ƏCNƏBİLƏRƏ azərbaycan diLİNİn təDRİSİNDƏ oxu dərsləRİNİn təŞKİLİ VƏ yazili rabiTƏLİ NİTQİN İNKİŞafi



Yüklə 238,56 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix02.01.2018
ölçüsü238,56 Kb.
#19443
növüDərs
1   2   3   4   5   6   7   8
    Bu səhifədəki naviqasiya:
  • Model

106                    

                                                                                 

 Elza İsmayılova

 

kasının Dövlət himni”, ”Bakı” və s.) bəstələnmiş mahnıları dinləyirlər. 



Bu  ,  tələbələrdə  milli  musiqi  mədəniyyətimizə  olan  marağı  daha  da 

artırır. Belə dərslər tələbələrə estetik zövq aşılayır. 

Oxu  dərslərində  dərslikdə  olmayan  materiallardan,  qəzet  və  jur-

nal  məqalələrindən  də  istifadə  etmək  olar.  Bunun  üçün  müəllim  əv-

vəlcədən  hazırlaşmalıdır.  O,  mətn  ilə  tanış  olmalı,  mətnin  oxusu  za-

manı qarşıya çıxa biləcək səhvləri aradan qaldırmaq üçün tədbirlər dü-

şünməlidir. Mətndəki yeni söz və ifadələri müəyyənləşdirməli, onların 

tərcüməsini  (yaxud  da  lüğətin  mənasını)  hazırlamalıdır.  O,  oxunacaq 

dialoqları,  şeirləri,  mətnləri əvvəlcədən seçməlidir.  Müəllim çalışma-

lıdır ki, tələbələr müxtəlif qəzet və jurnal məqalələri gətirərkən seçilən 

mətn tələbələrin bilik səviyyəsinə uyğun olsun. 

Oxu mətnləri ingilis dilinə tərcümə edilməlidirmi? 

İlk  mərhələdə  müəllim tərcümə  edə  bilər. Sonraki  mərhələlərdə 

müəllim mətni tərcümə etməməlidir. Yalnız mətndəki yeni sözlər tər-

cümə edilə bilər. Belə olarsa, söz üzərində tələbələr özləri düşünürlər. 

Tələbələr  mətni  tərcümə  etməklə  onun  məzmununu  mənimsə-

məyə  nail  olurlar.Mətn  çətin  olarsa,  müəllim  tələbələrə  kömək  edə 

bilər. Bundan sonra bütün tələbələr mətnin məzmununu başa düşürlər. 

Belə  ki,  tərcümə  dərslərində  müxtəlif  çalışmalardan  istifadə  et-

mək olar: 

– tələbənin biri oxuyur, o birisi isə tərcümə edir

 

mətn ikilikdə oxunur, üçüncü tələbə isə sinxron tərcümə edir



 

tələbələr müxtəlif söz, cümlə və  ya mətnə ingilis dilində qulaq 



asıb onları Azərbaycan dilinə tərcümə edirlər və ya əksinə. 

Müəllim oxu zamanı tələbələrin səhvlərini nə vaxt düzəltməlidir? 

Mənim  fikrimcə,  tələbələrin  səhvlərini  oxu  qurtardıqdan  sonra 

düzəltmək lazımdır. Bu  yol daha  məqsədəuyğundur.  Çünki izahat  və 

düzəliş  vermək  oxu  prosesini  pozar.  Bəziləri  qeyd  edirlər  ki,  səhvlər 

yerindəcə,  yəni  tələbəni  dayandırıb  düzəltmək  lazımdır.  Mən  bunun 

əleyhinəyəm.Tələbənin  səhvini  həmin  an  düzəltməyə  çalışanlar  onu 

çaşdırır, əsas məqsəddən – mətni tam oxumaq və anlamaqdan uzaqlaş-

dırır, onun müstəqilliyini məhdudlaşdırır. Səhv oxunan sözləri axırda 

lövhədə yazdırmaq, təkrarən tələffüz etdirmək və yenidən oxutdurmaq 

lazımdır.  Yaxud  da  zəif  tələbə  oxuyarkən  güclü  tələbələr  onların 

səhvlərini  dəftərlərində  qeyd  edirlər.  Oxu  qurtardıqdan  sonra  həmin 

səhvlər  müzakirə  edilir.  Səhvlər  düzəldilir  və  həmin  sözləri  tələbələr 




Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 107 


107 

 

cümlələrdə işlədirlər. 



Oxu dərslərinin əhəmiyyəti çoxdur: 

 



Bu  prosesdə  tələbələr  yalnız  mətnin  məzmununu  öyrənmir, 

eyni zamnada onların lüğət ehtiyatı artır, söz birləşmələri və ifadələrin 

quruluşunu  yadda  saxlayır,  yaddaşlarını  zənginləşdirir  və  düzgün 

cümlə qurmaq vərdişlərini inkişaf etdirirlər

 

Tələbələrin oxu sürəti artır, oxu vərdişləri inkişaf edir və möh-



kəmlənir; 

 



Oxu dərsləri tələbələrdə oxuya maraq oyadır, bu dili öyrənmə-

yə həvəsi artırır; 

 

Mətndəki  məntiqi  ardıcıllıq  və  bağlılıq  tələbələr  üçün  şifahi 



nitq nümunəsinə çevrilir. 

 



İfadəli oxunun orfoepik cəhətdən düzgünlüyünün təşkil edilmə-

si tələbələrin şifahi nitqində də həmin cəhətin düzgünlüyünü təmin edir. 

Bir oxu dərsinin tədrisini nəzərinizə çatdırırıq: 

 

Model 



Acgöz it 

    Bir it çayın üstün-

dəki  körpüdən  ke-

çirdi.  Onun  ağzında 

sümük    var  idi.O, 

suya  baxdı.  Orada 

öz şəklini gördü. Elə 

bildi  ki,  başqa  itdir, 

onun da ağzında sümük var. İt sümüyü almaq istədi. Ona görə özünü 

suya atdı. İt öz ağzındakı sümüyü də itirdi. 

Müəllim  əvvəlcə  şəkilləri  tələbələrə  paylayır.  Tələbələr  şəkillə 

tanış olduqdan sonra şəkil üzrə söhbət aparılır. Arxasınca mətnin yeni 

sözləri tərcüməsi ilə birlikdə proyektorla ekrana salınır, yaxud lövhədə 

yazılır. 



 

Yadda saxlayın  

Remember! 

acgöz-greedy 

sümük – bone 

çay-river 

atmaq-to throw 

körpü-bridge 

tapmaq-to find 

başqa-other 

itirmək-to lose 

  

 



  

 

 



 


108                    

                                                                                 

 Elza İsmayılova

 

Tələbələr sözləri oxuyub lüğət dəftərlərinə yazırlar . Mətni müəl-



limin  özü  oxuyur  (Maqnitofon  lentindən,  ya  da  kompakt  diskdən  də 

istifadə  etmək  olar).  Oxu  qurtardıqdan  sonra  yazılışı  ilə  tələffüzü 

fərqlənən sözlər seçilib lövhəyə yazılır , tələffüzü də qarşısında verilir: 

sümük [sümüy] 

almaq [almax] 

orada [orda] 

üstündəki [üsdündəki] 

 

Müəllim  bu  sözləri  tələbələrə  tələffüz  etdirir.Sonra  tələbələrdən 



biri  mətni  oxuyur,  o  biri  isə  sinxron  tərcümə  edir.  Oxu  qrupdakı 

tələbələr qurtarana kimi beləcə davam edir. 

    Mətnin  oxusu  üzrə  işi  onun  tərcüməsi  ilə  sintez  şəklində  aparmaq 

olar. Oxu ilə tərcümə eyni vaxtda olmalıdır.  Bu üsuldan istifadə edil-

dikdə  vaxta  qənaət  olunur.Oxu  qurtardıqdan  sonra  mətnə  aid  sorğu 

aparmaq olar. Məsələn: 



İtin ağzında nə var idi? 

O, suda nə gördü? 

İt özünü niyə suya atdı? 

O, ağzındakı sümüyü niyə itirdi?... 

 

Sual-cavabdan  sonra  tələbələrə  bu  mətnin  ingilis  dilində  olan 



variantı  verilir  ki,  tələbələr  həmin  mətni  ingilis  dilindən  Azərbaycan 

dilinə çevirsinlər. 

Müəllim tələb edir ki, hər tələbə mətnin bir cümləsinin tərcümə-

sini lövhəyə yazsın. Sonra səhvlər üzərində iş aparılır. 

Bu metoddan istifadə etdikdə tələbələr mətni asanlıqla nağıl edə 

bilirlər.  Tərcümədən  sonra  mətn  nağıl  edilir  və  bir  neçə  tələbə  mətni 

hissə-hissə danışır. O birisi tələbələr mətni danışanlara suallar da verə 

bilərlər.Mətn üzrə şəkil də çəkdirmək olar. Dərs beləcə sona çatır. 

         Hər bir müəllim ingilisdillilərdə Azərbaycan dilinə şifahi şəkildə 

olduğu  kimi,  yazılı  şəkildə  də  yiyələnmə  bacarığının  yaranmasını  tə-

min etməlidir. Ona  görə də  müəllim savadlı  yazı vərdişlərinin aşılan-

masını diqqət mərkəzində saxlamalıdır. Bu məqsədlə nitq fəaliyyətinin 

yazı növündən də istifadə edilir. Yazı təlimi oxu təlimi ilə paralel ge-

dir. 



Yüklə 238,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə