ƏCNƏBİLƏRƏ azərbaycan diLİNİn təDRİSİNDƏ oxu dərsləRİNİn təŞKİLİ VƏ yazili rabiTƏLİ NİTQİN İNKİŞafi



Yüklə 238,56 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix02.01.2018
ölçüsü238,56 Kb.
#19443
növüDərs
1   2   3   4   5   6   7   8

Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 119 


119 

 

Sonra tələbələrə mətnin ingiliscə tərcüməsi səsləndirilir ki, şeirin məz-



munu ilə tanış olsunlar. 

“Say” mövzusunu bu yolla tədris etdikdə, tələbələr həm dərsə diqqətlə 

qulaq asır, həm də saymağı tezliklə öyrənirlər. 

  İngilisdillilərə Azərbaycan dilinin  tədrisində maqnitofonla icra edi-

lən bir çox  çalışmalardan istifadə olunur. Nümunə üçün aşağıdakıları 

nəzərdən keçirək: 

   1. Qulaq asın və təkrar edin. Listen  and repeat . 

 

 



   

 

   



  

 

2. Əşya şəkilləri (kitab, dəftər, balıq, avtobus, xoruz və s.) paylanır. 

Onların adı maqnitofonla  azərbaycanca səsləndirilir .Maqnitofona 

qulaq asdıqdan sonra tələbələr həmin sözləri yenidən təkrar edirlər. 

 3. Əvvəlcə mətnin  qəhrəmanının (personajının) şəkli tələbələrə 

paylanır.Tələbələr personajla tanış olurlar. Sonra mətn hər iki dildə 

səsləndirilir. 

Circus fat  lady

3

 

   Circus Legrand the  fat lady in acircus (Emma 

legrand is not her real name). She is very famous. 

Many people come to the circus to see Emma.   

  Emma weighs  nearly 250 kilos and is only 28 

years old/ she to eat a lot to stay fat / her job is to  

be fat! 

                                           



Sirkin kök xanımı 

    Emma Leqrand sirkin kök xanımıdır (Emma Leqrand onun əsl adı  

deyil). O, çox məşhurdur.Çox adam sirkə Emmanı görmək üçün gəlir . 

                                                           

3

 



www.cba.edu.bo/sabado/.../DECLINE%20AN%20INVITATION.pdf

 

 



 

Salam. 


Sabahınız xeyir. 

Salamat qalın.   

Axşamınız xeyir.                                            

 Salam.   

 Gecəniz xeyrə qalsın.                                   

Sabahınız xeyir.  

Salamat qalın.                                         

Bəli. 


Buyurun. 

Xeyr./Yox. 

Sağ olun. 

           

 

 

 

 



 

 

 




120                    

                                                                                 

 Elza İsmayılova

 

Emmanın çəkisi 250 kiloqrama yaxın, yaşı isə 28-dir. O, kök olmaq 



üçün çox yeyir.Onun işi kökəlməkdir. 

     Tələbələr mətnlə tanış olduqdan sonra mətnə aid suallar 

maqnitofonla səsləndirilir. Tələbələr sualları dəftərlərinə qeyd edirlər. 

 I.  Düzgün cavabı seçin. 

1. Emma           

            (a)  məşhurdur. 

            (b)  gözəldir. 

            (c)  çirkindir . 

2.Emmanın       

             (a)  100 

             (b)  28      yaşı var. 

             (c)  5 

3.Emma                 

              (a)   sirkdə 

              (b)   hamamda          işləyir. 

              (c)   restoranda 

4.Emmanın çəkisi     

               (a)  500 

               (b)  250    kiloqramdır. 

                (c)  3000 

 

II . Aşağıdakı suallara  cavab verin. Answer the following questions. 



Emma Leqrand kimdir ? 

O, arıqdırmı? 

Onun çəkisi nə qədərdir? 

Onun neçə yaşı var? 

O, harada işləyir? 

    Suallardan sonra maqnitofon dayandırılır. Suallar ətrafında 

müakirələr başlayır. 

   Maqnitofonla icra edilən çalışmalar tələbələrin  mənimsəmə baca-

rığını və Azərbaycan dilinə olan marağını daha da artırır. Hər  bir  mü-

əllim çalışmalıdır ki,  maqnitofon lentinə maraqlı çalışmalar yazsın. 

  Müəllim radio və televiziya  verilişlərindən proqram materialına 

uyğun gələn parçaları da maqnitofon lentinə köçürə bilər. 

  Maqnitofonun əhəmiyyəti bir də ondadır ki, tələbələr  Azərbaycan 

dilində öz danışdıqlarını da eşidə bilirlər. Hər hansı iki tələbənin oxu-




Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 121 


121 

 

duğu şeiri, hazırladığı dialoqları, tələbələrin müzakirə və söhbətlərini 



də maqnitofon lentinə köçürüb, tələbələrin müzakirəsinə vermək olar. 

Bu zaman   tələbələr bəzı  səslərin  tələffüzü zamanı  yol verdikləri  

səhvlərini  eşidir, onların  aradan qaldırılması üçün  səylə çalışırlar. 

Təlim  prosesində ekran  böyük əhəmiyyət kəsb edir. Müəllim bu 

məqsədlə diafilmlərdən, epifilmlərdən, kinofilmlərdən, diaproyektor-

lardan, proyektorlardan, kinoaparatlardan, televiziyadan və s. istifadə 

edə bilər. 

   Dərslərdə proyektordan istifadə  səmərəli nəticə verə bilər. Proyek-

torda yazı taxtasına hazır material salınır.  Proyektorun  əhəmiyyəti 

ondadır ki, müəllim evdə lazım olan kodopozitivlə  materiallar hazır-

laya və dərs prosesində ekranda göstərə bilər. O, müxtəlif kitab və jur-

nallarda verilmiş sxem və cədvəlləri  proyektorla ekranda verə bilər: 



1Cədvəli oxuyun. Read the table. 

Present 


alıram, alırsan 

Past 


aldım, almışıq 

Future 


alacağam, alarıq 

 

2. Şəxs  əvəzliklərinin yönlük halını öyrənin. Learn the dative case of 



personal pronouns: 

Adlıq 


hal 

kim? 


nə? 

mən 


sən 

biz 



siz 

onlar 


Yönlük 

hal 


kimə? 

nəyə? 


mənə 

sənə 


ona 

bizə 


sizə 

onlara 


 

3. Cümlələr düzəldin. Make up sentences: 

Arzu 


kitab 

qəzet 


jurnal 

məktub 


 

oxuyur. 


 

  Çətin mövzuların tədrisində proyektordan istifadə mühüm əhəmiyyət 

kəsb edir. “Xəzər Universiteti” mətnini keçərkən mətndəki yeni və 

çətin sözlərin geniş və aydın şərhi proyektorla ekrana verilir. Tələbələr 

mətndəki çətin sözlərin mənası ilə tanış olurlar. Bundan sonra onlar 

mətni oxumaqda çətinlik çəkmirlər. 




Yüklə 238,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə