Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   55   56   57   58   59   60   61   62   ...   112

152 
 
Dediklərimizə  əsasən  ən  yüngül  atom  olan  hidrogen  atomu    (   
 
 
 )              
1 protondan və 1 elektrondan, helium (    
 
 
) atomu 2 protondan (2 elektrondan)   
və 2 neytrondan, dəmir (    
  
  
)  atomu   isə 26 protondan (26 elektrondan) və 30  
neytrondan  ibarət olmalıdır.  
Aydın olur  ki,  kimyəvi  elementin  nüvəsinin nisbi yükünü  göstərən  rəqəm 
həm  nüvəni  təşkil  edən  protonların  sayını,  həm  neytral  atom  üçün  nüvənin 
ətrafında  fırlanan  elektronların  sayını,  həm  də  elementin  Mendeleyev 
cədvəlindəki  yerini  göstərir.  Neytronların  sayını  tapmaq  üçün  isə  nisbi  kütləni 
göstərən rəqəmdən nisbi yükü  göstərən rəqəmi çıxmaq lazımdır.  
Neytral atomda protonların sayı qədər elektron olur. Atom nüvəsindən ən 
uzaq  orbitdə  fırlanan  və  nəticədə  onunla  zəif  rabitədə  olan  valent  elektronunu 
asanlıqla  itirə  bilir.  Atom  elektron  itirə  bildiyi  kimi,  elektron  qəbul  edə  də  bilir. 
Elektron itirmiş atom müsbət ion, elektron qəbul etmiş isə mənfi ion adlanır.  
Dediklərimizin  əsasında  cisimlərin  sürtünmə  nəticəsində    elektriklənə 
bilməsinin izahını verə bilərik. Sürtünmə nəticəsində cisimlərdən biri elektronunu 
(nüvə  ilə  zəif  rabitədə  olan  valent  elektronunu)  itirərək  müsbət  yüklənir,  digəri 
isə birinci cisimn itirdiyi elektronları qəbul edərək mənfi yüklənir.  
Bildiyimiz kimi, cismi təşkil edən zərrəciklər arasında, kainatın hər hansı iki   
cismi    arasında   mövcud   olan   cazibə    
 qüvvəsindən fərqli  olaraq, həm cazibə, 
həm də itələmə qüvvələri mğvcud  olur.    
Bu   onunla   izah   olunur  ki,  iki   qonşu         
atomun nüvələri və elektron təbəqələri                              Şəkil 168. 
arasında mövcud olan  itələmə  qüvvəsi                                
ilə    yanaşı,  həm  də  bir  atomun    nüvəsi    ilə    digər    atomun  elektron  təbəqəsi 
arasında  cazibə qüvvəsi olmalıdır  (şəkil 168).  
 
Kristal quruluşlu bərk cisimlərin zərrəcikləri (atomları) arasında məsafənin 
kiçik olması, bildiyimiz kimi, onlar arasında qarşılıqlı təsir qüvvələrinin çox böyük 
olmasına  səbəb  olur.  Ona  görə  də,  bir  atomun  nüvəsi  digər  qonşu  atomun 
elektronlarını   elə   böyük  qüvvə  ilə  cəzb  edir   ki,    
nəticədə    nüvə    ilə   zəif   rabitədə    olan    valent     
elektron  qopub ayrılır. Qopmuş  elektronun atoma                     
birləşməsinə   isə   atomun   öz   elektronları imkan                  Şəkil 169. 


153 
 
vermir və nəticədə qopmuş elektron sərbəst hala keçir (şəkil 169). Bu cür sərbəst 
elektronları  olan  bərk  cisimlər  naqil  olurlar.  Deməli,  qeyri-naqillər  sərbəst 
elektrona malik deyillər.  
 
ELEKTRİK CƏRƏYANI. 
 
Metallarda elektrik cərəyanı.  
Metallar, əsasən də əlvan metallar, yaxşı naqillər hesab olunur. Metalların 
naqil  olması,  artıq  qeyd  etdiyimiz  kimi,  onlarda  sərbəst  elektronların  olması  ilə 
izah olunur.  
Elektrik  sahəsinin  yük  tərəfindən  yaradıldığını  və  sahədə  yerləşmiş  yükə 
təsir  etdiyini  yada  salsaq,  onda    elektrik  sahəsi  olmadıqda,  metaldakı  sərbəst 
elektronların nizamsız hərəkət etdiyini və  metala  elektrik sahəsi ilə təsir etdikdə 
isə onların bir istiqamətdə, nizamlı hərəkət edə bilməsi fikrini söləyə bilərik ki, bu 
da, elektrik cərəyanı adlanır. 
Metal  naqildə  elektrik  cərəyanı  dedikdə,  sərbəst  elektronların  nizamlı 
(istiqamətlənmiş) hərəkəti başa düşülür.  
Dediklərimizdən  aydın  olur  ki,  elektrik  cərəyanı  yaratmaq  üçün  elektrik 
dövrəsində  naqil  olmalı  və  naqildəki  sərbəst  elektrona  təsir  edib,  onları  nizamlı 
hərəkət etdirən elektrik sahəsi olmalıdır.  
Uzun müddətli elektrik sahəsi yaratmaq üçün cərəyan mənbələri adlanan 
qurğulardan  istifadə  olunur  (cərəyan  mənbələrinin  funksiyası  elektrik  sahəsini 
yaratmaqdır).  
Əgər  cərəyan  mənbəyi  dövrədə  zamandan  asılı  olaraq  dəyişməyən 
cərəyan  yaradarsa,  belə  cərəyan  mənbəyi  sabit  cərəyan  mənbəyi  adlanır.  Əks 
halda cərəyan mənbəyi dəyişən cərəyan mənbəyi olur.                      Cu   Zn 
Volta elementi, onun əsasında quraşdırılmış  
qalvanik elementlər, akkumulyatorlar sabit cərəyan  
mənbələridir.  Ən  sadə sabit cərəyan mənbəyi olan      
 Volta   elementi  -  içərisinə   mis   və   sink  lövhələr   
salınmış  sulfat  turşusundan ibarətdir (şəkil 170). Bu                             
H
2
SO
4
 
  metallar və sulfat  turşusu arasında  gedən kimyəvi   
reaksiya nəticəsində    metal     lövhələrdən    birinin                          Şəkil 170.                                        


154 
 
üzərinə müsbət,  digərinin  üzərinə  isə  mənfi  yüklər  toplanır.  Üzərinə   yüklər 
toplanmış  lövhələri naqillə birləşdirən zaman yüklərin yaratdığı elektrik sahəsinin 
təsiri  ilə  naqildəki  sərbəst  elektronlar  nizamlı  hərəkətə  başlayırlar  və  nəticədə 
dövrədə elektrik cərəyanı yaranır.  
Ən  sadə  elektrik  dövrəsi  cərəyan  mənbəyindən  (              -  sabit  cərəyan 
mənbəyi),  birləşdirici   naqillərdən (          ), elektrik   işlədicilərindən  (məsələn, 
lampadan -               ) və istənilən vaxt işlədicini cərəyan mənbəyinin qütblərindən 
ayırmaq üçün  istifadə olunan açardan (             ) ibarətdir.  
 
Elektrik cərəyanının təsirləri. 
Elektrik cərəyanı bu gün  məişətimizə, ümumiyyətlə əməli  fəaliyyətimizin 
bütün  sahələrinə  elə  nüfuz  etmişdir  ki,  qısa  bir  müddət  ərzində  həyatımızı 
elektriksiz  təsəvvür  edə  bilmərik.  Elektrik  cərəyanından  bu  gün  geniş    istifadə 
etməyimizin əsasında onun yaratdığı təsirlər dayanır.  Belə ki, elektrik cərəyanı 3 
müxtəlif təsirə malikdir. 
1. İstilik təsiri.   Bu təsirə əsasən elektrik cərəyanı keçən naqil qızır.  Bu 
onunla  izah  olunur  ki,  cərəyan  yaratmaqda  iştirak  edən  elektronlar  daim  kristal 
qəfəsin  ionları  ilə  toqquşaraq,  öz  enerjilərini  onlara  verir  və  nəticədə  ionların 
daxili enerjisi artır. Bu isə bütövlükdə naqilin qızmasına gətirib çıxarır.  
Qeyd  edim  ki,  bu  təsir  ifratkeçirici  naqillərə  aid  deyil,  belə  ki,  bu 
naqillərdən  cərəyan  keçərkən  onlar  qızmır  (Bu  barədə  ətraflı  «İfratkeçiricilər» 
bölməsində) .  
Cərəyanın istilik təsirindən istilik və işıq almaq məqsədi ilə istifadə edirlər. 
2. Kimyəvi təsir.  Bu təsir yalnız maye naqillərə aiddir.  
Məlumdur  ki,  duzlar,  turşular,  qələvilər,  o  cümlədən  də  saf  su  qeyri- 
naqildir, lakin duzların, turşuların, qələvilərin suda məhlulu naqilə çevrilir. Bu cür 
naqillər - maye naqillər adlanır. Gələcəkdə görəcəyik ki, maye naqildən cərəyanın 
keçməsi zamanı duz, turşu və ya  qələvi  öz tərkib hissələrinə ayırılırlar. Bu hadisə  
elektrolitik    dissosiasiya  hadisəsi    adlanır.  Belə  çıxır  ki,  elektrik  cərəyanı 
molekulları tərkib hissələrinə ayırmaqla, kimyəvi təsir göstərmiş olur. 
Cərəyanın  kimyəvi  təsiri  dedikdə,  elektrolitdən  cərəyan  keçərkən 
elektrolitə daxil olan maddənin tərkib hissələrinə ayrılması başa düşülür.  
         (Bu barədə ətraflı «Mayelərdə elektrik cərəyanı» bəhsində danışılacaq). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə