ƏCNƏBİLƏRƏ azərbaycan diLİNİn təDRİSİNDƏ oxu dərsləRİNİn təŞKİLİ VƏ yazili rabiTƏLİ NİTQİN İNKİŞafi



Yüklə 238,56 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix02.01.2018
ölçüsü238,56 Kb.
#19443
növüDərs
1   2   3   4   5   6   7   8

112                    

                                                                                 

 Elza İsmayılova

 

müəyyənləşdirmək  olar. Tərcümə  zamanı tələbələrin linqvistik  təfək-



kürü inkişaf etdirilir, lüğət ehtiyatı zənginləşdirilir. 

Tərcümə iki yolla aparılır: 

(1) Azərbaycan dilindən ingilis dilinə tərcümə; 

(2) ingiliscədən azərbaycancaya tərcümə. 

Birinci  yol  asan  olduğu  üçün  xarici  tələbələr  çətinlik  çəkmirlər. 

Onlar  Azərbaycan  dilində  mətni  oxuyur  və  başa  düşdükləri  dərəcədə 

tərcümə edirlər. Ancaq tələbələr ana dilindən Azərbaycan dilinə tərcü-

mə zamanı çətinliklərlə qarşılaşırlar, çünki hər iki dildə cümlədə söz-

lərin sıralanmasında fərqlər vardır. Bu tərcümədə əsas məqsəd tələbə-

lərin düzgün cümlə qurmaq vərdişlərini yoxlamaqdır. 

Tərcümə üçün material sözdən, cümlələrdən və rabitəli mətndən 

ibarət ola bilər. Məsələn: 

 

1. Aşağıdakı cümlələri ingilis dilinə tərcümə edin. 

Mən həkiməm. Mən oxuyuram. 

Sən rəssamsan. Sən alırsan. 

O, müəllimdir. O yeyir. 

İdmançılar oynayırlar. 

 

2. Cümlələri model üzrə oxuyub tərcüməsini yazın. 

 

        Bu gün                                   ır. 



     yağış yağ 

        Dünən                                     dı. 

 

        Araz                                      yur. 



kitab oxu    

        Elnur                                     du. 



 

3. Eşidəcəyiniz sualların cavabını azərbaycanca yazın. 

 



 What is your name? 

Mənim adım Zaurdur . 

 

 What is your last name? 



_________________ 

 



 How are you? 

_________________ 

 

 Where are you from? 



_________________ 

 



How old are you?  

_________________ 



 


Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 113 


113 

 

4.



 

Mətni Azərbaycan dilinə tərcümə edin. Translate the text into 

Azerbaijani. 

(Şəkilli  bir  mətn  verilir.  Tələbələr  mətni  yazılı  şəkildə  tərcümə 

edirlər.  Müəllim  tələb  edir  ki,  hər  tələbə  mətnin bir  cümləsinin tər-

cüməsini  lövhəyə  yazsın.  Sonra  səhvlər  üzərində  iş  aparılır). 

Məsələn: 

5.

 

Şəklə  baxıb  cümlələr  qurun.  Sonra  həmin  cümlələr  əsasında 

mətn düzəldin və mətnə ad verin. 

   


(http:///bw_clipart_sick.gif...)

 

  



6. Şəkillərin adını tapın və cümlələri yazılı şəkildə ingilis dilinə 

tərcümə edin. 

Biz 


 doqquzda məktəbə gedirik. 

Stolun üstündə

 var. 

Nigar 


 içir. 

Mən mağazadan 

alacağam. 

Nurlan 


 yedi. 

 

Bu  cür  çalışmalardan  istifadə  zamanı  tələbələrin  tərcümə  işinə 



marağı  daha  da  artır.  Onların  hamısı  çalışır  ki,  dərsdə  fəallıq  gös-

tərsinlər. 



 

Cümlələrin genişləndirilməsi və tamamlanması 

 

Yazılı rabitəli nitqdə ən çox istifadə olunan yazı növlərindən biri 



də  cümlələrin  genişləndirilməsi  və  tamamlanması  üzərində  aparılan 


114                    

                                                                                 

 Elza İsmayılova

 

işdir.  Bu  yazı  növündə  tələbələrin  cümlə  qurmaq  vərdişləri  inkişaf 

etdirilir,  onlar  ifadə  və  inşa  yazıya  hazırlanırlar.  Bu  yazı  növündən 

tez-tez  istifadə  edilir.  Bu  məqsədlə  müxtəlif  çalışmalar  üzərində  iş 

aparılır. Məsələn: 

 

1. Cümlələri tamamlayın. Complete the sentences. 

Rauf iş… gedir.  

Mən Amerika… gəlirəm. 

Nənə divan… oturur. 

Sona kino… baxır. 

 

2. Buraxılmış sözləri yazın. Write missing words. 

Nihat  - - - . 

Səninlə - - - olmağıma - - - . 

Gülşən - - - oxuyur. 

- - - pəncərəni bağladı. 

Sözlər: Aysel, tanış, yatır, kitab, şadam 

 

3.  Aşağıdakı  cümlələrə  müvafiq  sifətlər  artırmaqla  onları  genişlən-



dirin. 

Emil ... alma yeyir. 

Atam ... ayaqqabı aldı. 

Mən ... çay içdim. 

Anam ... xörək bişirir. 

 

4. Dialoqu tamamlayın. 

– Aylan, hara gedirsən? 

– Xəstəxanaya. 

– Xəstələnmişsən? 

– … 


 

5. Məktubu tamamlayın. 

Əziz  dost!  Üç  gündür  ki,  Bakıdayam.  Burada  hər  şey  gözəldir. 

Dünən... 

 

6. Aşağıdakı cümlələrə sözlər artırmaqla onları genişləndirin



Ruslan yazır.  

Aydan baxır. 

Mən gedəcəyəm.  

Mənim kitabım var. 

Rəna aldı.  

Atam işləyir. 

 

Bu cür çalışmalar üzərində lövhədə də işləmək olar. Əvvəlcədən 



hazırlanmış cümlələr lövhəyə  yazılır. Müəllim tələbələrdən tələb edir 


Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 115 


115 

 

ki,  bir-bir  gəlib  cümlələrdə  buraxılmış  sözləri  rəngli  təbaşirlə  yerinə 



yazsınlar. 

Tələbələrin  orfoqrafik  vərdişlərinin  möhkəmləndirilməsində  və 

inkişaf etdirilməsində bu tip çalışmaların müstəsna əhəmiyyəti vardır. 

Tələbələr  Azərbaycan  dilindən  öyrəndikləri  nəzəri  biliyi  təcrübəyə 

tətbiq etmək imkanı da əldə edirlər. 

 

İmla 

 

Tələbləri  düzgün  yazmağa  alışdırmaq  üçün  imlalardan  geniş 



istifadə  olunur.  İmla  yazıların  qarşısında  duran  vəzifələrdən  biri  də 

tələbələrə düzgün və savadlı yazı vərdişləri aşılamaqdır. 

İmla yazı üçün aşağıdakı tələblər qoyulur: 

1.  İmlanı  lüğət  materialı,  rabitəli  və  rabitəsiz  mətnlər  üzrə 

yazdırmaq lazımdır. 

2.  İmla  üçün  tələbələrin  söz  ehtiyatını  əhatə  edən  və  linqvistik 

biliyinə uyğun mətn seçilməlidir. 

3. Mətn həcmcə kiçik olmalıdır. 

4. İmla yazı üçün əvvəlcə tələbəyə tanış olan, sonra az tanış olan, 

daha sonra isə tanış olmayan materialdan istifadə edilməlidir. 

Müəllim imlanı bir nəfərə lövhədə, yerdə qalanlara isə dəftərində 

yazdıra bilər. İmla qurtardıqdan sonra lövhədə yazılmış cümlələr və ya 

mətn üzərində iş aparılır, səhvlər düzəldilir. Tələbələr isə öz səhvlərini 

lövhədə düzəldilmiş mətn əsasında düzəldirlər. Yaxud da tələbələr bir-

birilərinin  yazılarını  da  yoxlaya  bilərlər.  Bu  cür  yoxlanılmış  imlaları 

müəllim yenidən yoxlamalıdır. 

İmlanı  maqnitofon  vasitəsilə  də  yazdırmaq  olar.  Mətn  əvvəlcə 

aydın  diksiya  ilə  maqnitofon  lentinə  yazılır.  Maqnitofondan  istifadə 

zamanı tələbələr bir-birilərindən köçürə bilmirlər. 

İmla  yazının  bir  növü  də  əzbərlənmiş  mətnin  yazdırılmasıdır. 

Əzbərlənmiş  mətnin  yazdırılması üçün şeirlər, kiçik həcmli nəsr par-

çaları, dialoqlar, atalar sözləri, lətifələr və s. seçilə bilər. 

Mətn əvvəlcə tələbələrə tapşırılır. Onlar həmin mətni əzbərləyir-

lər. Mətni tələbələrə müəllim yox, özləri özlərinə diktə edirlər. Tələbə-

lər  əzbərlənmiş  mətnin  yazdırılmasında  yazılışı  ilə  deyilişi  arasında 

fərq olan sözlərin yazılışını tezliklə öyrənirlər.  

 



Yüklə 238,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə