Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   65   66   67   68   69   70   71   72   ...   112

178 
 
başlayır  və  beləliklə  də   məhlulda  cərəyan yaranır (şəkil 204).  
Katoda çatan müsbət ion ondan çatışmayan  
elektronunu almaqla, mənfi  ion  isə anoda çataraq,  
artıq    elektronunu    ona    verməklə,    neytrallaşır.                                 
 
 
                                        
 
Oksidləşmə   -  reduksiya   reaksiyaları   adlanan   bu                      
  
 
prosesin   nəticəsində   elektrodlar   üzərinə  maddə                       
  
       
   
 
toplanır. Bu hadisə edektroliz hadisəsi adlanır.   
Oksidləşmə     –      reduksiya      reaksiyaları                                
 nəticəsində       elektrodlar       üzərində       maddə                Şəkil 204.                                                         
ayrılması (toplanması) hadisəsi elektroliz hadisəsi adlanır.   
                                                                                                                              
 
 
Elektroliz qanunu  (Faradey qanunu).   
 
Faradey  elektroliz  prosesində  elektrodların  üzərinə  yığılan  maddənin 
kütləsinin  nələrdən  asılı  olduğunu  müəyyənləşdirmişdir.  Aydın  olmuşdur  ki, 
elektrolitdən  cərəyan  keçərkən  elektrod  üzərinə  yığılan  maddənin  kütləsi 
elektrolitdən  (maye  naqilin  en  kəsik  sahəsindən)  keçən  yükün  miqdarı  ilə  düz 
mütənasib olur (Faradey qanunu):         .  Bərabərliyə keçsək, Faradey qanunu 
üçün             şəklində ifadə alarıq. 
          olduğunu nəzərə almaqla isə Faradey qanununu            kimi 
də yazmaq olar. 
Deməli,  Faradey  qanununa  əsasən    elektrolitdən  cərəyan  keçərkən 
elektrod  üzərinə  yığılan  maddənin  kütləsi  elektrolitdən  keçən  cərəyan  şiddəti 
və cərəyanın keçmə müddəti ilə  düz mütənasibdir.  
İfadələrdə  mütənasiblik  əmsalı  olan  “  k  ”  maddənin    elektrokimyəvi  
ekvivalenti  adlanır və     
 
 
       (1)   kimi tapılır. 
Deməli, elektrokimyəvi  ekvivalent  - elektrod üzərinə yığılan maddənin 
kütləsinin  elektrolit  keçən  yükün  miqdarına  nisbətinə  bərabər  kəmiyyətdir  və 
yaxud  da  elektrokimyəvi  ekvivalent  ədədi  qiymətcə  -    elektrolitdən    1Kl    yük  
keçərkən    elektrodlar  üzərinə  yığılan  maddənin  kütləsinə  bərabər  kəmiyyətdir 
(        olduqda,        olur).  
BS - də elektrokimyəvi ekvivalentin vahidi         
  
  
  və ya         
  
     
       
-dır. 


179 
 
Əgər  katoda  tərəf hərəkət edən ionların sayı   
 
,  bir ionun kütləsi  
  
  – 
dirsə, onda elektrod üzərində yığılan maddənin kütləsi üçün 
                                            
  
   
 
     (2)        olarıq.  
Aydındır    ki,    bir    ionun      yükünü  ( 
  
 -ni)  ionların      
 
   sayına      vursaq, 
elektrodlara tərəf daşınan yükün ümumi miqdarını tapmış olarıq: 
         
  
   
 
   (3).   
(2)    və    (3)    ifadələrini    (1)  -də  nəzərə  alsaq,    onda  elektrokimyəvi 
ekvivalent üçün     
 
 
   
 
  
  
 
     
 
  
  
 
 
   
 
  
 
  
   kimi ifadə almış olarıq. 
Deməli, elektrokimyəvi ekvivalent ionun kütləsinin onun yükünə nisbətinə 
bərabər olan kəmiyyətdir:        
 
  
 
  
  . 
 Molyar  kütlənin        
  
   
 
   ifadəsindən  
  
 -  ni  tapıb  ( 
  
   
 
 
 
), 
aldığımız  sonuncu  ifadədə  yazsaq,  elektrokimyəvi  ekvivalent  üçün        
 
 
    
 
  
  
şəklində,  bir  ionun  yükünün  isə  
  
       (   -  ionlaşma  dərəcəsidir)  olduğunu 
nəzərə almaqla isə   
     
 
 
    
  
     şəklində ifadə almış olarıq. 
Katod üzərinə yığılan maddənin kütləsi üçün son nəticədə  
   
 
 
    
  
   
    
və ya  
   
 
 
    
  
    
   kimi ifadələr alarıq.  
 
Sonda  qeyd  edək  ki,    verilmiş  məhlul  üçün    sabit  kəmiyyət  olan  
elektrokimyəvi  ekvivalent  məhlula  daxil  edilən  duzun,  turşunun  və  yaxud  da 
qələvinin növü dəyişən zaman dəyişəcək.     
 
QAZLARDA  ELEKTRİK  CƏRƏYANI. 
 
Məlum  olduğu  kimi,  qazlar  adi  halda  qeyri-naqil  olurlar,  lakin  onlara 
müxtəlif  ionlaşdırıcı  ilə  təsir  etdikdə  (qızdırdıqda,  α,  β,  γ    və  Rentgen  şüaları  ilə 
təsir etdikdə) onlar naqilə çevrilirlər. Belə çıxır ki, sərbəst yüklü zərrəciklərə malik 
olmayan  qazda  ionlaşdırıcının  təsiri  ilə  yüklü  zərrəciklər  əmələ  gəlir.  Bu  proses 
zərbə  ilə  ionlaşma  adlanır  və  aşağıdakı  kimi  baş  verir.  Qazı  qızdırdıqda  və  ya  
onlara   müxtəlif   ionlaşdırıcı   şüalarla  təsir  etdikdə qaz zərrəciklərinin xaotik 
hərəkətinin  sürəti  artır    və  nəticədə  toqquşma  zamanı  onlar      bir  -  birinin 


180 
 
elektronlarını  qoparmaqla,    ionlaşırlar.  Bu    cür    zərbələr  nəticəsində      
elektronlar  və müsbət  ionlar   əmələ  gəlir.  Əmələ  gələn  elektronların  bir qismini 
neytral  atomlar  tutaraq,  mənfi  ionlara  çevrilirlər.  Beləliklə,    zərbə  ilə  ionlaşma 
nəticəsində elektronlar,  müsbət və mənfi ionlar əmələ gəlir (şəkil 205).  
 
                                                    
                                                                                     
                                                                      
                                                                                                                                                       
                                                                        
                                                                                Şəkil 205.                                                               
 
İonlaşmış  qaza  elektrik  sahəsi  ilə  təsir  etdikdə  ionlaşma  nəticəsində 
yaranan  mənfi,    müsbət  ionların  və  elektronların  nizamlı  hərəkəti  yaranır.  Daha 
dəqiq  desək,  elektronlar  və  mənfi  ionlar  müsbət  yüklənmiş  elektroda  -  anoda, 
müsbət  ionlar  isə  mənfi  elektroda  -  katoda  tərəf  hərəkət  edirlər  və  nəticədə 
qazda elektrik cərəyanı yaranır. 
Qazdan  elektrik  cərəyanı  keçməsi  hadisəsi  qaz  boşalması  hadisəsi 
adlanır. Belə çıxır ki, qazlarda elektrik cərəyanının yaranmasında həm müsbət və 
mənfi  ionlar,  həm  də  elektronlar  iştirak  edir.  Başqa  sözlə  desək,  qazlar  həm 
elektron, həm də ion keçiriciliyinə malik olurlar. 
Qaz  naqilin  elektrik dövrəsində  yaranan  cərəyan şiddətinin elektrodlara 
verilən  gərginlikdən  asılılıq  qrafikini  (qaz  naqilin  volt-amper  xarakteristikasını) 
qursaq, maraqlı asılılıq alarıq. Digər naqillərin volt-amper xarakteristikasına oxşar 
olaraq,  qaz  naqillərdə  də,  aşağı  gərginliklərdə  gərginliyin  artması  cərəyan 
şiddətinin  artması  ilə  müşayiət  olunur  və    gərginliyin  sonrakı  artımı    doyma 
cərəyanının  yaranması  ilə  nəticələnir.  Digər  naqillərdən  fərqli  olaraq,  gərginliyi 
artırmaqda davam etsək, birdən- birə cərəyan şiddətinin kəskin artmasının şahidi 
olarıq  (şəkil 206). 
Aydındır ki, doyma cərəyanının yaranması, əmələ gələn yüklü zərrəciklərin 
son  nəticədə  hamısının   nizamlı  hərəkət  etməklə,  cərəyan  yaratmaqda  iştirak  
etməsidir. Qaz  naqili  halında  cərəyan şiddətinin birdən kəskin   artması, cərəyan  
yaradan   yüklü zərrəciklərin   sayının   artması    deməkdir.       
Bəs,   bu  zərərciklər    necə      yarandılar?                     


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə