Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   54   55   56   57   58   59   60   61   ...   112

149 
 
dərəcələmək  mümkündür.   Bu  halda  onun  köməyi    
ilə  elektrik  yükünün miqdarını da müəyyənləşdirmək      
olar, yəni  ondan elektrometr kimi  də  istifadə etmək 
 olar (şəkil 164).  
 
Elektrik   haqqında   əlavə  məlumatlar almaq  
məqsədi     ilə     maraqlı     təcrübələr      aparılmışdır.  
Onlardan   biri     ondan   ibarət    olmuşdur   ki,  yüklü  
elektroskopu   müxtəlif   cisimlərlə  (kəhraba,  kauçuk,               Şəkil 164. 
şüşə,  ağac,  rezin,  parça,  saf  su  və  s.)  yüksüz    elektroskopla  birləşdirmişlər.  Bu 
zaman elektroskopun vərəqlərində elə bir dəyişiklik baş verməmişdir.  
Elektroskopların  dəmir,  mis,  alüminium  və  s.  çubuqlarla  birləşdirilməsi 
zamanı isə yükün bir hissəsinin yüksüz elektroskopa verilməsinin şahidi olmuşlar. 
Bununla  da  aydın  olmuşdur  ki,  elektrik  yükünü  keçirən  və  keçirməyən  cisimlər 
olur.                            
 Elektrik yükünü keçirənlər naqillər,  keçirməyənlər isə qeyri naqillər  və 
ya dielektriklər adlanır.  
 
Elektrik yükünün bölünməsi. Elektroskoplarla 
aparılan 
təcrübələrdən 
aydın  oldu  ki,  elektrik  yükünün  bir  hissəsini  yüksüz  elektroskopa  verməklə,  onu 
bölmək olur (şəkil 165). Təbii olaraq belə bir sual meydana çıxır. Görəsən, elektrik 
yükünü  hansı  həddə qədər  bölmək  olar?       
Aydındır  ki,  yük  bölündükcə, azalmalıdır.       
Onda, görəsən, yükün azalması sonsuzluğa    
qədər,   yəni    yük   tamamilə    yox   olana         
qədərmi davam edir,  yoxsa, yükün elə  bir     
bölünmə  sərhəddi   mövcuddurmu   ki,   o     
andan     başlayaraq    yükün      bölünməsi                           Şəkil 165. 
dayanır?                                                           
Başqa  sözlə  desək,  görəsən  təbiətdə  ən  kiçik    bölünməz    yük  
mövcuddurmu?    Bu  sualların  cavabını  İoffe  və  Müllügen  çox  dəqiq  təcrübələr 
vasitəsilə  tapa  bilmişlər.  Onlar  müəyyənləşdirmişlər  ki,  yükün  getdikcə  azalması 
ona gətirib çıxarır ki, son nəticədə yükün bölünməsi dayanır. Belə  çıxır ki, yükün 
bölünmə sərhəddi, yəni ən kiçik bölünməz yük mövcuddur
   


150 
 
Ən kiçik bölünməz yük elementar yük adlanır və 
  
 
            
   
   
 
 - a 
bərabərdir.  
 
Müllügen yükün bölünmə sərhəddini müəyyənləşdirərkən hər dəfə yükün 
tam  ədəd  qədər  azalmasının  şahidi  olmuşdur.  Bu  faktın  əsasında  o,  elementar 
yükü  daşıyan  zərrəciyin  də  ola  bilməsi  ideyasını  irəli  sürmüşdür.  Tomson  isə 
təcrübi  yolla  elementar  yükü  daşıyan  zərrəciyi  müəyyənləşdirmişdir.  Həmin 
zərrəcik elektron adlandırılmışdır. Belə çıxır ki,  elektron  mənfi  elementar    yükü  
daşıyan  zərrəcikdir.  
 
Elektronun kəşfi atomun bölünməzliyi ideyasına son qoydu. Aydın oldu ki, 
bölünməz qəbul olunan atomun  özü də  daha kiçik  zərrəciklərdən, o cümlədən 
elektronlardan,  təşkil  olunmalıdır.  Nəzərə  alsaq  ki,    sürtünmədən  əvvəl  elektrik 
yükünə malik olmayan, yəni neytral olan atom təkcə elektronlardan təşkil oluna 
bilməz, onda atomun tərkibində eyni miqdarda müsbət yük daşıyan zərrəciklərin  
də ola bilməsi aydın olur.  
 
Atomun  tədqiqinin  növbəti  mərhələsi  müsbət  və  mənfi  yükün  hansı 
formada  paylanmasına  həsr  olunmuşdur.  Bu  sahədə  də  ilk  cəhdi  Tomson 
etmişdir.  Tomsona    görə,  müsbət  yük  atomun  bütün  həcmini  doldurur  (xəmir 
keksin  hər  yerini  doldurduğu  kimi),   elektronlar      
isə  müsbət   yükün  arasında  yerləşmişlər (kişmiş  
xəmirin içərisində  paylandığı  kimi) (şəkil 166).   
Atomun bu modeli -Tomson modeli və  ya  
keks  modeli  adlanır.                                                                            Şəkil 166. 
Sonralar    bu      modelin    səhv  olduğunu    müəyyənləşdirmək    mümkün 
olmuşdur. Daha dəqiq desək, atomun quruluşu haqqında Tomson modeli atomun 
işıq  şəklində  enerji  şüalandırmasını  və  atomun  diskret  şəkildə  enerji  udmasını 
izah edə bilməmişdir.  
 
İlk  dəfə  olaraq,  atomun  düzgün  modelini  Rezerford  təklif  etmişdir. 
Rezerforda  görə  müsbət  yük,  heç  də  Tomsonun  dediyi  kimi  atomun  bütün 
həcmini  deyil,  onun  çox  kiçik  bir  hissəsini  –  nüvəsini  tutur  (Rezerford  atomun 
nüvə modelini  təklif  etmişdir).  Bu  modelə görə  elektronlar   
müsbət  yükün  daxilində yox,  onun    ətrafında,   planetlərin                                                   
Günəş  ətrafında  hərəkətinə  oxşar olaraq,   müxtəlif  orbitlər 
üzrə fırlanırlar (şəkil 167).                                                           
                                                                                                                       Şəkil 167. 


151 
 
 
Atomun bu modeli Rezerford  modeli  və ya planetar  model adlanır.                                                                                               
 
Məlum olduğu kimi, elektronların nüvə ətrafı orbitlərdəki  sayı   
 
    
  
düsturu  ilə  müəyyən  olunur  (burada   -  orbitin  sıra  nömrəsi,  
 
 –  isə  orbitdəki 
elektronların sayıdır. 
Bu  düstura  əsasən nüvə  ətrafı birinci  orbitdə 2,   ikinci  orbitdə 8, üçüncü 
orbitdə  18  və  s.  elektron  fırlanır.  Sonuncu  orbitdə  fırlanan  elektronlar  valent 
elektronları adlanır (bu say elementin valentliyini müəyyən edir) 
 
Atomun  sonrakı  tədqiqi  onun  nüvəsinin  protonlardan  və  neytronlardan 
təşkil  olunmasını  sübut  etdi.  Müəyyən  edildi  ki,  protonun  yükü  müsbət  işarəli 
olub,  elektronun  yükünə  bərabərdir.  Belə  çıxır  ki,    proton  müsbət  elementar   
yükə  malik  zərrəcikdir  (
 
 
           
   
   
).  Neytronlar  isə  elektrik  yükünə  
malik  olmayan  neytral  zərrəciklərdir.  
 
Atomu  təşkil  edən  zərrəciklərin  kütlələrinin  təyini  göstərdi  ki,  proton 
elektrondan  1840  dəfə,  neytron  isə  elektrondan  1860  dəfə  ağır  zərrəcikdir. 
Deməli,  proton  və  neytronun  kütlələri  təqribən  bir-birinə  bərabər  olub, 
elektronun kütləsi ilə müqayisədə  
      
  dəfə böyükdür.  
Atom zərrəciklərinin kulonlarla və  kiloqramlarla   müəyyən   edilmiş   yük 
və  kütlələri aşağıdakı kimidir:               
  
 
            
   
     
 
         
 
  
            
   
   
 
                                  
 
           
   
   
 ,            
 
  
            
   
   
 
                              
 
 
     
                                   
 
  
            
   
     
                        
 
Atom  zərrəciklərinin  kulon  və  kiloqramlarla  təyin  olunmuş  yük  və 
kütlələri, uyğun olaraq,  onların  mütləq  yükü  və  mütləq  kütləsi  adlanır.  
 
Atom və nüvə fizikasında protonu etalon kimi qəbul etməklə, zərrəciklərin 
mütləq  yük  və  mütləq  kütlələrindən  başqa, onların protona  görə  təyin olunmuş  
nisbi  yük  və  kütləsindən  də  istifadə  edilir.  Ayudındır  ki,  protonu  etalon  qəbul 
etmək  -  onun  yükünü  və  kütləsini  vahid  qəbul  etmək  deməkdir
:        
 
 
 .  Onda 
protona görə elektronun nisbi yükü   – 1 - ə, nisbi kütləsi isə 0  - a bərabər olacaq:  
  
  
 
.      Neytronun nisbi  kütləsi    isə     1     –  ə,   yüksüz zərrəcik  olduğundan  onun 
nisbi yükü sıfır olacaqdır:  
  
 
 
 
.      
Bütün  kimyəvi  element  atomlarının  (nüvələrinin)  nisbi  yükü  və  nisbi 
kütləsi protona görə təyin olunur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə