Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   68   69   70   71   72   73   74   75   ...   112

187 
 
Vakuumda  yerləşmiş  yüklü  kürənin  elektrik  sahəsinin  intensivliyinin 
yükdən olan məsafədən asılılığı isə bir az fərqli olacaq. Daha dəqiq desək, kürənin 
daxilində  sahə  sıfır,  kürədən  kənarda  isə  səthdə  ən  böyük  olub,  səthdən 
uzaqlaşdıqca, kvadratik azalmalıdır (şəkil 212): 
             
 
                                         
 
                                          
 
 
                                                                                
 
 
 
                                                   
 
                                                                                       
                                                                       Şəkil 212. 
 
               
Sahələrin    superpazisiya    prinsipi.
  Əgər    elektrik    sahəsi    bir  yük  
tərəfindən  deyil,  bir   neçə  yük  tərəfindən                                                       
 
 
     
              
yaradılarsa,  bu  halda hər hansı bir nöqtədə                                 A 
yekun sahənin intensivliyindən söhbət gedə                                              
 
 
      
     
bilər.    İntensivliyin     vektorial      kəmiyyət               
 
 
   
         
 
 
     
                  
olduğunu    nəzərə  alsaq,    onda     verilmiş                                      
nöqtədə yekun sahənin       intensivliyi  ayrı -                                                  
 
 
                                                                                                                                              
                      
ayrı  yüklərin   sahələrinin  intensivliklərinin                     
 
 
   
                   
vektorial cəminə (həndəsi cəminə ) bərabər                                 Şəkil 213.                                
olacaq (şəkil 213).                                         
Məsələn, şəkil 213- də göstərilən  A nöqtəsində 3 müxtəlif   
 
,   
 
 və   
 
   
yüklərinin  yaratdığı  elektrik  sahəsinin  yekun  intensivliyini  tapmaq  üçün  yüklərin 
həmin nöqtədə sahələrinin,  
 
 
     
 ,   
 
 
     
   və   
 
 
      
 intensivliklərini həndəsi toplamaq 
lazımdır.  Bu halda yekun sahənin intensivliyi      
 
 
       
 
 
        
 
 
    
 
  olacaq.  
Bildiyimiz  kimi,  vektorların  toplanma  qaydasına  uyğun  olaraq,  onlar 
arasındakı bucağın qiymətini bilməklə,  əvvəlcə   
 
 
     
  və  
 
 
      
 - ü, sonra isə onların 
cəmi  ilə   
 
 
     
   toplamaq  lazımdır.  Sahələrin  bu  qayda  üzrə  toplanması  sahələrin 
superpazisiya prinsipi adlanır. 
 
Dediklərimizdən  aydın  olur  ki, sahələrin superpazisiya prinsipinə əsasən  
əgər  elektrik  sahəsi  bir yük  deyil,  bir   neçə  yük tərəfindən  yaradılırsa, onda 
hər  hansı  bir  nöqtədə  yekun  sahənin  intensivliyi  ayrı  -  ayrı  yüklərin  həmin 


188 
 
nöqtədə  yaratdıqları  sahələrin  intensivliklərinin  vektorial  cəminə  bərabər 
olacaqdır.  
 
Elektrik  sahəsinin  qüvvə  xətləri.
    Bildiyimiz  kimi,  elektrik  sahəsi 
materiyanın  sahə  forması  olaraq,  bizim  hiss  orqanlarımıza  təsir  edib,  duyğu 
əmələ gətirə bilmir. Başqa sözlə desək, sahə materiyanın görünməyən, dadı, iyi, 
rəngi  olmayan    formasıdır.  Buna  baxmayaraq,  bəzi  hallarda  sahəni  görünən 
etmək  zərurəti  meydana  çıxır.  Elektrik  sahəsini  sahədə  çəkilmiş  xüsusi  xətlərin 
köməyi ilə görünən edirlər.  
Sahəni görünən etmək üçün çəkilmiş xətlər elektrik sahəsinin intensivlik 
xətləri və ya qüvvə xətləri adlanır.  
Sahənin  qüvvə  xətləri   təkcə  sahəni  görünən  etmək  üçün deyil, həm 
də  sahə  haqqında  kifayət  qədər  məlumat  almaq üçün  çəkilir.  Bu  o  deməkdir  ki, 
həmin xətlərə baxmaqla sahənin təsir istiqaməti, sahənin zəif və ya güclü olması, 
sahənin məsafədən asılı olaraq artıb-azalması və ya sabit qalması və s. haqqında 
məlumat  almaq  mümkün  olur.  Daha  dəqiq  desək,  qüvvə  xətlərinin  sıx  olması 
sahənin  güclü,  seyrək  olması  sahənin  zəif,  qüvvə  xətlərinin  getdikcə  sıxlaşması 
sahənin  məsafədən  asılı  olaraq  güclənməsi,  qüvvə  xətlərinin  seyrəkləşməsi 
sahənin  zəifləməsi,  qüvvə  xətləri  arasında  məsafənin  dəyişməməsi  (paralel 
qalması) isə sahənin sabit qalması deməkdir.      
 
  Prinsipcə, sahənin qüvvə xətləri olaraq, intensivlik vektorlarını götürmək 
olardı  (təklənmiş  yüklər  üçün  intensivlik  xətləri  elə  intensivlik  vektorları  ilə  üst-
üstə düşür), lakin qarşılıqlı təsirdə olan yüklər üçün bu vektorlar sahəni görünən 
etməyə  yaramır.  Ona  görə  də  sahələri  əyaniləşdirmək  üçün  intensivlik 
vektorlarından yox, intensivlik xətlərindən istifadə olunur.  
 
Şəkil 214 -də  təklənmiş (a)  və  bir - biri  ilə  qarşılıqlı təsirdə olan nöqtəvi 
yüklərin (b) elektrik sahələrinin qüvvə xətləri ilə təsviri verilmişdir:  
 
 
                                
                              a                                                                    b                         
                                                              
                                                               Şəkil 214. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə