Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   64   65   66   67   68   69   70   71   ...   112

176 
 
 
Elektron  şüa  borularında  elektron  dəstəsini  idarə  etmək  üçün  maqnit 
sahəsindən  istifadə  edilir.  Maqnit  sahəsinə  daxil  olan  elektronlar  Lorens 
qüvvəsinin  (bu  barədə  «Maqnit  bəhsi»ndə  məlumat  veriləcək)  təsiri  ilə  idarə 
olunaraq,  ekranın istənilən yerinə istiqamətləndirilir. 
 
Elektron  şüa  borulurı  həm  də  kineskop  adlanır.  Hal-hazırda  maye  kristal 
əsasında kineskopların yeni nəsli  yaradılmışdır. 
  
MAYELƏRDƏ  ELEKTRİK  CƏRƏYANI. 
 
  
Məlum  olduğu  kimi,  bütün  turşular,  duzlar,  qələvilər,  o  cümlədən  də  saf 
su  (distillə edilmiş  su)    ayrılıqda  götürüldükdə qeyri  - naqildirlər.  Bu  maddələrin 
qeyri-naqil  olması  onların  tərkibində  sərbəst  yüklü  zərrəciklərin  olmaması  ilə 
əlaqədardır. Əgər suyun içərisinə az miqdarda duz, turşu və ya qələvi əlavə etsək, 
o naqilə çevrilər. Bu cür naqillər maye naqillər və ya elektrolitlər adlanır.  
Deməli,  duzların,  turşuların    və  ya    qələvilərin    suda    məhlulu    maye  
naqil və yaxud da elektrolit adlanır. 
Duz,  turşu    və  ya    qələvilərin    suda    məhlulunun  naqilə  çevrilməsinin 
səbəbi onlarda sərbəst yüklü zərrəciklərin əmələ gəlməsidir. Məlum olduğu kimi, 
məhlulda  sərbəst  yüklü  zərrəciklərin  əmələ  gəlməsinin  səbəbi  elektrolitik 
dissosiasiyası hadisəsidir. Hadisənin mahiyyəti, başqa  sözlə  desək,  elektrolitdə 
sərbəst  yüklü zərrəciklərin  əmələ gəlmə prosesi aşağıdakı kimi izah olunur. 
Məlum  olduğu  kimi,    duz,  turşu,  qələvi    və    saf  su  maddələri        polyar 
molekullardan  təşkil  olunmuş  dielektriklərdir.  Elektromənfilikləri  müxtəlif  olan 
atomlardan  təşkil  olunmuş  bu  maddələrin  molekullarında  müsbət  və  mənfi 
yüklərin  paylanma  mərkəzləri  üst-üstə  düşmür,  yəni  bu  maddələrin  molekulları 
qantelşəkilli dipollardan təşkil olunmuşlar.  
      -un    (adi  xörək  duzunun)  əsasında  dediklərimizin    izahını  verək.  
Kimya  kursundan  məlum  olduğu  kimi,       və         atomları  bir  -  birindən  
elektromənfiliklərinə görə fərqlənirlər. Bunun səbəbi natrium atomunun,  metal  
atomu  olaraq,    elektron  orbitlərinin  radiuslarının  böyük  (xarici  elektron 
təbəqəsində  bir  valent  elektronu  saxlaya  bilir),  xlorun  isə,  qeyri  metal  olaraq,  
elektron  orbitlərinin  radiuslarının  nisbətən  kiçik  (xarici  elektron  təbəqəsində 
yeddi valent elektronu saxlaya bilir) olmasıdır. Şərti olaraq, metalların zəif (uzaq 
orbitdə az elektron saxladığına görə), qeyri metalların isə güclü (uzaq orbitdə çox 


177 
 
elektron  saxladığına  görə)  nüvəyə  malik  olması  şərtini  qəbul  etsək,  onda    
elektromənfilikləri   kəskin  fərqlənən   bu   atomların 
 molekul  şəklində  birləşməsi  zamanı “güclü” nüvəyə    
malik  xlor,  “ zəif”   nüvəyə malik  natriumun  yeganə                              
valent elektronunu da özünə birləşdirərək mənfi iona                  Şəkil 202.                
çevrilir (şəkil 202).  Bu zaman elektron itirmiş natrium                  
müsbət  yüklənir  və beləliklə  də  əks  işarəli  yüklərə  malik  bu  ionlar  arasında    ion 
rabitəsi  adlanan  rabitə  yaranır.  Yaranmış  molekulda  müsbət  yükün  paylanma 
mərkəzi  natriumda, mənfi yükün paylanma mətkəzi isə  xlorda yerləşir. 
Müsbət  və  mənfi  yüklərin    paylanma  mərkəzi  üst  -  üstə  düşməyən  bu 
cür  molekullar  polyar  (qütblü)  molekullar,  belə  molekullardan  təşkil  olunmuş 
dielektriklər isə polyar dielektriklər adlanır. 
Qeyd edim ki, yalnız       duzu deyil, bütün duzlar, bütün turşular, bütün 
qələvilər, həmçinin də saf su polyar dielektriklərə misaldır.  Bu səbəbdən də  zəif  
ion  rabitəsi  ilə birləşmiş     duz,    turş  və  qələvi   molekulları   su   molekullarının   
əhatəsinə düşən kimi, onların  təsiri  ilə parçalanaraq,   müsbət və mənfi   yüklü     
ionlara  çevrilir (şəkil 203).   Bu proses  elektrolitik   dissosiasiyası hadisəsi adlanır.  
Beləliklə  də  maye  daxilində  sərbəst yüklü  zərrəciklər  əmələ  gəlir və məhlul 
naqilə  çevrilir.    Əmələ    gələn  ionlar  isə  elektrik  sahəsinin  təsiri    altında  nizamlı 
hərəkətə    gələrək   cərəyan   yaradır. Belə çıxır ki,  əgər  metal naqillərdə elektrik 
cərəyanını  yaradan sərbəst elektronların            
 
 
                                        
 
  
nizamlı  hərəkətidirsə,  maye   naqillərdə                  
(elektrolitlərdə)        elektrik       cərəyanı     
 
 
                                                      
 
   
                                   
yaradan     müsbət     və      mənfi    yüklü                                                     
ionların nizamlı hərəkətidir. Ona görə də,         
 
 
                                         
 
 
                           
deyilir   ki,   elektron   keçiriciliyinə   malik                                      
metal   naqillərdən   fərqli   olaraq,   maye                                          
naqillər   ion   keçiriciliyinə  malik   olurlar.                                                                                                                                                          
Dediklərimizdən    aydın     olur   ki,                        Şəkil 203.                                                    
polyar molekullardan təşkil olunmuş duzların, qələvilərin  və  turşuların suda həll 
olunması    bu  maddələrin    molekullarının polyar  su   molekullarının  təsiri  ilə  
müsbət və  mənfi ionlara parçalanmasına səbəb olur ki,   nəticədə   məhlul  naqilə    
çevrilir. Belə  naqilə   elektrik  sahəsi  ilə  təsir  etdikdə  isə,   ionların  elektrodlara  
tərəf   (müsbət   onların   katoda,  mənfi   ionların  anoda  tərəf)   nizamlı  hərəkəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə