Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   48   49   50   51   52   53   54   55   ...   112

 
130 
 
 təyin etmək olur. Bunun   üçün  verilmiş   « t » temperaturuna  uyğun   doymuş   
su   buxarının  p
o
  təzyiqini  hazır  cədvəldən  götürüb, həmin temperatura uyğun   
doymamış      su    buxarının    p    təzyiqini    isə    doymuş    su  buxarının  bu  halda  şeh 
nöqtəsinə uyğun təzyiqi kimi götürmək lazımdır, çünki, artıq qeyd etdiyimiz kimi,  
şeh nöqtəsinə uyğun temperaturda havadakı su buxarının  parsial təzyiqi həmin 
temperaturda doymuş buxarın təzyiqinə bərabər olur.    
 
                              
TERMODİNAMİKA. 
 
İstilik hərəkəti.  
Bildiyimiz  kimi,  mexaniki  hərəkət  dedikdə  bütöv  bir  cismin  zaman 
keçdikcə digər cismə nəzərən vəziyyətinin dəyişməsi başa düşülür.  
İstilik  hərəkəti  isə  cismi  təşkil  edən  zərrəciklərin  nizamsız  hərəkətidir.  
İstilik  hərəkəti  mexaniki  hərəkətdən  onunla  fərqlənir  ki,  bu  hərəkətdə  külli 
miqdarda  zərrəciklər  birgə  iştirak  edir  və  bu  hərəkətin  sürəti  cismin 
temperaturundan asılı olur.  
 
 
Daxili enerji.  Daxili enerjinin dəyişdirilməsi yolları.  
Cismi  təşkil  edən  zərrəciklərin  xaotik  hərəkəti  və  bir-biri  ilə  qarşılıqlı 
təsiri nəticəsində cismin malik olduğu enerji  onun daxili enerjisi adlanır.  
 
 Cismin  daxili  enerjisinin  dəyişdirilməsinin  istilikvermə  və  işgörmə    kimi 
yolları  mümkündür.  Daha  dəqiq  desək,  cismin  daxili  enerjisini  artırmaq,  yəni 
onun temperaturunu artırmaq üçün cismə ya istilik vermək, ya da onun üzərində 
iş  görmək  lazımdır.  Daxili  enerjini  azaltmaq  üçün  isə,    cismin  özü  ətrafdakı 
cisimlərə istilik verməli  və  ya özü ətraf  cisimlər üzərində  iş görməlidir. 
 
Əvvəlcə cismin daxili enerjisinin istilik verməklə dəyişdirilməsi üsulları ilə 
tanış  olaq.  İstilikvermənin  istilikkeçirmə,  konveksiya    şüalanma  kimi  yolları 
mövcuddur.  
 
 
İstilikkeçirmə.
  İstiliyin isti cisimdən soyuq cismə istilikkeçirmə yolu ilə 
ötürülə    bilməsi   üçün    cisimlər  arasında qaz, maye və ya bərk halda mühit 
olmalıdır.  Başqa sözlə desək,  istiliyin  ötürülə  bilməsi  üçün  elə mühit olmalıdır 


 
131 
 
ki, həmin mühitin zərrəcikləri  nizamsız  hərəkətdə  və bir- biri ilə qarşılıqlı təsirdə 
olsun (şəkil 157). 
Mühitin  zərrəciklərinin   nizamsız   hərəkəti   və  bir – biri   ilə   qarşılıqlı     
təsiri   nəticəsində istiliyin isti cisimdən soyuq cismə və ya cismin isti ucundan 
soyuq  ucuna  mühit  vasitəsilə  ötrülməsinə  istilikkeçirmə  deyilir. 
 Dediklərimizdən aydın olur ki, mühitin                          
 zərrəcikləri biri-birinə nə qədər yaxın  olarsa                                                                                                                           
və  ya onlar arasındakı qarşılıqlı təsir nə  qədər                                 
güclü olarsa, istilik isti  cisimdən soyuq cismə o                                                                                                                                      
qədər asan ötürülər. Ona görə də bərk cisimlər  
ən  yaxşı  istilik  keçirən  mühitlər hesab olunur.    
           Mayelərin istilik keçirməsi zəif, qazların            
İsti  cisim      Soyuq  cisim             
                                                                                        
istilikkeçirməsi      isə      yox        dərəcəsindədir.                         Şəkil 157. 
Vakuumda isə istilik keçirmədən danışmaq olmaz. 
 
Bir qrup bərk cisimlər (ağac, kərpic, daş, tük, yun, xəz-dəri və s.) daxilində 
çoxlu sayda məsamələrin olması hesabına istiliyi pis keçirir.  
 
İstilikkeçirmənin əsas xüsusiyyətləri isti və soyuq cisimlər arasında mühitin 
olması və istilikkeçirmə zamanı maddə daşınmamasıdır.  
     
           Konveksiya.
  Tavanla  döşəmə  arasında  hava  olmasına  və  havanın isə   
istiliyi  pis  keçirməsinə  baxmayaraq,  döşəməyə  yaxın  olan  sobanın  istiliyinin 
tavana  asanlıqla  çatmasının  şahidi  oluruq.  Tavanla  döşəmənin    arasını  su 
dolduran halda da həmin hadisənin şahidi olarıq. Belə çıxır ki, isti cismin istiliyinin 
soyuq cismə ötürülməsinin istilikkeçirmədən fərqli yolu da mövcuddur.    
Bu  prosesdə maye və ya  qazın isti                                
Soyuq cisim
 
cismə yaxın olan alt təbəqəsi isti cisimdən  
aldığı  istiliyin hesabına  qızaraq genişlənir                  
 və  arximed qüvvəsinin  təsiri ilə aşağıdan  
yuxarıya  doğru  yerini  dəyişməklə,  aldığı  
istiliyi soyuq cismə çatdırır (şəkil 158).                                              
İstiliyin isti cisimdən  soyuq cisimə  
bu cür  -  maye  və ya qaz  axını  vasitəsilə                                    
İsti   cisim
                                                        
ötürülməsi konveksiya adlanır.                                                    Şəkil 158. 


 
132 
 
Belə çıxır ki, istiliyin konveksiya yolu ilə ötürülməsi üçün isti cisim aşağıda, 
soyuq  cisim isə yuxarıda olmalıdır.                   
Dediklərimizdən  aydın  olur  ki,  konveksiya vaxtı istilik ötürülməsi  maddə                               
daşınması ilə müşayiət  olunur.                                              
Deməli,  konveksiyanın  baş  verməsi  üçün  isti  və  soyuq  cisimlər  arasında 
maye və ya qaz halında mühit olmalı (bərk cisimlərdə konveksiya baş verə bilməz, 
çünki  zərrəciklər  arasında  elə  güclü  cazibə  qüvvəsi  vardır  ki,  bu  qüvvə 
zərrəciklərin bir-birindən aralanmasına imkan verməz),  isti cisim aşağıda, soyuq 
cisim isə yuxarıda yerləşməlidir və bu proses maddə daşınması yolu ilə müşayiət 
olunur (konveksiyanın əsas xüsusiyyətləri). 
 
Şüalanma.
  Biz  tonqalın və ya isti sobanın yaxınlığında oturarkən onun 
istiliyini hiss edirik. İstilikvermənin yalnız istilikkeçirmə və konveksiya kimi  yolları 
mümkün  olsaydı,  onda  havanın  istiliyi  həddən  artıq  pis    keçirdiyini  və 
konveksiyanın  isə  şaquli  istiqamətdə  yuxarı  mümkünlüyünü  nəzərə  alsaq,  biz 
istiliyi  hiss  etməməliydik.  Əslində  isə  istiliyin  ətrafdakı  cisimlərə  çatması 
istilikvermənin  istilikkeçirmə  və  konveksiyadan  başqa  digər  bir  növünün  də 
olmasını göstərir.  İstilikvermənin  bu növü şüalanma adlanır. 
Gələcəkdə  görəcəyik  ki,  qızmış  cisimlər  istiliyini  ətrafa  şüalar  vasitəsilə 
ötürür.  Daha  dəqiq  desək,  qızmış  cismin  həyəcanlanmış  atom  və  ya  molekulları     
elektromaqnit     dalğaları   (bu   halda    infraqırmızı    şüalar)  
şüalandırmaqla,  öz həyəcanlanma enerjilərini itirirlər. 
İstiliyin  isti  cisimdən  soyuq  cisimə  elektromaqnit  dalğaları  (infraqırmızı 
şüalar) vasitəsilə daşınması  şüalanma adlanır.  
 İstənilən dalğanın yayılmasının enerji ötürülməsi olduğunu nəzərə alsaq, 
deyə bilərik ki, istilikkeçirmədə olduğu kimi, şüalanmada da maddə daşınmır. Bu 
baxımdan, şüalanma istilikkeçirməyə oxşayır, lakin istilikkeçirmədən fərqli olaraq, 
şüalanmanın  baş  verməsi  üçün  mühitin  olması  vacib  deyil.  Məlum  olduğu  kimi,  
elektromaqnit dalğaları  ən yaxşı (ən böyük sürətlə) boşluqda –vakuumda yayılır. 
Əlavə  olaraq,  elektromaqnit  dalğaları  onun  üçün  şəffaf  olan  mühitdə  də 
(məsələn, havada)  yayıla bilirlər. 
Qeyd edim ki, Günəşin istiliyi Yerə məhz şüalanma vasitəsilə daşınır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə