ƏCNƏBİLƏRƏ azərbaycan diLİNİn təDRİSİNDƏ oxu dərsləRİNİn təŞKİLİ VƏ yazili rabiTƏLİ NİTQİN İNKİŞafi



Yüklə 238,56 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix02.01.2018
ölçüsü238,56 Kb.
#19443
növüDərs
1   2   3   4   5   6   7   8
    Bu səhifədəki naviqasiya:
  • Model .

122                    

                                                                                 

 Elza İsmayılova

 

  Model cümlələri də proyektorla ekrana vermək olar. Bu cümlələr 

dərsin maraqlı keçməsinə səbəb olur. Tələbələr verilmiş model əsasın-

da söz və ifadələr düzəldirlər. Model cümlələr tələbələrin şifahi nitqini 

inkişaf etdirir. Model cümlələrə aid tapşırıqlar proyektorla ekranda 

canlandırılır: 



1.

 

Şəkildə gördüyünüz adamlara ad verin. Give the people in the 

picture names: 

Model.  

Onun adı  Melisadır. 

          

 

 



 

 

 



 

 

 



(

khazar.org)

 

 2.  Aşağıda verilmiş suallara cavab yazın. Write full answers to the 



following question: 

–  Bu, anadır?         – Bəli, bu anadır.  – Bəli. 

 

Bu, atadır?           ___________________ 



– Bu, bacıdır?          __________________ 

– Bu, nənədir?        ___________________  

– Bu, Nigardır?       __________________ 

 

3.



 

Yazın. Write: 

Model .       

–   


Selin  nə  yeyir ? 

–  


Selin alma  yeyir. 

 



Nuray  nə yeyir? (üzüm)    

 



Aydan nə yeyir? (çörək) 

İngilis dilində azhecalı sözlərdə vurğu, əsasən, ilk hecanın üzərinə 

düşür.  Ona  görə  də  əcnəbilər  vurğunu  sözlərin  ilk  hecanın  üzərinə 

salaraq, Azərbaycan sözlərini səhv tələffüz edirlər. Azərbaycan dilində 

elə sözlər  də var ki, vurğunun yerini dəyişdikdə sözün mənası dəyişir. 

Əcnəbilər Azərbaycan dilində olan bu cür   sözlərin vurğusunu yerində 




Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 123 


123 

 

deyə bilmirlər. Buna görə də müvafiq sözlər yazılıb hazırlanır və onla-



rın vurğusu qırmızı rənglə işarə edilir. Sonra hazır material proyektorla 

lövhədə göstərilir. Məsələn: 

 

alma´ (apple) 



a`lma  (don`t buy) 

alı`n (forehead) 

a`lın  (buy) 

gəli`n (daughter-in law, bride, fiancé)  gə`lin (come) 

 

Tələbələrlə bu cür işlədikdə vurğunun yerini dəqiq yadda saxlaya 



bilirlər. 

Texniki vasitələrlə də tələbələrin vurğu ilə bağlı nöqsanlarını tez-

liklə  aradan  qaldırımaq  olar.  Şübhəsiz  ki,  bu,  vurğu  dəyişikliyinin 

əsasında duran qrammatik qaydanı da yada sala bilər (isim və  fel…). 

Dərslərdə  epidiaskopdan  istifadənin  də  müsbət  nəticəsi  olur. 

Ailə”  mövzusunu  tədris  edərkən    ailə  üzvlərini  əks  etdirən  şəkillər 

epidiaskop vasitəsilə ekranda canlandırılır. 

Tələbələr ailə üzvlərinin adlarını öyrənirlər. 

 

baba 


grandfather 

bacı 


sister 

 

nənə 



grandmother 

qardaş 


brother 

 

ata 



father 

qız 


daughter 

 

ana 



mother 

oğul 


son 

 

 



Sonra  tələbələr  bu  sözləri  cümlələrdə  işlədirlər.  Hər  bir  tələbənin 

ailə  üzvlərinin  işi,  sənəti  barədə  söhbət  aparıla  bilər.  Bu,  mövzunun 

əhatəli  mənimsənilməsinə,  Azərbaycan  dilinə  aid  müxtəlif  sözlərin 

fəal nitqə daxil olmasına kömək edir. 



“Ərzaq məhsulları”  mövzusunu da epidiaskop vasitsilə tədris et-

mək  olar.  Bu  zaman  ərzaq  məhsullarının  şəkli  ekrana  verilir,  onların 

adları öyrədilir. 

Tələbələrdə  nitq  vərdişlərini  formalaşdırmaq  məqsədilə  texniki 

təlim      vasitələrindən  biri  olan  diafilmlərin  tətbiqi  yaxşı  nəticə  verir. 

Diafilmdə material ekranda canlandırılır. Diafilmdən istifadə tələbələri 

kinofilmdən  istifadəyə  hazırlayır.Ondan    ən  çox    təmsil  və  nağıllarda 

istifadə etmək olar. Bu zaman tələbələr əsərin qəhrəmanlarını – perso-

najlarını öz gözləri ilə görürlər. Onların bu personajlar haqqında olan 

təsəvvürü  genişlənir.  Əgər  göstərilən  material  uzun  olarsa,  müəllim  




124                    

                                                                                 

 Elza İsmayılova

 

diafilmin  ayrı-ayrı kadrlarını ekranda saxlayıb, şəkil əsasında tələbə-



lərlə  sorğu    apara  bilər.    Misal  üçün,  “Qırmızı  papaq”,  “Qızıl  balıq”, 

“İki dost” və s.  mövzularının tədrisi zamanı bu üsuldan istifadə mü-

hüm  əhəmiyyət  kəsb  edir.  Tələbələr  belə  mətnləri  həvəslə  danışırlar. 

Model.  “İki dost” mətninin  diafilmlə tədrisi. 

 



İki dost” mətninin diafilmi göstərilir. Ekranda aşağıdakı kadr 

saxlanılır: 

Müəllim kadra aid sorğu aparır: 

1.

 



Şəkildə nədən danışılır? 

2.

 



Siz şəkildə neçə uşaq görürsünüz? 

3.

 



Şəkildə gördüyünüz heyvanın adı nədir? 

4.

 



Uşaqlar ayını görcək nə etdilər? 

5.

 



Ayı nə üçün yerdə uzanmış uşağı iyləyir?...

 

(http:///www.learnamericanenglishonline.com....)



 

 

Sonra  tələbələrə  təklif  etmək  olar  ki,  diafilmin  məzmununu  nağıl 



etsinlər. 

“Ev  heyvanları”  diafilmində  tələbələr  ev  heyvanlarının  adlarını 

öyrənirlər. Öyrəndikləri sözləri cümlələrdə işlədirlər. 

Dərslərdə tədris diafilmlərdən istifadə olunarsa, dərs çox canlı ke-

çər. Bunun üçün  tədris diafilmləri çəkilməlidir. Bu  əcnəbilərin Azər-

baycan dilində sərbəst danışmalarına kömək edər. 

Ən  yeni  texnika  vasitələri  –  kino,  kompüter,  radio  və  televiziya 

dərsdə geniş tətbiq edilməlidir. 

Texnika  vasitələri içərisində kompüter mühüm  yer tutur. Heç bir 

texniki  vasitə öz didaktik imkanları  ilə kom-

püterlə müqayisə edilə bilməz. Xarici dillərin 

öyrədilməsində  kompüterin  rolu  xüsusi  bir 

tədqiqat mövzusudur. 

Televiziyanın    ”Azərbaycan  dilinin  təd-

risi”  nə  xidmət  edən  verilişlərindən  istifadə 

etmək  olar.  Yaxud  da  auditoriyada  olan  dis-

kussiyaları kameralara çəkdirmək, sonra o mövzuya yenidən qayıtmaq 

olar. 


Videoyazıdan istifadə qısa zaman sərf etməklə çevik, operativ işlə-

məyə  imkan  verir.Videoyazının  əhəmiyyəti  ondadır  ki,  tələbələr  çə-




Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 125 


125 

 

kilmiş  materiala  istədikləri  qədər  baxa  bilərlər.  Əgər  qrup  materialı 



ikinci  dəfə  görürsə,  onlar  tanış  mövzunu  böyük  məmnuniyyətlə  mü-

zakirə edəcəklər. Bəzən tələbələr özlərini videoda görməyi və eşitməyi 

çox  xoşlayırlar.  Özlərinin  Azərbaycan  dilində  danışıqlarına  qıymət 

verirlər. 

Əcnəbilərə Azərbaycan dilinin tədrisi üçün telekurslar açmaq vax-

tı gəlib çatmışdır. Əgər belə telekurslar açılarsa, müəllimin işi asanla-

şar. Qrup müəllimi bu kurslar zamanı göstərilən materialları və yaxud 

hissələri  götürüb  danışıq  praktikasına  material  kimi  verə  bilər. 

Məsələn: Əgər telekurs vasitəsilə “Say” mövzusu tədris edilərsə, qrup 

müəllimi tələbələrə aşağıdakı kimi suallar verə bilər: 

 

Qrupda neçə tələbə var? 



Tələbələrdən neçəsi oğlan, neçəsi qızdır? 

Otağın neçə pəncərəsi var? 

Otaqda neçə stol var? 

Qrupda neçə müəllim var? 

Stolun üstündə neçə kitab var? 

Fərid neçənci sırada oturur? 

 

Dövlət televiziyasının ingilis, fransız dillərini öyrətmək üçün xü-



susi  proqramları    var.  Ancaq  təəssüflər  olsun  ki,  əcnəbilərə  Azərbay-

can  dilinin  öyrədilməsi  üçün  belə  bir  proqram  hazırlanmayıb.  Belə 

proqramlara  müəllimlərin  çox  ehtiyacı  var.  Televiziyada  əcnəbilər 

üçün  “Azərbaycan  dili”  verlişi  nümayiş  etdirilməlidir.Onlar  üçün 

tədris  filmləri  göstərilməlidir.Əcnəbilər  belə  verilişlərə  baxarlarsa, 

təkcə  Azərbaycan  dilini  yox,  Azərbaycan  mədəniyyətinin  müəyyən 

xüsusiyyətlərini  də  görər  və  ondan  diskussiya  materialı  kimi  istifadə 

edə bilərlər. 

Əcnəbilərə  Azərbaycan  dilinin  öyrədilməsində  filmlərin  yeri 

ayrıcadır.  Kinofilmlərdə  əks  etdirilən  əhvalatlar  tələbələrdə  müstəqil 

fikir  yürütmək,  təəssüratları  başqalarına  söyləmək  ehtiyacı  doğurur. 

Kinofilmdən  istifadə  zamanı  dərs  əyaniləşir,    maraqlı  mübahisələr 

başlanır,  müxtəlif  fikirlər  söylənir.Tələbələr  filmə  baxdıqda  düzgün 

tələffüz qaydalarını, dilin qrammatik quruluşunu öyrənir, onların lüğət 

ehtiyatı artır. Eyni zamanda, Azərbaycan adət-ənənələri, mədəniyyəti, 

Azərbaycanın mentaliteti ilə yaxından tanış olurlar. 




126                    

                                                                                 

 Elza İsmayılova

 

Hər hansı bir filmin kasetini gətirib televiziya vasitəsilə göstərmək 



də olar. Film qısa olmalıdır. Əgər uzun olarsa, tələbələr  yorular, fikri 

yayına bilər.  Tələbələrin yaşına,  marağına, Azərbaycan dilini bilmək 

səviyyəsinə uyğun sözlər seçilməlidir. Film göstərilən zaman tələbələr 

qeydlər  götürməlidirlər.  Müəllim  filmi  həm  səsli,  həm  də  səssiz 

göstərə bilər.Müəllim “Azərbaycan”, “Bakı”, “Səməd Vurğun” və s. 

mətnləri tədris edərkən  filmlərdən istifadə edə bilər. Tutaq ki, “Bakı” 

mətni ilə bağlı film göstərilir. Filmə baxdıqdan sonra tələbələrə suallar 

verilir. Məsələn: 



I  cərgə 

II  cərgə 

Bakıya neçənci səfərinizdir? 

 

Bakının hansı tarıxi 



yerlərində olmusunuz? 

Bakı xoşunuza gəlirmi? ... 

 

Bakıya nə məqsədlə 



gəlibsiniz?  ... 

 

Sorğudan sonra  müəllim filmin ümumi mövzusu  ətrafında müza-



kirə aparır. Müzakirədən sonra filmi bir də göstərmək olar. Yaxud da 

başqa vaxtda yenidən filmə baxıla bilər. 

Sadə danışıq dilini əcnəbilərə  mənimsətmək üçün Azərbaycan te-

leviziyası vasitəsilə uşaqlar üçün verilən maraqlı cizgi filmlərinin din-

lənilib,  müzakirə  edilməsinə  geniş  yer  vermək  lazımdır.  “Tıq-tıq  xa-

nım”, “Ayı və şir”, “Qarğa və tülkü”, “Tülkü  və durna”, “İki dost” 

və s. adlı cizgi filmlərini videokasetə köçürüb auditoriyada televiziya 

vasitəsilə    göstərmək  olar.  Bu,  tələbələrdə  Azərbaycan  dilini  öyrən-

məyə  marağı  daha  da  artırır,  onları  bu  dildə  öz  fikir  və  düşüncələrini 

ifadə etməyə hazırlayır. 

Az  vaxtda  əcnəbilərə  Azərbaycan  dilinin  öyrədilməsində  tədris 

filmlərinin,  kinofilmlərin,  cizgi  filmlərinin  böyük  əhəmiyyəti  var. 

Filmlərdən  istifadə  etdikdə  tələbələr  filmdə  əks  etdirilən  əhvalatlar 

haqqında  müstəqil  fikir  yürüdə  bilirlər.  Bu  zaman  müəllimin  dərsi 

əyaniləşir.  Dərs  çox  maraqlı  keçir.Tələbələr  görür  və  tanış  olurlar. 

Radio dinləmək, televiziya və kinofilmlərə baxmaqla onlar yeni sözlər 

öyrənirlər.Texniki vasitələrdən səmərəli istifadə olunması nəticəsində 

ingilisdillilər Azərbaycan dilində daha sərbəst danışa bilirlər. 

Dərslərdə  texniki  təlim  vasitələrindən  istifadə  etməyin  müstəsna 

əhəmiyyəti var: 

 

Bu, müəllimlərin də, tələbələrin də işini xeyli yüngülləşdirir. 




Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 127 


127 

 



 

Bu zaman vaxta qənaət edilir. 

 

Öyrənilən daha yaxşı yadda qalır. 



 

Tələbələr özlərini sərbəst hiss edirlər. 



 

Dərs kollektiv şəraitdə keçir. 



Dərslərdə flash-oyunlardan istifadə də  maraq doğurur. Bu zaman 

müxtəlif  növ  işlərdən:    labirintlər,  mətn  üzrə  suallara  cavab,  cizgi 

filmləri  fraqmentləri  ilə  işləmə,  testləşdirmə,  məntiqi  məsələlər  və  s. 

istifadə olunur. 

Bir  sözlə,  İnformasiya-Komunikasiya  Texnologiyalarından  (İKT) 

istifadə zamanı dərs  yüksək estetik və emosional bir səviyyədə  keçir, 

əyanilik  təmin  edilir.  İKT-nin  tətbiqi  ilə  tələbələr  dərslərdə  müstəqil 

işləyir  və    tədqiqat  işləri  aparırlar.  Hazırda  tətbiq  olunan  interaktiv 

təlim  üsullarının  bir  çoxunda  müəllim  elektron  bazadan  istifadə  edir. 

Bu  isə  öz  növbəsində  bir  dərsdə  tələbələrlə  görülən  işin  həcmini  bir 

neçə dəfə artırır. 

 

ƏDƏBİYYAT: 

1.

 

Bayramov  İ.  Rus  məktəblərində  Azərbaycan  dili  üzrə  nitq  inkişafı 



metodikası. – B.: Maarif, 1988. 

2.

 



İsaxanlı  H.,  İsmayılova  E.,  Nəsirova  F.  The  Azerbaijani  language  – 

Azərbaycan dili. – B.: Xəzər Universitəsi, 1997. 

3.

 

Əfəndizadə Ə., Əhmədov N., Kəlbəliyev Ə., Vahidov S. Orta məktəbdə 



Azərbaycan dilinin tədrisi, I hissə. – B.: Maarif, 1976. 

4.

 



Əfəndizadə Ə., Əhmədov N., Kəlbəliyev Ə., Vahidov S. Orta məktəbdə 

Azərbaycan dilinin tədrisi, II hissə. – B.: Maarif, 1977. 

5.

 

M.Dobson, Julia. Effective techniques for English conversation groups, 



published USIA reprinting, 1992. 

6.

 



Curry, Dean. Easy does it. – Pie de İmprenta:Washington, US. ..., 1976. 

7.

 



Marianne Celce-Murcia, Lois Mclntosh, Editors. Teaching English as a 

second or foreign language. – 1979. 

8.

 

Красильникова  Н.Б.,  Меленьтева  Т.И.,  Морозова  Е.И.,  Потапова 



Г.Б. Learing to read Russian, Russky Yazuk Publishers, Moskow, 1988. 

 

* Məqalədə İnternet materiallarından da istifadə edilmişdir. 



 

 

 

 

 


128                    

                                                                                 

 Elza İsmayılova

 

 



Summary 

 

ORGANIZING THE READING LESSONS AND DEVELOPING THE 



INTEGRATIVE COMMUNICATION DURING TEACHING THE 

AZERBAIJANI LANGUAGE FOR FOREIGN STUDENTS 

 

Elza Ismailova 

Khazar University 

 

Today,  the  Republic  of  Azerbaijan  is  an  independent  state.  They  make 



exchange of experience with the citizens of foreign countries, and establish 

friendly and fraternal  relationships.  Foreigners need to  learn the  azerbaijan 

language  and  communicate  directly.  The  foreigners  should  learn  the  

azerbaijani  language    not  a  theoretical  point  of  view,  but  from  a  practical 

point.  They  have  a  less  time  to  learn  the  language  as  a  living  spoken 

language. 

The article deals with the enrichment of vocabulary fund, the foundation of 

practical  speaking  skills,  the  development  of  coherent  speech  of  foreign 

students  like,  replying  to  questions,  translation,  to  bend  deformations  over 

the  texts,  also  to  develop  students’  listening  comprehension,  speaking  and 



reading  skills,  the  organization  of  reading  classes,  telling  of  texts  and  the 

importance of reading classes to students. 

 

Yüklə 238,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə