Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   69   70   71   72   73   74   75   76   ...   112

189 
 
 
Ümumiyyətlə  götürdükdə intensivlik                                       
xətləri (qüvvə  xətləri)  sahədə  çəkilmiş  elə                   
                                        
əyri  xətlərdir  ki,   həmin   xətlərin  hər   bir                                                          
nöqtəsinə   çəkilmiş     toxunan    intensivlik                    
vektorları ilə üst-üstə düşür (şəkil 215).                                Şəkil 215.                                                                                               
 
Əgər  intensivlik vektorunun qiyməti  
sahənin  bütün  nöqtələrində  eynidirsə,  belə  sahə  bircins    elektrik    sahəsi  
adlanır.   
Bircins sahəni aralarındakı məsafə öz  
ölçülərindən  kiçik   olan  iki  paralel  müstəvi       
lövhələrə   eyni  miqdarda,  lakin  əks   işarəli        
yüklər   verməklə   yaratmaq     olur.   Bircins   
sahənin      qüvvə      xətləri      paralel     olub,     
aralarındakı  məsafə  eyni olur  (şəkil 216).                          
            Aydındır   ki,  nöqtəvi   yükün   elektrik                       Şəkil 216.          
sahəsi bircins  ola bilməz.                                             
 
DİELEKTRİKLƏR. 
 
 
Bildiyimiz kimi, dielektriklərin polyar və qeyri-polyar kimi növləri vardır.  
Polyar dielektriklər - müsbət və mənfi yüklərin paylanma mərkəzləri üst-
üstə düşməyən molekullardan təşkil olunmuş dielektriklərdir.  
Bütün duzlar, turşular, qələvilər, o cümlədən də saf su (distillə edilmiş su) 
polyar  molekullardan  təşkil  olunmuş  dielektriklərdir.  
Artıq  qeyd   etdiyimi   kimi,   polyar  molekullar  
elektromənfilikləri fərqlənən atomların birləşməsindən                                  
əmələ gəlir.  Məsələn, şəkil 217 -də  göstərilən                      
Polyar molekul
  
     atomlarının   elektromənfilikləri    fərqlidir.  Bunun                   Şəkil 217. 
səbəbi  natrium  atomunun, metal  atomu olaraq, “zəif” 
 nüvəyə (xarici elektron təbəqəsində bir valent elektronu saxlaya bilir), xlorun isə 
nisbətən  “güclü”  nüvəyə  (xarici  elektron  təbəqəsində  yeddi  valent  elektronu 
saxlaya  bilir)    malik  olmasıdır.    Elektromənfilikləri        fərqlənən        bu    atomların 


190 
 
molekul  şəklində birləşməsi  zamanı “güclü”  nüvəyə   malik  xlor,  nüvəsi   “zəif”     
olan  natriumun  yeganə  valent  elektronunu  da  özünə  birləşdirərək  mənfi  iona 
çevrilir.  Bu  zaman  elektron  itirmiş    natrium  müsbət  yüklənir  və  beləliklə  də  əks 
işarəli  yüklərə  malik  bu  ionlar  arasında    ion  rabitəsi  adlanan  rabitə  yaranır. 
Yaranmış molekulda müsbət yükün  paylanma mərkəzi  natriumda, mənfi yükün 
paylanma mərkəzi isə  xlorda yerləşir.                                                                                          
 
Müsbət və mənfi yüklərin paylanma mərkəzləri üst-üstə düşən atom və 
ya  molekullardan  təşkil  olunmuş  dielektriklər  isə    qeyri-polyar  dielektriklər 
adlanır (şəkil 218).  
Bütün qazlar (həmçinin  də təsirsiz qazlar) qeyri-polyar dielektriklərə misal 
ola  bilər.  Qeyri  polyar  molekullar  elektromənfilikləri  eyni  olan  atomların 
birləşməsindən əmələ gəlir.   
 
                                                                                     
 
 
                              
                                                                                           
 
                                                  
                                
Qeyri –polyar  atom                  Qeyri –polyar  molekul     
                                                             Şəkil 218. 
 
Atom  və  ya  molekullarda  nüvə  ətrafında  fırlanan  elektronların  sürəti  o 
qədər  böyükdür  ki,    elektron  eyni  zamanda  orbitin  hər  yerində  olur  (fırlanan 
təkər  üzərində  nöqtə  çevrə  kimi  göründüyü  kimi).  Ona  görə  də  mənfi  yükün 
mərkəzi  elektronun  fırlandığı  çevrənin  mərkəzində,  yəni  nüvənin  üzərində  olur, 
yəni  bu  növ  atom  və  molekullarda  müsbət  və  mənfi  yüklərin  paylanma 
mərkəzləri üst-üstə düşür. 
 
 
Dielektriklərin polyarlaşması. 
 
1.  Polyar  dielektriklərin  polyarlaşması. Vakuumda bircins elektrik sahəsi 
yaradaq. Bu zaman lövhələr arasında yaranan elektrik sahəsinin intensivliyini   
 
  
ilə  işarə  edək.  Sonra  lövhələrin  arasını  hər  hansı  polyar  dielektriklə  (məsələn, 
duzla)  dolduraq.  Lövhələrə  yük  verilmədikdə  (elektrik  sahəsi  olmadıqda),  duzun 
polyar molekulları qarmaqarışıq paylanmış olur. Lövhələrə yük verildikdə (elektrik 


191 
 
sahəsi  yaradıldıqda)  isə    duzun  polyar  molekulları  sahənin  qüvvə  xətləri 
istiqamətində  nizamla  düzülür.  Bu  hadisə,  yəni  bircins  elektrik  sahəsinin  təsiri 
altında  polyar  molekulların  sahənin  qüvvə  xətləri  boyunca  düzülməsi  polyar 
dielektrikin polyarlaşması adlanır.  
Dediklərimizi sxematik olaraq aşağıdakı kimi təsvir etmək olar (şəkil 219): 
 
 
               
                              
 
 
 
 
                                                                Şəkil 219. 
 
Polyar  dielektriklərin  polyarlaşması  ona  gətirib  çıxarır  ki,  müsbət 
yüklənmiş  lövhənin  yaxınlığında  mənfi  yüklər,  mənfi  yüklənmiş  lövhənin 
yaxınlığında  isə  müsbət  yüklər  toplanmış  olur.  Daxildə  isə  yüklər  bir-birini 
neytrallaşdırır.  Bunun  nəticəsində  dielektrik  daxilində  lövhələrin  yaratdığı 
sahənin  əksinə  yönəlmiş  ikinci  bir  sahə  yaranır  ki,  bu  da  lövhələrin  yaratdığı 
sahəni zəiflədir.  
Belə  çıxır  ki,  dielektrik  daxilində  sahə  vakuumdakından  kiçik  olur. 
Vakuumda  sahənin  intensivliyini   
 
 ilə  işarə  etmişdik.    Dielektrik  daxilində   
zəifləmiş   sahənin   intensivliyini      ilə  işarə   edək.   
Müxtəlif dielektriklər elektrik sahəsini müxtəlif cür  zəiflətdiklərinə   görə 
dielektriklərin    elektrik      sahəsini    zəiflətmə  dərəcəsini    xarakterizə  edən 
«dielektrik nüfuzluğu»  adlanan parametr daxil edilib.  
Dielektrik nüfuzluğunu « ε »  ilə işarə edilir və   
   
 
 
 
   kimi təyin edilir. 
 Deməli,  dielektrik    nüfuzluğu  -  bircins  dielektrik  daxilində  elektrik 
sahəsinin  intensivliyinin    vakuumdakı    sahənin    intensivliyindən    neçə  dəfə  
kiçik olduğunu göstərən parametrdir . 
Vakuumun  dielektrik  nüfuzluğu  ən  kiçik  olub,  vahidə  bərabərdir.  Hava 
üçün   ε  ≈ 1 – dir.  Su böyük dielektrik nüfuzluğuna malikdir:  ε = 81.  
 
Deyilənləri  nəzərə  alsaq,    yəni nəzərə  alsaq  ki, mühit  (dielektrik)  elektrik 
sahəsinin intensivliyini ε  dəfə azaldır, onda dielektrik daxilində yerləşmiş  nöqtəvi  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə