Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   66   67   68   69   70   71   72   73   ...   112

181 
 
Əgər   ionlaşdırıcının   təsiri   ilə    yaranan                                      II 
yüklü     zərrəciklərin    hamısı    doyma   cərəyanı                               I              
yaratmaqda    iştirak    edirlərsə,   deməli    qazda                                                   
yüksək  gərginliklərdə  hansısa  yolla   yeni  yüklü                                                   
zərrəciklər əmələ gəlir.                                                                    Şəkil 206.           
Yeni yüklərin əmələ gəlməsi aşağıdakı kimi izah olunur.  
Katoda tərəf hərəkət edən müsbət ionlar güclü elektrik sahəsində  böyük 
sürət toplayaraq, katoda çatıb, güclü zərbə vurmaqla, ondan elektron qoparırlar. 
Bu zaman ionların zərbəsi həmçinin katodu qızdırır və nəticədə zərbə ilə qopmuş 
elektronlarla  yanaşı,  həm  də  termoelektron  emissiyası  hesabına  elektronlar 
əmələ  gəlir.  Həm  zərbə  nəticəsində  qopmuş,  həm  də  termoelektron  emissiyası 
nəticəsində  əmələ  gəlmiş  elektronlar  güclü  elektrik  sahəsində  sürətlənərək, 
yollarında neytral atomlardan elektron qoparmaqla, anoda tərəf  istiqamətlənmiş  
elektron  seli  yaradır.  Bu  isə  dövrədə  cərəyan  şiddətinin  kəskin  artmasına  səbəb 
olur.  
Maraqlıdır  ki,  bu  andan,  yəni  elektron  seli  yaranan  andan  başlayaraq, 
ionlaşdırıcını kənarlaşdırsaq, qazda cərəyan kəsilməyəcək. 
Dediklərimizdən  aydın  olur  ki,  qazlarda  iki  cür  boşalma  baş  verir: 
bunlardan biri ionlaşdırıcının köməyi ilə, digəri isə ionlaşdırıcı olmadan. 
İonlaşdırıcının  köməyi  ilə  qazda  baş  verən  boşalma  qeyri-müstəqil, 
ionlaşdırıcı olmadan baş verən boşalma isə müstəqil qaz boşalması adlanır. 
Volt-amper xarakteristikasında qeyri-müstəqil boşalma qrafikin I hissəsinə 
(doyma cərəyanına uyğun əyrinin sonuna qədər),  müstəqil boşalma isə qrafikin II 
hissəsinə uyğun gəlir. 
Şimşək çaxması - atmosferdə baş verən müstəqil qaz boşalmasıdır. 
Qazdan  cərəyan  keçərkən  qarşı-qarşıya  hərəkət  edən  müxtəlif  işarəli 
yüklü  zərrəciklərin  bir-biri  ilə  toqquşması  həm  də  onların  həyacanlanmasına 
səbəb  olur.  Bildiyimiz  kimi,  həyacanlanmış  atomlar  işıq  mənbəyi  rolunu 
oynayırlar. Buna görə də qazdan cərəyan keçməsi işıq əmələ gəlməsi ilə müşayiət 
olunur.  Qazdan  cərəyan  keçmənin  bu  xüsusiyyətindən  işıqlanma  reklam 
borularında istifadə olunur. Müstəqil qaz boşalmasından isə projektorlarda güclü 
işıq mənbəyi kimi istifadə edilir. 
 


182 
 
Plazma .
   
 
Qismən və ya tamamilə ionlaşmış qaz plazma adlanır. 
Plazma  bəzi  spesifik  xüsusiyyətlərə  malikdir.  Bu  xüsusiyyətlər  plazmaya 
maddənin  dördüncü  halı  kimi  baxmağa  imkan  verir.  Plazmanın  yüklü 
zərrəciklərinin  böyük  yüyürüklüyə  malik  olması,  onların  elektrik  və  maqnit 
sahələrinin təsiri ilə asan hərəkət etməsinə səbəb olur. Buna görə də, əgər eyni 
işarəli  yüklərin  bir  yerə  yığılmasının  hesabına  plazmanın  hər  hansı  hissəsində 
onun neytrallığı pozulursa, bu hal  tezliklə aradan götürülür. Belə ki, eyni işarəli 
yüklərin bir yerə yığılmasının hesabına yaranmış elektrik sahəsi yüklü zərrəcikləri  
elektrik  neytrallığı  bərpa  olunana  qədər    hərəkət  etdirəcək  və  yaranan  elektrik 
sahəsi yenidən sıfır olacaq. 
Molekulları arasında qısatəsir qüvvələri mövcud olan neytral qazdan fərqli 
olaraq,  plazmanın  zərrəcikləri  arasında    məsafə  artdıqca,  tədricən  azalan  kulon 
qüvvələri  təsir  edir.  Buna  görə  də  plazmanın  hər  bir  zərrəciyi  ətrafdakı  çoxlu 
sayda zərrəciklərlə qarşılıqlı təsirdə olur ki, bu da onların təkcə xaotik hərəkətdə 
yox,  həm  də  müxtəlif  nizamlı  (kollektiv)  hərəkətlərdə  iştirak  etməsinə  zəmin 
yaradır.   
 
                         ELEKTROSTATİKA. 
       ELEKTROSTATİKANIN  ƏSAS  QANUNU.  KULON  QANUNU. 
 
Bildiyimiz kimi, elektrik yükünə malik olan cisimlər arasında qarşılıqlı təsir 
qüvvələri  mövcuddur.  Bu  təsir  qüvvələrinin  vakuumda  sükunətdə  olan  nöqtəvi 
yüklər  üçün  nələrdən  asılı  olduğunu  Kulon  müəyyənləşdirmişdir.  Ona  görə  də 
həmin qanun Kulon qanunu adlanır.  
 
Kulon  müəyyənləşdirmişdir  ki,  elektrik  yükünə  malik  olan  cisimlər 
arasındakı qarşılıqlı təsir qüvvəsi cisimlərin malik olduqları yükün miqdarından  və  
onlar  arasındakı  məsafənin  kvadratından  asılıdır:      
 
 ,        
 
    və        
 
 
 
 
   
Bu  asılılıqları  birləşməklə    Kulon    qanunu  üçün          
  
 
   
 
  
 
 
   şəklində,  
bərabərliyə keçməklə isə           
  
 
   
 
  
 
 
   şəklində ifadələr  almış  olarıq.  


183 
 
Mühitin   yüklər   arasındakı   qarşılıqlı   təsiri   müəyyən   qədər   dəyişdirə  
bilməsini  yaxşı  dərk  edərək,  Kulon  yükləri  vakuumda  yerləşdirmiş  və  onları   
nöqtəvi  yüklər  kimi  qəbul  etmişdir  (nöqtəvi  yüklər  dedikdə,  aralarındakı məsafə 
öz ölçülərindən çox-çox böyük olan yüklər başa düşülür). Kulon elektrik qarşılıqlı 
təsirini öyrəndiyindən yükləri sükunətdə götürmüşdür. Bildiyimiz kimi, hərəkətdə 
olan  yüklər  arasında  elektrik  qarşılıqlı  təsirindən  fərqli  maqnit  qarşılıqlı  təsiri 
yaranır. 
Deməli,  Kulon  qanununa  əsasən    vakumda  sükunətdə  olan  iki  nöqtəvi 
yük  arasındakı  qarşılıqlı  təsir  qüvvəsi  yüklərin  modullarının  hasili  ilə  düz, 
aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olur.  
Kulon  qanununun  ifadəsindəki    « »  –  mütənasiblik  əmsalı  olub,  ədədi 
qiymətcə, vakuumda yerləşmiş,  hər birinin yükü  1Kl  və  aralarındakı  məsafə  
1m    olan    iki    nöqtəvi  yük  arasındakı  qarşılıqlı  təsir  qüvvəsinə  bərabər  olan 
kəmiyyətdir.  
Kulon   qanununun   ifadəsindən      
  
 
 
 
   
 
  
    alarıq   ki,    buradan  da    
BS – də     –nın  vahidinin        
   
 
  
 
  olması aydın olur. 
  -nın ədədi qiyməti             
      
 
  
 
   - dır.   
Deməli,  vakuumda  yerləşmiş,  hər  birinin  yükü    1Kl  və  aralarındakı  
məsafə    1m    olan    iki    nöqtəvi  yük  arasındakı  qarşılıqlı  təsir  qüvvəsi                  
          
    
         a  bərabərdirr.  
 
BS - də  “     sabitindən başqa  bir 
  
 
 
 sabitinə  kiçilir:         
 
   
 
 
 (buna 
səbəb  kürə  formasında  qəbul  olunan  yüklərin  səth  sahəsinin 
2
4
r
S


 
ifadəsində olan 

4
 əmsallarının hesablamalardan kənarlaşdırılmasıdır).       
   
Yeni sabit
   
–  elektrik  sabiti adlanır və     
 
 
   
 
   
      
kimi təyin olunur.   
BS - də  
  
 
     
  
 
   
 
   - ə bərabərdir.   
Elektrik  sabitinin ədədi qiyməti 
 
 
 
          
   
 
  
 
   
 
   -dır. 
Elektrik   sabitinin    ifadəsini    nəzərə    alsaq,    Kulon   qanununu  BS - də        


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə