Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   53   54   55   56   57   58   59   60   ...   112

 
145 
 
İSTİLİK  MÜHƏRRİKLƏRİ. 
İSTİLİK  MÜHƏRRİKLƏRİNİN  FAYDALI  İŞ  ƏMSALI. 
 
Yanacağın yanma istiliyi. Xüsusi yanma istiliyi.
    
Bildiyimiz  kimi,  yanma  dedikdə,    karbonun  atmosferin  tərkibində  olan 
oksigen  qazı  ilə  birləşməsi  nəticəsində  karbon  qazının    əmələ  gəlməsi  ilə  baş 
verən ekzotermik reaksiya başa düşülür:          
 
    
 

Yana  bilən  maddələr  yanacaq  adlanır  və  onların  tərkibi      skiletindən 
ibarət  olur.  Yanma  zamanı  yanacağın  tərkibindəki     oksigen  qazı  ilə  birləşir. 
Yanma  reaksiyası  ekzotermik  reaksiya  olduğundan,  yanacaq  yanarkən  enerji 
ayrılır. Həmin enerji yanacağın yanma istiliyi adlanır və «   » ilə işarə olunur.  
Aydındır ki, yanacaq yanarkən ayrılan istilik miqdarı yanacağın kütləsindən 
(      )  və yanacağın növündən asılı olmalıdır.  
Yanma  istiliyinin  yanacağın  növündən  asılılığını  göstərən  parametr 
xüsusi yanma istiliyi adlanır və «  » ilə işarə olunur. Deməli, həm də       .  Bu 
iki asılılığı birləşdirsək,  yanma istiliyi üçün            alarıq.  
Sonuncu ifadədən       
 
 
          alarıq.  
Xüsusi  yanma  istiliyi  -  kütləsi  1  kq  olan  yanacaq  tamamilə  yanarkən 
ayrılan istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir.  
Xüsusi yanma istiliyinin  BS – də vahidi      = 1 
 
  
  - dır.  
 
Yanacağın  yanmasından  alınan  istiliyi  işə  çevirən  mühərriklər  istilik 
mühərrikləri   adlanır.   
Buxar  maşınları,  buxar  turbinləri,  daxiliyanma  mühərrikləri  istilik 
mühərrikləridir. 
 
Yanacaq  yanarkən  ayrılan  və  ya  qızdırıcıdan  alınan  istiliyin  miqdarı   
 
,  
itən  və  ya  soyuducuya  verilən    istilik  miqdarı  isə     
   
-  dirsə,  onda  faydalı  işə 
çevrilən istilik miqdarı    
 
   
  
  olacaq      ( 
 
   
 
   
  
   
 
 
  ).    
 
Faydalı  işə  çevrilən  istilik  miqdarının  yanacaq  yanarkən  ayrılan  istilik 
miqdarına nisbətinin faizlərlə ifadəsi faydalı iş əmsalı adlanır (f.i.ə.) və « η» ilə 


 
146 
 
işarə olunur :       
 
 
  
  
 
 
  
     
 ,       
 
 
 
 
   
     
 ,       
 
 
 
 
 
   
     
     və ya   
   
 
 
 
 
   
     
    olur. 
 
 Karno  müəyyən  etmişdir  ki,  istilik  mühərriklərinin  faydalı  iş  əmsalının 
maksimal   qiyməti    və   ya   ideal   istilik    mühərriklərinin   faydalı  iş  əmsalı  
          
   
 
 
 
  
  
 
 
  
     
    - ə bərabər olur.  Burada  
 
 - qızdırıcının,   
 
 – isə 
soyuducunun temperaturudur. 
 


147 
 
                    ELEKTRİK HADİSƏLƏRİ
 
 
 
 
 
CİSİMLƏRİN ELEKTRİKLƏNMƏSİ.   
 
Qədimdən  yuna  və  ya dəriyə  sürtülmüş  kəhrabanın  xırda  cisimləri  özünə 
cəzb  etmək  qabiliyyətinin  olması  məlum  idi.  Hesab  olunurdu  ki,  belə  bir 
xüsusiyyət təkcə kəhrabaya xas olan xüsusiyyətdir. Sonralar sürtünmədən sonra 
xırda  cisimləri  özünə  cəzb  etmək  qabiliyyətinin  başqa  cisimlərdə  də  müşahidə 
edilməsinin  əsasında  «cisimlər  elektrikləniblər»,  yəni  «kəhrabaya  dönüblər»  və 
ya  «cisimlərə  elektrik  yükü  verilmişdir»  («elektrik»  termini  elektron  –  kəhraba 
sözündəndir) ifadələri işlədilməyə başlamışdır.  
Deməli, cisimlərin elektriklənməsi dedikdə - sürtünmədən sonra onlarda 
kiçik cisimləri  özünə cəzb etmək qabiliyyətinin meydana çıxması başa düşülür. 
 
