ƏCNƏBİLƏRƏ azərbaycan diLİNİn təDRİSİNDƏ oxu dərsləRİNİn təŞKİLİ VƏ yazili rabiTƏLİ NİTQİN İNKİŞafi



Yüklə 238,56 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix02.01.2018
ölçüsü238,56 Kb.
#19443
növüDərs
1   2   3   4   5   6   7   8

Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 109 


109 

 

Tələbələr yazı üzrə aşağıdakıları bilməli və bacarmalıdırlar



2



 

öz  adını,  soyadını,  atasının  adını  və  ev  ünvanını  düzgün  yaz-

mağı; 



 



oxu  mətnlərindən  bəzilərinin  məzmununa  aid  bir  neçə  cümlə 

yazmağı; 

 

ingilis dilində verilmiş cümləni və  ya mətni Azərbaycan dilinə 



və əksinə, yazılı şəkildə tərcümə etməyi

 



lüğət materialı üzrə kiçik imla yazmağı; 

 



buraxılmış hərfləri artırmaqla üzündən köçürməyi; 

 



intonasiyadan asılı olaraq cümlənin sonunda sual, nida və nöqtə 

işarəsini işlətməyi; 

 

verilmiş suallara 3-4 sözlü cümlələrlə yazılı cavab verməyi; 



 

qısa məktub yazmağı; 



 

beş-altı cümlə həcmində mətn tərtib etməyi



 

dərslikdə müvafiq çalışmaları yerinə yetirməyi; 



 

kiçik həcmli ifadə yazmağı; 



 

öz ailəsi haqqında bir neçə cümlə ilə məlumat verməyi; 



 

qısa tərcümeyi-hal, ərizə və digər qısa sənədləri yazmağı; 



 

mətnin suallarına cavab yazmağı; 



 

kiçik həcmli inşa yazmağı və s. 



Yazılı  nitqin  inkişafı  zamanı  tələbələrin  Azərbaycan  dilinə  aid 

bilik və bacarıqlarını da yoxlamaq lazım gəlir. Bu iş prosesində müəl-

lim  şifahi  nitq  vərdişlərinə  təkan  verən  müxtəlif  yazı  növlərindən 

(suallara cavab, cümlələrin genişləndirilməsi və tamamlanması üzərin-

də iş, deformasiya olunmuş (qarışdırılmış) mətn üzərində iş, tərcümə, 

imla,  ifadə, inşa və s.) istifadə edə bilər. 



 

Suallara cavab 

 

Suallara cavabdan bütün təlim müddətində daha çox istifadə olu-



nur. Tələbələr düşünür, axtarır və verilmiş suallara cavab tapırlar. Bu 

da onların müvafiq cümlə qurmaq bacarıq və vərdişlərinin səviyyəsini 

                                                           

2

Azərbaycan dili proqramı. Təlim rus dilində olan məktəblərin 3-11-ci sinifləri 



üçün.//Azərbaycan dili və ədəbiyyat tədrisi. – B., 1988, №2, s.54-66. 

 



110                    

                                                                                 

 Elza İsmayılova

 

yoxlamağa  imkan  verir.  Eyni  zamanda  tələbələrin  nitq  vərdişləri  və 



məntiqi təfəkkürü  inkişaf etdirilir. 

Sual-cavab  prosesində  tələbələrin  daha  çox  fikirləşmələri  üçün 

suallar getdikcə mürəkkəbləşdirilir. Bu zaman tələbələr Azərbaycan di-

lində daha yaxşı danışa bilərlər. 

Yazılı  cavab  üçün  suallar  oxunmuş  mətn,  tamaşa  edilmiş  film, 

diafilm, şəkil və s. üzrə verilə bilər. 



Model 

Şəklə baxın və suallara cavab verin: 

 

 



 

 (www.flickr.com/.../discuss/72157601593249778/

 

1. 


Şəkildə nədən danışılır? 

2. 


Bir ildə neçə fəsil var və hansılardır? 

3. 


Ağaclar nə vaxt yaşıllaşır? 

4. 


İlin ən isti fəsli hansıdır? 

5. 


Yağış ən çox hansı fəsildə yağır? 

6. 


Yarpaqlar nə vaxt saralır? 

7. 


Qış fəsli nə vaxt başlayır? 

8. 


Qışda təbiətdə nə kimi dəyişikliklər baş verir? 

9. 


Ən çox sevdiyin fəsil hansıdır? ... 

Sual-cavab  bitdikdən  sonra  müəllim  “Mənim  sevimli  fəslim” 

adlı kiçik bir hekayə də yazdıra bilər. 

Yaxud  da  Azərbaycanın  xəritəsini  gətirib,  sual-cavab  yolu  ilə 

mətn  düzəltdirmək  olar.  Suallar  lövhəyə  yazılır,  tələbələrlə  aşağıdakı 

şəkildə müsahibə aparılır: 

1. Azərbaycanın  paytaxtı haradır? 

2. Azərbaycanın iri şəhərləri hansılardır? 

4. Bakı böyükdür, yoxsa Gəncə? 



Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 111 


111 

 

5. Azərbaycanda hansı böyük çaylar var? 



6. Kür çayı uzundur, yoxsa Araz?  

7. Kür çayı hansı yerlərdən keçib gedir?... 

Sonra  tələbələrdən  tələb  olunur  ki,  cavablar  əsasında  bir  mətn 

düzəltsinlər. Tələbələr mətn düzəldərkən Azərbaycanın coğrafiyası ilə 

hərtərəfli tanış olur və müəyyən məlumata yiyələnirlər. 

Cümlə  qurmaq  vərdişlərini  inkişaf  etdirmək  məqsədilə  şəkillər-

dən  də  istifadə  edilir.  Bu  şəkillər  oxunmuş  mətnlə  bağlı  ola  da  bilər, 

olmaya  da.  Şəkillər  əsasında  tələbələr  suallara  cavab  verir  və  mətn 

düzəldirlər. Adətən, şəklə aid sualları müəllim verir.

 

Bəzən sual-cavab prosesində tələbələrdən də istifadə etmək olar. 



Bu zaman tələbələrdən biri soruşur, o birisi  cavab verir. Qalan tələbə-

lər isə sualların cavabı əsasında mətn düzəldib yazırlar. 

Deməli, sual-cavab  yazı növündən istifadə zamanı tələbələr söz, 

söz birləşmələri və cümlələr oxuyur, yadda saxlayırlar. Onların alınan 

informasiyaya cavab vermək vərdişləri hərtərəfli inkişaf etdirilir. 

 

Defomasiya olunmuş mətn üzərində iş 

 

Bu yazı növündə mətndəki cümlələrin yeri dəyişdirilir.Tələbələr 



dağınıq verilmiş cümlələri bərpa etməklə mətn düzəldirlər. Məsələn: 

Mənim ailəm 

Qardaşım  mühəndisdir.  Bizim  ailəmiz  xoşbəxtdir.  Atam  həkim-

dir. Biz dörd nəfərik: atam, anam, qardaşım və mən. Anam rəssamdır. 

Mən tələbəyəm. 

Öyrədilmiş şeirdəki misraların sırasını da deformasiya etmək olar: 



Torpağa düşdüm, 

Köksümdən vurdu, 

Bu gənc yaşımda 

Bir ovçu gördüm

Bu növ  yazının aparılmasında tələbələr cümlə  qurmaq  vərdişlə-

rinə və öz fikirlərini müəyyən ardıcıllıqla ifadə etmək bacarığına yiyə-

lənirlər. 



Tərcumə 

 

Tərcümə ikinci dilə yiyələnməkdə ən səmərəli üsullardan biridir. 



Bu üsulla tələbələrin azərbaycanca praktik nitqə necə yiyələndiklərini 


Yüklə 238,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə