmaz.  
Dediklərimizdən aydın olur ki, qazları mayeləşdirmək üçün əvvəlcə onları 
böhran  temperaturuna  qədər  soyutmaq,  sonra  isə  böyük  təzyiq  altında  sıxmaq 
lazımdır. 
 
   Havanın rütubəti 
 
Havanın  tərkibində  olan  su  buxarının  miqdarı  havanın  rütubəti  adlanır. 
Havanın  rütubəti  su  buxarının  parsial  təzyiqi  və  havanın  nisbi  rütubəti  kimi 
parametrlərlə xarakterizə olunur.  
 
Başqa  qazlar  olmadıqda,  yalnız  su  buxarının  yaratdığı  təzyiq  parsial 
təzyiq  adlanır  və  ya  ümumi  atmosfer  təzyiqində  su  buxarının  payına  düşən 
təzyiq parsial təzyiq adlanır  və «»  ilə işarə olunur (vahidi BS - də 1 Pa -dır).  
 
Düzdür,  parsial  təzyiqi  bilməklə,  havada  olan  su  buxarının  çox  və  ya  az 
olmasını  müəyyən  etmək  olur,  lakin  təkcə  parsial  təzyiqi  bilməklə,  su  buxarının 
doymuş buxara nə dərəcədə yaxın olduğunu müəyyən etmək olmur. Ona görə də 
nisbi  rütubət  adlanan  ikinci  parametrdən  istifadə  olunur,  yəni  havada  olan  su 
buxarının təzyiqini doymuş buxarın təzyiqi ilə müqayisə edirlər.  
 
Havanın  nisbi  rütubəti  dedikdə  -  su  buxarının  parsial  təzyiqinin  həmin 
temperaturda doymuş buxarın təzyiqinə olan nisbəti başa düşülür.  
 
Nisbi  rütubət      
 
 
 
        və ya    
 
 
 
        kimi təyin olunur. 
Burada,   və    - uyğun olaraq havada olan su buxarının təzyiqi və sıxlığı,    
 
 və 
 
   
isə həmin temperaturda doymuş buxarın təzyiqi və sıxlığıdır.  


 
129 
 
 
Asanlıqla hesablamaq  olar  ki,  nisbi  ütubəti  
 
 
  olan  V

 həcmli havanın  
nisbi rütubəti  
 
 
  olan  V

 həcmli hava ilə qarışmasından alınan qarışığın nisbi  
rütubəti   
   
 
 
 
 
  
 
 
 
 
 
  
 
   olacaq. 
 
Rütubətliyi ölçən cihazlar psixrometr və hiqrometr adlanır.  
Psixrometr  bir  lövhə  üzərində  quraşdırılmış  2  termometrdən  ibarətdir. 
Termometrlərdən birinin rezervuarı havada yerləşir (quru termometr), diğərininki  
isə suya salınmış kətana bükülmüşdür (yaş termometr). Quru termometr havanın 
temperaturunu ölçür. Suyun buxarlanması nəticəsində yaş termometr soyuyur və 
onun  göstərişi  quru  termometrin  göstərişindən  kiçik  olur.  Havanın  rütubətliliyi 
çox  olduqca,  suyun  buxarlanması  ləng  gedir  və  ona  görə  də  termometrlərin 
göstərişləri  arasındakı  fərq  kiçik  olur.  Quru  hava  halında  isə,  əksinə,    bu  fərq 
böyük    olur.    Termometrlərin  fərqi  əsasında  xüsusi  cədvəlin  köməyi  ilə  havanın 
rütubətliyi təyin edilir. 
Nisbi rütubət 100 % olduqda, su, demək olar ki, buxarlanmır və bu halda 
termometrlərin göstərişi eyni olur. 
Hiqrometrlərin  metal və tük hiqrometrlər kimi növləri vardır. 
Tük  hiqrometrinin  əsasında  yağsızlaşdırılmış  insan  saçının  havanın 
rütubətliliyi artdıqca, uzanması  durur. 
Şeh nöqtəsini müəyyən etməyə imkan verən metal hiqrometrin iş prinsipi 
aşağıdakı  kimidir.  Səthi  yaxşı  cilalanmış    və  içərisində  termometr  yerləşdirilmiş 
metal  qutu  yarıya  qədər  tez  buxarlanan  efir  ilə  doldurulmuşdur.  İçəriyə  hava 
vurmaqla,  efiri  sürətlə  buxarlandırır  və  tez  soyudurlar.  Nəticədə  cilalanmış  səth 
üzərində  şeh  əmələ    gəlməsi  anına  uyğun  temperaturu  təyin  edirlər  ki,  həmin 
temperatur da şeh nöqtəsi adlanır.                          p 
 
Havada     olan    su      buxarı     adətən                         
Doymuş      buxar
 
doymamış halda olur, sabit təzyiqdə   soyuması      p
o
 
 isə  onu   doymuş  buxara  çevirir.                                                     
Doymamış buxar
   
Doymamış  su buxarının sabit təzyiqdə        p 
soyuyaraq      doymuş        buxara       çevrildiyi                              
temperatur   şeh   nöqtəsi    adlanır    və   
 
  ilə                               
 
                        
 
işarə olunur (şəkil 156).                                                                    Şəkil 156.       
Şeh   nöqtəsinə  görə  su  buxarının  parsial   təzyiqini   və  nisbi  rütubətini  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə