Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   67   68   69   70   71   72   73   74   ...   112

184 
 
  
      
 
   
 
 
  
  
 
   
 
  
 
 
       kimi  yazmaq olar.  
 
Elektrik sahəsinin intensivliyi. 
 
Bildiyimiz   kimi,  elektrik   sahəsi   dedikdə,   elektrik   yükü    tərəfindən 
yaradılan   və   sahədə   yerləşmiş   digər  elektrik  yükünə   təsir  edə  bilən sahə 
başa  düşülür.  Təsvir  olunan   şəkildə  (şəkil 207)   
 
 – sahəni  yaradan,   – isə 
sahədə  yerləşmiş    yükdür.  Sahədə  yerləşmiş   yük  həm  də  sınaq yükü adlanır.  
Kulon qanunundan aydın olur ki,   
 
   yükünün yaratdığı elektrik sahəsinin  
sahədə    yerləşmiş       yükünə  göstərdiyi   
təsir qüvvəsi həm  
 
,  həm  də    yükünün                    
 
                                           
miqdarından asılı olmalıdır.                                                                                    
              Belə çıxır ki, sahəni yaradan yükün                           Şəkil 207. 
miqdarı nə qədər çox olarsa, o, o qədər güclü sahə yaradar və nəticədə o, sahədə 
yerləşmiş yükə daha böyük qüvvə ilə təsir edər (      
 
).  
Qeyd edim ki, bu başa düşüləndir. Maraqlıdır ki, sahənin sahədə yerləşmiş 
yükə göstərdiyi təsir qüvvəsi həm də sınaq yükünün miqdarından asılıdır (     ). 
Bu o deməkdir ki, eyni bir elektrik sahəsi sahəyə gətirilmiş kiçik yükə kiçik qüvvə 
ilə, böyük yükə  isə böyük qüvvə ilə təsir etməlidir.   
Yada  salaq  ki,  qravitasiya  sahəsinin  (Yerin  cazibə  qüvvəsinin)  də  belə  bir 
xüsusiyyəti var idi, yəni Yer kiçik cismi kiçik, böyük cismi  isə  böyük qüvvə ilə cəzb 
edirdi.  Başqa  sözlə  desək,  cazibə  qüvvəsi  planetin  kütləsindən  başqa  (     ), 
həm  də  cəzb  olunan  cismin  kütləsindən  (     )  asılı  idi.  O  halda  biz       -  dən  
asılı olmayan   
 
 
  nisbətini planetin (Yerin) qravitasiya sahəsini xarakterizə edən 
parametr  kimi  qəbul  edib,  qravitasiya  sahəsinin  intensivliyi  adlandırmışdıq    və  
onu 
m
F
g

  kimi təyin etmişdik.  
Yada  salaq  ki,  qravitasiya  sahəsinin  sabiti  olan  bu  parametr  planetin 
kütləsindən, planetdən olan məsafədən asılı idi  (      
 
 
 
 
)  və sahədə yerləşmiş 
cismin kütləsindən asılı deyildi. 
 


185 
 
Aydındır ki, bu halda da    - in    -dən düz mütənasib asılı olması (     ),   
 
 
  
 nisbətinin    -  dən  asılı  olmaması  deməkdir.  Onda  sahəyə  gətirilmiş  yükdən 
asılı  olmayan  bu  nisbət,  aydındır  ki,  sahəni  yaradan  yükün  özünün  miqdarından 
asılı olacaq. Ona görə də bu nisbəti - sahəni xarakterizə edən parametr kimi qəbul 
edirlər və elektrik sahəsinin intensivliyi adlandırırlar.  
Elektrik sahəsinin intensivliyi  «  »  ilə işarə edilir və qeyd etdiyimiz kimi,   
    
 
 
 
  
    kimi   təyin olunur.  
Sahənin  intensivliyi  dedikdə,  sahə  tərəfindən  sahədə  yerləşmiş  yükə 
təsir  edən  qüvvənin  (Kulon  qüvvəsinin)  həmin  yükün  miqdarına  nisbətinə 
bərabər  olan  kəmiyyət  başa  düşülür    və  ya  sahənin  intensivliyi  -    sahədə 
yerləşmiş vahid müsbət yükə təsir edən qüvvəyə bərabər kəmiyyətdir.   
BS - də          
 
  
  - dur.   
Sahənin  intensivliyi  vektorial  kəmiyyətdir, çünki  o, vektorun  skalyara 
bölünməsindən  alınır  (       
 
 
   
 
 
 ).
   Bu  vektorun          
 
                                   
istiqaməti    müsbət    yük   üçün    yükdən   çıxan,         
 
                                                
mənfi yük  üçün  isə yükə daxil  olan  istiqamətdə         
 olur  (şəkil 208).                                                                                       Şəkil 208. 
İntensivliyin   ifadəsindən           alınır. 
 
Vakuumda yerləşmiş nöqtəvi yükün elektrik sahəsinin intensivliyi.  Yükü 
nöqtəvi  qəbul  etmək,  bu  yükün  sahəsini  elə  nöqtədə  öyrənmək  deməkdir  ki, 
həmin nöqtəyə qədər olan məsafə yükün  
ölçülərindən  çox - çox böyük  olsun. Fərz                          
 
                              
edək   ki,   
 
 
 
– sahəni    yaradan,    – isə                   
sınaq    yüküdür   (şəkil 209).   Bu   yüklər            
arasında     qarşılıqlı     təsir     qüvvəsinin                                Şəkil 209. 
       
  
 
     
 
 
      
ifadəsini    intensivliyin     
 
 
 
  
  düsturunda   yerinə   yazsaq,  
onda      vakuumda    yerləşmiş      nöqtəvi    yükün    elektrik    sahəsinin    intensivliyi   
üçün      
 
     
  
 
 
 
 
    
şəklində ifadə almış olarıq
.
 
 


186 
 
Göründüyü   kimi,   nöqtəvi   yükün elektrik  sahəsinin   intensivliyi    sahəni    
yaradan      yükün  özünün  miqdarından    və  yükdən  olan  məsafədən  asılı    olur. 
Sahəyə  gətirilmiş yükün  miqdarından  isə  qətiyyən asılı olmur. 
Bu asılılıqlar qrafiklər şəklində şəkil 210 – də təsvir olunmuşlar. 
                  
 
                                        
 
                                 
 
                                      
 
 
 
                                                        
 
 
 
              
 
                                                                                                                      
                                                                      Şəkil 210. 
 
Vakuumda  yerləşmiş  yüklü  kürənin  elektrik  sahəsinin  intensivliyi.  Bu 
halda    sahəni    elə   nöqtələrdə   öyrənirik    ki,  
və  ya   sınaq yükünü  elə  nöqtədə yerləşdiririk                         
               
                       
ki,  həmin  nöqtəyə  qədər  olan məsafə  yükün                    
 
 
 
                                                                        
ölçüləri  ilə müqayisədə çox-çox böyük olmasın           
(şəkil 211).  Başqa  sözlə  desək,  yük  o  zaman                        Şəkil 211. 
ölçüləri  olan   (   radiusuna  malik)  kürə  kimi  
qəbul  olunur  ki,  onun  ölçüləri  sahə  öyrəniləcək  nöqtəyə  qədər  olan  məsafədən 
çox-çox kiçik olmasın. 
Qeyd  edək  ki,  vakuumda  yerləşmiş  yüklü  kürənin  elektrik  sahəsinin 
intensivliyi də nöqtəvi yükün sahəsinin intensivliyi kimi   
 
     
  
 
 
 
 
  
 düsturu  ilə  
təyin    olunur,  lakin  bu    halda  yüklənmiş  kürənin  sahəsi  yalnız  kürədən  kənarda 
sıfırdan fərqli olur, kürənin daxilində isə sahə diametrin əks qütblərində yerləşmiş 
yüklərin yaratdığı sahələrin bir-birini dəf etməsi hesabına sıfır olur.  
Dediklərimizdən aydın olur ki,    
 
 
     
  
 
 
 
 
   
          (kürənin səthində və səthindən kənarda) olduqda; 
 
 
    ,                    (kürənin daxilində)  olur.    
   Nöqtəvi  yük  halında  olduğu  kimi,  yüklü  kürə  halında  da  sahənin 
intensivliyi  sahəyə  gətirilmiş  yükün  miqdarından  asılı  olmayıb,  sahəni yaradan  
yükün özünün miqdarından asılı olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə