ƏCNƏBİLƏRƏ azərbaycan diLİNİn təDRİSİNDƏ oxu dərsləRİNİn təŞKİLİ VƏ yazili rabiTƏLİ NİTQİN İNKİŞafi



Yüklə 238,56 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix02.01.2018
ölçüsü238,56 Kb.
#19443
növüDərs
1   2   3   4   5   6   7   8

116                    

                                                                                 

 Elza İsmayılova

 

İfadə 

      

 Bu  yazı  növündə  tələbələr  oxuduqları  mətni  öz  sözləri  ilə  məntiqi 



ardıcıllıqla  ifadə  edirlər.  İfadə  həm  tələbələrin  rabitəli  nitqini  inkişaf 

etdirir, həm də onların müstəqil düşünməsində mühüm rol oynayır. 

Tələbələr oxunmuş sadə mətn üzrə ifadə yazırlar. Seriya şəkillər 

üzrə  də  ifadə  yazdırmaq  olar.  Bu  zaman  əvvəlcə  şəkillər  üzrə  mü-

sahibə aparılır, sonra isə tələbələr bu müsahibə əsasında ifadə yazırlar. 

İfadə yazını aşağıdakı ardıcıllıqla aparmaq olar: 

1.Kiçik bir mətn ya lövhəyə yazılır, ya da proyektorla ekrana ve-

rilir. 


2.Müəllim mətni ifadəli oxuyur. 

3.  Mətn  üzərində  iş  aparılır,  yəni  çətin  söz,  ifadə  və  cümlələr 

izah edilir. 

4.  Mətnin  məzmunu  tələbələr  tərəfindən  nağıl  edilir  (Güclü 

qruplarda nağıl etməyə ehtiyac qalmır). 

5. Mətn ikinci dəfə oxunur. 

6. Plan əvəzinə mətnə aid suallar lövhəyə yazılır. 

7. Mətn lövhədən silinir (Suallar lövhədə qalır ki, tələbələr istifa-

də etsinlər). 

8. Tələbələr mətni yazmağa başlayırlar. 

 

İnşa 

 

Yazılı rabitəli nitqin inkişafı zamanı  yaradıcı iş nümunələrinə – 



kiçik inşalara, ekskursiyalardan alınan təəssüratları əks etdirən sərbəst 

yazılara  geniş  yer  verilir.Tələbələrin  yazdıqları  inşalar  danışıq  təcrü-

bəsi üçün bir vasitədir. İnşa yazı vasitəsilə tələbələrin mövzunun məz-

mununu  açmaq,  düzgün  yazı  qaydalarını  mənimsəmək  vərdiş  və  ba-

carıqları yoxlanılır. 

İnşa yazmaq üçün tələbələr dolğun lüğət ehtiyatına malik olmalı, 

müstəqil cümlə qurmalı, suallara cavab verməyi bacarmalıdırlar. İnşa 

yazı zamanı tələbələrin müşahidələri, onu əhatə edən həyat hadisələri 

haqqında təəssüratları əsas tutulur. 

Ən çox şəkil və sərbəst mövzular üzrə inşalardan istifadə edilir. 

Müəllim inşa mövzularını əvvəlcədən düşünməli, tələbələrin anlaq sə-



Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 117 


117 

 

viyyəsini  nəzərə  almalıdır.  Bu  cür  inşaların  yazılmasında  tələbələrə 



sərbəstlik verilməlidir. 

Tələbələrin  müstəqil  yaradıcılıq  qabiliyyəti  və  məntiqi  təfəkkü-

rünü inkişaf etdirmək məqsədilə şəkil üzrə inşa yazılardan da istifadə 

etmək olar. Şəkil üzrə işin müvəffəqiyyəti nitq obyektinin məntiqi və 

emosional  dərk  olunmasından,  təqdim  edilən  tablonu  tələbələrin  bir 

rəsm  əsəri  kimi  yox,  həyatın  özü  kimi  qəbul  etməsindən  çox  asılıdır. 

Çalışmaq lazımdır ki, tələbələr rəsm əsərində ifadə edilmiş fikri, mə-

nanı düzgün  dərk etsinlər.  Əvvəlcə  tələbələrlə  şəkil üzrə  söhbət apa-

rılır, onların şəkil haqqında fikirləri müzakirə edilir. Belə söhbətlərdən 

sonra mövzu hissə-hissə tələbələrə danışdırılır, məzmunca yığcam in-

şa yazılır. 

Şəkil üzrə inşa tələbələrin həm şifahi, həm də yazılı nitqini inki-

şaf etdirir, onlara sərbəst düşünmə, mühakimə yeritmə imkanları verir, 

tələbələri daha da fəallaşdırır. 

Film üzrə  də inşa  yazdırmaq olar. Tələbələr müəllim tərəfindən 

əvvəlcədən seçilmiş filmə baxır və film haqqında rəy yazırlar. 

Müəllim tələbələrə belə bir tapşırıq da verə bilər: 

Aşağıdakı plan əsasında bu yaxınlarda gördüyünüz film haqqın-

da danışın. 

Plan 

1. Hansı filmə baxdınız? 

2. Filmdə nədən danışılır?

 

3. Filmdə kim xoşunuza gəldi? Niyə? 



4. Filmin hansı obrazını bəyənmədiniz? 

5. Hansı mövzuda film çəkmək istərdiniz? 

6. Baş rolda oynamaq istərdinizmi? ... 

 

Müsahibədən sonra müəllim təklif edir ki, danışıq, söhbət və mü-



zakirəni qısa şəkildə olsa da yazıya köçürsünlər. 

Ümumiyyətlə, şəkil və ya film üzrə inşalar yazdırmaqda məqsəd 

hər  hansı  film,  obyekt,  hadisə  haqqında  tələbələrin  müstəqil  fikir  yü-

rütmələrini,  müşahidə  qabiliyyətlərini,  dil  normalarına  riayət  edib-

etməmələrini yoxlamaqdır. 

Tələbələrin  şəxsi  həyat  təcrübəsi  ilə  əlaqədar  kiçik  inşalar  da 

yazdırılır. Ən yaxşı və müvəffəqiyyətsiz yazılmış inşaların hərəsindən 

bir  nümunə  proyektorla  ekrana  verilir.  Hər  iki  nümunə  üzərində  iş 




118                    

                                                                                 

 Elza İsmayılova

 

aparılır. Müəllim tələbələrə təklif edir ki, bu yazılar haqqında öz fikir-



lərini bildirsinlər. 

İnşa yazıdan tez-tez istifadə edilməlidir. Tələbənin bir neçə dəfə 

inşa yazması, bir əla inşadan daha yaxşıdır. Tələbənin işlətdiyi hər bir 

yeni söz, müxtəlif ifadə və cümlələr onun dil təcrübəsinin genişlənmə-

sinə və lüğət ehtiyatının zənginləşməsinə gətirib çıxarır. 

Bir  sözlə,  ifadə  və  inşa  yazılarla  tələbələrin  məntiqi  təfəkkürü, 

müstəqil yaradıcılıq qabiliyyətləri, nitqi inkişaf edir. Tələbələrin müs-

təqilliyi artır, onların şifahi və yazılı nitqləri səlisləşir, zənginləşir. 

    Oxu dərslərinin təşkili və yazılı rabitəli nitqin inkişafı zamanı dərs-

lərdə  texniki təlim vasitələrindən istifadənin  əhəmiyyəti böyükdür. 

O, tələbələrin bilik və bacarıqlarını daha düzgün istiqamətləndirir. Bu 

zaman tələbələrin dərsə maraq və fəallığı artır. Dərs  çox canlı  və ma-

raqlı keçir . Ona görə də, dərsdə səmərəliliyi artırmaq üçün hər bir 

müəllim texniki təlim vasitələrindən istifadə etməlidir. Texniki təlim  

vasitələrinin aşağıdakı  növlərindən istifadə etmək olar: 

1.Vizual vəsait (ekran vasitələri). Diafilmlər, diapozitivlər, səssiz (lal) 

filmlər və s . belə vəsaitlərdir. 

2. Audiovizual vəsait (səs-ekran vasitələri). Bu qrupa tədris filmləri

sənədli filmlər, televiziya  verilişləri, video-maqnitofon   yazıları 

daxildir. 

3. Akustik  vəsait  (səsli vəsaitlər). Bu qrupa isə qrammofon  və maq-

nitofon yazıları, radio verilişləri, həmçinin, universitetin radio 

qovşağının verilişləri daxildir. 

  Tələbələrin şifahi nitqini inkişaf etdirmək üçün ən çox istifadə olu-

nan texniki təlim vasitəsi  maqnitofon yazılarıdır. Əksər mövzuların 

tədrisində maqnitofon yardımçı rolunu oynayır və  müəllimin kömə-

yinə çatır. Məsələn, “Say” mövzusunun tədrisi zamanı maqnitofon  

səsləndirilir.Musiqili dəqiqələr başlayır: 



Kim sevirsə idmanı 

(bir, iki, üç, dörd). 

Poladtək olar canı 

(bir, iki, üç, dörd). 

İdmanı sevirik biz 

(bir, iki, üç, dörd). 

Bərkiyir bədənimiz 

(bir, iki, üç, dörd). 


Yüklə 238,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə