172
dövrəsində cüzi cərəyan yaranacaq (belə
+
n p -
keçid tərsinə keçid adlanır).
çox çox
Dediklərimizdən aydın olur ki, iki
az az
müxtəlif tip yarımkeçiricinin kontaktının
+
-
birtərəfli cərəyan keçirmək xüsusiyyəti
elektron, deşik
vardır.
Şəkil 193.
İki müxtəlif tip yarımkeçiricinin kontaktından keçən cərəyan şiddətinin
onun uclarındakı gərginlikdən asılılığını müəyyənləşdirək. Məlum olduğu kimi, bu
asılılıq naqilin volt-amper xarakteristikası adlanır.
Şəkil 194 -də göstərilən
p - n keçidinin volt - amper xarakteristikasına
uyğun qrafikdə bütöv
xətt düzünə, qırıq xətt isə tərsinə keçidə uyğun gəlir.
İki müxtəlif tip yarımkeçiricinin
kontaktı əsasında quraşdırılmış detal
yarımkeçirici diod adlanır. Belə çıxır ki,
yarımkeçirici diod bir istiqamətdə cərəyanı
keçirir, əks istiqamətdə isə keçirmir. Diodun
bu xassəsindən dəyişən cərəyanı düzləndirmək
Şəkil 194.
(onu sabit cərəyana çevirmək) üçün istifadə olunur. Bu məqsədlə dəyişən
cərəyan dövrəsinə diod qoşulur (şəkil 195).
Diodun birtərəfli cərəyan keçirmək xüsusiyyəti
bu cür dövrədə döyünən cərəyan yaradır.
Növbəti mərhələdə döyünən cərəyan
kondensatorun köməyi ilə düzləndirilir, yəni
Şəkil 195.
sabit cərəyana çevrilir.
Sxemdə diodun şərti işarəsi kimidir. Şəkildəki sxemdə
işarəsi isə dəyişən cərəyan mənbəyini göstərir.
Adı çəkilən cərəyanlara uyğun qrafiklər şəkil 196 -də göstərilmişdir.
(Dəyişən cərəyan) (Döyünən cərəyan) (Düzlənmiş cərəyan)
Şəkil 196.