Sürtünmə nəticəsində toxunan cisimlərin hər ikisinin elektriklənməsi aşkar 
edilmişdir.  Elektriklənmiş  cisimlər  üzərində  aparılan  təcrübələr  göstərmişdir  ki, 
elektriklənmiş  iki  eyni  cisim  bir  -  birini  müəyyən  məsafədən  itələyirsə, 
elektriklənmiş    iki  müxtəlif    cisim    bir  -  birini  müəyyən  məsafədən  cəzb  edir. 
Bunun əsasında təbiətdə iki növ  elektrik yükünün olması nəticəsinə gəlinib və bu 
yüklər  şərti  olaraq  müsbət  (şüşədə  yaranan  yük)  və  mənfi  (kəhrabada  yaranan 
yük) yüklər  adlandırılıb. 
 
Deməli,  eyni  işarəli  yüklər  bir-birini  itələyir,  müxtəlif  işarəli  yüklər  isə 
bir-birini cəzb edir.  
 
 
Elektrik sahəsi.
   
Mexanikadan bizə cisimlər arasında kontakt olan halda onların  bir-biri ilə 
qarşılıqlı təsirdə olması məlumdur. Göründüyü kimi, elektriklə yüklənmiş cisimlər 
arasında qarşılıqlı təsir, bundan fərqli olaraq, müəyyən məsafədən həyata keçir. 
Bu halda  deyilir  ki,  elektrik  yükünə  malik cisimlər öz ətraflarında elektrik sahəsi 
adlanan sahə yaradır  ki,  həmin sahə  də  onlar arasında qarşılıqlı  təsiri  həyata  
keçirir. Başqa sözlə,  cisimlərin özləri toxunmasalar  da,  onların  yaratdığı  sahələr                      


148 
 
 
cisimlərə toxunaraq, onlar arasında qarşılıqlı təsiri həyata keçirir (şəkil 162). 
 
Elektrik sahəsi bizim istəyimizdən,  
bizim onun haqqında təsəvvürlərimizdən  
asılı      olmayaraq,     materiyanın     sahə  
forması  kimi  real   mövcuddur.  Bu  sahə  
yük    tərəfindən     yaradılır   və     sahədə  
yerləşmiş   digər   yükə   təsir   edə     bilir 
 (elektrik sahəsi sahədə yerləşmiş yüksüz                         Şəkil 162. 
cismə təsir edə bilmir). 
 
Qeyd edim ki, elektrik sahəsi təkcə elektrik yükü tərəfindən yox, həm də 
dəyişən  maqnit  sahəsi  tərəfindən  yaradılır  (bu  barədə  ətraflı  məlumat 
«Elektromaqnit induksiyası hadisəsi» bölməsində veriləcək). 
 
Aydındır ki, elektrik sahəsi sahəni yaradan yükün miqdarından və yükdən 
olan məsafədən asılı olmalıdır. Daha dəqiq desək,  yükün miqdarı artdıqca, sahə 
güclənməli,  yükdən  olan  məsafə  artdıqda  isə  sahə  zəifləməlidir.  Elektrik  sahəsi 
sahəyə gətirilmiş yükün miqdarından asılı deyil. 
 
Cisimlərin  elektrik  yükünə  malik  olub-olmadığını  elektroskop  adlanan 
cihazın köməyi ilə aşkar edirlər (şəkil 163).    
Elektroskopun    əsas        hissəsi      metal  çubuq    və  ona  birləşdirilmiş  metal 
kürədən  ibarətdir.      Çubuğun      digər    ucuna    yüngül  kağız    vərəqlər    asılmışdır.  
Bütün   bunları kənar   təsirlərdən   qorumaq  üçün   metal qutunun  içərisində       
yerləşdirmişlər.    
Cisimlərin elektrik yükünə malik olub-olmadığını 
müəyyənləşdirmək   üçün   onları  elektroskopun  metal   
kürəsinə  toxundurmaq  lazımdır.  Bu   halda  vərəqlərin  
açılması   cismin  yüklü   olmasını,  açılmaması  isə  onun                   
yüksüz  olmasını  göstərir.                     
            Elektroskopun   köməyi    ilə    cisimlərin   elektrik                Şəkil 163. 
yükünün  işarəsini    və    miqdarını    müəyyən      etmək  olmur.  Vərəqlərin    açılma 
bucağına    görə  yalnız    yükləri  müqayisə  etmək  -  onların  çox  və  ya  az  olmalarını 
müəyyən etmək olur. 
Elektroskopun   digər  növünü  (əqrəbli   elektroskopu) məlum   yükə  görə  
    


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə